Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   35   36   37   38   39   40   41   42   43

ib rahim  Ağayev

humanizmi,  xeyirxahlığı,  ədaləti  və  digər  yüksək  keyfiyyətləri 

təbliğ edir.  Ulu  Tanrının  yaratdığı  insanlar  arasında  isə  heç  bir 

fərq  yoxdur  və  ola  da  bilməz.  Məhəmməd  Peyğəmbərin 

fikrincə,  hər  bir  insan  elmə  yiyələnməli,  vətəni  qarşısında 

xidmətlər 

göstərməli, 

borcunu 


yerinə 

yetirməlidir. 

Ümumiyyətlə,  islam  həmişə  insanlar  arasında  sülhü,  barışığı 

təbliğ etmişdir.

Çoxmillətli  dövlətdə  dinin  öz  yeri  var.  O,  dövlət  üçün 

münaqişələr  ocağına,  fəlakətlər  mənbəyinə,  yaxud  insanların 

milli  birliyinin quruculuğuna çevrilə  bilər.  Siyasi sabitliyə malik 

olmayan, gərginliklərlə dolu olan  ölkədə din  bir çox hallarda öz 

izini  sosial  sarsıntılarda,  inqilablarda  da  qoyur.  Belə  hallarda 

din  yalnız  din  kimi  çıxış  etmir,  siyasi,  sosial  məzmun  alır.  İran 

inqilabı 

buna 


misaldır. 

Müasir 


dövrdə 

millətlərarası 

münasibətlər 

zəminində 

dini 

ziddiyyətlərin 



mövcudluğu 

cəmiyyətin  möhkəmliyini,  qüdrətini  sarsıdır.  Bu  gün  dünyanın 

hər yerində belə ziddiyyətlər var.  Hindistanın  Kəşmir əyalətində 

hindularla  müsəlmanlar,  Filippinin  cənubunda  xristianlarla 

morolar,  İndoneziyada  müsəlmanlar  ilə  xristianlar  arasında  və 

digər  yerlərdə  silahlı  toqquşmalar  baş  verir.  Dini  zəmində  baş 

verən  konfiliktlər,  dini  separatizm  meyllərinin  güclənməsi 

ölkənin  demokratikləşməsinə,  sosial-iqtisadi  problemlərin  həll 

edilməsinə  mane  olur.  Ölkənin  inkişafı  isə  millətlər  və  xalqlar 

arasında  dostluğu  və  birliyi,  dini  tolerantlığı  tələb  edir. 

Çoxmillətli 

cəmiyyətin 

əsas 

norması 


milli, 

irqi, 


dini 

mənsubiyyətindən  asılı  olmayaraq,  bütün  vətəndaşların  hüquq 

bərabərliyi  prinsipinin  ardıcıl  olaraq  həyata  keçirilməsidir. 

Polietnik  demokratik  dövlət  kimi  Azərbaycan  Respublikası 

buna 

misaldır. 



Ərazisində 

müxtəlif 

millətlərin

1 5 4

M üasir şeraitde Azerbaycanda milli-etnik 

d

roseslor

nümayəndələrinin  dinc  yaşaması,  respublikanın  ictimai-siyasi 

həyatında  fəal  iştirak  etmələri  dini,  milli  tolerantlığı  digər 

ölkələr üçün örnək ola bilər.

Qeyd  etmək  lazımdır  ki,  keçmiş  SSRİ-də  dinə  laqeyd 

münasibət,  ateizm,  müqədəs  ziyarətgahların  dağıdılması,  tarixi 

abidələrin  məhv  edilməsi  xalqların  həyatında  öz  mənfi  təsirini 

göstərmişdir.

Bürokratik  ateist  təbliğatı  “şəxsiyyətin  formalaşmasında 

tarix,  mədəniyyət  kimi  dəyərlərin  itməsi  ilə  əsl  ziyalı  mədəni 

şəxsiyyətin  tərbiyəsi  üçün  zəruri  olan  klassik  ənənələrin  yoxa 

çıxması 


ilə 

nəticələndi”155. 

Deməli, 

mədəniyyətin 

deformasiyası 

cəmiyyətin,  insanın 

deformasiyasına  şərait 

yaratdı.  Belə  bir  halda  inkişafdan  danışmağa  dəyməz.  Çünki 

cəmiyyətin  siyasi,  sosial  iqtisadi,  hərbi  inkişaf  zəncirində  din 

“həlqəsi”  qırılmışdır.  R.Veber  qeyd  edirdi  ki,  mədəniyyətsiz 

kütlə  asanlıqla  lümpen  rəhbərləri,  inteligent  bolşevikləri  irəli 

çəkdi  və  qərinələrlə  toplanılmış  mədəniyyətə  və  dinə  zərbə 

vurdu.  İndi biz dinsizləşmiş və kasıb ölkəyə malikik156.  İ.Kantm 

təbirincə  desək,  ölkə  əhalisi  mədəni  ənənələrini  mənimsəyən 

xalqa və mənəvi həyatdan kənarlaşan tör-töküntüyə bölünür157. 

Deməli,  “xalqın  təhsil səviyyəsi  yüksək olmadan, elmin, yüksək 

əxlaqi 

prinsiplərin 



nüfuzu, 

ədəbiyyat 

və 

incəsənətin 



çiçəklənməsi  olmadan  biz  əsl  humanist  və  azad,  xoşbəxt  və 

mənəviyyatca  zəngin  insanlardan  ibarət  olan  cəmiyyət  qura



155  Мехтиев  P.A.  Межнациональные  отношения:  Анализ  проблем  и  поиск 

решений.  Баку:  Азернешр,  1992, с. 121.

156 Yenə orada, s. 122.

157  Проскурин  С.А.  Национальная  безопасность  страны:  сушнсть,  структу­

ра,  пути укрепления.  М.:  Наука,  1991, с. 18.

'  \_________________________________________  ___ ____ ___



155


bilmərik”158.  Bizcə,  din  amilinin  milli  münasibətlər  sistemində 

yeri  və rolu  burada aydın  deyilmişdir.

Din  millətin  əlamətlərindən  biridir.  H.Zərdabi  yazırdı  ki, 

din  də  dil  kimi  millətin  sütunlarından  biridir.  Din  bütün  tarixi 

dövrlərdə 

insan 


cəmiyyətinin 

mədəni 


səviyyəsini 

və 


sivilizasiyalılıq  dərəcəsini  müəyyən  edən  bir  amildir.  Qədim  və 

antik  dövrlərdə  çoxallahlılıq  mövcud  idi  və  təbiətə  qarşı 

müxtəlif inanclar  var  idi.  İnsanlar müxtəlif sosiokultur  mühitdə 

yaşadıqlarından  din  onları  başqalarından  fərqləndirən  başlıca 

amil  idi.  Sonrakı  illərdə  millətlərin  yaranıb  inkişaf  etməsi, 

ictimai-siyasi  sferalarda  milli  amilin  güclənməsi,  “biz”  və 

“onlar”  anlayışını  etnik  sferaya  keçirdi.  Artıq  bir  millətin 

nümayəndələri  digərini  “özgə”  kimi  tanımağa  başladılar. 

Halbuki  bu  anlayış  əvvəllər  özgə dinlərin  nümayəndələrinə  aid 

idi.  Millətin  yaranması  isə  bir  dinin  daxilində  xeyli  “özgələrin” 

yaranmasına  səbəb  oldu.  Hətta  elə  də  olurdu  ki,  bir  etnosun 

tərkibində  bir  neçə  müxtəlif  dinə  mənsub  olanlar  vahid  bir 

millət  kimi  formalaşırdı.  Dini  müxtəliflik artıq  milli  birliyə xələl 

gətirmirdi.  Belə  ki,  milli  birlik  uzun  illər  dini  birliklə  yanaşı 

yaşamağa  başladı.  Amma  onlar  daim  qarşılıqlı  əlaqədə  və 

vəhdətdə  oldular.  Bu  gün  hər  hansı  bir  milləti  dindən  ayrı 

təsəvvür  etmək  qeyri-mümkündür.  Din  içərisində  yaşadığı 

millətin mədəniyyət sisteminə daxildir.

Millətin  mənəvi  həyatını  dinsiz  təsəvvür  etmək  olmaz. 

Məsələn,  bugünkü  azərbaycanlıların  əksəriyyəti  İslam  dininə  o 

qədər  yaxından  bağlıdır  ki,  İslam  onlar  üçün  sadəcə  bir  din 

olmayıb,  həm  də  həyat  tərzidir.  İslamm  siyasi-mədəni  təsiri



IS8  Мехтиев  P.A.  Межнациональные  отношения:  Анализ  проблем  и  поиск 

решений.  Баку:  Азернешр,  1992, с.94.

ib ra h im  Ağayev

__________________________________________________________



1 5 6

adamları  özünə  cəlb  edən  bir  qüvvəyə  malikdir.  Çünki  o, 

özündə  reallıqları  əks etdirir.  Dinlərin  heç də  hamısı  islamdakı 

belə  cazibə  qüvvəsinə  malik  deyil.  Ona  görə  də  bugünkü 

imperialist  -   təcavüzkar  və  qərəzli  qüvvələr  İslama  qarşı  bir 

cəbhədə  birləşməyə  çalışır  və  qərəzli  yollarla  gedərək  islamı 

saxtalaşdırır.  Ona  qarşı  böhtanlar  və  iftiralar  yağdırır,  onu 

təməlçiliklə və  fanatizmdə  təqsirləndirirlər.  Bugünkü  antiislami 

qüvvələr  islamın  getdikcə  artan  nüfuzundan  və  gücündən 

qorxuya  düşür,  ona  qarşı  təxribatlar  həyata  keçirir,  islama 

qarşı  onun  xaricindən,  həm  də  daxilindən  hücumlar  edir,  onun 

mövqelərini  hər  vasitə  ilə  zəiflətməyə  çalışırlar.  Azərbaycanda 

yaşayan  yerli  aborigen  xalqların əksəriyyəti  islam  dininə etiqad 

edənlərdir.  Doğrudur,  müstəqil  bir  etnos  olmaq  etibarı  ilə  bu 

xalqların hər birinin özünəməxsus müəyyən milli problemləri və 

maraqları  vardır.  Amma  bu  gün  İslam  dini  onları  bir  nöqtədə 

birləşdirən  güclü  amil  kimi  çıxış  edir.  Respublikada  yaşayan 

millət  və  xalqların  din  seçmək  azadlığı,  istədiklri  dinə  etiqad 

etmək müstəqilliyi vardır.

Hər  bir  insan,  eləcə də  hər  bir  xalq istədiyi  dinə etiqad edə 

bilər.  Bundan  istifadə  edən  yabançı  ölkələr  və  qüvvələr 

özlərinin  sosial  missionerlik  fəaliyyətini  xeyli  genişləndirmiş  və 

əhalinin  bugünkü  iqtisadi  çətinliklərindən  öz  mənafeləri 

istiqamətində  bəhrələnməyə çalışmışlar.  Hətta onların  fəaliyyəti 

ona  gətirib  çıxardı  ki,  respublika  əhalisi  ciddi  narahat  olmağa 

başladı  və  bunu  nəzərə  alan  Prezident  H.Əliyev  bu  missioner 

təşkilatların  qadağan  olunması  haqqında  1997-ci  ilin  yanvar 

ayında  fərman  imzaladı.  Lakin  həddini  aşmış  belə  missioner 

təşkilatların  bir  çoxu  hələ  də  öz  fəaliyyətlərini  gizlin  olaraq 

davam etdirirlər.

----------------------------------------------------------------------- ---------



----------------------------------

M üasir şəraitdə Azərbaycanda m illi-etnik proseslər

1 5 7


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə