Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   35   36   37   38   39   40   41   42   43

Bu  gün  İslam  dini  Azərbaycan  xalqının  zəngin  milli 

mənəvi  sərvətləri  xəzinəsinə  daxildir.  Onun  qorunması, 

möhkəmləndirilməsi  və  təbliğ  olunması  milli  birliyə  gedən 

yolun tapılması deməkdir.

Polietnik  tərkibə  malik  olan  öklələrdə  milli  dövlətçiliyin 

inkişafı  üçün  dövlət dilinin  rolu  xüsusi  yer tutur.  Milli dövlətin 

yeritdiyi  milli  dil  siyasəti  də  dövlətin  mədəniyyət  siyasəti  qədər 

böyük  əhəmiyyətə  malikdir.  Məlumdur  ki,  milli  dil  siyasəti  -  

milli siyasətin  tərkib hissəsidir.  Öz məzmununa,  istiqamətinə  və 

aparılma  metoduna  görə  milli  dil  siyasəti  iki  formada  həyata 

keçirilir:

1)  mütərəqqi  dil  siyasəti;  2)  mürtəce  dil  siyasəti.  Birinci 

halda onu konstruktiv dil siyasəti,  ikinci halda isə destruktiv dil 

siyasəti də adlandırırlar.

Mütərəqqi  yaxud  konstruktiv  dil  siyasəti  milli  (xalq,  tayfa 

və s.) dillərin azad  və bərabər hüquq  əsasında  inkişafını  nəzərdə 

tutur. 

Məsələn, 



bugünkü 

Azərbaycan 

Respublikasında 

yaradılmış  dil  siyasəti  buna  misal  ola  bilər.  Respublika 

daxilində  yaşayan  bütün  millətlərin  və  xalqların  dilləri  tam 

hüquq  bərabərliyinə  və  sonsuz  inkişaf  imkanlarına  malikdir. 

Böyüklüyündən  və  kiçikliyindən  asılı  olmayaraq,  bütün 

xalqların  dilləri  konstitusiya  ilə  eynihüquqlu  elan  edilmişdir. 

Onlar  dövlət  dili  olan  Azərbaycan  dililə  eyni  hüquqlara 

malikdirlər.

Mürtəce,  yaxud  destruktiv  dil  siyasəti  isə  əksinə, 

çoxmillətli  cəmiyyətdə  hakim  dildən  savayı  yerdə  qalan  bütün 

dillərin  inkişafını  ləngidir.  Azlıqda  qalan  xalqların  dillərini 

ictimai  həyat  sahəsinə  yaxın  buraxmır,  beləliklə  də,  bunlar 

tədricən funksional inkişaf baxımından geri qalırlar.

ib ra h im  A ğa yev

___________________________________________________________



1 5 8

i  ■

Dil  siyasətinə  təsir  edən  amillər  də  özlüyündə  iki  yerə 

ayrılırlır:  1)  obyektiv  amillər;  2)  subyektiv  amillər.  Onlar 

mövcüd cəmiyyətdə dil siyasətini müxtəli!  istiqamətlərə yönəldə 

bilirlər.  Subyektiv  amillərin  səyilə  dil  siyasəti  dil  planlaş­

dırılması  və  yaxud  dil  proqnozlaşdırılması  formalarında  çıxış 

edə  bilir.  Stabil  qrammatik  quruluşa,  zəngin  lüğət  fonduna 

malik  olan  milli  dillər  düzgün  yeridilən  dil  siyasəti  nəticəsində 

bu  dillər  üçün yaradılmış əlverişli şəraitdən istifadə edib sonsuz 

inkişaf  imkanlarına  malik  olurlar.  Düzgün  aparılan  dil 

planlaşdırılması  və  dil  proqnozlaşdırılması  isə  yaxın  və  uzaq 

gələcəkdə  milli  dillərin  inkişaf  perspektivlərini  müəyyən­

ləşdirmək üçün yaxşı vasitədir.

Azərbaycan Respublikasının Prezidenti  H.Əliyev cənabları 

18  iyun  2001-ci  ildə  “Dövlət  dilinin  tətbiqi  işinin  təkmil­

ləşdirilməsi  haqqında”  fərman  imzaladı.  Fərmanı  dilimizin 

inkişafı baxmımdan bir neçə cəhətdən şərh etməyə çalışaq.

Əvvəla,  dillərin  inkişafında  funksional  amillərin  rolu  və 

əhəmiyyəti  məlumdur.  Yəni  hər  hansı  bir  cəmiyyətdə  dövlət  və 

hakim  siyasi  elitanın  yaratdığı  siyasi  xəti  milli  dilin  inkişafına 

proqressiv  və  aqressiv  təsir  göstərə  bilər.  Yəni  hakimiyyət 

orqanları  milli  dilin  inkişafı  üçün  şərt  ola  bilər.  Bu  mənada 

prezident  fərmanının  əhəmiyyəti  böyükdür.  Latın  qrafikasına 

keçid  Azərbaycanın  dünya  mədəniyyətinə  qovuşdurmaq,  onu 

dünya  miqyasında  gedən  müasir  qloballaşma  hərəkatına 

çuğlaşdırma məqsədini güdür.

İkinci  bir tərəfdən  hər hansı  bır milli  dilin ictimai funksiya 

yerinə  yetirməsi,  onun  gələcəkdə  də  yaşaya  bilməsi  üçün 

mühüm  sosial-siyasi  faktordur.  Bu  mənada  Azərbaycan  milli 

diiiııo  dövlət  tərəfindən  müəyyən  qarantiya  verilir  ki,  bu  da

--------------------------------- M ü a s/У 

şəraitdə Azerbaycanda m illi-etnik proseslər

'   \


159


İbrah im  Ağayev

onun sonrakı inkişafı qarşısında geniş perspektivlər açır.

Üçüncü,  Azərbaycan  unitar  bir  dövlətdir  və  Azərbaycan 

dili  dövlət  dili  statusuna  malikdir.  1995-ci  ilin  12  noyabrında 

qəbul  olunmuş  Azərbaycan  Respublikasının  Əsas  Qanunu 

dövlət  dililə  yanaşı,  digər  xalqların  dillərinin  azad  fəaliyyət 

göstərilməsi istiqamətində mühüm  müddəalar qəbul etmişdir.

Konstitusiya  təsbit  edir  ki,  irqindən  və  dinindən  asılı 

olmayaraq  bütün  vətəndaşlar,  onların  dili  və  dini  bərabər 

hüquqlara malikdir və onlar azad surətdə fəaliyyət göstərə  bilir. 

Bu  mənada  konstitusiyanın  təsdiqini  16  sentyabr  1992-cı  il 

tarixli  fərmanın  hüquqi  varisi  hesab  etmək  olar.  Çünki  hər  iki 

sənəddə irəli sürülən və əsaslandırılan müdəalar məntiqi surətdə 

biri  digərini  tamamlayır.  Hər  iki  sənəddə  respublikada  yaşayan 

bütün  xalqların  onların  dil  və  mədəniyyətinin  azad  və  bərabər 

inkişaflarının  hüquqi  qarantiyası  verilmişdir.  Azərbaycan  dili 

azlıqda  qalan  xalqların  dillərini  zənginləşdirmək  və  beynəlxalq 

arenaya  çıxmaqda  onlara  kömək  etmək  baxımından  da 

əhəmiyyətlidir.

1 6 0

NƏTİCƏ


Azərbaycan çoxmillətli ölkədir və bu qəbildən bütün başqa 

dövlətlərdə  olduğu  kimi,  burada  da  millətlərarası  münasibət 

siyasi  həyatımızın  mühüm  hissəsi,  milli  siyasət  isə  bütövlükdr 

dövlət  siyasətinin  üstün  istiqamətlərindən  biridir.  Milli  siyasət 

millətlər və xalqlar arasındakı  qarşılıqlı  münasibətlərin dövlətin 

müvafiq  sənədlərində  və  qanunvericilik  aktlarında  təsbit 

olunmuş 

şəkildə 


tənzim 

olunması 

üzrə 

məqsədyönlü 



fəaliyyətidir.  Onun  konseptual  müddəaları  aşağıdakılardır: 

xalqların 

bərabərliyi, 

bütün 


xalqların 

mənafelərinə  və 

sərvətlərinə  qarşılıqlı  hörmət,  qarşılıqlı  faydalı  əməkdaşlıq, 

başqa  xalqların  mənafelərinin  tapdanması  hesabına  öz  xalqı 

üçün  rifah  yaratmağa  çalışan  adamların  siyasi  və  əxlaqi 

mühakiməsi  və  s.  Bundan  əlavə,  milli  siyasət  coğrafi  amili, 

demoqrafik  prosesləri,  tarixi  xüsusiyyətləri,  müvafiq  xalqın 

milli  dövlətçilik  ənənələrini,  əhalinin  milli  tərkibini,  yerli  və 

gəlmə əhalinin  nisbətini, dini  mənsubiyyəti, milli  psixologiyanın 

xüsusiyyətlərini, milli adətləri və s. nəzərə almalıdır.

Milli  siyasətin  mühüm  funksiyası  onun  proqnoz  və 

preventiv  xarakterindədir.  Burada  əsas  cəhət  yalnız  vaxtı 

çatmış  ziddiyyətlərin  qarşısını  almaq  deyil,  həm  də  cnlan 

qabaqcadan görməkdir.

Milli  siyasət dövlət siyasəti səviyyəsində həyata  keçirilməli, 

daha  doğrusu  dövlətin  siyasətinin  çox  mühüm  tərkib 

hissələrindən  birinə  çevrilməlidir.  Keçmiş  SSRİ-ni  əhatə  etmiş 

böhran 


millətlərarası 

münasibətlər 

sahəsindən 

də 


yan 

keçməmişdir.  Çoxmillətli  cəmiyyətdə  millətlərin  inkişafı  və 

onların  yaxınlaşması,  inteqrasiyaya  ehtiyac  duymaları  bülüıı

----------------------------------



M üasir ş eraitdə Azərbaycanda m illi-etnik proseslər

161


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə