Azərbaycan miLLİ elmlər akademiyasi I. NƏSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 491,65 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix30.10.2018
ölçüsü491,65 Kb.
#76865
1   2   3   4   5   6   7   8   9

 

 

29 



 

Ərəb  dilindən  türk  dilinə  keçən  bir  sıra  sözlərdə  bəzən  ortasında, 

bəzən  də  sonunda  olan  qoşa  samitlərin  biri  düşür.  Nabi  divanında 

işlədilən  bu  tipdən  “enâiyyet    >  enaniyet”  ,  “hammam  >  hamam”  ,  “ 

niyyet  >  niyet”  ,  “  sedd  >  set”  ,  “şekk  >  şek”  kimi  sözlər  bir  samitlə 

işlənir.  

Azərbaycan  dilində  isə  türk  dilindən  fərqli  olaraq  sədd,  şəkk,  hiss, 

zənn kimi sözlərin sonundakı cüt samitlər eyni ilə qalmışdır.  

Beş  mindən  artıq  söz  üzərində  aparılan  araşdırmada  üç  yüzə  yaxın 

sözün  tələffüzündəki  fərqliliklər  müəyyənləşdirilmiş  və  həmin  sözlər 

tələffüzündəki səs dəyişmələrinə görə qruplaşdırılmışdır. 

Matbah >Mutfak  : (

)

ﺦﺒﻄﻣ     Ar. ﺦﺒﻃ  “pişirmek”dən  “matbah > mutbah > 



mutbak  yemək  bişirmək  üçün  ayrılan  və  bu  iş  üçün  lazımlı  vasitə  ilə 

təchiz  edilən  evin  bir  hissəsi.  “  …  ve  mutfağa  doğru  şaşkın  adımlarla 



yürüdü.”  (Peyami  Safa)    Eyni  zamanda  “Türk  Mutfağı”    yemək 

hazırlamaq  sənətləri  başa  düşülür.  “Matbah”  sözü  divanda  15  yerdə 

işlənmişdir. 

Veliyy-i ni’met-i âlem ki künc-i matbahınun 

Kemîn piyâlesidür kâse-i ser-i Fağfûr

28

 



Tennur  >  Təndir  : 

)

رﻮﻨﺗ



(

  Ar.  “tennûr”dan  tendür  >  təndir  kimi  istifadə 

edilir. Bu söz fars dilində  “tenūr ve tendūr”dir. Türkiyə türkcəsində bir 

neçə  fərqli  mənada  istifadə  olunur.  1.  İçinə  saman  və  keçi  tükü 

qarışdırılaraq  torpaqdan  düzəldilmiş  və  yerdə  qazılan  bir  çuxur,  içinə 

kiçik soba  yerləşdirilir; 2. Qışda  əl  və  ayaqları isitmək üçün üstü bağlı 

kiçik  manqal 3. Soyuq  yerlərdə qışda  otağın  ortasında qazılan çuxurun 

içinə  köz  qoyulur,  ətrafında  taxtadan  düzəldilən  skamyada  oturularaq 

ayaqlar  aşağı  sallanır;  dizlərə  örtük  atılır  və  ya  bir  stolun  altına  bir 

manqal,  onun  üzərinə  bir  qəfəs  və  bunların  üzərinə  örtülən  böyük  bir 

yorğan  və  ya  qalın  keçə  ilə  qızdırılırdı.

29

  Təndirdə  bişirilən  çörəyə 



“təndir  çörəyi”,  quşbaşı  ət  və  soğanla  bişirilən  yeməyə  də  “tandır 

kababı”  deyilir.  Bu  söz  digər  türk  dillərində  də  istifadə  edilir.

30

 

“Tennûr” sözü divanda 7 yerdə işlənmişdir. 



                                                 

28 


Bilkan A.F. Nâbî Dîvânı. İstanbul : MEB Yayınları,1997, s. 43

 

29



 Ayverdi İ. Misalli Büyük Türkçe Sözlük. İstanbul:Kubbealtı Neşriyat, 3 cilt, 2006, s. 

3022


 

30 


Ercilasun A. B. Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü. Ankara: Kültür Bakanlığı 

Yayını,1991, s. 846

 

 

 



30 

 

Kimisi didi kurs-ı nândur bu / Oldı tennûr-ı çerhde peydâ 



31

 

Bunlardan  başqa;,  müftî  >  müftü,  mümkin  >  mümkün,  müsâfir  > 



misafir, sandûk > sandık, tekye > tekke, tevbe > tövbe, tılısm >  tılsım, 

zanbak > zambak vb. kəlimələrdə də səs dəyişməsi olmuşdur. 



“Nabi “Divan”ında ərəb mənşəli sözlərdə məna dəyişiklikləri 

adlanan yarımfəsildə ərəb mənbələrindəki mənası, Nabi 

“Divan”ındakı mənası və dövrümüzdəki mənası müqayisə edilərək 

dəyişikliklərin göstərilməsinə çalışılmışdır. 

Türklərin islam dinini qəbul etməsi ilə birlikdə türk dilinə ərəb 

dilindən minlərlə söz daxil olmuşdur. Bu sözlərdən bir çoxu o 

dövrdəki mənalarını qorumuş, bəziləri isə zamanla fərqli mənalar 

qazanmışlar. Tələffüzü eyni qalsa da, məna sürüşməsinə məruz 

qalan sözlər çoxdur. Məsələn; ərəb dilindəki “katar” sözü əvvələr 

sadəcə “deve kafilesi” yerində istifadə edildiyi halda, müasir dövrdə 

“tren, ard-arda sıralanmış şeylerin düzümü (deve katarı, katar 

katar turnalar ) mənasında istifadə olunur. 

Təxminən  1400  illik  dövrü  əhatə  edən  və  o  dövrdə  istifadə  edilən 

mənalarla  yanaşı başqa  mənalar  da qazanan sözlər xeyli çoxdur. Bütün 

bunlar mümkün olduğu qədər dissertasiya işində öz əksini tapmışdır. 

Âfet (ﺖﻓآ) (isim): “Bela, fəlakət, müsibət” mənasındadır. Hal-hazırda da 

bu  mənada istifadə  edilir. Məcazi  mənada isə;  “gözəlliyi ile insanı  dəli 

edən, ağlını başından alan qadın, dilbər” deməkdir. 

32

 



“Gül yüzlü bir âfet ki her bûsesi lâle.” (Y. K. Beyatlı)  

“âfet” sözünə əlavə olunan fars mənşəli –zede (tutulmuş, vurulmuş, 

ilişmiş) şəkilçisi ilə yaradılan “afetzede” sözü “müsibət görmüş, bəlaya 

uğramış, məhv olmuş” mənasındadır. 

33

 “Türk Kızılay’ı Pakistan’daki 



afetzedeler için yiyecek, çadır ve battaniye gönderdi.” 

                                                 

31 

Bilkan A.F. Nâbî Dîvânı. İstanbul : MEB Yayınları,1997, s. 274



 

32

 İşler E. Türkçede Anlam Kaymasına Uğrayan Arapça Kelime ve Kelime Grupları. 



İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1997, s.16

 

33



 Develioğlu F. Osmanlıca-Türkçe Ansiklopedik Lûgat. Ankara: Aydın Kitabevi 

Yayını, 2005, s. 11

 



 

 

31 



 

Nabi  “Divan”ında  “insanı  uğrunda  öləcək  qədər  eşq  bəlalarına 

salacaq gözəl” mənasında istifadə edilmişdir.

34

  



Dissertasiyanın 

üçüncü 


fəslinin 

ikinci 


hissəsində 

“Nabi 

“Divan”ında  fars  mənşəli  sözlər”  tədqiq  edilmişdir.  Bu  mövzu 

özlüyündə  fars  mənşəli  sözlərdə  fonetik  dəyişikliklər  və  fars  mənşəli 

sözlərdə  məna  dəyişiklikləri  olaraq  iki  ayrı  başlıq  altında  tədqiq 

edilmişdir.  Qeyd  etdiyimiz  kimi  “Divan”da  keçən  alınma  sözlərin 

böyük  bir  hissəsini  ərəb  və  fars  mənşəli  sözlər  təşkil  etdiyindən  əsas 

ağırlıq  da  həmin  sözlərin  struktur,  məna,  tələffüz  və  fonetik  cəhətdən 

dəyişməsinə verilmişdir.  

Böyüklüyü,  yaxud  kiçikliyindən  asılı  olmayaraq  müxtəlif 

münasibətlər  nəticəsində  bir  dildən  başqa  dilə  söz  keçməsi,  yaxud  söz 

mübadiləsi daima olmuş və hətta bu dillərin inkişafında da müəyyən rol 

oynamışdır.  Dünya  dilləri  arasında  başqa  dillərdən  təsirlənməyən,  saf 

olan  dil  təsəvvür  etmək  mümkün  deyil.  Əsrlər  boyunca  xalqlar  bir-biri 

ilə  siyasi,  iqtisadi,  mədəni  və  s.  əlaqələrdə  olmuşlar.  Bu  əlaqələr 

nəticəsində  dillərə  yeni  sözlərin  daxil  olması  üçün  şərait  yaranmışdır. 

Türklər  ilə  farslar  tarixin  qədim  dövrlərindən  etibarən  bir-birinə  daima 

qarşılıqlı təsir göstərmişlər. Ümumimiyyətlə. Nəzərə almaq lazımdır ki, 

başqa  dillərdən  alınan  sözlər  xalqların  qədimdən  bəri  mövcud  olan 

möhkəm əlaqələrinin göstəricisidir 

Türk  dili,  yad  dillərdən  aldığı  sözlərdə  öz  səs  quruluşuna  uyğun 

olaraq  dəyişikliklər  etmişdir.

35

  Ərəb  əlifbasında  olduğu  kimi  fars 



əlifbasında  da  türk  dilindəki  bütün  səsləriqarşılığı  olan  saitlər  yoxdur. 

Buna  görə  də  türk  dili  almış  olduğu  sözləri  öz  səs  quruluşuna 

uygunlaşdırmışdır. “Xarici dillərdən alınan sözlər əgər dil uyğunlaşması 

prinsipinə  zidd  olsalar  “bənzətmə“  yolu  ilə  türk  dilinin  səs  sisteminə 

uyğunlaşdırılmışdır” 

36

  Məsələn;  fars  dilindən  türk  dilinə  keçmiş 



olan(ﮫﺷﻮﮔ  )  gûşe>bucaq,  (نﺎﺑدﺮﻧ  )  nerdübân>nərdivan,  (ﮫﺒﻨﺷرﺎﮭﭼ)  çehâr-

şenbe>çərşənbə,  (ﺐﺷرﺎﭼ)  çâr-şeb>çarşaf,  (ﻦﯿﺑرود)  dûr-bîn>dürbün,  ərəb 

dilindən  gelen  (ﺦﺒﻄﻤﻟا  )matbah>mutfak,  (ﻢﺴﻠﻃ  )  tılesm>tılsım  (yunan 

                                                 

34

 Osmanlıca – Türkçe Ansiklopedik Büyük Lûgat. Komisyon, İstanbul: TÜRDAV 



yayınları, 1993, s. 21

 

35



 Ergin M. Üniversiteler için Türk Dili. İstanbul: Bayrak Yayınları, 1999, s. 163

 

36 



Develi H. Evliya Çelebi Seyahatnamesine Göre 17. Yüzyıl Osmanlı Türkçesinde Ses 

Benzeşmesi ve Uyumlar. Ankara: TDK Yayınları, 1995, s. 27

 

 

 



32 

 

dilində  “telesmas”),  və  b.  görüldüyü  kimi  müəyyən  səs  dəyişikliyinə 



uğramışdır.  Bəzən  də  daxil  olduqları  dillərdə  səs  xüsusiyyətlərini 

qoruyaraq  və  dəyişmədən  eyni  şəkildə  istifadə  edilmişlər.  Fransız 

dilindən  gələn  metro  >  metro,  ərəb  dilindən  gələn  (    ﻢﻟﺎﻋ)  aləm>  aləm, 

fars  dilindən  gələn  (ﮫﻤﺸﭼ  )  çeşme>çeşmə,  ivrit  dilindən  gələn 

havra>havra  və  s.  bu  qəbildəndir.  Belə  sözlərdə  deyiliş  və  yazılış 

forması  dəyişikliyə  heç  bir  əsas  verməmişdir.  Yalnız  söz  etimoloji 

baxımdan  araşdırıldığında  onun  yad  dildən  gəldiyi,  alınma  olduğu 

meydana çıxır. 



“Nabi  “Divan”ında  fars  mənşəli  sözlərdə  fonetik  dəyişikliklər” 

adlanan  yarımfəsildə  Türkiyə  türkcəsinə  keçən  fars  sözlərinin  ilk 

hecasında  olan  “e” səsi,  bəzi sözlərdə başqa bir  açıq  və  ya qapalı saitə 

çevrilmişdir.  çenâr>  çinar,  encîr>  əncir,  zəncir>  zincir,  pehlevan> 

pəhlivan  və  s.  Biz  bunu  Türkiyə  türkcəsində  bəzi  fellərdə  də  görürük. 

Məsələn  yemək  və  demək  felləri  hallanarkən  fel  kökündə  e>  i 

dəyişməsi meydana gəlir: diyen, diyor, diyecek, diyelim, yiyecek, yiyor, 

yiyelim,  yiyen  vb.  Nabi  “Divan”ında  isə  bu  dəyişiklik  diyemem, 

diyemez, diyecek kimi fellərdə müşahidə edilir.  

Diyemem nazmumı ki rengîndür / Lâyık-ı âferîn ü tahsîndür 

37

  

“çenâr”    [  رﺎﻨﭼ  ]  Türkiyə  türkcəsində  (TT.)  “çınar>  çinar”  çinar 



ağacı  mənasındadır.  Azərbaycan  türkcəsində  “çinar”  şəklində  istifadə 

edilən  bu  söz  Türkiyə  türkcəsində  zaman  keçdikcə  ahəng  qanununa 

uyğunlaşaraq “çinar” şəklində tələffüz edilmişdir. 

Yine birlikte bu mevsimde gezip sezmedeyiz. 

Bu çınarlarla siyah servilerin gölgesini. (Y. Kemal)

38

 



Çinar  ağacının  Osmanlı  imperyasında  ayrı  bir  əhəmiyyəti  vardır. 

Osmanlı  dövlətinin  qurucusu  Osman  Qazi  qayınatası  Şeyx  Ədəbalının 

evində gördüyü yuxuda qoynundan bir çinar ağacı çıxmış və böyüyərək 

bütün  dünyanı  əhatə  etmişdir.  Bu  da  Osmanlı  imperyasının  gələcək 

vəziyyətinə  bir  işarə  olaraq  qəbul  edilmişdir.  “Çenâr”  sözü  Nabi 

“Divan”ında 25 yerdə işlədilmişdir və bəzi yerlərdə yalnız “çenâr”, bəzi 

yerlərdə  də  dıraht-ı  çenâr,  şâh-ı  çenâr,  dest-i  çenâr,  sâye-i  çenâr,  pây-ı 

                                                 

37

 Bilkan A.F. Nâbî Dîvânı. İstanbul : MEB Yayınları,1997, s. 416



 

38

 Ayverdi İ. Misalli Büyük Türkçe Sözlük. İstanbul:Kubbealtı Neşriyat, 3 cilt, 2006, s. 



575

 



Yüklə 491,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə