Azərbaycan miLLİ elmlər akademiyasi I. NƏSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 491,65 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix30.10.2018
ölçüsü491,65 Kb.
#76865
1   2   3   4   5   6   7   8   9

 

 



 

sözlərdə  baş  verən  səs  dəyişikliklərini  və  onların  səbəblərini  ortaya 

çıxarmaq. 

3.  Sözlərin  “Divan”dakı  mənaları  ilə  müasir  dövrdəki  mənalarını 

müqayisə  etməklə  keçən  dövr  ərzində  dildə  baş  vermiş  semantik 

dəyişmələrin səviyyəsini tədqiq etmək. 

4.  Nabi  “Divan”ında  istifadə  olunmuş  sözlərin  müasir  türk  dilində 

işlənmə  arealı  və  işlənmə  tezliyini  öyrənməklə  eyni  coğrafi  ərazidə 

yaşayan türk dilli xalqların dilində onların fərqli işlənmə formalarını və 

işlənmə dərəcələrini müəyyənləşdirmək. 



Problemin  öyrənilmə  dərəcəsi:  Klassik  türk  ədəbiyyatında  fəlsəfi 

şeir  janrı  kimi  məlum  olan  hikəmi  şeirin  ən  böyük  nümayəndələrindən 

biri  olan  Nabinin  altısı  nəzm,  dördü  isə  nəsrlə  yazılmış  on  əsəri 

məlumdur.  Mənzum  əsərlərindən  ən  böyük  həcmlisi  və  əhəmiyyətli 

sayılanı  şairin  türk  dilində  yazmış  olduğu  “Divan”ıdır.  Şairin  bu  əsəri 

ilə  bağlı  ən  ətraflı,  geniş  məlumat  verən  və  qədim  nüsxələri  müqayisə 

edərək  latın  əlifbasına  köçürən  Ali  Fuat  Bilkan  olmuşdur.  Lakin  buna 

baxmayaraq  qeyd  etməliyik  ki,“Divan”  hələ  bugünə  kimi  bütövlükdə 

tədqiq  edilərək  leksik  baxımdan  araşdırılmamış  və  həmin  məqsədə 

məhz bu dissertasiya işində nail olunmasına çalışılmışdır. 

Nabi haqqında heç bir tədqiqat işi olmadığını söyləmək olmaz. Belə 

ki,  böyük  mütəfəkkirin  digər  əsərləri  ilə  bağlı  bu  və  ya  digər  dərəcədə 

araşdırmalara  təsadüf  olunur.  Bunların  çox  az  qısmi  nisbətən 

fundamental xarakter daşısa da, çoxu diplom və magistr səviyyələrində 

yazılmış işlərdir. Belə ki, Nabinin oğluna həsr etdiyi mənzum əsəri olan 

“Xeyriyyə”ni  M.Kaplan  araşdırmış  və  əsərlə  bağlı  “Hayriye-i  Nabi” 

adlı  kitabını  çap  etdirmişdir.  Həmin  əsərlə  bağlı  İskəndər  Palanın  da 

“Nabinin Hayriyenamesi” adlı kitabı çap olunmuşdur.  

Nabinin  “Hayrabad”  əsəri  üzərində  Sibel  Ülgər  magistr 

səviyyəsində  araşdırma  aparsa  da,  Nabi  yaradıcılığı  ilə  bağlı  müraciət 

edilə biləcək bir mənbə kimi qəbul edilə bilər.  

Nabinin  IV  Mehmedin  oğullarının  sünnət  toyu  ilə  bağlı  qələmə 

almış olduğu “Surnamə” əsərini tədqiq edən Agah Sırrı Ləvənd 1944-cü 

ildə həmin əsəri “Nabinin surnaməsi” adı ilə çap etdirmişdir.  

Son  zamanlar  Nabi  yaradıcılığına  yüksək  maraq  onun  əsərlərinin 

geyd  etdiyimiz  kimi  magistr,  diplom  işi  səviyyələrində  tədqiq 

olunmasına  səbəb  olmuşdur.    Belə  ki,  nəsrlə  yazdığı  “Fəthnameyi 

 

 



 

Kamaniçə”  əsərini  Hüseyn  Yüksəl  tədqiq  etmişdir.  Əsərin  tədqiqi 



magistr  səviyyəsində  olsa  da,  işdə  bəzi  maraqlı  faktlara  rast  gəlmək 

olur.  


Nabinin  ən  çox  tədqiq  olunmuş  əsərlərindən  biri  nəsrlə  yazdığı 

“Töhfət-ül  Harameyn”  əsəridir  ki,  bu  da  bir  tədqiqat  işi  kimi  Muhsin 

Kalkışım  tərəfindən  yenə  magistr  işi  kimi  yazılmışdır.  Həmin  əsər 

sonralar  Səlami  Turan,  Menderes  Coşqun  və  Mahmud  Karakaş 

tərəfindən də müxtəlif baxımlardan tədqiqata cəlb olunmuşdur. 

Ali  Fuad  Bilkanın  “Nabinin  “Divanı”  əsəri  çap  olunduqdan  sonra  

“Nabi  “Divan”ında  kiçik  məsnəvilər”,  “Nabi  “Divan”ında  maddi-

mədəniyyət  ünsürləri”,  “Nabi  “Divan”ında  təşbeh  elementi  olan 

çiçəklər”,  “Din  və  təsəvvüf  baxımından  Nabi  “Divan”ının  təhlili 

(Qəzəlləri  əsasında)”  kimi  müxtəlif  elm  sahələri  ilə  bağlı  tədqiqatlar 

aparılsa  da,  heç  birində  Nabinin  dilinə,  ümumilikdə  isə  onun  yaşadığı 

XVII əsr ədəbi dilinə toxunulmamış, bu böyük şair və mütəfəkkirin dili 

öyrənilməmiş  qalmışdır.  Digər  tərəfdən  aparılan  araşdırmaların 

əksəriyyəti  sırf  elmi  xarakter  daşımadığı  üçün  bugün  yenidən  ona 

müraciət 

etməmiz, 

zənnimizcə, 

doğru 


bir 

addım 


kimi 

qiymətləndirilməlidir.  Fikrimizcə,  bu  tədqiqat  işinin  Nabi  haqqındakı 

boşluğu  doldurmaqda  və  Nabinin  dilinin  araşdırılması  sahəsində  türk 

dilçiliyi,  eləcə  də  ümumtürk  dillərinin  öyrənilməsi  baxımından 

dilçilikdə müəyyən rolu olacaq.   

Tədqiqatın  elmi  yeniliyi:  Dissertasiya  işinin  başlıca  elmi  yeniliyi 

bu mövzuya türkologiyada ilk dəfə müraciət olunaraq məhz türkoloji və 

dilçilik baxımından hərtərəfli tədqiq olunmasıdır. 

Dissertasiya  işində  Nabi  “Divan”ında  işlənmiş  sözlər  toplanaraq 

mənşə  baxımından  qruplaşdırılmış,  analiz  olunmuş,  yeri  gəldikcə  bir 

sıra sözlərin etimologiyası, linqvosemantik izahına yer verilmişdir. 

Nabinin  yaşadığı  dövrün  tam  təsəvvür  olunması  məqsədi  ilə 

“Divan”dakı  ərəb,  fars,  türk,  eləcə  də  Avropa    mənşəli  və  başqa 

dilllərdən  alınmış  sözlərin  işlənmə  faizi  müəyyənləşdirilərək  ortaya 

qoyulmuşdur  ki,  belə  hesablama  da  ilk  dəfədir  ki,  aparılmışdır.  Eyni 

zamanda  həmin  dövrlərdə  türk  dilinin  ümumxalq  dilinə  nisbətən 

“yüksək  zümrə”  tərəfindən  işlənmə  tezliyi  də  müəyyən  edilmişdir. 

Bundan  başqa  Nabinin  dilində  işlənmiş  sözlərin  müqayisəli  təhlili 

nəticəsində müasir türk dilində işlənən sözlərlə Nabinin dilində işlənmiş 




 

 



 

sözlərdəki  məna  dəyişmələri,  semantik  daralma  və  genişlənmə  halları, 

sözün  fonetik  tərkibindəki  dəyişikliklər  izlənilərək  səbəbləri  şairin 

dövrü  baxımından  izah  olunmuş,  məna  dəyişmələrinin  müasir 

dövrdəmi,  yoxsa  dilin  müəyyən  inkişaf  mərhələlərindəmi  çoxluq  təşkil 

etdiyi  məqamların  üzə  çıxarılmasına  çalışılmışdır.  Araşdırma  Nabinin 

yaşadığı dövrdə ərəb və fars mənşəli sözlərin ədəbi dildə üstünlük təşkil 

etdiyini, xalq dilinə  görə  ədəbi dilin  çox çətin  və anlaşılmaz  olduğunu, 

hətta  xalqın  anlamadığı  bir  dil  səviyyəsinə  çatdığını  göstərdi  ki,  bu 

mənada o dövrün dilinə “yüksək zümrənin dili” damğası ilə  yanaşı “bir 

qrup  insanın  başa  düşə  biləcəyi  dil”  damğasını  da  vurmaq  doğru  olar. 

Araşdırma  həm  də  hər  şeydən  əvvəl,  XVII  əsr  türk  dilinə  ərəb-fars 

dillərinin güclü təsirini ortaya çıxarmış oldu. Müqayisələr isə digər türk 

dillərinə nəzərən türk ədəbi dilinin formalaşma prosesinin çox gec başa 

çatdığını,  daha  doğrusu,  XVII  əsrdə  hələ  başa  çatmadığını  da  aşkara 

çıxarmamıza  səbəb  oldu.  “Divan”ın  leksikasının  tədqiqi  Nabinin  türk 

dili  ilə  yanaşı  ərəb  və  fars  dillərindən  də  nə  dərəcədə  istifadə  etdiyini, 

necə,  nə  səbəblə  bəhrələndiyini  və  o  dilləri  hansı  səviyyədə  bildiyini 

müəyyən etməyə imkan yaratdı.  

Tədqiqatın metodu: Dissertasiya işində müqayisəli-qarşılaşdırmalı 

metoddan  istifadə  edilərək  Nabi  “Divan”ının  dili  mümkün  olduqca 

şairin dövründə  yazılmış digər müəlliflərin əsərlərinin dili ilə müqayisə 

olunmuş,  “Divan”dakı  sözlər  müasir  türk  dili  və  XVII  əsr  türk  dili  ilə 

qarşılaşdırılaraq dilin bütün aspektlərindəki qrammatik fərqlər nəzərdən 

keçirilmişdir.  Yeri  gəldikcə  tarixi-müqayisəli  metoddan  da  istifadə 

edilmiş,  Nabinin  dövrünün  dili  həmin  dövr  digər  türk  dilləri  ilə 

müqayisəli  şəkildə  verilmiş  və  türk  dilində  XVII  əsrdə  hələ  bir  sıra 

fonetik,  morfoloji  qanunauyğunluqların  digər  türk  dillərinə  nəzərən 

sabitləşmədiyi,  türk  ədəbi  dilində  formalaşma  prosesinin  Azərbaycan, 

eləcə  də,  bir  sıra  türk  dillərinə  görə  ləng  inkişaf  etdiyi  faktı  aşkar 

edilmişdir. 



Tədqiqatın elmi-nəzəri və praktik əhəmiyyəti: Nabi “Divan”ının 

leksikasının  araşdırılması  ilə  bağlı  bu  tədqiqat  işinə  gələcəkdə 

mütəxəssislər  istər  türk,  istərsə  də  digər  türk  dilli  xalqların  yazılı 

ədəbiyyatlarının  tədqiqi  zamanı  bir  mənbə  kimi  müraciət  edə  bilərlər. 

Ədəbiyyatçılar XVII əsr türk ədəbiyyatını, dilçilər isə həmin dövrün dil 

nöqteyi-nəzərindən  araşdırılması  zamanı  müqayisəli-qarşılaşdırmalı 

 

 



 

metoddan istifadə edərkən Nabinin leksikasından faydalana bilərlər. Bu 

mənada  dissertasiya  işinin  elmi-nəzəri  əhəmiyyəti  böyükdür.  Digər 

tərəfdən  dil  tarixçiləri  də  keçən  əsrlər  boyunca  dildə  baş  vermiş  olan 

fonetik, semantik dəyişikliklərin izahında bu əsərdən istifadə edə bilər.  

Dissertasiya  işi  praktik  cəhətdən  filologiya  fakültələrində, 

şərqşünaslıq fakültəsində, magistraturada müəllim və tələbələrin istifadə 

edə biləcəkləri bir əsər, bir mənbədir. Dissertasiya işinin sonunda əsərdə 

işlənmiş  ərəb-fars  mənşəli  sözlərin  mənalarının  verilməsi  ondan  lüğət 

kimi  istifadə  olunması  üçün  əhəmiyyətlidir.  Tədqiqat  işi  eyni  zamanda 

gələcəkdə bu sahədə yazılacaq işlər üçün də faydalı mənbə sayıla bilər. 

Tədqiqatın  aprobasiyası:  Müdafiəyə  təqdim  olunan  dissertasiya 

işi  Müdafiə  Şurasının  elmi  seminarında  geniş  müzakirə  olunmuş, 

tədqiqatın  materialları  və  nəticələri  ilə  bağlı  məqalələr  beynəlxalq 

konfranslarda  məruzə şəklində təqdim  olunmuş,  AAK-ın tövsiyə  etdiyi 

elmi məcmuələrdə dərc olunmuş 12 məqalədə öz əksini tapmışdır. 

Tədqiqat  işinin  quruluşu:  Dissertasiya  Giriş,  3  fəsil,  Nəticə  və 

Ədəbiyyat siyahısından ibarətdir. 



 

TƏDQİQATIN ƏSAS MƏZMUNU 

Dissertasiyanın  “Giriş”  hissəsində  işin  ümumi  səciyyəsi  kimi 

mövzunun  aktuallığından  bəhs  olunur,  tədqiqatın  obyekt  və  predmeti, 

məqsəd  və  vəzifələri,  müdafiəyə  çıxarılan  işin  elmi  müddəaları  açıqlanır, 

işin  elmi  yeniliyi,  əsaslandığı  tədqiqat  metodu  şərh  olunur,  əsərin  elmi-

nəzəri və praktik əhəmiyyətindən danışılır. 

Dissertasiyanın I fəsli “Klassik türk ədəbiyyatı və Nabi” adlanır. Bu 

fəsil  iki  yarımfəsildən  ibarətdir.  “Klassik  türk  ədəbiyyatı”  adlanan  birinci 

yarımfəsil  özü  də  üç  yarımbaşlığa  bölünür.  Birinci  yayımbaşlıq  “Klassik 

türk ədəbiyyatı ilə tanışlıq və onun tarixi inkişafı” adlanır.  Burada klassik 

türk  ədəbiyyatının  yaranma  tarixi,  səbəbləri,  inkişaf  yeri  və  inkişaf  tarixi, 

klassik  ədəbiyyatın  dəyərləndirilməsi,  inkişaf  meylləri,  müxtəlif 

mənbələrdə klassik ədəbiyyata verilən tərif lər   kimi məsələlərə toxunulur 

və  klassik  ədəbiyyata  verilən  “XIII  əsrdən  etibarən,  xüsusilə  də  

Anadoluda  inkişaf  edən,  İslam  mədəniyyətinə  bağlı,  ərəb  və  fars 

ədəbiyyatlarının  təsiri  altında  formalaşan,  İslami  dəyərlərə  əsaslanan 

türk  ədəbiyyatı”  tərifi  ən  münasib  tərif  kimi  səciyyələndirilir.  Bu 

yarımbaşlıqda  klassik  ədəbiyyatın  məsnəvi,  rübai,  tuyuğ,  gəzəl, 




Yüklə 491,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə