Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə24/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   20   21   22   23   24   25   26   27   ...   61

60
2013/
I
tələrində  folklor,  eləcə  də  mifologiya  üzrə  tədris  aparılmasında  istifadə
olu na bilər. Eyni zamanda əkizlər mifi, şah-vəzir münasibətləri kimi prob-
lemlərin araşdırılmasında yararlı ola bilər. 
ƏDƏBİYYAT
1. Azərbaycan folkloru  antologiyası.  II  kitab(İraq-türkmən).  Bakı: Ağrıdağ,
1999, 468 s. 
2. Azərbaycan nağılları. Beş cilddə. I cild. Bakı: “Şərq-Qərb”, 2005, 360 s.  
3. Azərbaycan nağılları. Beş cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 360 s. 
4. Azərbaycan folkloru antologiyası. X kitab (İrəvan çuxuru folkloru). Bakı:
Səda, 2004, 471 s.
5.  Azərbaycan  folkloru  antologiyası,  XII  kitab  (Zəngəzur  folkloru),
Bakı:“Səda” nəşriyyatı, 2005 464 s.
6.  Топоров  В.Н.  Мировое  дерево.  Универсалныные  знаковые  комплек-
сы. Том. I Москва: Рукописные памятники древней Руси, 2010, 448 с. 
7.  Margaret  Mark  and  Carol  S.  Pearson.  The  Hero  and  The  Outlaw.  New
York: McGraw-Hill, 2001, 386 s.
Rəyçi: 
Fil.ü.
f.d. Seyfəddin Rzasoy


61
2013/
I
AMEA Folklor İnstitutu, doktorant
e-mail: quliyevh@mail.ru
MÜDRİKLİK VƏ AXMAQLIQ KONTEKSTİNDƏ GÜLÜŞ
XÜLASƏ
Məqalədə  müdriklik  və  axmaqlıq  gülüş  aspektindən  araşdırılmışdır.    Gülüşə  ritu al
mahiyyətli fenomen kimi yanaşılmış və onun folklorda qazan dığı mahiy yət diqqət mər -
kəzinə gətirilmişdir. Problem mifoloji və tarixi şüur aspektindən təhlil olunmuşdur. 
Açar sözlər: gülüş, müdrik, axmaq, ritual, mifopoetika, mifoloji və tarixi şüur, lətifə. 
СМЕХ – В КОНТЕКСТЕ МУДРОСТИ И ГЛУПОСТИ
РЕЗЮМЕ
В статье изучается смех в аспекте мудрости и глупости. Смех рассматривается,
как феномен с ритуальной значимостью, и особое внимание уделяется его значе-
нию в фольклоре. Проблема анализируется с точки зрения мифологического и ис -
торического мышления. 
Ключевые  слова: смех,  мудрец,  глупец, ритуал,  мифопоэтика, ми фо логи чес -
кое и историческое мышление, анекдот. 
LAUGHTER – İN THE CONTEXT WİSDOM AND FOLLY
SUMMARY
In the arcticle laughter studied aspect of wisdom and folly. Laughter considered as a
phenomenon with ritual significance and emphasizes its meaning in folklore. The prob-
lem is analyzed from the perspective of mythological and historical thinking.
Key words: laugh, wisdom, foolishness, ritual, mythopoetic, historical and mythical
thought, anecdote. 
Məsələnin qoyuluşu. Mədəniyyətdə müdriklik və axmaqlıq anla yış la -
rı universal mahiyyət kəsb etməklə bərabər, paralel yaşam im kanı da qa -
zanmışlar. Təsadüfi deyildir ki, müdriklik və axmaqlıq obrazın bütöv lü -
yünün, onun qeyri-adi və ya fövqəladəliyinin təminatçısına çevril miş dir.   
İşin məqsədi. Məqalədə məqsəd müdriklik və axmaqlıq semantemlə -
rini  gülüş  kontekstində  araşdırmaqdır.  Hesab edirik ki, problemə bu  as -
pektdən  yanaşma  mədəniyyətin  (gülüş  kontekstində)  həm  sintaqmatik,
həm də paradiqmatik strukturunu diqqət mərkəzində tutmağa imkan verir.  
Mədəniyyətin emosional (gülüş emosiyası) yükünü işarələyən mühüm
janrlardan kimi lətifə xüsusi diqqəti cəlb edir. Janr kimi lətifənin müəy -
yənedici keyfiyyəti məhz gülüşlə bağlıdır. Mətn vahidi olaraq lətifə özün -
də gülüş emosiyasının müxtəlif çalarlarını saxlamaqdadır. Bu mətnin ak -
tu al laşma məqamı və yaddaşda  yaşama  xarakteri də gülüş  fenomeni  ilə
əlaqədardır. Gündəlik məişət həyatında lətifə daha çox xoş əhval-ruhiyyə
zəminində söylənilir. Eyni zamanda lətifə gerçəkliyə ironik münasibətin
ən operativ, mobil və dinamik növü kimi spesifik xarakterə malikdir. Fol -
klor janrı olaraq lətifənin tərbiyəedici, islahedici, yönləndirici keyfiy yət -
lə ri də vardır. Lakin bu keyfiyyətlər lətifənin əsasını təşkil edən gülü şün


62
2013/
I
ar  xaik semantikası ilə bağlı deyildir. Folklor yaradıcılığının bütün növ və
janrlarında olduğu kimi, lətifələrdə mifoloji  çağ dünya modelinin bu və
ya digər simvol, işarə və detalları yaşatmaqdadır: “Folklorun bir çox  baş -
qa janrları ilə müqayisədə real hadisələri daha çox əks etdirsə də, lə ti fə -
 lərin alt qatında arxaik düşüncə tərzi ilə səsləşən motivlər giz lənir, lə ti fə -
lərin aparıcı qəhrəmanları mifoloji obrazlardan xəbər verir” (5, 82). 
Ümumiyyətlə, arxaik cəmiyyətlər üçün gülüş ritual semantikaya malik
idi.  M.V.Vorobyova  yazır  ki,  “Karnaval  gülüşünə  universallıq  (gülüşün
gülənlərin özləri də istisna olmamaqla gerçəkliyin bütün hadisələrinə yö -
nəl məsi) və ambivalentlik keyfiyyəti xas idi” (9).  Daha sonra o fikrini da -
vam  etdirərək  bildirir  ki,  gülüş  bütün  ierarxiyalardan,  sosiokulturoloji
oppozisiyalardan müvəqqəti imtina vasitəsilə cəmiyyət üzərində hakimlik
edir və ələsalma heç də öz obyektini birdəfəlik məhv etmək xarakteri da -
şı mır, əksinə onları yeni keyfiyyətdə həyata qaytarır (9). 
Cəmiyyət gülüş və onunla bağlı olan mərasimlər vasitəsilə bir mər hə -
lə dən  digərinə  keçir.  Bu  məqamda  gülüşün  psixoloji  mahiyyəti  ak tu al -
laşmış  olur.  Belə  ki,  cəmiyyət  üzvləri  gülüş  ritualı  vasitəsi  ilə  psixoloji
“yığılma”lardan xilas olur. Beləliklə, gülüş emosiyası ilə sosium psixolo-
ji olaraq sıfır həddinə enir – bütün sosial stratifikasiyalardan, sinfi və icti-
mai münasibətlər fərqindən, tabu və yasaqlardan daha yüksəkdə durmaqla
psixoloji boşalma -  ölüm nöqtəsinə çatır və  yenidən yeni keyfiyyətdə do -
ğulur.  Bu  mənada  gülüş  arxaik  cəmiyyət  həyatında  müxtəlif  formalarla
ifadə olunan ölüb-dirilmə ritualının tərkib hissəsidir. Alan Dandes aprelin
birində həyata keçirilən zarafatların (təbii ki, bu zarafatlar gülüşlə müşay-
iət olunur – H.Q.) ritual əsaslı olduğunu deyir və bu zarafatlar vasitəsilə
yeni gələn fərdin və ya ailənin cəmiyyətə, yeni kollektivə qəbul olunması
prosesinin  həyata  keçirildiyini  əsaslandırır  (8,  100-107).  Bu  məqamda
M.Kazımoğlunun  Molla  Nəsrəddin  haqqında  dediyi  fikir  yerinə  düşür:
“Bu gülməli adamın hərəkətlərində dünyanın böyük bir hikməti gizlənir:
hər ölüm bir doğumun başlanğıcıdır” (3, 65).
Diqqət edilməsi vacib olan digər bir məsələ də məhz gülüşün cəmiyyət
həyatındakı  davranışlar  zəminində  imkan  verdiyi  aktlardır.  Adi  halda
cəmiyyət üzvləri öz mövqeyinə, xarakterinə, sosial statusuna uyğun dav -
ranış nümayiş etdirirsə, gülüş məqamında məhz xüsusi bir “gülüş mühiti”
yaranır ki, bu mühitdə triksterik davranış detalları ortaya çıxır. Belə de -
mək mümkünsə, situasiyanın özü iki mühit və ya iki hal arasında keçid
xarakteri daşıyan gülüşlə müşayiət olunur:
Oppozisiya -------------------- Gülüş --------------- Oppozisiyanın həlli 
Xaos ---------------------------  Gülüş --------------- Kosmos
Ölüm --------------------------- Gülüş --------------- Doğuluş
Psixoloji gərginlik  ---------- Gülüş ---------------- Psixoloji sabitlik  


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə