Azərbaycan miLLİ elmlər akademiyasi I. NƏSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 491,65 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix30.10.2018
ölçüsü491,65 Kb.
#76865
  1   2   3   4   5   6   7   8   9


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

İ.NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU 

 

 

Əlyazması hüququnda 

 

 

 

 

SAVAŞ SABRİ OĞLU SALİH  

 

 

NABİ “DİVAN”ININ LEKSİKASI 

 

 

 

5710.01 – Türk dilləri 

 

 

Filologiya  üzrə fəlsəfə doktoru elmi dərəcəsi 



almaq üçün təqdim olunmuş dissertasiyanın 

 

 

 

 

 

 

AVTOREFERATI 

 

 

 

 

 

 

 

 

BAKI – 2013 

 

 

 



 

Dissertasiya  işi  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi 



Qafqaz Universitetində yerinə yetirilmişdir. 

 

 



 

 

Elmi rəhbər: 



       

  Tofiq İsmayıl oğlu Hacıyev 

 

 



 

       


  AMEA-nın müxbir üzvü, 

                                      

  filologiya elmləri doktoru, professor 

 

 

Rəsmi opponentlər:            Rüstəmov Rüfət Əşrəf oğlu 

                                              filologiya elmləri doktoru, professor 

                                        

 

 

 

 

                                 

 

 

 

 

 

 

 

   

 

                         Adilov Vahid Zahid oğlu 

                                              filologiya üzrə fəlsəfə doktoru, dosent 

                                  

Aparıcı təşkilat:                  Bakı Slavyan Universiteti  

                                             Türkologiya kafedrası 

 

 



Müdafiə  “_24__”_05__2013-cü  il  saat  “___”-da  Azərbaycan  Milli 

Elmlər  Akademiyasının  İ.Nəsimi  adına  Dilçilik  İnstitutu  nəzdində 

filologiya  elmləri  doktoru  və  filologiya  üzrə  fəlsəfə  doktoru  elmi 

dərəcəsi  almaq  üçün  təqdim  olunan  dissertasiyaların  müdafiəsini 

keçirən Dissertasiya Şurasının iclasında keçiriləcəkdir. 

 

Ünvan:  Az  1143,  Bakı,  H.Cavid  prospekti  31,  V  mərtəbə,  AMEA 

İ.Nəsimi adına Dilçilik İnstitutu 

 

Dissertasiya  ilə  AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanasında  tanış 



olmaq olar. 

 

Avtoreferat “___”__________ 2013-cü il tarixdə göndərilmişdir. 

 

 

Dissertasiya Şurasının elmi katibi, 



filologiya üzrə elmlər doktoru                              N.F.Seyidəliyev 

 

 


 

 



 

TƏDQİQAT İŞİNİN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun  aktuallığı:    XIII  əsrdə  Osmanlı  dövlətinin  siyasi  və 

mədəni  cəhətdən  ən  güclü  bir  dövlət  kimi  tanındığı  dövrlərdə  ortaya 

çıxan  klassik  türk  ədəbiyyatı  XIX  əsrin  ikinci  yarısına  kimi  davam 

etmişdir.  İslam  mədəniyyətinin  ən  yaxşı  xüsusiyyətlərini  özündə 

cəmləşdirən,  onun  əsasında  formalaşan  və  inkişaf  edən  bu  ədəbiyyat 

həmin  xüsusiyyətləri  özündə  bariz  şəkildə  əks  etdirirdi.  O  zaman 

klassik  türk  ədəbiyyatı  ərəb  və  fars  dillərinin  güclü  təsirinə  məruz 

qaldığından  həmin  dövrlərdə  ortaya  çıxan  yazılı  mənbələrin  dilində  də 

bu özünü göstərirdi. 

Qeyd  etmək  lazımdır  ki,  klassik  türk  ədəbiyyatının  ən  parlaq 

dövrləri  XVI-XVII  əsrlərə  təsadüf  edir  və  bu  dövrdə,  yəni  XVI  əsrdə 

klassik  ədəbiyyatın  ən  görkəmli  lirik  şairi  Füzulinin  müasiri  və  onun 

kimi “şeir aləminin sultanı” – “sultan-üş- şüəra” ləqəbi ilə tanınan Baki 

idi.  Qəsidə  və  həcv  ustası  kimi  Nəfi,  qəzəl  janrının  ustadı  kimi 

şeyxülislam  Yəhya  Əfəndi  tanınırdı.  Ədəbiyyatda  “fəlsəfi  məktəb”in 

banisi  kimi  dövrünün  görkəmli  şairi  Nabi  XVII  əsr  ədəbi  mühitinə  öz 

möhrünü vuran şəxsiyyətlərdən oldu.  

Ədəbiyyatımızda  “hikmətli  söz  söyləmək  üslubu”  kimi  də  məlum 

olan,  insanı  düşünməyə  və  düşündürməyə  məcbur  edən,  onu 

istiqamətləndirən  “hikəmi”  və  ya  “fəlsəfi  üslub”  adlanan  üslubun  ən 

görkəmli  nümayəndəsi  Nabi  idi.  Buna  görə  də  Nabi  istər  öz  dövründə, 

istərsə  də  ədəbiyyatın  və  dilin  sonrakı  inkişaf  mərhələlərində  bir  çox 

müasiri, eləcə də ardıcılları tərəfindən həmişə  yüksək qiymətləndirilmiş 

və davamçıları onu hər zaman əsərlərində xatırlamışdır.  

Bu tədqiqat işinin aktuallığı ilk növbədə dilin qədimliyini öyrənmək 

baxımından  yazılı  abidələrin  tədqiqinin  vacibliyini  ortaya  qoymaqdan 

ibarətdir. Yazılı abidələrin dili isə məlumdur  ki, dövrlərə və müəlliflərə 

görə  dəyişir.  Həmin  mənbələrdə  istifadə  olunan  yüzlərlə  əsil  türk 

mənşəli,  eləcə  də  alınma  sözlər  dil  və  tariximizin  inkişaf  mərhələlərini 

öyrənməyə, alınma sözlərin sərhəddini müəyyənləşdirməyə, onların dilə 

daxil  olma,  quruluş  və  məna  dəyişmələrinə  uğrama  səbəblərini 

aşkarlamağa imkan verir.  

Yazılı  mənbələr  ədəbiyyatda  yaranan  cərəyanların  dilə  təsir 

dairəsini,  eləcə  də  xalq  dilindən  alınmış  sözlərin  işlənmə  səviyyəsini 

 

 



 

ortaya  çıxarmağa  şərait  yaradır.  Bu  baxımdan  bugün  Nabinin 

leksikasının  öyrənilməsi  də  əhəmiyyət  kəsb  edir.  Digər  tərəfdən  hər 

mənbənin  tədqiqinin  dilimizə  müəyyən  baxımdan  nələrisə qazandırdığı 

da  məlumdur.    Bu  həm  də  gələcək  nəsillərin  aparacaqları  tədqiqatlar 

üçün bünövrə rolunu oynadığından bugün aktual bir iş kimi qəbul edilə 

bilər. 

Dissertasiya  işində  təkcə  Nabi  yaradıcılığında  istifadə  olunmuş 



sözlərin  izahından  bəhs  edilmir,  əsərdə  Nabinin  şəxsiyyəti,  dövrü, 

mühiti,  yaradıcılığı və əsərləri haqqında da  geniş məlumat verilir ki, bu 

özü də gələcək elmi tədqiqatlar üçün baza rolunu oynamaqdadır. 

Bir  şeyi  də  qeyd  edək  ki,  daha  sonralar  klassik  türk  ədəbiyyatı  və 

həmin  ədəbiyyatı  əks  etdirən  əsərlər  Tənzimat  dövrü  ədəbiyyatının 

ortaya  çıxması,  Avropaya  marağın  artması  ilə  bağlı  olaraq  arxa  plana 

keçdiyi  üçün  klassik  irsin  öyrənilməsinə  və  tədqiqinə  o  qədər  də  geniş 

yer  verilməmişdir.  Əsərlərdəki  sənət  anlayışı,  eləcə  də  ərəb-fars 

sözlərinin çoxluğu bu ədəbiyyatın “yüksək zümrə ədəbiyyatı”, yaxud da 

“saray ədəbiyyatı” adlandırılmaqla yalnız müəyyən bir təbəqəyə xidmət 

edən ədəbiyyat və dil nümunəsi kimi qiymətləndirilərək bütünlüklə arxa 

plana  keçirilməsinə,  diqqətdən  kənar  qalmasına  səbəb  olmuşdur  ki, 

bugün  həmin  əsərlərə  müraciət  etməmiz  də  müəyyən  mənada  işin 

aktuallığına dəlalət edir. 



Tədqiqatın  obyekt  və  predmeti:  Tədqiqatın  obyekti  Nabi 

“Divan”ı  və  “Divan”da  işlənmiş  türk,  eləcə  də  müxtəlif  sistemli 

dillərdən  alınma  sözlərin  leksik,  leksik-semantik,  struktur  baxımından 

tədqiqi və izahıdır.  



Tədqiqatın məqsəd və vəzifələri: Tədqiqatın məqsədi klassik dövr 

ədəbi  dilinin  səviyyəsini  öyrənmək,  müasir  dildən  ayrılma  dərəcəsi  və 

səbəblərini  müəyyənləşdirmək  və  digər türk  dillərinə  nəzərən  XVII əsr 

türk 


ədəbi 

dili 


və 

ümumxalq 

dili 

arasındakı 



sərhəddi 

müəyyənləşdirmək,  ədəbi  dildə  işlənmiş  ərəb-fars  mənşəli  sözlərin 

işlənmə tezliyini ortaya çıxarmaqdan ibarətdir. Bu məqsəd çərçivəsində 

aşağıdakı vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdur: 

1.  Nabi  “Divan”ında  işlənmiş  leksik  vahidlərin  seçilərək 

mənşələrinin müəyyənləşdirilməsi. 

2.  “Divan”da  təsadüf  olunan  sözlərin  yazılışı  ilə  müasir  türk 

dilindəki  formalarını    qarşılaşdıraraq  arada  keçən  üç  yüz  il  ərzində 




Yüklə 491,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə