Azərbaycan miLLİ elmlər akademiyasi I. NƏSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 491,65 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix30.10.2018
ölçüsü491,65 Kb.
#76865
1   2   3   4   5   6   7   8   9

 

 

25 



 

çəkmək, çıxarmaq, dərin, dinləmək, toxunmaq, tökmək, düşmək, köhnə, 

etmək, gecə,  gəlmək, görmək, girmək, geyinmək, köçmək,  göndərmək, 

günəş,  içmək,  istəmək,  eşitmək,  qan,  bağlanmaq,  oxumaq,  olmaq, 

oturmaq,  ölmək,  silmək,  sonra,  indi,  uzaq,  uzun,  etmək,  yatmaq, 

yıxmaq, udmaq, və s. bu qəbildəndir. 

Nabinin  yaşadığı  dövrdə  istifadə  edilən  bir  sıra  sözlər  zaman 

keçdikcə  fərqli  məna  ampluaları  qazanmış,  yaxud  da  sözün  bir  neçə 

mənasından  ən  çox  işlək  olanı  günümüzə  qədər  gəlmişdir.  Çoxmənalı 

sözlərdə  də  mənaların  işlənmə  tezliyi  dövrün  şərtlərinə  və  xalqın 

ehtiyaclarına  görə  fərqlilik  göstərmişdir.  D.Aksan  sözlərdə  məna 

dəyişmələrini  belə  əsaslandırır:  “Bir  sözün  zamanla  ifadə  etdiyi 

mənadan  az-çox  uzaqlaşması,  ya  da  yeni  bir  anlayışı  əks  etdirməsinə 

məna dəyişməsi deyilir”.

20

 

Divanda üç yerdə işlədilən “alçaq” sözünün ikisi, cəmiyyətdə əxlaq 



nomalarına  riayət  etməyən  şəxslər  üçün  deyilən  “soysuz”,  “xain” 

mənasında; biri isə hal-hazırda istifadə edilməyən, lakin qədim Anadolu 

xalqının  dilində  istifadə  olunan  “dəyərsiz,  qiymətsiz”  mənasında 

işlədilmişdir. 

Hudâ bir şem' ile çeşm-i ümîdin eyledi rûşen 

Ki mihr-i rûyına nisbet hilâl-i îd alçakdur. (ND. 318/10)   

Nabi “Divan”ında hazırda məna sapmasına məruz qalan bir sıra 

sözlər  vardır.  Məsələn,  “gözləmək”  feli  “Divan”da  sadəcə  bir  yerdə 

istifadə edilmiş və müasir türk dilindəki “beklemek”mənasındadır. 

 

Aceb mi sözlerüme eylese felek ta'zîm, 



 

Aceb mi nâmumı andukça gözlese âdâb ( ND. 74/59) 

“gözləmək”  sözü  müasir  Türk  dilində  daha  çox,  nələr  olduğunu  və 

birinin  nə  etdiyini  anlamaq  üçün  “diqqətlə  baxmaq”,  “gözlə  təqib 

etmək”  mənasında  işlədilir.  Məsələn:  Ne  kendisi  dışarı  çıkabilir,  ne  de 

kimse  bu  sarp  kale  bedenine  tırmanıp  içerisini  gözleyebilir.  Hele 

zaptetmek kimsenin hatırından geçmezdi (Samiha Ayverdi).

21

 



Ancaq  dövrümüzdə  istifadə  olunan  “yolunu  gözləmək”  ifadəsi 

əvvəllər istifadə olunan “beklemek” mənasını itirməmişdir. Azərbaycan 

                                                 

20 


Aksan D. Her Yönüyle Dil, Ana Çizgileriyle Dilbilim. Ankara: TDK,1988, s. 213

 

21



Ayverdi İ. Misalli Büyük Türkçe Sözlük. İstanbul:Kubbealtı Neşriyat, 3 cilt, 2006, 

s.1094


 

 

 



26 

 

dilində  “gözləmək” sözü qatarı  gözləmək,  məktub  gözləmək, qonaqları 



gözləmək  və  b.  misallarda  göründüyü  kimi  məna  dəyişməsinə 

uğramamış və əvvəllər istifadə olunan mənası ilə istifadə edilir. 

22

 

Dildəki  sözlərin  məna  dəyişmələri  uzun  prosesin  nəticəsidir.  Bir 



obyekti,  ya  da  hadisəni  ifadə  edən  anlayışlar  zaman  keçdikcə  fərqli 

mənalar  ifadə  edir.  Köhnə  məna  əhəmiyyətini  itirir,  yeni  məna  aktiv 

şəkildə istifadə edilir. 

Məna  dəyişməsinin  digər  bir  səbəbi  də  insanın  bədən  orqanları  ilə 

təbiətdəki  obyektlər  arasında  əlaqə  qurularaq  bənzətmələr  yaradılması 

və yeni mənalar ifadə etməsi ilə bağlıdır. 

Dissertasiya  işinin  III  fəsli  “Nabi  “Divan”ında  alınma  sözlər” 

adlanır.  Bu  fəsil  özlüyündə  üç  yarımbaşlığ  altında  izah  edilmişdir. 

Alınma sözlərlə əlaqədar nümunələr verilməzdən əvvəl türk dilinə daxil 

olan  xarici  sözlər  və  daxil  olduğu  dövrlərin  üzərində  dayanılmış  və 

bunların  səbəbləri  açıqlanmışdır.  Türk  dilinə  xarici  dillərdən  söz 

gəlməsi hadisəsi daha çox X əsrdən ərəb və fars sözləri ilə başlayır. 

Türklər,  İslamiyyəti  qəbul  edib  Anadoluda  yaşamağa  başladıqdan 

sonra  istər  burada  yaşayan  müxtəlif  tayfalardan  olan  insanların 

dillərindən,  istərsə  də  ərəb  və  fars  dilindən  bir  çox  söz  türk  dilinə 

keçmişdir.  XI  və  XII  əsrlər  arasında  Anadoluda  yerləşən  türklər, 

buradakı  yerli  xalqlarla  qaynayıb-qarışmış  və  Anadolu  dialektlərinə 

keçən  bir  çox  söz  bu  dövrdə  türk  ədəbi  dilinə  də  daxil  olmuşdur. 

Məsələn əkinçiliklə  bağlı alət adları, bitki,  meyvə,  çiçək adları, ticarət, 

dənizçilik,  balıqçılıq,  yemək  mədəniyyəti,  müxtəlif  ənənə  və  adətlər, 

inzibati  və  maliyyə  məsələləri  ilə  əlaqədar  söz  və  terminlər 

ümumiyyətlə  yunan,  italyan,  slavyan,  macar  dillərindən  keçmiş 

sözlərdir. İtalyan dilindən sözlər Qara dəniz və Aralıq dənizi vasitəsi ilə 

dəniz ticarəti ilə məşğul  olan Venetsiyalı tacirlər vasitəsi ilə alınmışdır. 

Yunan  dilindən  sözlər  isə  xalqların  bir-birləri  ilə  olan  yaxın  əlaqələri 

nəticəsində  daxil  olmuşdur.  Slavyan  mənşəli  sözlər  də  Osmanlı 

imperatorluğunun  balkanlara  çıxışı  ilə  orada  olan  bolqarlar, 

makedoniyalılar  və  serblər  vasitəsilə  daxil  olmuşdur.  Lakin  alınma 

sözlər  o  dillərdə  olduğu  kimi  deyil  türk  dilinin  qayda-qanunlarına  tabe 

edilərək dilə daxil edilmişdir. Məsələn yunan dilindən alınan sözlərdən; 

                                                 

22

 Orucov Ə. Azərbaycan Dilinin İzahlı Lüğəti. Bakı: Şərq-Qərb, 2006, s. 551



 


 

 

27 



 

“araka” (

kavanos),  “mantar” 

(

“maydonoz”  (

makedonasi), “mendil” (

“papatya”  (

23

 



Türk  Dil  Qurumunun  nəşr  etdirdiyi  lüğətə  əsasən  xarici  dillərdən 

alınan  14264  söz  üzərində  aparılan  araşdırmaya  görə  dövrümüzdə 

Türkiyə  türkcəsinə  daxil  olan  alınma  sözlərin  45  %-ini  ərəb,  33  %-ini 

fransız  və 10 %-ini  də  fars  mənşəli sözlər  olmaqla  88 %-ini bu üç  dilə 

aid sözlər təşkil etdiyi məlum olur. 

“Nabi  divanında  ərəb  mənşəli  sözlər”  fəsli  öz  daxilində  iki 

yarımfəsil  kimi  tədqiq  edilmişdir.  Bunlardan  birincisində:  “Ərəb 

mənşəli  sözlərdə  fonetik  dəyişmələr”;  digərində  isə;  “Ərəb  mənşəli 

sözlərdə məna dəyişmələri” araşdırılmışdır. 

Osmanlı  türkcəsi  deyilən  və  Türk  dilinin  ikinci  inkişaf  dövrü  kimi 

qəbul  edilən  dövr,  XVI  əsrdən  başlayaraq  XX  əsrin  başlarına  qədər 

davam etmişdir. Qədim Anadolu türkcəsinə XV əsrə qədər ərəb və fars 

sözləri  çox  daxil  olmamışdır.  Lakin  İstanbulun  fəth  edilməsi  ilə  XV 

əsrin  ikinci  yarısından  başlayaraq  güclü  şəkildə  ərəb,  fars  söz  və 

tərkibləri  dilə  daxil  olmağa  başlamışdır.  Bunda  ən  böyük  faktor 

şübhəsiz  ki,  İstanbulun  elm  mərkəzi  sayılması  ilə  klassik  türk 

ədəbiyyatının  inkişafı  və  müxtəlif  yerlərdən  şair  və  yazıçıların  buraya 

toplanması  idi.  Osmanlı  türkcəsi  adı  altında  inkişaf  edən  bu  yazı  dili 

türk,  ərəb  və  fars  dilli  sözlərin  qarışıq  şəkildə  stifadə  edildiyi  və 

təxminən beş əsr davam edən bir yazı dili olmuşdur.  

Dissertasiyanın “Nabi “Divan”ında ərəb mənşəli sözlərdə fonetik 



dəyişikliklər” adlanan hissəsində “Divan”dan alınan nümunələr müasir 

dövrdəki istifadə formaları ilə müqayisə edilərək mövcud dəyişmələr 

əyani şəkildə göstərilmişdir. 

Mənbələrə əsaslanaraq Nabi divanında işlənən ərəb mənşəli sözlərin 

o  dövrdəki  tələffüz  şəkilləri  ilə  dövrümüzdəki  tələffüz  formaları 

müqayisə  edilmiş,  Nabi  divanında  işlənən  və  müasir  Türkiyə 

türkcəsində  istifadə  edilən  bir  çox  sözdə  səs  dəyişikliyinə  məruz 

                                                 

23 

Korkmaz Z. Türk Dili Üzerine Araştırmalar. Ankara: TDK yayınları, 1995, II cilt, 



s.950

 

 



 

28 


 

qalmadığı  aşkarlanmışdır.  Nabinin  yaşadığı  XVII  əsrdə  istifadə  edilən 

əlifba  Ərəb  əlifbası  olduğu  üçün  ərəb  mənşəli  sözlərdəki  uzun  səsləri 

göstərməkdə  uzatma  hərfləri  olan  əlif  (ا  ),  yə  (ى  )  və  vav  (و  )  hərfləri 

istifadə  edilirdi.  Məsələn;    (تدﺎﻋ)  sözündə  “a”  saiti  uzun  oxunmalıdır. 

Latın əlifibasında bu səsi ifadə edəcək bir  işarə olmadığı üçün uzatma-

incəltmə  işarəsi a, ı və u səslərinin üzərinə (^ ) qoyularaq uzun (â, î, û ) 

saitləri  formalaşdırılmışdır.  Eyni  zamanda  Ərəb  əlifabasındakı  kaf  (ق) 

və  kef  (ك)  səslərinin  qarşılığı  olaraq  Türkiyə  türkcəsində  “k”  səsi 

istifadə edilir. Ərəbcə “qələm” sözü “kaf” ilə (ﻢـــﻠﻗ) “kamil” sözü “kef” 

ilə (    ﻞﻣﺎﻛ)  yazılır. Bu səs fərqini ifadə  etmək üçün Türkiyə türkcəsində 

“a” və “â” saitlərdən istifadə edilir. M. Erginin fikrincə bu işarə, doğru 

oxumağı  təmin  edəcək  və  qarışıqlığın  aradan  qaldırılmasına  yardımcı 

olacaq  yerlərdə  mütləq  istifadə  edilməsi  lazımdır. 

24

  T.N.Gencan,  bu 



işarənin üç yerdə istifadə edilməsi lazım olduğunu ifadə etmişdir. Xarici 

mənşəli  sözləri  uzun  söylənən  sözlərdən  ayırmadan,  k,  q  səslərindən 

sonra  gələn  a,  u  qalın  saitləri  incə  oxumada  və  nisbət  "i"  şəkilçisini 

ifadə  zamanı  istifadə  etməlidir.

25

    Türk  Dil  Qurumunun  rəsmi  internet 



saytındakı  orfoqrafiya  təlimatında  da  düzəltmə  işarəsinin  istifadə 

edilməsi lazım olduğu vurğulanır.

26

  

Bir dildən başqa dilə söz daxil olduğu zaman o dilin səs quruluşuna 



uyğun  olaraq  bəzi  dəyişikliklərə  uğrayır.  Türk  dilinə  də  daxil  olan 

sözlərdə  bəzi  dəyişikliklər  edilmişdir.

27

  Məsələn  ərəb  dili  tecribe  > 



tecrübə, fars dili bâgçe > bahçe kimi. 

Hətta  bəzi  sözlər  mənsub  olduğu  dildəki  əsl  mənasından  fərqli  bir 

məna  qazanmışlar.  Məsələn,  şəfəq  sözü  günəş  batdığında  səmada 

meydana  gələn  qırmızılığı  bildirdiyi  halda  türk  dilindəki  mənası  günəş 

doğmazdan əvvəl üfüqdə  görünən işıqdır. Bəzi sözlər  türk  dilində  yeni 

məna  qazanmışdır.  Məsələn,  fars  dilində  pîşîn  öncəki  və  ərəb  dilində 

cəm şəkilçisi –ât birləşərək peşinât nəqd olaraq ödənilən pul mənasında 

türk dilinə qazanılmışdır.  

                                                 

24 


Ergin M. Üniversiteler için Türk Dili. İstanbul: Bayrak Yayınları, 1999, s. 178

 

25 



Gencan T. N. Dilbilgisi. Ankara: Ayraç Yayınevi, 2001, s. 623

 

26



 www.tdk.gov.tr

 

27 



Ercilasun A. B. Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü. Ankara: Kültür Bakanlığı 

Yayını,1991, s. 162

 



Yüklə 491,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə