Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə10/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

isə mükəmməl, tərənnüm etdiyi dövrü və qəhrəmanları bü tün zamanların
və qəhrəmanların fövqündə görən epos janrı yaranır (13, 54-69; 14; 15).
Bizə elə gəlir ki, qədim insanların inam və etiqadlarını, allah və qəhrə -
man larını tərənnüm edən mif, əfsanə və nağılların yaranması üst paleolit-
dən mezolit dövrünə keçid çağından başlana bilərdi. Belə ki, bu çağda art -
ıq təfəkkür mif istehsalı ilə bərabər, konkret yaradıcılıq göstərərək is teh -
sal təsərrüfatına keçirdi. Deməli hadisələri, inam və etiqadları, allah ları və
onlara bərabər qəhrəmanları müəyyən formalarda təqdim və nəql etməyə
təfəkkürün səviyyəsi imkan verə bilərdi.
Ata xaqanlıq dövründə suvarma əkinçiliyi, köçəri və köçmə maldarlığın
sürətli inkişafı, maldarlığın, onun ardınca ticarətin əkinçilikdən ayrılıb müs -
təqil təsərrüfat və peşə sahələrinə çevrilməsi, peşə və sənət sahələrinin tək-
milləşməsi  əmək  məhsuldarlığını  yüksəldirdi.  Bu  da  öz  növbəsində  əhali
artımı və firavan həyata şərait yaradırdı. Köçmə maldar ların yeni yaylaq və
qışlaqlarda, ərazilərdə məskunlaşması prosesi, et nik mənlik şüuru və reflek-
siyanın inkişafı prosesi, bizdən olanlar və baş qaları ideyası etnokonsolida -
siya prosesini sürətləndirir, böyük yaşayış məskənləri, ilkin şəhər tipli qa la -
lar, orta dağ qovşağında köçmə maldarların oğuz qalaları  adlanan siklop
qalaların tikilməsi yeni sosial struktur doğurur, sosial təbəqələrin yaranması
prosesi gedirdi. Ardıcıl yüksəlmədə olan etnik mənlik şüuru və refleksi ya -
nın təsiri altında varlığa baxışda dəqiqləşmə prosesi gedirdi. Ardıcıl gedən
etnomənəvi  proses, inkişaf totemlərdən azad, milli  şüura  malik  xalqın və
dövlətin  yaranması,  tam  formalaşmış  refleksiyanın  təsiri  altında  olan  fəl-
səfəni (elmi) və tək allahlı dini doğurdu (11, 18-19, 32-33, 241-243; 12, 12;
13; 14; 15).
Bütövlükdə mifoloji təfəkkür dövrü kimi qiymətləndirilən sinfi cə miy -
yətə qədər mifoloji təfəkkürün yaranması, inkişaf mərhələləri, ifadə olunma
üsulları və ədəbi janrlarından bəhs etdik. Sinfi cəmiyyətin fəlsəfə (elm) və
dinin yaranmasından sonra, yeni sosial-iqtisadi, etnomənəvi və si yasi şəra -
itdə  mifoloji  təfəkkürün  yaşaması  xüsusiyyəti,  yaranan  folklorun  ifadə
olunduğu janrların daxili strukturunda, məzmun və formasında yaranan ye -
niliklər, onun sinfi cəmiyyətə qədər eyni adlı janrlarla fərqi haqqında F. X.
Kessedi və Q. D. Qaçevin istifadə etdiyimiz əsərlərində ye  tər li cavablar var.
Problemin  bu  cəhətini,  dünya  elminin  nailiyyətlərin dən  istifadə  etməklə
Azərbaycan ictimai elmlərinə gətirmək elm və millət qarşısında məsu liy yə -
tini dərk edən tədqiqatçılarımızın borcu və vəzifəsidir.
Azərbaycanda mifoloji təfəkkürün yaranması və tarixi formalarını diq -
qətə çəkdik. Azərbaycanda mifoloji təfəkkür tarixini A. Nəbiyev “Sehrli
sünbüllər” (B., 1990) kitabına yazdığı “Azərbaycan mifləri” adlı ön söz -
də,  sonra  isə  “Azərbaycan  xalq  ədəbiyyatı”  –  1-ci  hissə  (B.,  2002)  adlı
dərslikdə təkmilləşdirməyə təşəbbüs etmiş, A. Şükürov isə bu təsnifatı ol -
24
2013/
I


25
2013/
I
duğu  kimi  qəbul  etmişdir (34, 3-6;  33,  113-217;  17, 22-23). A.Nəbiyev
Azərbaycan folklorşünaslığının  inkişafında xidməti  olmuş  tədqiqatçılar-
dandır. Lakin onun Azərbaycanda mifoloji təfəkkürün inkişaf xüsu siy yət -
ləri haqqında mülahizələri pərakəndə, natamamdır və təsnifatı qeyri-elmi
olmaqla qəbul edilməzdir.
İndi konkret olaraq “Dədə Qorqud” oğuznamələrində təfəkkürün hansı
formaları  və  mərhələləri  ifadə  olunmuşdur.  Bu, Azərbaycanda  təfəkkür
tarixinin hansı mərhələsini əks etdirir? – sualını cavablandırmağa çalışaq.
“Dədə Qorqud” oğuznamələrinin girişinin sonradan yazılıb dastanlara
daxil edildiyini deyən müəlliflərlə bütünlüklə həmfikirəm. Bu giriş huma -
nist ideyalar ifadə etsə də, oğuznamələrin obyektiv dərkinin qarşısına ye -
tərli bir sədd çəkir, tədqiqatçını qeyri-obyektiv yola istiqamətlən dirir. Odur
ki, dastanların təhlili zamanı ona toxunmağa lüzum görmürük.
“Dədə  Qorqud”  oğuznamələrindəki  etnomənəvi  hadisələri  obyektiv
dəyərləndirmək üçün birinci növbədə  onların həyat tərzi, təsərrüfat məi -
şəti aydın müəyyən edilməlidir. Dastanlarda “qatar-qatar dəvələrdən, ağır
qoyun sürüsündən, şahbaz atlardan təşkil olunmuş at ilxıları, çox zəif gö -
rünən qaramal (inək) naxırından ibarət maldarlıq təsərrüfatından ibarətdir.
Bu sahədə çox yüksək təcrübəyə malikdirlər. Hətta heyvanların cins fərqi
də diqqəti çəkir. İstehsal sahəsi olaraq digər məşğuliyyətləri yoxdur. Tələ -
batlarını  ödəmək  üçün  vaxtaşırı  kollektiv  ova  çıxırlar;  Bayın dır  xanın,
Qazan xanın icazəsi ilə vaxtaşırı qənimət əldə etmək üçün bas qınlar, qa -
rətlər  edirlər.  İyirmi  dörd  oğuz  qəbiləsindən  ibarət  Oğuz  eli  hər  birisi
ayrılıqda öz təsərrüfatı, kollektiv ovu və vaxtaşırı qarətlər  zananı əldə et -
diyi qənimətlə dolanır. Hər hansı vergi sistemi yoxdur. Yal nız hərbi qən-
imətdən  əldə  edilən  maldan  hərbi  başçıya  (Qazan  xana)  müəyyən  hissə
pay verilir. O, ildə bir dəfə oğuz bəylərini qonaq çağırır, yaxşı qonaqlıq
edir,  sonda  halalı  Burla xatunun  əlindən tutub  evdən  çıxır, onun  evində
toplanmış bütün əmlak 24 sancaq Oğuz bəyləri arasında bölünür. “Dədə
Qorqud”  oğuznamələrində  təsvir  olunan  oğuzların  hə ya tında  baş qa sının
əməyinin hesabına yaradılmış xüsusi mülkiyyət yoxdur. Kişilərlə bərabər
qadınlar da hərbi yürüşdə iştirak edirlər. Cəmiyyətin belə bir inkişaf mər -
hələsi dünya tarixşünaslığında, sinfi cəmiyyətə qədər hərbi-demokratiya
mərhələsi  adlandırılır, dastanlarda isə ordu  adlanmışdır (35; 27;  13; 14;
10; 9; 36; 37). 
Yuxarıda bəhs etdiyimiz dünya elmində təfəkkürün etnososial inkişaf
səviyyəsini əks etdirən formalarının təsnifinə uyğun “Dədə Qorqud” oğu-
zlarının təfəkkürün hansı inkişaf səviyyəsində olduğunu müəyyən etməyə
çalışaq. Bütün oğuznamələrin təməl əsası, “Oğuz xaqan” dastanıdır. Das -
tan kimi qeydə alınan bütün oğuznamələr onun varisidir.
Oğuz xanın ata kultu kimi meydana çıxması və sonda bir milləti yara -


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə