Azərbaycan miLLİ elmlər akademiyasi l'ƏLSƏFƏ VƏ Sİyasi-HÜquqi TƏDQİqatlar institutu «politologiYA» ŞÖBƏSİ



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix28.08.2018
ölçüsü4,08 Mb.
#64989
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

göstərir.

Bütün  bunlar  bizə  deməyə  əsas  verir  ki,  Azərbaycan  da, 

onun  xalqı  da  dünya  üçün  açıq  tiplidir  və  dünyanın  elə  bir 

güşəsi yoxdur ki, orada bizim mənəvi qohumlarımız olmasın.

Xalqımızı  yalnız  türk  dünyasına,  Rusiyaya,  İrana,  yaxud 

hər hansı başqa bir tərəfə bağlamağa cəhd edən siyasət qətiyyən 

yolverilməzdir.  Çünki  belə  bir  siyasət  parçalanmaya,  öz 

mənəviyyatımızın  genetik  strukturunun  pozul maşına,  deməli, 

ölkənin dezinteqrasiyasına gətirib çıxarır. 

(

Belə  bir  reallığa  qarşı  biz  öz  milli  ; ideologiyamızı  -  



Azərbaycançılığı 

irəli 


sürməliyik. 

Yanlı? 


konkret 

və 


özünəməxsus  ideologiyası  olan  xalqın  milli  dövləti  ola  bilər. 

Azərbaycançılığın 

mahiyyəti 

budur: 


qəbul 

olunmuş


qanunvericiliyə  müvafiq  olaraq  tarixən  dövlət  kimi  qərarlaşan, 

bu  ərazidə  yaşayan  hər  bir  adam  irqindən,  əqidəsindən, 

milliyyətindən  asılı  olmayaraq  Azərbaycan  vətəndaş:  hesab 

olunur  və  demokratik  dövlətin  verdiyi  bütün  hüquqlarından 

istifadə edir.

Dünya  dinlərinin  və  yüksək  mədəniyyətinin  mənəvi 

varisliyini  özündə  cəmləşdirən  çoxmilyonlu  sakinlərindən  biri 

kimi  azad  respublikanın  hər  bir  vətəndaşı  öz  “mən”ini, 

azərbaycanlı  iftixarından  ayırmır.  Və  hər kəs  öz şəxsi  mənafeyi 

naminə  bu  suverenliyə,  mənəvi  qohumluğa,  dostluğa'  xələl 

gətirərsə,  Azərbaycanın  şərəfim  alçaldarsa,  ona  Azərbaycanda 

yer yoxdur.

Tarix  və  bizim  taleyimiz  belə  yaranıb.  Azərbaycan  bütün 

insanları,  bütün  mədəniyyətləri  və  dinləri  özündə  cəmləşdirən 

böyük  dünyanın  kiçik  mikromodelidir.  Elə  onun  intəhasız 

gözəlliyinin  mahiyyəti  də  bundadır.  Bu  kiçik  dünyada  yaşayan



ib ra h im  A ğayev

______________________ ____________________________________



1 4 6

I

insanların  öz  təkrarsızlığı,  bənzərsizliyi  ilə  unikal  olan 

sakinlərin üstünlüyü də bununla səciyyələnir.

Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev  dünya 

azərbaycanlıların  I qurultayındakı nitqində çox gözəl demişdir: 

«Müstəqil 

Azərbaycan 

dövlətinin 

əsas 

ideyası 


azərbaycançılıqdır. 

Hər 


bir 

azərbaycanlı 

öz 

milli 


mənsubiyyətinə  görə  qürur  hissi  keçirməlidir  və  biz 

azərbaycanç-.lığı  -   Azərbaycan  dilini,  mədəniyyətini,  milli- 

mənəvi  dəyərlərini,  adət-ənənələrini  yaşatmalıyıq.  Azərbaycan 

dilinin  inkişafı  haqqında  qəbul  etdiyimiz  geniş  qərar  məhz  bu 

məqsədi daşıyır»ıs:'.

Azərbaycançıiıq 

Azərbaycan 

xalqının 

məfkurəsidir, 

məfkurəçilik  bizim  əsas  siyasi  xəttimizdir.  Xalqımızın  çoxəsrlik 

cəmiyyət təcrübələri,  dini və əxlaqi ənənələrindən qidalanan  bu 

məfkurəçiliyin  birinci  problemi,  çıxış  nöqtəsi  —  “özünə 

dönmək”  (Bilgə  xaqan  kitabəsi),  kökə  qayıdış,  başqa  sözlə 

istiqlalçılıqdır.

Ümumi  ideala  çatmaq  üçün,  yəni  insaniyyətə  xidmət 

etmək  üçün  millətə  özünü  tanımaq  lazımdır.  «Bir  millət  özünü 

tanımazsa,  özü  ilə  qeyrisinin  fərqini  düşünməyə qadir  olmazsa, 

xüsusi  məsləki  dalınca  yeriş  edə  bilməz.  Bu  yolda  yeriş  edə 

bilməzsə,  ümummüqəddəs  məslək  nə  olmağını  da  düşünməz» 

(N. Nərimanov). 

Tariximizin 

bugünkü 


mərhələsində 

istiqlalçılığın  başlıca şərti ittihadçılıq -  birlikçilikdədir.

“Hakim  millət”  fəlsəfəsi  mövcud  olan  cəmiyyətdə  istiqlal 

mümkün  deyil.  Türk  qövmü  heç  zaman  “hakim  millət” 

təfəkkürü  ilə  yaşamayıb.  Hətta  hakim  sinif  ideologiyası

153 


Əliyev  H.  Dünya  azərbaycanlılarının  I  qurultayında  Azərbaycan  Prezi­

denti  Heydər Əliyevin  nitqi // Dirçəliş  XXI  əsr, 2003 № 70. s.  185 s.

f ' \


----------------------------------

M üasir şəraitdə Azerbaycanda m illi-etnik proseslər

147


İbrah im  A ğayev

təliminin banisi  F.Engels  1853-cü  ildə açıq-açığma etiraf edirdi: 

“Türkiyədə  türkləri  hakim  sinif  adlandırmaq  çətindir”.  Bu 

sözlər  eynən  Azərbaycan  türklərinə  də  aiddir,  bizdə  hakim 

millət  təfəkkürü  ümumi  səciyyə  kəsb  etməyib.  Biz  milli  xislət 

etibarilə bəşəriliyə meyl etmişik.

“Hakim  millət”  Avropa  təfəkkürünün,  xristian  əxlaqının 

məhsuludur.  “Hakim  millət”  fəlsəfəsinin  ideoloji  prinsipini 

istilaçılıq,  işğalçılıq  təşkil  edir.  Burada  insana  nifrət  əsas  yer 

tutur.


Azərbaycançılıq  iqtisadi  cəhətdən  ona  yaxın  olan  üç 

imperiya  ilə  münasibətlərin  düzgün  qurulmasına  əsaslanır. 

Dünyanın  təbii  cəhətdən  və  zəngin  diyari  olan  Odlar  Yurdu  — 

İran,  Rusiya,  Türkiyə  sacayağının  qapantısıdır.  İllər  boyu 

müqəddəs  odun  tüstüsü  bizim,  istisi  onların  olub.  İqtisadi 

baxımdan  azərbaycançılıq  respublikanın  xammal  ixrac  edən 

ölkəyə 

çevirməyi 



nəzərdə 

tutur. 


Respublikanı 

dünya 


texnologiyası  ilə  təmin  etmək,  hərbi  sənaye  kompleksi,  özəl 

qurumlar,  fermer-kəndli  təsərrüfatları  yaratmaq,  respublika 

qanunları  ilə  tənzim  olunan  investisiya  qoyuluşunu  təmin 

etmək -  milli ideologiyanın  iqtisadi tələb və təminatiarındandır.

Cəmiyyəti  istiqlaliyyətə,  azadlığa  çatdırmaqdan  ötrü  insan 

özü  azad  olmalıdır. 

Bunun  üçün  təfəkkürün  gəncliyi, 

düşüncənin  təravəti  lazımdır.  İnsan  azadlığı  ilk  növbədə 

zəkanın,  ehkamların  büllur  sarayından  xilası,  nəfisdən, 

tamahdan 

çirklənmiş 

“mən”indən 

sıyrılması 

sayəsində 

mümkündür. 

Əks 


halda 

dövlət 


əxlaqının 

formalaşdığı 

“pozğun”  dövlət  quruluşunda,  satqın,  acgöz  və  xudpəsənd 

adamlar yetişirlər.

Bizim  üçün  vətən,  çörək,  Quran  qədər  müqəddəs  bir  inam

148

olmalıdır:  Bu,  dövlətdir.  Dövlətin  strukturu  milli  ideologiyanı 

həyata  keçirməyə  imkan  verən  sistemə  malik  olmalıdır.  Yalnız 

bu  zaman  dövlət  xalqın  nicatı  və  səadətinə  nail  ola  bilər. 

Dövlətin  siyasəti  əxlaqdan  kənarda  məqbul  sayıla  bilməz.  O, 

cəmiyyətin  əxlaqını  qorumalı  və  inkişaf  etdirməlidir.  Bu  gün 

xalqın  aydınlaşdırılmasına,  cəmiyyətin  durulmasına  ciddi 

ehtiyac  yaranıb.  Həmin  işi  yalnız  aydın  ideya  vasitəsilə  icra 

etmək olar.

Tanınmış  politoloq  Rövşən  Mustafayev  azərbaycançılıq 

ideologiyasına  bir  qədər  fərqli  yanaşır.  Onun  fikrincə, 

«Azərbaycanlılıq  insanların  vətəndaşlıq  mexanizmi  vasitəsilə 

birləşmək  cəhdlərinə,  rəqabətin  və  etnoslararası  münaqişələrin 

insanları 

bir-birinə 

yadlaşdırdığı, 

şəxsiyyətin 

cırlaşması 

prosesinin  get-gedə  kəskinləşdiyi  bir  şəraitdə  onların  kollektivə 

can  atması,  birləşmək  istəyi  kimi  təbii  arzularına  əsaslanır. 

Həmin  təlimin  əsas  iqtisadi  postulatlarından  biri  -  ayrı-ayrı 

fərdlərin 

şəxsi 

mənafelərinin 



birləşərək 

ümumdövlət 

mənafelərinə  çevrildiyi  cəmiyyətdə  korporativ  münasibətlərin 

inkişafı  postulatı  məhz bündan  irəli gəlir»154.

Azərbaycançılıq  ünjjiyyət  birliyi  məsələlərini  də  irəli  sürür. 

Bu  birlik  vahid  dil  vasitəsilə  həyata  keçirilir.  Azərbaycanda 

yaşayan,  eyni  dinə  mənsub  olanların  vahid  dili  əsrləri? 

birgəyaşayışa  xidmət  etmiş  Azərbaycan  dilidir.  O,  vətənçilik 

bağlantısı  ilə həyat  tərzi  keçirən  bütün etnik  qrupların  dilləri  ilə 

paralel  işlənmiş,  qarşılıqlı  zənginləşmə  tarixi  keçirmişdir 

Azərbaycan  dili  ölkəmizin  konstitusiya  ilə  təsbit olunmuş  rəsmi 

dövlət dilidir.  Bu  ölkədə yaşayan  bütün  xalqlar və  milli  azlıqlar

----------------------------------

M üasir şeraitde Azərbaycanda milli-etnik proseslər

154  Mustafayev  R.  Fikir azaddır.  Bakı: Təknur,  2000, s. 107.



Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə