Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə23/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   19   20   21   22   23   24   25   26   ...   135

Dağıtma, dərbədər olmış, məqami-Məcnundur.

Fəda olum sana, Məcnun fəraqi-Leyladə,

Məqami-əmn sana dəşti-kuhü hamundur.

Məkatibi-şəbi-hicrani heç kəm bilməz,

Mənim kimi demək olmaz, xətərli məzmundur.

Rəqibə dil verəni, səngdil, gözüm yaşi,

Sənün müfariqətündə ki, rudi-Ceyhundur.

Kəmanə tə`nə urar əgri qaşlarun hərdəm,

Bu çeşmi-məstüvə ahuyi-Çin məftundur.

Təkəbbür etməgilən, yol gedəndə aram ol,

Əyağun altına bax, min kəlim mədfundür.

Gözəlligə eyləmə təkyə, tez gedər əldən,

Gərçi bir-iki gün tale`ün hümayundur.

Təəccüb eylərəm ol şəhi-gədazadə,

Məhali-əmrə səbəb tərhi-dövri-gərdundur.

Şərabi-eşqlə sərməstsən əcəb, Saqib,

Eyləmisən genə bədməst, bağrımız xundur.

* * *


Könül, çox laf vırma aşinadən, aşina yoxdur,

Vücudi-aşina bir kimiyadur, kimiya yoxdur.

İnanma şiveyi-zahidfərib mahrüxsarə,

Verür əğyarə dil, bu səngdillərdə vəfa yoxdur.

Qiyas et Kuhkəndən, naleyi-Məcnuni-rüsvadən,

Mərizi-eşqə, ey dil, mübtəla olma, dəva yoxdur.

Dolanma türreyi-pürpiçinə bu sərvi-azadun,

Bu zəncirün əsiri olmıyan bəxti qəra yoxdur.

Məlamət etməsün heç kim məni yüz dutsam aləmdən,

Nə meydə bir fərəh yoxdur, nə gülşəndə səfa yoxdur.

Rəqibün fitnəsindən yar məndən dutdı yüz axır,

101



Mənimtək möhnətü ənduhə heç kim mübtəla yoxdur.

Cəhanı dutmaz idi fitneyi-aşub, ey Saqib,

Dutar, əlbəttə, fitnə aləmi, həqq rəhnüma yoxdur.

* * *


      

Əgərçi ləblərün fikrilə bağrım sərbəsər qandur,

Qoy olsun qan, sənün eşqün yolunda can da qurbandur.

Mühəmməddə(s) nübüvvət xətm olubdur səndə gögçəklik,

Eylə ziba gözəlsən, hüsnüvə ayinə heyrandur.

Gözün sehr eylədi, oldum əsiri-zülfi-pürçinün,

Məni ram eyləyən zənciri-məcnunə bu şeytandur.

Xəbər alma, əmandur, bu dili-viranəmün halın,

Xətü xalın xəyali qarət etmiş, kafəristandur.

Necə tab eylüm, hər bir tərəfdən qəsdi-can eylər,

Biri qaşun qılıncı, birsi də bu tiri-müjgandur.

Pərişanlıq mana neyçün verüb yüz, indi mən bildim,

Səbadən, şanədən yox hüsnüvə zülfün pərişandur.

Sənün əhvalüvə mən vaqifəm, ey binəva Məcnun,

Fəraqi-Leylidə məskən sana kuhü biyabandur.

Keçəndə zahidə təklifi-badə etmə, ey saqi,

Mey içməz, qan içər, ver kasə-kasə, əhli-Qur`andur.

Təfaxür Azər ilə eylə, Saqib, Azəristandə,

Təməllüq rəngi yox məndə, qəzəl təxtində sultandur.

* * *


Mən ki, çox pərişanəm, kakilün pərişandur,

Kakilün pərişandur, dil də kafəristandur.

Qətlimə mənim fərman verməyüb qaşun tiği,

Qətlimə verən fərman, səndə tiri-müjgandur.

Ləblərün xəyalı ilə mey içüb meyaludəm,

102



Qan oleydi bu badə, içdigim bütün qandur.

Yıxdı hüsn bazarın, dutdı kuyüvi Yusif,

Qiyməti kəlaf oldı, hüsninə peşimandur.

Eyləməz məni azad, şahidim bu xalundur,

Neyləyüm, kəmanəbru, zülfün ənbərəfşandur.

Ayrı düşdi Leyladən, o tikildi Məcnunə,

Hər yanə nəzər qılson, sərbəsər biyabandur.

Kuhkən vırar tişə dağə, bilməyür Şirin,

Dil verübdür əğyarə, bu nə əhdi-peymandur.

Çəkdilər gülin ətrin yanə-yanə, ey bülbül,

Tərk qıl qəfəs küncin, bu nə ahü əfğandur.

Ömr yaridən keçdi, Saqiba, ayıl bir dəm,

Yoxdur əldə sərmayə, səndə bu nə tüğyandur?

* * *


Qaşun görə hər kim, deyəcəkdir ki, kəmandur,

Şahid bu sözə tiri-müjön, afəti-candur.

Zənciri-cünun xəlq deyür zülfüvə əmma,

Künci-ləbivün üstə durub həlqə ilandur.

Yaqutə verüblər ləbüvi nisbət əgərçi,

Lə`lün kimi yaqut necə quti-rəvandur.

Əbrulərivün tərhini kəc çəkdi müsəvvir,

Şəmşir çəkib qaş yerinə, tökdigi qandur.

Bir dəhri-bəla fitnə yatub məst gözündə,

Qıyqacı qıyub baxmağı, ey şux, yəmandur.

Yəğmayə verüb xalü xətün küfrlə dini,

Adəm həvəsin eylədi, rüsvayi-cəhandur.

Sərvün nədür həddi boy ata sərvqədün tək,

Kim desə rəvandur, bu qədün kimi, yəlandur.

Bülbül, bu qədr etmə fəğan künci-qəfəsdə,

103



Yoxdur xəbərün, soldı gülistan, xəzandur.

Ver Saqibə bir busə bu gülbərgi-ləbündən,

Ey tazə cəvan, piri-xərabati-muğandur.

* * *


Zahid, əlimdə, eyb eləmə, mey əyağıdur,

Hal əhlinün bu taqətidür, həm dayağıdur.

Dəhrün nədür səfasi, ona paybəndsən,

Gər yaxşı fikr eyləyəsən, qan çanağıdur.

Hər bərgi-lalə gül ki, verüb zib gülşənə,

Nə gül degül, nə lalə, Səyavuş yuvağıdur.

Ey şux, böylə kim boy atub sərv qamətün,

Nəşvü nüma verən ona, bu göz bulağıdur.

Sərgəştədür, dalunca gəzər ayü gün müdam,

Gün xərməninə od vıran hüsnün çırağıdur.

Xunabi-həsrətə özüvi qərq eyləmə,

Şah olsa kim bir-iki günün boş qonağıdur.

Fəryadə gəlsə ney kimi Saqib, eyb degül,

Ney kimi ağladan onı bu hicr dağıdur.

* * *

    


Tərk eyləgilən eşq yolın, rahi-xətadur,

Bax qamətinə Qaf, kəman kimi dütadur.

Dutma bu xətərnak yolın qıl həzər ondan,

Axir qədəmün sərhədi sərhəddi-fənadur.

Məcnun gedübdür bu yolı nəqdi-can əldə,

Avarə qalub, mənzili bilmür ki, haradur.

Fərhad hələ tişə vırar başinə dağdə,

Şirin demür hərgiz, bu nə səsdür, nə sədadur.

Pərvanə yanur, şəm` yanur, heç biri bilmür,

104



Bu od necə oddur, nə içündür, nə binadur.

Bax əndəlibün halinə bir künci-qəfəsdə,

Gül xarə düşüb, həmdəm ona ahü nəvadur.

Yoxdur bu gözəllərdə vəfa, düş bu həvəsdən,

Kim versə könül, eylə yəqin, bəxti qəradur.

Ali olan insanlara, cəhd eylə, qulam ol,

Şəh olma o naəhlə ki, əcdadı gədadur. 

Saqib, özüvi eyləmə rüsvayi-zəmanə,

Giysusi bu məhparələrün dami-bəladur.

* * *


Həzər qıl eşq yolundan, bəla ilən dolıdur,

Bəla ilən doludur, həm nəva ilən dolıdur.

Kimün fəraqinədür bu fəğani-naleyi-ney,

Səda ilən doludur, həm ahü va ilən doludur.

Aparma Leyli adın, qeyrə yar olub, Məcnun,

Başunda quşlar edübdür yuva ilən doludur.

Zəkati-hüsnün alum, yetməyür mana növbət,

Mənim kimi səri-kuyün gəda ilən doludur.

Soruşma, əl gətür, ey şux, könlümün xəbərin,

Yıxıldı qəmzön oxıyla, yəra ilən doludur.

Məni bu halə salub məst gözlərün dərdi,

Sorum bu lə`li-ləbün, qoy, dəva ilən doludur.

Şəbi-fəraqüvə tab eyləmək degül asan,

Ki, hər dəqiqəsi yüz min cəfa ilən doludur.

Dağıtma şanə ilən türreyi-pərişanun,

Cəhanə fitnə salubdur, xəta ilən doludur.

Nədür bu can rəhi-eşqündə olmasun qurban,

Dutubdur əldə bu Saqib fəda ilən doludur.

* * *

105



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə