Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə16/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

39
2013/
I
rına müraciət etmişdir. Aşıq yaradıcılığı üçün xarakterik olan əksər for-
malarda – təcnislərdə, divanilərdə, həcv və hərbə-zorbalarda, bağlamalar-
da,  qəzəllərdə,  deyişmələrdə,  müxəmməslərdə,  hətta  gəraylılarda  ustad-
namələrin təkrarsız nümunələrinə rast gəlirik. Aşıq Ələsgərin ustadna mə -
lərində məzmun nə qədər əlvandırsa, forma da o qədər müxtəlif, cəlbedi-
cidir.  Sənətkarın  ustadnamə  məzmunlu  qoşmalarında  “mərd-namərd”,
“halal-haram”, “yaxşı-yaman”, “günah-savab” və s. kimi əks lik lər mü qa -
yisə  fonunda  verilir və  müqayisədə  bu  anlayışların  mahiyyəti  üzə  çıxır.
“Olmaz” rədifli qoşmada bu ədəbi üsul daha aydın görünür:
Bu dünyanı mən təcrübə eylədim,
Nakəs körpüsündə heç bünyad olmaz.
Bir mərd ilə ağı yesən şirindi,
Yüz namərdlə şəkər yesən dad olmaz (1).
Dünyada pozulmaz və dəyişilməz qanunauyğunluqlar var. Hər bir can-
lının və cansızın təbiətdə öz yeri, öz funksiyası var. Qanunauyğunluqları
pozmaq istədikdə sünilik, bayağılıq yaranır. Bayağılıq eybəcərliyə aparır.
Ustadnamələrin  mahiyyətində  bayağılığa  nifrət  hissi,  tərbiyəetmə  da ya -
nır. “Olmaz-olmaz” rədifli ustadnamədə olduğu kimi:
Zikrsiz mömini şeytan aldadar,
Sayğısız iyidi düşmən aldadar,
Ağılsız cahili kirşan aldadar,
Günü keçmiş qarı qız olmaz-olmaz (1).
Cinaslar əsasında qurulan qoşmalarda – təcnislərdə üslubi xüsusiyyət
elədir ki, məzmundan çox formaya, münasib sözlərin tapılıb işlədilməsinə
fikir verilir. Bu xüsusiyyətinə görə təcnis formasında ustadnamə yaratmaq
xeyli çətindi. Lakin Aşıq Ələsgər bütün formalarda ustad olduğu kimi bu
şeir formasında da ustaddır. “Nəqa nə mindi” rədifli təcnisdə ustad yersiz
gülməyi,  danışanda  sözünün  yerini  bilməməyin  utanc  gətirməsini  qeyd
edir, daha sonra müxənnət insanla bir süfrədə yeyilən çörəyə heyfsilənir.
Çünki  dədə-babadan  xalqımızda  çörək  müqəddəs  sayılmışdır,  and  yeri
olmuşdur. Bir süfrə başında çörək kəsmək dostluq, etibar, sədaqət, inam
mənalarında  başa  düşülmüşdür  –  ən  azı  çörəyə  hörmət  xatirinə.  Və  bu
fikrin məntiqi davamı olaraq nadanlıqdan şikayətlənir. Nadanlığın insan-
lıq aləmi üçün böyük bəla olduğunu qeyd edir:
Nə əysik din, nə artıq gül, nə dannan,
Müxənnətə zəhər olmur nədən nan?!
Dərdbilməzdən, dilqanmazdan, nadannan,
Nə qandım əzəldən, nə qanam indi?! (1).


40
2013/
I
Şeirdə cinasların gözəlliyi qədər də məna gözəlliyi var. Ustadın bu ba -
carığı  –  məzmunla  forma  arasında  necə  daxili  bağlılıq  yaratdığını  “Ha
bular bular”, “Həmayil eylə” və s. təcnislərində də görürük:
Səba dost zülfünə şanə çəkəndə,
Yayılar gərdənə, ha bular, bular,
Hər kim ki sidq ilə dilək diləsə,
Əlbəttə, mətləbin ha bular, bular (1).
Bu yöndə əxlaqi-tərbiyəvi fikirlər silsiləsi ustadın başqa təcnislərində
də davam etdirilir. 
Qoşmalardan sonra divani qəlibləri, ustadnamə söyləmək üçün olduqca
yatımlı, biçimli formadır. Bu şeir formasının heca bölgüsündə, ritmində bir
ləngər, ağayanalıq, nəsihət vermək intonasiyası olduğundan, ey ni adlı saz
havasının  müşayiəti  ilə  ustadnamələrin  ruhunu  dinləyicilərə  çatdırmaq
baxımından olduqca effektlidir. Təsadüfi deyil ki, məclislərdə aşıqlar əsr-
lərdən bəri qorunub saxlanmış ənənəyə uyğun olaraq məclisi “Divani” saz
havası və bu hava üstündə divani- ustadnamə oxumaqla açırlar.
Aşıq  Ələsgərin  yaratdığı  divani-ustadnamələr  əxlaqi-etik  dəyərləri
özündə cəmləməklə bərabər, ürfani dünyagörüş sistemi ilə də üst-üstə dü -
şür. Aşığın divanilərində ustadnamə cəhətdən xarakterik olan bir neçə nü -
munəyə nəzər salaq. “Baş endirir” rədifli divaninin möhürbəndində doğ -
ruluğun, düzlüyün gözəlliyi təbliğ olunur. Doğru danışmaq ona görə gö -
zəldir ki, yalan gec-tez üzə çıxır və insanı çıxılmaz vəziyyətə salır, bir ata-
lar  məsəlində  deyildiyi  kimi:  “Yalanın  mənzili  yoxdur”.  Doğru  söz  isə
uzaq  mənzillidir.  Sonrakı  misralarda  “mal-dövlətə  baş  endirməyin”  əf -
sanə bir şey olduğu, insan dünyadan gedəndə “beş arşın ağdan başqa heç
nə apara bilməyəcəyi” reallığı diqqətə çatdırılır:
Biçarə Aşıq Ələsgər,
Olma elmə nabələd.
Danışanda doğru danış,
Sözün çıxmasın qələt.
Çox qazansan, az qazansan,
Beş arşın ağdı xələt.
Mal-dövlətə baş endirən,
Əfsana baş endirir (1).
“Gözlə, gözlə sən” rədifli divanidə də aşığın dünyaya öz baxış fəlsə fə -
sinə sadiqliyini görürük. Aşağıdakı bənddə ifadə olunan fikirlər “Eh tiyat
igidin yaraşığıdır” atalar sözünün ideya çalarları ilə səsləşir: 


41
2013/
I
Səyyadısan tor qurubsan,
Dağı gözlə, gözlə sən!
Bəzirgansan yolun kəsər,
Yağı gözlə, gözlə sən! 
Hərcayıyla aşna olma,
Namərdə bel bağlama.
Müxənnət qatar aşına,
Ağı gözlə, gözlə sən! (1). 
Ustad sənətkar öz yaradıcılığında müxəmməsə də tez-tez müraciət et -
mişdir. Divanilərdən fərqli olaraq müxəmməslər eyni  adlı saz havasının
müşayiəti ilə məclisin axırında dinləyicilərin şən əhvali-ruhiyyəsinə, şən-
likdə yaranmış ovqata uyğun olaraq ya elin hörmətini qazanmış bir şəx -
siyyətin, ya bir gözəlinin mədhi üzərində deyilir. Əlbəttə, bu fikri aşıq ya -
radıcılığı nöqteyi-nəzərindən deyirik. Lakin Aşıq Ələsgərin yaratdığı mü -
xəmməslər içərisində ustadnamə nümunəsinə də rast gəlirik. “Aparır” rə -
difli müxəmməsdə aşıq “ölüm haqdı” hökmünü xatırladır və bu həqi qə tin
dərki istiqamətində insanları kamilliyə səsləyir:
Bilirsən ki, ölüm haqdı,
Bu nə təlaşdı dünyada?!
Və bu fikri “alın yazısı” fəlsəfi düşüncəsini xatırlamaqla tamamlayır:
Kimi gördün ki, qəzadan
Qurtardı, qaçdı dünyada.
Çoxlarını fələk qoyub,
Gözü qan-yaşdı dünyada.
Sonuncu  misralarda  insanları  daha  bir  kamillik  ölçüsünə  –  səxavətli
olmağa çağrılır:
Səxavətsiz dövlət, bilin,
Barsız ağacdı dünyada.
Nəfi yox, zəhməti çox,
Sel gəlir, afat aparır (1).
Aşıq Ələsgər yaradıcılığında klassik şeirin ən məşhur, ən bitkin şəkli
olan qəzəlin iki nümunəsinə rast gəlirik. Hər iki nümunəni ustadnamə he -
sab etmək olar. Qəzəllərin də əxlaqi-tərbiyəvi məna tutumu digər ustadna -
mələrlə eyni səviyyədədir. “Bilin, bu dəhri dünyada hərə bir növ calal is -
tər” başlıqlı qəzəldə insanların dünyaya, həyata, arzulara, istəklərə fərqli
baxış tərzinə ustad sənətkarın müdriklik, kamillik zirvəsindən yanaşması
və gəldiyi fəlsəfi nəticə əks olunmuşdur. İnsanların hamısının arzusu xoş -
bəxt yaşamaqdır. Amma nisbi anlayış olan xoşbəxtliyi hərə bir cür başa
düşür. Xoşbəxtliyi kimi axirəti qazanmaqda, kimi mal-dövlət toplamaqda,
kimi sidq-ürəkdən haqqa bağlanmaqda, həqiqətə qovuşmaqda, kimi təm -
təraqlı yaşamaqda, zahirən gözəl görünməkdə görür: 


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə