Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə20/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   16   17   18   19   20   21   22   23   ...   135

Aləmə fitnə salub, sürməni neynər, neynər.

Dindirəndə məni hər ləhzə ki, şirin-şirin,

Dəmbədəm qəndə urar tə`nəni şəkkər-şəkkər.

Çək yüzündən bu qəra zülfüvi bir dəm, bir dəm,

Əksi-hüsnün mana bir dəf`ə də göstər, göstər.

Tökmisən hüsnüvə giysuləri pürçin-pürçin,

Cəbrəil sanki açub hüsnüvə şəhpər-şəhpər.

Ey mənim qan eləyən bağrımi zalim-zalim,

Dayadun sən vətənün bağrına xəncər, xəncər.

Vermə bu mahvəşə dil genə Saqib-saqib,

Uyub əğyarə, demə bir dəxi dilbər, dilbər.

* * *


Döndərdi qiblədən məni bu sərvnazlər,

Yetməz hərayə naleyi-suzi-güdazlər.

Tə`n etmə əhli-eşqə, təqazayi-eşqdür,

Məhmudi eyləmiş özinə qul Əyazlər.

Məcnun başında quş yuva tikmiş əcəb degül,

Başdan keçüb həmişə, bəli, eşqbazlər.

Ol mahparə kəsməz idi məndən ülfətin,

Yandırmaseydi fitnə odın fitnəsazlər.

Əğyar qoymadı yetəm, ey şux, vəslüvə,

Qaldı deyülməmiş dili-zarimdə razlər.

Gülzar içində, gör, necə nərgis bərəhnədür,

Pirahəni-həriri geyübdür piyazlər.

Zahid, dutursan eyb mana, məsti-badəyəm,

Var səndə bəs neçün bu riyayi nəmazlər?

Hicran qəmindən alma xəbər, məndən əl gətür,

Halım görüb fəğanə gəlür çəngsazlər.

Saqib, qəm etmə mey kimi düşdün əyağə sən,

86



Düşmüş əyağidən-əyağə sərfərazlər.

* * *


 

Cəhanə fitnə salubdur bu sərvqamətlər,

Odur ki, zahir olur gündə min qiyamətlər.

Gözəlligün neçə şərti var, ey kəmanəbru,

Ki, səndə xətm olunub, vardur hər əlamətlər.

Qaşun qılıc, yüzün lalə, ləblərün yaqut,

Qədün qiyaməti sərvə verür xəcalətlər.

Kəməndi-zülfün urar tə`nə dami-zəncirə,

Verildi bu dili-divanəmə bəşarətlər.

Necə dəvam eləsün dil bu tiri-müjganə,

Dələr daşi, eyləsə gözlərün işarətlər.

Fəda bu daneyi-xalə, fəribi-Adəmdür,

Nolur öpəndə onı, saldı dinə qarətlər.

Əgərçi Yusifi-gülçöhrə mahi-Kən`andı,

Yox onda zərreyicə səndəki məlahətlər.

Zəmanənün sitəmi təng edüb həyatımızi,

Nə qədr tab eləyüm, getdi səbrü taqətlər.

Zəmanə cövrini tərk eyləyən degül, Saqib,

Əbəs yerə eyləmə hər zəman şikayətlər.

* * *


 

Əbəs bu zülfüvə, ey mahvəş, ənbərfəşan derlər,

Ki, təhqiq eylədim, dami-bəlayi-nagəhan derlər.

Təmənna etməmiş bu lə`li-nabun, qıldı qan bağrım,

Səni bəs, ey səngdil, birəhm həm namehriban derlər.

Kəmandur qaşlarun, bu tiri-müjganun gəvahimdür,

Qiyasın et xəm qədimdən, necə tiği-cansitan derlər.

Qılub heyran məni xalü xətün, qarətgəri-dindür,

87



Fəribi-adəmi bu gənci-hüsnə pasiban derlər.

Qiyamət göstərür hər ləhzə qəddün, ey kəmanəbru,

Qiyamət kim görübdür göstərə sərvi-rəvan derlər.

Ləbün fikriylə dutdum guşeyi-meyxanə hər saət,

Ləbündən nəş`əni almış şərabi-ərğəvan, derlər.

Nə eylər fitnəni bədməst, bir də fitnə arturma,

Yatubdur gözləründə fitneyi-axirzəman derlər.

Qəfəs küncində, bülbül, nalə tərkin etmə, fəryad et,

Əsüb badi-xəzan, yeksər solubdur gülsitan derlər.

Eşitdim, Saqiba, zahid sana mey tövbəsin vermiş,

Eşit, vardur əlində huriyi-baği-cinan derlər.

* * *


 

Qaşun tərhini görsə, ey kəmanəbru, kəman titrər,

Qədün, ey sərvi-azadım, görüb sərvi-rəvan titrər.

Ləbün rəngilə gər yaqut edərsə lafi-həmrəngi,

Piyalə məhv olur əldə, şərabi-ərğəvan titrər.

Könül piçidələndi sərbəsər, dil düşdi təşvişə,

Dutub müjgan oxın əbrulərün, cismimdə can titrər.

Açılmaz gülşəni-rüxsarüvi gər görsə tər qönçə,

Qəfəsdə lal olur bülbül, vücudi-bağban titrər.

Vıranda şanəni ahəstə vır ol dami-giysuyə,

Dili-divanələr viran olur, əf`i ilan titrər.

Desəm səndən gözəldür Yusif, ey məhparə, böhtandur,

Olub məhvi-cəmalun, huriyi-baği-cinan titrər.

Fəqihi-mədrəsə nəhy eyləmişdür kim, üzüm suyin,

Bu böhtani-əzimindən olurmı həmçü qan, titrər.

Vücudi-əhli-dil aləmdə bir iksiri-ə`zəmdür,

Öpər xaki-dərin ruhi-Məsihayi-zəman titrər.

Əlündə cam varsa, Saqiba, təsbihə əl vırma,

88



Edər səccadə nalə, səcdədə zahid, inan, titrər.

* * *


 

Səbadən arizi-dildardə zülfi-siyəh titrər,

Xəyal eylər görən kim, əks salmış suda məh titrər.

Dəgəndə tiri-qəmzön könlümə bir-bir, kəmanəbru,

Kəmandan çıxmış əgnində Davudun zirəh titrər.

Kəməndi-zülfüvi rüxsarə əfşan eylədün, bəsdür,

Düşər təşvişə dil, ahim kəməndində zirəh titrər.

Şəbi-hicründə mən, ey Leylirüx, fəryad etməkdən,

Yanar əhvalimə Məcnun olan aramgəh titrər.

Baxanda qıyqacı hərdəm mana bağrım dönər qanə,

Acıqlı baxsa gər sultan, ərkani-sipəh titrər.

Riyayi göz yaşın zahid tökər məscidə hər saət,

Edər büt səcdəsin, mehrabi-taği-xangəh titrər.

Əl atma ixtilafə, fitnə qalmaz, ehtiraz eylə,

Cəmaət bir işə yekdil olanda, padşəh titrər.

Vırubdur başimə mey nəş`əsi meyxanə küncində,

Başımda, Saqiba, vəchi budur pəşmin küləh titrər.

* * *


Yorulub dil genə əbruyi-kəmani istər,

Pir olub, pir olasan tazə cəvani istər.

Vırar hər ləhzə mana navəki-qəmzön şəbxun,

Məndən, ey mahvəşim, sölə, nə qani istər.

Fitnələr tə`biyə olmuş iki çeşmündə sənün,

Kim ki, bədməst ola aşubi-cəhani istər.

Telbətel dil dolanur zülfi-xəm əndər xəmüvi,

Gör bu divanə necə dami-bəlani istər.

Yetmədi məqsədə Fərhad ləbi-Şirindən,

89



Bisütun dağı yıxub rahəti-cani istər.

Dedim, ey məh, dili-bimar nə istər səndən,

Ləblərin dutdı, dedi, sor, bu dəvani istər.

Qoyma qan bağrıma, doldur qədəhün, ey saqi,

Könlüm ol dürdi-meyi-ruhi-rəvani istər.

Buriya istəməyür zahid, əmma zahidlər

Künci-mehrabı dutub, buyi-riyani istər.

Saqiba, vəqt belə göstərür heç eyb etmə,

Fikrini çəkmə gəda taci-Kəyani istər.

* * *


  

Zülfün girehindən dili-divanə nə istər,

Zəncir degül qəddi gedə bir yanə nə istər. 

Gahi ləbüvi sormağı istər bu qan olmış,

Əl çəkməyəcək düşsə ta qanə nə istər.

Canan tələbin oddan edərlər məgər, ey məh,

Yatdıqca bu şəm`ə genə pərvanə nə istər.

Divanə olubdur dili-sədparə, sözüm yox.

Məskən eləmiş zülfüvi bəs şanə nə istər.

Həqqim var öpəm arizüvi, aşiqi-zarım,

Xalun öpər hər ləhzə bu biganə nə istər.

Zahid yügürür məscidə cənnət ələ salsun,

Zahidə nə var, səbheyi-səddanə nə istər.

 

* * *



 

Olmış əsir zülfüvə bəxti siyahlər,

Azad eləməz, verə gər hökm şahlər.

Sən eylə səngdil, elə birəhm yarsən,

Tə`sir eləməz sana heç suzü ahlər.

Əğyar yetdi vəslinə ol sərvqamətün,

90



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə