Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

İbrah im   A ğayev

Milli  maraqlar  dövlətin  xarici  siyasəti  ilə  bilavasitə 

bağlıdır.  Bu  və  ya  digər  dövlətin  xarici  siyasəti  onun  sosial- 

iqtisadi  və  ictimai-siyasi  inkişafı,  ölkənin  geosiyasi  vəziyyəti, 

onun  milli  tarixi  ənənələri,  suverenlik  və  təhlükəsizliyinin 

təmini  və  s.  determinatorlarla  müəyyən  olunur.  Bütün  bunlar 

isə  ölkənin  milli  maraqlar  konsepsiyasında  öz  əksini  tapır. 

Xarici  siyasət  məsələlərinin  milli  maraqlar  kontekstində  təyin 

olunmasının 

vacibliyini 

əsaslandıran 

siyasi 


realizmin 

yaradıcılarından  olan  H.Morqentau  yazır:  “Əminliklə  demək 

olar  ki,  universal  mənəvi  prinsiplərə  istiqamətlənmiş  və  milli 

maraqları  arxa  plana  keçirən  xarici  siyasət  müasir  siyasət  və 

hərbinin  şərtlərində  milli  özünəqəsd  siyasətidir  -   həqiqi  və  ya 

potensial”149.

Müasir  politologiyada  milli  maraqların  əsasında  iqtisadi, 

sosiomədəni  və  geosiyasi  amillər  durur.  Milli  maraqların 

tipologiyasına  gəldikdə  müxtəlif  politoloqlar  onun  bir  neçə 

növünü  göstərirlər.  Bunlar  içərisində  əsas,  ikinci  dərəcəli  və

köklü milli maraqlar xüsusi qeyd olunur150.

Əsas  maraqlar  millətin  həyat  fəaliyyətinin  daha  vacib 

aspektlərinin  təmin  olunması,  onun  hərbi  gücü,  sabit  və 

dinamik  iqtisadi  inkişafı,  vətəndaşların  sosial  müdafiəsi,  təhsili 

və tərbiyəsi ilə əlaqədardır.

İkinci  dərəcəli  maraqlar  millətin  həyat  fəaliyyətiniri'daha 

uzaq  perspektivli  inkişafının  reallaşdırılması,  ya  da  onun 

mövcudluğuna  və  inkişafına  bilavasitə  təsir  etməyən,  lakin

149

  Гаджиев  K.C.  Геополитика.  Министерство  Образования,  M.:  Инфра-М, 

1997, c.263.

150


  Проскурин  С.А.  Национальная  безопасность  страны:  сущнсть,  структу­

ра, пути укрепления. М.:  Наука,  1991, с. 18.

1 3 8

gələcəkdə  tarixin  və  siyasətin  subyekti  kimi  ona  zərər  gətirə 

biləcək  tərəfləri  ilə  bağlıdır. 

B una 

misal  olaraq,  kosmik

tədqiqatlarda,  arxeoloji  axtarışlarda  və  s.  iştirakı  göstərmək 

olar.


Köklü  n.araqlar  isə  millətin  sosial  orqanizmi, vahid sistem 

kimi  mövcudluğu  ilə  bağlıdır.  Buraya  əsasən  bütövlük,  mədəni 

birlik,  təhlükəsizlik məsələləri daxildir.

Müdric  filosofların  dediyi  kimi,  dünyanı  ideyalar  idarə 

edir.  Tarir.  boyu  bu  fikir  dəfələrlə  özünü  təsdiq  etmişdir. 

Müasir  dünyada  ideologiya  məsələləri,  xüsusilə  də  ideoloji 

mübarizə ciddi aktuallıq kəsb edir.  Dünyada nə qədər dövlətlər, 

siyasi  quruluşlar,  sosial-iqtisadi  fərqlər  mövcuddursa,  ideoloji 

fərqlər və mübarizələr olub, var və daim mövcud olacaqdır.

Yeni  nəsillərin  ümumbəşəri  sivilizasiya səviyyəsində  təlim- 

tərbiyəsi,  millətlərin  sərbəst,  müstəqil və azad  tərəqqisi,  iqtisadi 

sahədə  dünya  bazarının  və  azad  ticarətin  təşkili  siyasi 

sistemləri,  ideologiya  müxtəlifliklərinin  mövcud  olmasına 

baxmayaraq,  ümumbəşəri  maraqlar  baxımından  tənzimləməyə 

təb rik  edir.  Ona  görə  də  müasir  siyasi  strukturlar  öz  işlərini 

yeııi  səviyyələrdə  qurur,  ideoloji  mübarizə  isə  yeni  forma  və 

məna  kəsb  edir.  İdeyalar,  sonradan  isə  ideologiyalar  öz-özünə, 

özbaşına  yaranmır.  Onl.  r  hər  bir  millətin  ayrı-ayrı  adamlar:, 

ziyalıları  tərəfindən  yara  lılır  və  xalqa  aşılanır,  milli  mahiyyət 

kəsb  edir  və  onu  yar:  Jan  adamlara  məxsusluqdan  çıxıb, 

ümıımxalq 

malına, 


ırvətinə 

çevrilir. 

Əvvəllər 

milli 


ideologiyalarda daha ço>  hərbi amillər çoxiuq  təşkil edirdi,  indi 

əvvəlkilərdən  fərqli  ol.  raq  hərbi  üstünlüklər  sərbəst  və 

düşünülmüş  iqtisadi  ami  tərlə  əvəz  edilir.  Texnoloji  yarış  hərbi 

sahədə deyil,  iqtisadi sah. də ön plana keçirilir.

----------------------------------

M üasir şəraitdə Azərbaycanda m illi-e tn ik proseslər



İbrahim  A ğayev

Bundan  başqa  mədəni  və  elmi  əlaqələr  yeni  formada 

inkişaf  etdirilir.  Dünyəvi  proseslər  üfüqi  və  şaquli  vəziyyətdə 

inkişaf etməkdədir.  Ona  görə  də  müasir  ideoloji  mübarizə  öz 

çoxsahəliyi  və  çoxtərəfliyi  ilə  seçilir.  Müasir  ideologiyalarda 

iqtisadi  faktor  üstün  rol  oynasa  da,  hərbi,  mədəni,  siyasi  və  b. 

sahələr  və  tərəflər  də  özünə  yer  tapır.  Konfrantasiya  və 

qarşıdurmalar, barışmazlıqlar güclənsə də, ideologiya sahəsində 

güc  tətbiq  etmək  artıq  keçilmiş  mərhələ  hesab  olunur. 

Ümumbəşəri  prinsiplərə  dayanan  siyasətin  genişlənməsi  dünya 

siyasətinin özünün də bu məcraya yönəlməsini tələb edir.  Lakin 

bu  o  demək  deyil  ki,  bütün  siyasi  sistemlər  arasında  artıq 

fərqlər  itib  gedir,  siyasi  partiyalara  və  onların  iddialarına  son 

qoyulur.  Xeyirli  ideologiya  yeni  mərhələyə  qədəm  qoyur, 

ideologiya  sahəsində  daha  sivilizasiyalı,  daha  təkmil,  daha 

güclü metodlara  keçid  başlanır.  Bu iqtisadi, siyasi,  mədəni, elmi 

və  ekoloji  sahədə  dünya  dövlətlərinin  qarşılıqlı  əməkdaşlığını 

gerçəkləşdirir.

İdeologiya  dedikdə,  ilk  növbədə  yada  burjua  və  sosialist 

ideologiyaları  və onların  qarşılıqlı mübarizəsi düşür.  İdeologiya 

uzun  müddət  iki  sistem  arasında  gedən  mübarizəyə  uyğun 

aparıldığına görə, çoxları indiki halda, yəni sosializm sisteminin 

iflasından  sonra  onu  gərəksiz  hesab  edir.  Məsələyə  belə 

sadəlöhv  münasibət  kökündən  yanlışdır.  İdeologiyaya*, yalnız 

kapitalizmlə  sosializm  arasındakı  qarşıdurmanın,  yarışmanın 

vasitələri  kimi  baxmaq  düzgün  deyil.  Hər  bir  dövlətin,  hər  bir 

siyasi  qurumun,  iqtisadi  sistemin,  elmin,  mədəniyyətin  siyasəti 

mövcuddur  və  bu  siyasətə  uyğun  olan  ideoloji  fəaliyyət 

formalaşır  və  eyni  zamanda  ideologiya  həmin  sahələri 

tənzimləyir.



1 4 0

Milli  ideologiya sahəsində əsaslı tədqiqat aparan professor

N.Şəmsizadə  belə  bir  qənaətə  gəlmişdir  ki,  «ideologiya  vahid 

vətən  hissi  ilə  birləşmiş  toplumların  tarixi  birgəyaşayışından  və 

ictimai  fəaliyyətindən  törənən  idealların  vəhdəti  zəminində 

formalaşır.  Ona  görə  də  müasir  ideologiya  sivil  ictimai 

sistemlərə  qoşulmaq,  onlarla  birgəyaşayışa  nail  olmaq  üçün 

üzgünlüklə  bərabər  talebirgəlik  əlamətlərini  də ehtiva etməlidir. 

Çünki  o,  bütün  elm  və  nəzəriyyələrdən  fərqli  olaraq  bugünün 

izahı  ilə  kifayətlənmir,  gələcəyin  yaradılması  haqqında  doğru 

fikir  sistemi  kimi  çıxış  edir.  Belə  bir  doğru  fikir  sistemi  kökü 

Azərbaycan 

ərazisinin 

ilk 


sakininin 

təbiət 


qarşısında 

təəccübdən  qidalanan,  özündə  Şərq  və  Qərb  dəyərlərini  sintez 

edən Azərbaycançılıq ideologiyasıdır»151.

Göründüyü  kimi,  N.Şəmsizadə  milli  ideologiyamızın 

mahiyyətində  Şərq  və  Qərb  dəyərlərinin  də  durduğunu  irəli 

sürür.


Həqiqətən,  bu  gün  milli  ideologiyanı  sırf  milli  çərçivədə 

götürmək  düzgün  deyil.  O,  Azərbaycan  ərazisində  yaşayan 

bütün  xalqların  və  millətlərin  milli  maraqlarını  özündə  əks 

etdirən,  eyni  zamanda  Şərq  və  Qərb  dəyərləri  ilə  çuğlaşmtş 

müasir  bir  ideologiyadır  ki,  onun  da  bu  gün  cəmiyyətdə 

formalaşmış variantı kimi Azərbaycançılıq ideologiyasıdır.

Professor 

R.Mehdiyevə 

görə 

azərbaycançılıq 



mnli 

ideologiyanın  konkret  spesifik  formasıdır.  Bu.  Azərbaycan 

dövlətinin  möhkəmlənməsi üçün vacib şərtdir152.

Cəmiyyətin  sosial,  siyasi,  mənəvi  mühitində  ideologiyanın



.

---------------------------------



M üasir şəraitdə Azerbaycanda m illi-etnik proseslər

Şəmsizadə  N.  Azərbaycan  ideologiyası.Bakı:  Sabah.  1996, s.5.

152  Mehdiyev  R.Ə.  Azərbaycan:  Qloballaşma  dövrünün tələbləri.  Bakı:  XXI- 

Yeni  Nəşrlər  Evi,2005, s.114-115.

141

' \



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə