Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə36/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

rolu  misilsizdir.  Sadəlövhlərin  düşündükləri  kimi  ideologiya 

yalnız  burjuaziyanın,  yaxud  kommunistlərin  ideologiyası  deyil. 

O,  ümumi  anlayışdan  və  ictimai  münasibətlər  sistemində 

cəmiyyətin  siyasi,  iqtisadi  və  digər  strukturları  ilə  sıx  bağlıdır. 

Müstəqil,  suveren  dövlətdə  ideologiyanı  xarakterizə  edən 

cəhətlər aşağıdakılardır:

-  ideologiya  ictimai  idrakın  bir  tərəfidir.  Özündə  ictimai, 

siyasi  və  iqtisadi  münasibətləri,  eyni  zamanda  dövlətin  aparıcı 

qüvvələrinin  maraqlarını  birləşdirir;

-  ideologiyanın  əsas  funksiyası  xalqın  maraqlarını  ifadə 

etmək,  xalqın  fikrini  elmi-nəzəri  baxımdan  öyrənmək,  sistem­

ləşdirmək və bunu dövlət idarəçiliyinə cəlb etməkdən ibarətdir;

-  ideologiya 

ictimai 


proseslərlə 

birbaşa 


əlaqədar 

olduğundan, ictimai  münasibətlərə fəal  təsir göstərir;

-  ideologiya  xalqla əlaqədir, xalqla  dövlətin  birliyini  təmin 

edən  vasitədir,  körpüdür;

-  ideologiya  dövlətin  siyasi  strukturu,  növü,  ictimai 

mülkiyyət  formaları,  iqtisadi  münasibətləri,  siyasi  sistemi  ilə 

əlaqədardır;

-  ideologiyalar  nə  qədər  sabit  və  uzunömürlü  olsa  da, 

dövrün  təsiri  ilə  dəyişir,  yeniləşir,  bəzən  zəifləyir,  bəzən 

güclənir.

Azərbaycan  yeni  dövlət  quruculuğunun  demokratik 

başlanğıcını, 

müstəqilliyini, 

unitarlığmı, 

müasirliyi 

elan 


etmişdir.  Dövlətin  əsas  qanunu  qəbul  edilib,  yuxanda 

göstərilən  bütün  prinsiplər  bu  qanunda  (konstitusiyada)  əks 

olunub.  Təbii  ki,  milli  dövlətdə,  demokratik  dövlətdə  ilk 

növbədə  ideoloji  iş  sistemini  qurmaq  və  onu  dövlət  maraqları 

baxımından  həyata  keçirmək  lazımdır.  Əslində  hər  şey  var:

ib ra h im  Ağayev

__________________________________________________________



142

mexanizmlər  sazlanmalı  və  işə  düşməlidir.  Burada  dünya  və 

Azərbaycan  dövlətçiliyi  təcrübəsindən  faydalanmaq  gərəkdir. 

Tarixi  və  milli  ənənələr  mütləq  nəzərə  alınmalıdır.  Çünki 

tariximizdə  milli  ideologiyanın  təşəkkülü  uzun  zaman  və 

müasir  dünya  təcrübəsindən  faydalanaraq  özünü  möhkəm­

lətməkdədir.  Azərbaycan  dövləti  öz  milli  zəmininə  əsaslanaraq 

ideologiyasını  təkmilləşdirməli  və fəaliyyətə keçirməlidir.

Yeni dövlət yeni qanunları  ilə tanınır.  Ölkə qanunlarla  ida­

rə olunur.  Müharibə çətinliklərinə  baxmayaraq,  qanunvericilik­

də dönüş yaranmalıdır.

Azərbaycan 

hazırda 

keçmiş 


ittifaqın 

problemlərini 

yaşamaq 

və 


həll 

etmək 


məcburiyyətindədir. 

Bütün 


kəskinliklərinə,  mürəkkəbliyinə  baxmayaraq  Azərbaycan  keçid 

dövründə  sağlam  siyasi  bünövrə  əsasında  dövlət  quruculuğu 

işini  başa  çatdırmalıdır.  Lakin  bu  dövrdə  xüsusilə  siyasi 

ideologiya  fəaliyyət  göstərməlidir.  Xalqa  elan  edilməlidir  və 

əsaslandırılmalıdır  ki,  biz  necə  dövlət  qururuq,  yolumuz  necə 

olacaq?  Dövlət  ideologiyasının  ən  başlıca,  ən  əsas  funksiya­

larından biri məhz xalqda dövlətinə inam yaratmaqdır.  Xalq öz 

milli  dövlətinə  inanmalı, ona arxalanmalı, onun qanunlarından 

bəhrələnməli, 

qanunlara  əməl  etməli,  yaşatmalı  və 



qorumalıdır.  Lakin  onu  da  unutmaq  olmaz  ki,  qanun  xalqın 

mənafeyinə  uyğun  olduqda  sevilir,  təqdir  edilir  və  qorunur 

Qanunların  işləməsi  dövlətin  işləməsi  deməkdir.  Dövlət 

siyasətinin  və  ideologiyasının  qurulmasında  onun  iqtisadi 

əsaslarının  müəyyənləşməsi  olduqca  vacib  şərtdir.  Bazar 

iqtisadiyyatına  keçid  barədə  sonsuz  danışıqlardan  konkret  işə 

keçilməli,  konkret iqtisadi  konsepsiyanın  işlənməsi və təsdiqi ilə 

cavab  verilməlidir.  Mülkiyyət  formasının  müəyyənləşdirilməsi

---------------------------------

M uaslr şeraitdə Azərbaycanda m illi-etnik proseslər

143



ib ra h im  A ğayev

və  özəlləşdirilmənin  həyata  keçirilməsi  yolunda  konkret  işlər 

görülməlidir. 

Azərbaycanın 

dövlət 

və  şəxsi 



mülkiyyətə 

əsaslanan  iqtisadı  strukturu  müəyyənləşməlidir.  Bir  sözlə, 

dövlət  ideologiyası  dövlət  mənafeyi  ilə  xalq  mənafeyinin 

birliyinə  xidmət etməlidir.  Bu  mənafelər  birliyini  təmin  etməklə 

səmərəli  iş aparılmalıdır.  Hər şey  başlanğıcını Əsas Qanundan 

Konstitusiyadan  alır.  İdeologiyanın  sistemi  fəaliyyət  göstərən 

Əsas  Qanuna  görə  qurulmalıdır.  Dövlət  ideologiyasının  əsasını 

dövlətin  daxili  və  xarici  siyasəti  təşkil  edir.  Dövlətin 

təhlükəsizliyi,  sərhəd  məsələləri,  hərbi  siyasət,  iqtisadi-ticarət 

əlaqələri,  qarşılıqlı  kommunikasiya  münasibətləri  elmi  və 

mədəni  mübadilələr  vəs.  vahid  siyasi  prinsiplərə  uyğun  qurulur 

və həyata keçirilir.

Bütün  bunların  tənzimlənməsi  üçün  qanunların  icra 

mexanizmləri  düzənlənir  və  işlənir.  Əgər  vahid  prinsiplərə 

uyğun  olan  icra  mexanizmləri  qurulmasa,  ideoloji  bölmələr 

arasında  əlaqəli  iş  təmin  edilməsə,  işin  səmərəsindən  danışmaq 

mümkün  deyil.  Dövlət mülkiyyəti,  xalq  mülkiyyəti,  o cümlədən 

şəxsi  mülkiyyət  formaları,  dövlət-vətəndaş  münasibətləri, 

qarşılıqlı  etibar  və  təminat  məsələləri  d ə '  vacib  məsələdir. 

Vətəndaş  öz  dövlətinə  arxalanmasa  və  dövlət  vətəndaşın 

sərbəst,  qanunlar  çərçivəsində  azad  yaşama  və  çalışma 

imkanlarını  təmin  etməsə  və  onların  keşiyində  durmasa,  onda 

dövlətlə  vətəndaşı  bağlayan  qarşılıqlı  etibar  telləri  getdikcə 

zəifləyir  və  hər  iki  tərəf  arasında  münasibətlərdə  tarazlıq 

pozulur.  (Məs:  1988-89-cu  illərdə  Azərbaycanda  belə  şərait 

mövcud  idi).  İctimai-siyasi  mühitin  sağlamlaşdırılmas'  və 

stabilləşməsi,  tarixi  ənənələr  -   milli,  dini  psixologiyaya  və 

dünya  sivilizasiyasına  uyğun  təlim-tərbiyə sisteminin  qurulması



144

da  bu  sahədə  həlli  vacib  problemlərdəndir.  İctimai  mühit  nə 

qədər  sabit  olarsa,  ictimai  münasibətlər  də  bir  o  qədər  sağlam 

olar.


Azərbaycanın 

ictimai-siyasi 

vəziyyətindəki 

hazırkı 


mürəkkəb  proses  bir  tərəfdən  əvvəlki siyasi sistemin,  ideologiya 

və  dövlət  stı ukturlarının  dağılması  və  onun  yenisi  ilə  əvəz 

olunması,  geniş  quruculuq  işlərinin  aparılması,  digər  tərəfdən 

isə  müharibənin  törətdiyi  faciələr  ilə  əlaqədardır.  Lakin  buna 

baxmayaraq,  ideoloji  işi  diqqətdən  kənarda  qoymaq  olmaz.  Bu 

dövrün  ideologiyası  keçid  dövrünə  və  müharibə  şəraitinə 

uyğunlaşdırılmalıdır.

Bu  gün  Azərbaycan  yeni  yolun  başlanğıcındadır  və  bu 

yolda strateji  məqsəd  kimi  biz Azərbaycanın  yeni  keyfiyyətini -  

regionda 

nəhəng 

intellektual 



mərkəz 

olduğunu 

müəyyənləşdirməliyik.  Bu  bizə imkan verəcək ki:

a) 


müstəmləkə  altında  olan  bir  çox  dövlətlərə  xas  olan 

xammal  bazası  rolundan yaxa qurtaraq;

b) 

nəhəng 


beynəlxalq 

intellektual 

hakimiyyət 

mərkəzlərinə daxil ola  bilək.

Hər  şeydən  əvvəl  yeni  müstəqillik  qazanmış  Azərbaycana, 

onun  xarakterini,  keçmişini,  bu  gününü  və  gələcəyini  əks 

etdirən  bir  ideologiya  lazımdır.  Bu  istiqamətdə onu  qeyd  ernək 

olar  ki,  Azərbaycan dinlərin,  inamların və etiqadların,  həmçinin 

mədəniyyətlərin,  digər  mənəvi  dəyərlərinin  sintezindən  ibarət 

olub,  böyük  dünyamızın  bütün  atributlarını  özündə  birləşdirən 

bir dövlətdir.

Azərbaycanı,  özünün coğrafi  mövqeyinə görə dünyanın elə 

baş  beyninə bənzətmək  olar.  Təsadüfi  deyil  ki,  təbiətdə olan  on 

bir  iqlim  tipindən  doqquzu  Azərbaycan  ərazisində  özünü

----------------------------------

M üasir şəraitdə Azərbaycanda m illi-etnik

 p

roseslar

\

145



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə