Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə17/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

42
2013/
I
Bilin, bu dəhri dünyada hərə bir növ calal istər,
Kimi talibdi üqbaya, kimi dünyada mal istər.
Kimi sidq ilə könüldən tutub haqqın damənindən,
Kimi məddahi-mövladı, kimi göyçək camal istər.
Öz qismətini, ruzusunu hərə bir tərəfdə – kimi dəryada, kimi dağda ax -
tarır. Uca Tanrı onsuz da hamının ruzisini yetirir və burada insan üçün bir
şey qalır – bu həqiqəti dərk edib haramdan qaçmaq, halala üz tutmaq:
Kimi qəvvas olub cummuş qəhərlə qəri-dəryaya,
Kimi səyyad olub çıxmış, uca dağdan qəzal istər.
Ona dağdan verir ruzi, buna ol qəri-dəryadan,
Bu mətləbi qanan kimsə haram gəzməz, halal istər.
Ustad sənətkarı narahat edən odur ki, bu mətləbi başa düşənlərin də bir
çoxu inanmaq, etiqad etmək istəmirlər və ustad belələrini qafil, həqiqət-
dən xəbərsiz adlandırır. Aşıq bu məsələyə də müdriklik, kamillik zir və sin -
dən yanaşaraq qeyd edir ki, bu həqiqəti dərk etmək, etiqad bəsləmək in -
sandan “dərin mərifət, kamal” istəyir, “beş arşın ağ” xalq ifadəsini misal
gətirməklə dünya malına, insanı düz yoldan sapdıran vasitələrə uymama -
ğa çağırır:
Bu mətləbi qanan çoxdur, mütəlləq etiqad etməz,
Bu əmrə etiqad etmək, dərin mərfət, kamal istər.
Bilirsən dünyada qafil, qalır bu dünyanın malı,
Beş arşın ağ geyən kimsə, utanmaz yaşıl, al istər (1).
Aşıq Ələsgərin sırf ustadnamələrində deyil, şeirlərinin də bir çoxunda
ustadnamə xüsusiyyəti daşıyan bəndlərə, beytlərə, bəzən də misralara rast
gəlirik. Bu, ustadın müdrikliyindən, sənətkarlıq səviyyəsindən irəli gələn
bir əlamətdir. Müxtəlif formalı şeirlərdə bu tipli elementlərə diqqət ye ti -
rək: “Başa-baş” rədifli cığalı təcnisdə axırıncı bənd bu qəbildəndir:
Ələsgərəm, dərdim budu, ay ağa!
Eynim yaşı leysan kimi a yağa.
Mən aşığam, ay ağa,
Piltə yanar a yağa,
Mərd sözün üzə söylər,
Heç yapışmaz ayağa.
Gah baş olan, gah da düşər ayağa, 
Kimsə varmaz fələk ilə başa-baş (1).


43
2013/
I
Aşığın  söylədiyi  gəraylılarda  da  bu  elementləri  tapmaq  mümkündür.
“Üzün  məndən  niyə  döndü”  rədifli  gəraylıda  “Ayrılıqdan  ölüm  yeydi”
ifadəsi, “Tellərin” rədifli gəraylıda “Bağban ağlar bar ucundan” ifadəsi də
bu qəbildəndir.
Ustadın  həcvlərində  və  hərbə-zorbalarında  da  bu  xətt  aydın  görünür.
Həcv və hərbə-zorbaların konkret obyekti olduğundan, belə şeirlərin məğ -
zində mənfini  müsbətə  doğru dəyişdirmək, qınamaq,  utandırmaq  yo lu ilə
tərbiyə etmək durur. Məqsəd islah etmək olduğuna görə, təbii olaraq bu tipli
şeirlərin  bəzi  bəndlərində  ustadnamə  xüsusiyyəti  özünü  göstərir.  “Dü şər -
sən” rədifli həcvdə insanın bacardığı işə girişməyi məsləhət gö rü lür:
Alçaqda dayan ki, çıxasan başa,
Tülküsən, aslanla girmə savaşa.
Əlin vurma gücün çatmayan daşa, 
Götürə bilməzsən zora düşərsən (1).
“Hayıfsan”  rədifli  həcvdə  qafil  yaşamaq  insana  xas  olmayan  həyat
tərzi kimi qiymətləndirilir:
Mövlam məni nəzərindən salmayıb, 
Huşum cəmdi, ağlım heç azalmayıb.
Fani dünya Süleymana qalmayıb,
Oyan bu qəflətdən, yatma, hayıfsan! (1).
“Sığışmaz” rədifli hərbə-zorbanın ikinci bəndində deyilmiş:
Tanı adamını, bil müştərini, 
Qarğı mizraq, qıl çuvala sığışmaz (1) – fikri “Cidanı çuvalda gizlətmək
olmaz” el məsəli ilə səsləşir.
Aşıq Ələsgər irsinin tədqiqatçısı İslam Ələsgərin dediyi kimi: “Əxlaqi
cəhətdən  çox  böyük  əhəmiyyətə  malik  olan  didaktik,  tərbiyəvi  fikirlər,
aforistik ifadələr Aşığın bütün yaradıcılığı boyunca qırmızı xətt kimi uza -
nır” (2, 149).
Dədə  Ələsgər  ustadnamələrinin  gücü  onların  xalqın  ruhundan  qopub
gəlməsi, xalqın ruhunun ifadəsi olmasındadır. Bu ustadnamələr xalqın an -
ladığı və sevdiyi, minillər boyu işlətdiyi ifadələrlə zəngindir. Ustad yarat-
dığı bütün şeirlərdə sözə məsuliyyətlə yanaşmış, ifadələrin işlənmə yeri-
ni zərgər dəqiqliyi ilə hesablamışdır. Aşıq Ələsgər ustadnamələri poetik-
üslubi xüsusiyyətlərinə görə bənzərsizdir, özünəməxsusdur. Aşığın poe zi -
yasının hamısında ahəngdarlıq, yığcamlıq, qafiyələrdə orijinallıq, psixol-
ogizmlərin dəqiq ifadəsi heyrətamiz səviyyədədir, məcazlardan ustalıqla
istifadə olunmuşdur.
Aşıq Ələsgər ustadnamələrində bu sənət incilərinin ümumi ruhuna, xü -
susiyyətlərinə uyğun olaraq atalar sözləri və aforizmlərdən tez-tez və ye -


44
2013/
I
rində istifadə etmişdir. Bu situasiya o qədər güclüdür ki, bəzən aşığın özü
tərəfindən  yeni  atalar  sözlərinin  yaranmasına  gətirib  çıxarır,  bəzən  isə
məlum bir atalar sözünün yeni tərzdə ifadəsi meydana gəlir.
“Bu dünyada üç şey başa bəladı” adlı şeirdə birinci bənddə işlənən ifa -
dələr sonradan aforizmə dönən ifadələrdir:
Bu dünyada üç şey başa bəladı,
Yaman oğul, yaman arvad, yaman at.
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat (1).
“Olmuşam  mən”  rədifli  şeirdə  “dərdə  yol  olmaq”  ifadəsi  işlənir.  Bu
ifadə olduqca obrazlı ifadədir. Ustad sadəcə “dərd çəkirəm” demir, “dərdə
yol olmuşam” deyir, yəni geniş mənada dünyanın dərdini öz ruhunda hiss
eləyir. Dərdlərin bir yolu var – o da sənətkar ömrü, ustad yoludu – dərdlər
yolçu. Bu ifadə həm də aşığın özünün yaratdığı aforizm kimi qəbul olun-
malıdır.
“Narın üz” rədifli təcnisdə “Ləzzət verər bal qatanda qaymağa” ifadəsi
artıq çoxdan aforizm statusu qazanmışdır.
“Başa-baş” rədifli cığalı təcnisdə:
“Can” deyənə “can” deginən mərdana,
Baş qoyanın, qoy yolunda başa-baş (1) –
misraları aşığın poetik tərzdə yaratdığı atalar sözüdür.
“Üzhaüz” cığalı təcnisində “qarı düşmən bir də gəlib dost olmaz” mis-
rası «Dədə Qorqud kitabı» dastanı ilə səsləşir və atalar sözü kimi işlənir.
Ustad “Ay eylər  qıj-qıj”  rədifli,  ustadnamə ruhlu təcnisində “qara  və
qar” ifadələrini poetik tapıntı kimi cilalamışdır:
Aşıq çaşsa dildə “qara” “qar” qalar,
Dağlar sinəsində qara qar qalar.
Gəştə çıxsa ərşə qara qarğalar,
Çalar qanadların ay eylər qıj-qıj (1).
Birinci misrada deyilir ki, aşıq fikri dağınıq olub çaşsa “qara” sözünü
“qar” kimi deyər və bu da aşığı gülüş hədəfinə çevirə bilər, ona görə də
huşu, fikri həmişə cəm olmalıdır. İkinci misrada işlənmiş “qara qar qalar”
ifadəsi  xalq  arasında  işlənir,  yəni  dağların  quzey  hissəsində  olan  qar
yayda da ərimir, bu ildən o biri ilə qalır və qışda bu qarın üstünə təzə qar
yağır. Amma həmin ifadəni bu cür poetikləşdirmək imkanı Dədə Ələsgərə
məxsusdur.  Dördüncü  misrada  qara  qarğanın  uçuş  zamanı  qanadlarının
havada  səslənməsi,  qulaqla  eşidilən  səsin  tələffüzdə  həmin  səsə  oxşar
sözlə ifadəsi çox gözəl alınmışdır.
Aşıq öz yaradıcılığında simvollardan da istifadə etmişdir. “A yüzə tək-
tək” rədifli təcnisdə bir bəndə diqqət yetirək:


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə