Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

ib ra h im   A ğ a y e v

münasibətlərin qarşılıqlı  inkişafında  tapır.

Son  dövrlər  sosial  siyasətin  rolu  əhəmiyyətli  dərəcədə 

artmışdır.  Çünki  sosial  amillər,  müəyyən  mənada  istənilən 

cəmiyyətin  inkişafının göstəricisi  kimi  çıxış edir.  İstənilən  birlik 

sosial  proseslərin  tənzimlənməsinə  xüsusi  diqqət  yetirir.  Bu

proseslərə diqqət aşağıdakılarla bağlıdır:

1.  Sosial sahədə iqtisadi fəaliyyətin nəticələri realizə edilir. 

Belə  ki,  istənilən  iqtisadiyyat  insanların  bütün  həyat  fəaliy­

yətində  onların  mövcudluğu  üçün  tələbatlarının  ödənilməsinə 

yönəlib.  Sosial  proseslərdən  kənarda  iqtisadi  fəaliyyətin 

nəticələrinin həyata keçirilməsi qeyri-mümkündür.

2.  Sosial  proseslərin  humanist  təbiəti  insana  qayğı,  onun 

hərtərəfli  və  harmonik  inkişafı  ilə  ölçülür  və  o  hər  bir 

demokratik cəmiyyətin tarixi missiyasıdır;

3.  Aktiv sosial  siyasətsiz siyasi sistemin sabitliyinin  təmin

edilməsi qeyri-mümkündür141.

Sosial siyasət cəmiyyətdə  vətəndaşların,  sosial  qrupların  və

birliklərin  tələbatlarını  nəzərə alaraq,  onlar üçün  yaşayış şəraiti 

yaratmaq sahəsində dövlətin  konkret fəaliyyətidir.

Deməli, 

sosial 


siyasətin 

məqsədini 

şəxsiyyətlərarası 

münasibətlərin  təkmilləşməsi  və  əhalinin  rifah  səviyyəsinin 

yaxşılaşması ilə ölçülən sosial  tərəqqi  təşkil edir. 

4,

Çoxmillətli  hüquqi  dövlətlərdə  bir  qayda  olaraq,  milli- 



etnik  birliklər  sayından  və  ölkənin  sosial-siyasi  həyatında 

tutduqları  mövqelərindən  asılı  olmayaraq,  həm  sosial  siyasətin 

obyekti,  həm  də onun subyekti  rolunda  çıxış edirlər,  yəni  özləri 

sosial  siyasətlə  əhatə  olunduqları  kimi  həm  də  sosial  siyasətin



hi

  Sosial-siyasi  problemlər.  Toplu.  VI  buraxılış.  Bakı:  A D PU , 2001,  s. 134.

1 2 6

m illi-e tn ik  o r o s ^ r

həyata 


Keçirilməsində,  sosial  ədalət  prinsipinin 

qələbə 


çalmasında  yaxından  iştirak  edirlər.  Keçid  dövrünün  məlum 

çətinlikləri söz yoxdur ki, sosial siyasətin həyata keçirilməsində, 

milli-etnik  birliklərin  maraq  və  mənafelərinin  gözlənilməsind 

j

, 

ümumiyyətlə,  insan  tələbatlarının  hərtərəfli  şəkildə  ödənilmə­

sində müəyyən çatlar vermişdir.

Lakin  bu  o  demək  deyildir  ki,  dövlət  insanların  sosial 

ehtiyaclarına  biganə  münasibət  bəsləməlidir.  ABŞ  İstiqlaliyyət 

Bəyannaməsinin  müəllifi  Tomas  Ceferson  yazırdı  ki,  dövlətin 

əsas  vəzifəsi  öz  vətəndaşlarının  maddi  və  mənəvi  ehtiyaclarını 

ödəmək  və  onların  qabiliyətlərinin  üzə  çıxmasına  şərait 

yaratmaqdır.  Bunları  yerinə  yetirməyən  dövləti  xalq  nəinki 

ievirməlidir,  hətta  onu  devirmək  xalqın  bilavasitə  vəzifəsi 

almalıdır,  çünki  “Azadlıq  ağacı  daim  tiranların  qanı  ilə 

suvarılmalıdır”142.

Çoxmillətli 

ölkələrdə, 

eləcə 

də 


Azərbaycan 

Respublikasında  milli-etnik  birliklərin  arasında  heç  bir  fərq 

qcyulmadan  dövlətin  sosial  siyasətilə,  cəmiyyətin  sosial 

qayğıları  ilə  əhatə  olunması  bu  dövlətin  maddi  və  mənəvi 

tərəqqisi  üçün  müstəsna  əhəmiyyət  kəsb  edir.  Dünyanın  milli 

inkişaf  praktikası  göstərir  ki,  çoxmillətli  dövlətlərdə  xalqların 

“varlı”  və  “kasıb”  kimi  qruplara  bölünməsi,  ölkənin  bu 

regionunun  və  “seçilmiş”  bir xalqın digər regionlara və xalqlara 

belə  münasibəti  həmin  ölkəni  gec-tez  milli  münaqişələr 

meydanına çevirər, xalqlar və etnik azlıqların sosial partlayışına 

gətirib  çıxarar.  Bu  kimi  hallara  yol  verməmək  üçün  dövlətin 

əlində  düşünülmüş  milli  sosial  proqramı  olmalıdır.  Dövlət  heç



142Tağıyev Ə.M.  Fəlsəfədən siyasətə.  Bakı: Təfəkkür,  2001,  s4"-5..

4

________




ib ra h im  Ağayev

bir  regiona,  heç  bir  milli  azlığa  münasibətdə  diskriminasiyaya 

yol  verməməli,  “milli  ucqar”  anlayışını  qəbul  etməkdən  imtina 

etməli,  ölkəni  mərkəzi 

rayonlara  və  ucqar  əyalətlərə 

bölməməlidir.  Sosial  problemlərin  həllində  dövlət  onu 

məskunlaşdıran  insanların  hamısına  özünün  həqiqi  vətəndaşı 

kimi  yanaşmalı,  traybalizmə  və  klançılığa  qarşı  daim  mübarizə 

aparmalıdır.  Bu  mənada  dövlətin  proqramı  “dövlət  -   insan 

üçündür”  və  “insan  da  dövlət  üçündür”  prinsipinə  uyğun 

şəkildə  tərtib  olunmalıdır.  Bu  prinsiplər  ölkənin  sosial-siyasi 

təhlükəsizliyini və sabitliyini təmin edən mühüm amillərdir.

Çoxmillətli  ölkələrdə  fəal  sosial  siyasətin  yeridilməsi

zəruriliyi aşağıdakılarla şərtlənir:

Sosial  siyasət  iqtisadi  fəaliyyət  nəticəsində  reallaşır, 

çünki  hər  bir  iqtisadi  inkişafın  qarşısında  duran  əsas  vəzifə 

əhalinin  daim  artmaqda  olan  maddi  mənəvi  ehtiyaclarını 

ödəmək vəzifələrini qoyur;

Sosial  proseslər  humanist  xarakter  daşıyır,  çünki  hər 

bir demokratik cəmiyyətin son  məqsədi xalqa  xidmət etməkdən 

ibarətdir;

Fəal sosial siyasət yeritmədən cəmiyyətdə heç  bir siyasi 

sabitliyə nail olmaq  olmaz;

Sosial  siyasət  dövlətin  məqsədyönlü  fəaliyyətdə  olub, 

cəmiyyətdə  orta  təbəqənin  (politiyanın)  yaranıb  inkişaf 

etməsinə şərait yaradır;

Sosial  siyasət  tərbiyəvi  əhəmiyyətə  malikdir,  çünki 

sosial  tələbatları  ödənilmiş  cəmiyyətlərdə  deqredasiya  halları 

minimuma  enir.  Adamların  təhsillə  əhatə  olunmasına  şərait

yaradır;


Sosial  siyasət  cəmiyyətin  sosial  sağlamlığına,  fiziki  və

1 2 8

mənəvi  tərbiyə  sahəsində  irəliləyişlərin  əldə  olunmasına  səbəb 

olur;

Sosial  siyasət  əhalinin  işlə  təmin  olunmasına,  yeni  iş 



yerlərinin 

açılmasına, 

əhalinin 

məşğulluq 

səviyyəsinin 

yüksəlməsinə  gətirib  çıxarır. 

Hüquqi  dövlətin  mühüm 

şərtlərindən  sayılan  bu  amillərin  ilk  nəticələri  artıq  90-cı  illərin 

ikinci  yarısından  etibarən  özünü  göstərməyə  başladı.  Daha 

doğrusu,  iqtisadiyyat  inteqrasiyasının  qarşısını  alan  əsas 

iqtisadi-sosial sahələrdə ilk  uğurlar əldə olundu.

Prezident  . H.Əliyevin  yeritdiyi 

konstruktiv 

siyasət


nəticəsində  əhalinin  sosial  vəziyyəti  xeyli  yaxşılaşmış,  bir  sıra 

göstəricilərdə  isə  MDB  ölkələri  ilə  müqayisədə  xeyli  üstünlük 

əldə etmişdir143.

Çoxmilli  tərkibə  malik  ölkələrdə hüquqi dövlət quruculuğu 

bu  millət  və  xalqların  hüquq  və  azadlıqlarının  təmin 

olunmasına  və  bərabər  inkişafına  əsaslanır.  Ölkə  daxilində 

yaşayan  müxtəlif etnik  birliklərin  siyasi-iqtisadi,  sosial-mədəni 

bərabərliyinin  faktiki  olaraq  dövlət  tərəfindən  tənzimlənməsi 

hər  bir  sivil  dövlətin  qarşısında  duran  vəzifələrdəndir.  Oniarın 

hüquqlarının  və azadlıqlarının qorunması  Azərbaycan  Respub­

likasında  hüquqi Aktlarla  təsbit olunmuşdur.

Ölkənin 


12 

noyabr 


1995-ci 

ildə 


qəbul 

edilmiş 


Konstitusiyasında  milli  azlıqların  və  azsaylı  xalqların  hüquq  və 

azadlıqlarının  təminatına  qarant  verilir.  Respublikanın  iqtidarı 

bu  sahədə  mövcud  olan  beynəlxalq  hüquqi  sənədlərə,  Aktlara 

da  böyük  hörmətlə  yanaşır  və  onların  yerinə  yetirilməsinə 

çalışır.  Bütün  bunlar  Azərbaycanda  yaşayan  millət  və  xalqların

________________________



M üasir şəraitdə Azerbaycanda  m illi-etnik proseslər

'•° Sosial-siyasi  problemlər.  Toplu.  IX  buraxılış.  Bakı:  ADPU.J’OO.T s.l 35 

____

s

____________________________________________________________



129


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə