Azərbaycan miLLİ elmlər akademiyasi I. NƏSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 491,65 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix30.10.2018
ölçüsü491,65 Kb.
#76865
1   2   3   4   5   6   7   8   9

 

 

13 



 

sarayda  və  mükəmməl,  eləcə  də  mədrəsə  təhsili  görmüş  insanların 

dilində  yad dil ünsürlərinin təsiri son dərəcə hiss edilməkdə idi. İnkişaf 

etmiş  fars  ədəbiyyatı  incilərindən  təsirlənən  şairlər  də  öz  əsərlərində 

bunu əks  etdirirdilər. Digər tərəfdən klassik irsin  nümayəndələri  dildən 

istifadə edərkən onun təmizliyi haqqında deyil, sənət haqqında düşünür, 

qeyri-iradi  də  olsa  “sənət  sənət  üçündür”  ideyasına  əsaslanırdılar. 

Onların  fikrincə  istifadə  olunan  ifadələr  təmtəraqlı,  başqalarınınkından 

seçilən  və  orijinal  olmalı,  özlərindən  əvvəl  yaşayıb-yaratmış  şair  və 

nasirlərin  dilində  işlənməmiş  olması  xüsusi  əhəmiyyət  daşıyırdı. 

Bundan başqa mənaya da xüsusi diqqət verilir, “məna əgər bir dilbərsə, 

onun  zinət  əşyaları  ona  vurulan  bəzək”  –  istifadə  olunan  alınma  sözlər 

olurdu. XVII əsr klassik türk şeirinin əsasını  məhz bu tendensiya təşkil 

etməkdə idi. Ona görə də dilə daxil olan ərəb və fars mənşəli söz və söz 

birləşmələri – izafətlər  nəticəsində  dildə,  xüsusilə  də  üslubda  müəyyən 

dəyişikliklər  nəzərə  çarpırdı.  Poeziyada,  eləcə  də  nəsrdə  bər-bəzəkli 

ifadə  və  üsluba  meyl  nəticəsində  dilə  çoxlu  miqdarda  cinas,  təşbih, 

istiarə, təkrir,  mübaliğə,  məcazi-mürsəl, tənasüb  və s.  kimi   bədii ifadə 

vasitələri  gətirilmişdi.  Şairlər  təbiətdə  mövcud  olan  varlıqları  həmin 

bədii  ifadə  vasitələri  ilə  tərənnüm  etməyə  səy  göstərirdilər.  Mənanın 

sözə  yüklənməsi, söz oyunuyla ədəbi əsərlərin  yaranması ənənə şəklini 

almaqda  idi.  Bütün  fikir  bəzən  bir  beytə  yüklənirdi.  Hətta  Koca  Raqib 

Paşa  bir  misranın  bir  əsərə  bərabər  ola  biləcəyini  belə  iddia  edirdi: 

“Eğer maksûd eserse, mısra-ı berceste kâfidir” (“mısra-ı berceste” şeirin 

şah misrasına deyilir.) 

Türk  klassik  ədəbiyyatına  daha  yaxından  nüfuz  etmək  məqsədi  ilə 

onu da qeyd edək ki, bu həm, poeziya, həm də nəsrlə yazılmış ədəbiyyat 

nümunəsidir. Lakin poeziya daha üstünlük təşkil edirdi. Nəsrlə yazılmış 

əsərlər poeziya dilindən fərqlənirdi. Belə ki, nəsrdə həm təmtəraqlı, həm 

də  sadə  dildən  istifadə  olunurdu.  Elmi,  ədəbi  və  fəlsəfi  əsərlərin  dili 

ağır,  dini,  tərbiyəvi,  əxlaqi,  eləcə  də  təbiət  və  mədəniyyətlə  bağlı 

əsərlərin dili isə sadə xalqın oxuyub anlayacağı saf dil idi. Məsələn, XV 

əsr  şairlərindən  Sinan  Paşanın  məşhur  əsəri  olan  “Təzərrünamə” 

təmtəraqlı  dillə  yazılmış  bir  əsər  olduğu  halda,  XVII  əsrin  görkəmli 

şairi, səyyahi kimi məşhur olan Övliya Çələbinin “Səyahətnamə”si sadə 

bir  dillə  yazılmış  olub,  istər  dövrü,  istərsə  də  müasir  dövr  üçün  çətin 

başa düşülməyən bir əsərdir.  

 

 



14 

 

Bu  yarımbaşlıqda  klassik  türk  ədəbiyyatının  əsas  mövzusunun 



məhəbbət  mövzusu  olduğundan  XIII-XVII  əsrlərdə  türk  dilinə  daxil 

olan  sözlərin  də  həmin  mövzu  ilə  əlaqədar  olması  məsələsinə 

toxunulmuşdur.  Belə  ki,  tədqiqatdan  həmin  dövrlərdə  dilə  təkcə 

“sevgili”  anlayışını  ifadə  etmək  üçün  məcaz,  istiarə  kimi  yüzlərlə 

alınma söz daxil olmuşdur. 

I  fəslin  III  yarımbaşlığı  “Klassik  türk  ədəbiyyatında  ölçü  və 



qafiyə” adlanır. İşin bu hissəsində klassik türk ədəbiyyatında vəzn, əruz 

vəzninin  türk  dilinə  daxil  olma  tarixi,  məhz  türk  şerini  əruz  vəzninə 

uyğunlaşdırmaq  üçün  ərəb-fars  mənşəli  alınmalara  müraciət  edilməsi 

kimi məsələlərə toxunulmuşdur. Araşdırmalar göstərir ki, xüsusilə XV-

XVII  əsrlərdə  ədəbiyyatda  dilin  ağır  olmasının  bir  səbəbi  də  türk 

sözlərinin  vəznə  uyğun  gəlməməsi  məsələsi  olmuşdur.  Hətta  bunu 

Mövlanənin  oğlu  Sultan  Vələd  də  əsərlərində  qeyd  etmişdir.  Türk 

dilində işlənən və “incəltmə-uzatma” işarəti kimi  məlum olan (^) işarət 

də  məhz  dilə  ərəb  mənşəli  sözlərdə  uzanmanı  göstərmək  məqsədi  ilə 

daxil  edilmişdir.  Hazırda  müasir  türk  dilində  xüsusilə  də  eyni  yazılışa 

malik  sözləri  bir-birindən  ayırmaq  üçün  bu  işarətdən  daha  çox  istifadə 

edilir.  Məsələn:  Ali  –  Âli,  alem  –  âlem,  eləcə  də  uzanmanı  bildirmək 

üçün bu işarədən istifadə  edilir. Məsələn: ârif, îma, âb, pîr, vâiz, kâmil, 

vîrâne və s. Bütün bunlar türk şeir dilinin get-gedə ağırlaşmasına səbəb 

olmaqla  yanaşı,  həm  də  türk  mənşəli  sözlərimizin  də  dilin  passiv 

fonduna  keçməsinə  səbəb  olurdu.  Bununla  bağlı  olaraq  XV  əsrdə 

yaşayıb-yaratmış,  türk  dünyasının  görkəmli  simalarından  olan  Əlişir 

Nəvai öz məşhur “Mühakəmət-ül lüğateyn” əsərində  yazmış, türk dilini 

qızılgül  bağçasına,  poeziyadakı  çətinlikləri  isə  tikana  bənzətmişdir. 

Böyük  mütəfəkkir:  “Ana  dilim  haqqında  fikirləşdim.  Türk  dilinin 

dərinliklərinə  baş  vurduqca  gözlərimə  on  səkkiz  min  aləmdən  daha 

yüksək  bir  aləm  göründü.  Həmin  aləmə  daxil  oldum.  Gülləri  fələyin 

günəşindən  də  parlaq  idi.  Hər  tərəfdə  gözün  görmədiyi,  əlin 

toxunmadığı  nələr  vardı.  Lakin  bu  xəzinənin  ilanı  qan  tökən  və 

güllərinin  tikanı  saya  gəlməz  idi.  Bunları  görəndə  fikirləşdim  və  öz-

özümə dedim ki, deməli bizim türk şairləri bu qorxulu və tikanlı yoldan 

çəkindikləri  üçün  türk  dilini  bir  tərəfə  buraxmışlar.    Bu  yol  böyük 

hümmət  tələb  edir.  Mən  bu  yolu  tərk  etmədim,  onun  seyrindən 

doymadım, Bu yolda yürüməkdən qorxub çəkinmədim” yazmaqla sanki 

dili yad ünsürlərlə dolduranlara qarşı üsyan edirdi. 




 

 

15 



 

Dissertasiyanın  birinci  fəslinin  ikinci  yarım  fəslində  "Nabinin 



həyatı,  əsərləri,  ədəbi  şəxsiyyəti,  dili  və  üslubu"undan  bəhs  edilmiş, 

şairin, mütəfəkkirin yaşadığı dövrə ekskurs edilmişdir.  

Nabinin  mənzum  və  mənsur  janrlarda  qələmə  aldığı  10  əsəri 

məlumdur.  Onun  ədəbi  şəxsiyyətini  ortaya  qoyan  və  şöhrət  qazandıran 

əsərləri bunlardır: 

1. Türk dilində “Divan”: Bu müəllifin ən əhəmiyyətli əsəri hesab 

olunur. Divanda 29 qəsidə, 888 qəzəl, 1 tərkibbənd, 5 təxmis, 156 tarixi, 

10 məsnəvi, 114 qitə, 218 rübai, 61 mətlə, 74 müfrəd, 186 müəmma və 

30 luqaz var. Hikemi uslubdan qəzəllərində istifadə etmişdir. 



2. Fars dilində kiçik “Divan”: Türk dilindəki divanın içindədir.  

3.  Xeyriyyəyi-Nabi  (Xeyrinamə):  Oğlu  Əbulxeyr  Mehmet 

Çələbiyə  həsr  etmişdir.  Əsərdə  müəllif  ömrü  boyu  əldə  etdiyi  həyat 

təcrübəsini  oğluna  nəsihət  edir.  Oğluna  cəmiyyətdəki  zərərli 

vərdişlərdən  uzaq  durmağı,  elm  və  irfanla  məşğul  olub  nümunəvi  bir 

həyat yaşamasını tövsiyə edir. 

4.  Tərcümeyi-hədisi-ərbeyn:  İran  şairi  Molla  Caminin  “Hədisi-

Ərbeyn” adlı əsərinin mənzum tərcüməsidir. Əsərin dili sadədir.  



5. Xeyirabad: Firudin Əttarın “İlahinamə” adlı əsərində “Hekayəti-

Fəxrəddin  Gürgani  və  Qulam  Sultan”  hekayənin  əlavələr  edilməklə 

genişləndirilmiş formasıdır. Ədəbiyyatımızdakı məhəbbət hekayələrinin 

ən nəzərə çarpan nümunələrindəndir. 



6.  Surnamə:  IV  Mehmetin  dövründə  Ədirnədə  təşkil  olunan 

şahzadə  Mustafa  və  şahzadə  Əhmədin  sünnət  mərasimlərinin  şərh 

olunduğu əsərdir.  

Nabinin mənzum əsərlərindən başqa, dörd də mənsur əsəri 

mövcduddur. Bunlar: 

1.  Fəthnameyi-Kamaniçə:  1671-ci  ildə  IV  Mehmetin  Lehistan 

səfərindən  bəhs  edir.  "Ovçu"  ləqəbi  ilə  tanınan  IV  Mehmet,  ordunun 

başında Lehistan (Polşa ) səfərinə çıxaraq Kamaniçə qalasını fəth etmiş, 

Bucaş  müqaviləsinin  şərtlərinə  görə  (1676)  Polşa  və  Ukrayna  Osmanlı 

İmperatorluğunun hakimiyyəti altına keçmişdir.

1

  



2.  Töhfət-ül-hərameyn:  Nabinin  İstanbuldan  başlayaraq  Urfa, 

Hələb, Şam, Qüds güzərgahı və Məkkə ziyarətindən bəhs edən əsəridir. 

                                                 

1

 Öztuna Y. Büyük Osmanlı Tarihi. İstanbul: Ötüken yayınları,1994, s. 214-234



 

 

 



16 

 

Bu  əsərində  türk,  fars  və  ərəb  dillərinin  leksik  bazasından  istifadə 



etməklə çox gözəl şeirlər də yazmışdır. 

3. Zeyli-Siyəri-Veysi: XVII əsrdə yaşamış Veysinin "Siyər" əsərinə 

zeyl (əlavə) olaraq yazılmışdır. Veysinin bu əsəri 1628-ci ildə ölümü ilə 

əlaqədar olaraq tamamlanmamış qalmışdır, Nabi onu tamamlamışdır.  

4.  Münşəat:  Nabinin  yaxın  dostları  ilə  yazışdığı  xüsusi  və  rəsmi 

məktublardan  ibarətdir.  Nabinin  Rami  Paşa,  Silahdar  İbrahim  Paşa, 

Əmizadə  Hüseyn  Paşa,  Əbdülbaki  Paşa,  Baltacı  Mehmet  Paşa,  Hələb 

qazısı  Əmrullah  Əfəndi,  Şam  qazısı  Arif  Əfəndi  və  s.  kimi  dostlarına 

yazdığı məktublar burada toplanmışdır. 

Nabinin  əsərlərinin  hərtərəfli  tədqiqi  göstərir  ki,  müəllifin  əsərləri 

dil  və  üslub  baxımından  fərqlənir.  Belə  ki,  əsərlərinin  bir  qismini  sadə 

dildə  yazdığı halda, digər qismini ərəb  və  fars ifadə  və birləşmələrinin, 

məcaz və izahatların çox işləndiyi əsərlər təşkil edir. Agah Sirri Ləvənd 

bu  fərqliliyə  əsaslanaraq  həmin  əsərlərin  eyni  bir  müəllifin  əsərləri 

olmadığı ehtimalını irəli sürür.

2

 Əslində isə bu Nabinin həm, sadə, həm 

də təmtəraqlı şeir dilindən istifadə etməsi ilə əlaqədardır. 

Nabi  yaradıcılığında  diqqəti  cəlb  edən  ən  mühüm  cəhət  onun 

hikmətli  ifadələr  sahibi  olmasıdır.  Nabi  lirikadan  çox  didaktik 

mövzulara  aid  əsərlər  yazmaqla  ilk  dəfə  klassik  türk  ədəbiyyatı,  eləcə 

də dilinə nəzmlə “hikmətli sözlər” tərzini gətirmişdir.  

Nabinin  “Söz  odur,  aləmə  səndən  qala  bir  zərbə-i-  məsəl”  ifadəsi 

onun  yaradıcılığa,  eyni  zamanda  sözə  verdiyi  qiymətin  ifadəsidir. 

Nabinin  yaradıcılığındakı  hikmət  anlayışı  həm  də  müəllifin 

şəxsiyyətindən,  onun  əşya  və  hadisələrin  mövcudiyyətinə  “hikmət 

gözü” ilə baxmasından irəli gəlir. 

Ceride-i-ezelide nüvişte her ne ise, 

O, nakş arz-ı cebin üzre der-kenar olunur.

3

  

(Alın  yazımıza  nə  yazılmışsa,  başımıza  da  onun  gələcəyindən  bəhs 



etmişdir.) 

"Nabi  “Divan”ında  türk  mənşəli  sözlər"  adlanan  ikinci  fəsil  də 

özlüyündə iki yarımfəsildə tədqiq edilmişdir. " 

                                                 

Levend A.S. Nâbî’nin Surnâmesi. İstanbul: İnkılâp Yayınevi, 1944, s.17



 

Bilkan A.F. Nâbî Dîvânı. İstanbul : MEB Yayınları,1977, s. 543



 


Yüklə 491,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə