Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə17/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   13   14   15   16   17   18   19   20   ...   135

Guşeyi-meyxanənün mən kimi bir bədnamı var.

Vəsfi-sübhü şamı çox şərh etmə, zahid, əl gətür,

Vəsf qıl bu məhvəşi ki, sübhigahi, şamı var.

Ehtiraz et, ey könül, qaç türreyi-pürpiçdən,

Çox yavuq getmə, əsir eylər, künd damı var.

Bu dili-divanə biaram idi, ey qönçələb,

Eylədün zülfün əsiri, imdi çox aramı var,

Bilməsün, əğyardən gizlin, mən ilə bir danış,

Ləblərün heyraniyəm, şəkkər kimi düşnamı var.

Keçdi Məcnun vəqti, imdi mən sənün məcnunəm,

Ey cəmali rəşki-Leyla, hər kəsün əyyamı var.

Qoy dağıtsun tiri-qəmzön mərdümi-çeşmümdəkin,

Səndən özgə qeyriyə, ey şux, bəlkə ramı var.

Gəl, çağır məscidə, zahid, məni meyxanədən,

Gəlmək olmaz saqinün, gəl, gör, meyi-gülfamı var.

Qoy, hilali-mahi-nov, fəxrini etsün çərxi-dun,

Saqibün də qaşlarun tək tiği-xunaşamı var.

 

* * *



  

Məcnun ki, deyürlər sana, Leylayə nəyün var?

Avarə düşüb daməni-səhrayə, nəyün var?

Məcnunsən əgər tikməyüb hiç lanə başunda,

Quşlar nə salub başuva bəs sayə, nəyün var?

Canan tələbin hər kəs edir, sən də edirsən,

Kuyinə gedirsən, de görüm, mayə nəyün var?

Zəncirə deyürsən ki, giriftarü əsirəm,

Bənd etdi səni hansı təmənnayə, nəyün var.

Can nəqdini əvvəl al ələ, Leyli adın çək,

Gər dutmayasan, düşmə bu sövdayə, nəyün var.

Nə`leyni çıxart, getsön əgər kuyinə yarun,

71



Ey Musiyi-can, vadiyi-Sinayə, nəyün var.

“Ərni” deyəcəksən genə sən, “lən” eşidərsən,

Salmaqlığa bu başuvı qovğayə nəyün var.

Dildar gəzir göz qabağında, demə “ərini”,

Fəxr eyləmə boş-boş yədi-beyzayə, nəyün var.

Mənsur kimi, ey eləyən də`viyyi-ənəlhəq,

İsbatinə həqqün, de görüm, ayə nəyün var?

Saldun oda Qur`ani, sözüm yox ona, Sən`an,

Yetməkligə sən ol büti-tərsayə nəyün var.

Saqib, demirəm şe`rdə mümtaz degülsən,

Düşsün başa əş`aruvi, həmpayə nəyün var.

* * *


 

Güldə nə hüsn, ey gözəl, hüsn budur ki, səndə var,

Güldə hanı bu rəngü bu, hansı gülü çəməndə var.

Aləmi fikri-ləblərün eylədi badə düşkini,

Dəxli bu ruhpərvərin nə şəkkərü nə qəndə var.

Ləblərivün hekayəti qönçəni etdi bağrıqan,

Ölmərəm heç soram onı, onda nihani xəndə var.

Etdim əsir könlümi türreyi-müşki-famüvə,

Dami-cünunə mailəm, tərhi bu pürşikəndə var.

Arizüvün sorağıni lalədən eylədim, dedi,

Öpgilən bağban əlin, oxşarı yasəməndə var.

Dağı dağıtdı kuhkən tişə ilən, çətin degül,

Kim yıxar ayrılıq dağın, gör, necə tab məndə var?

Sirrimi etmədim nihan, yetdi rəqib vəslüvə,

Öldürənün günahi yox, cümlə günəh öləndə var.

Baği-behişt vəsfini eyləmə, zahid, əl gətür,

Nisyədən əl gətürmişəm, istədigim vətəndə var.

Buyi-riya edən edüb Saqibi yadə safi-dil,

72



Məsti-xumari-badədür, nə məkrdə nə fənddə var.

* * *


Necə heyranun olmum, səndə kim, bu sərvi-qamət var,

Qiyamət eyləyəndə kim deyər bir də qiyamət var.

Necə mən eşqüvi tərk eyləyüm bir dəm, kəmanəbru,

Gözün qurbaniyəm, səndə qəribə işvə halət var.

Necə mən söləyüm, ey şux, Yusifdür gözəl səndən,

Gözəllik xətm olubdur səndə, hüsnündə məlahət var.

Gözəl olseydi Yusif bir kəlafə qiymət olmazdı,

Degül fitnə, hiç səntək gözəllikdə əlamət var.

Yatubdur qaşlarun tağində rahət nərgisi-məstün,

Xütən ahusi tək bilmiş bu yerdə istirahət var.

Qutarmaz tar zülfün qissəsi min il də şərh etsəm,

Bu zənciri-dili-divanədə hədsiz hekayət var.

Toxunsa tar zülfün hüsnüvə ahəstə-ahəstə,

Solar gül bərgi tək, ey lalərüx, bəs ki, lətafət var.

Sataşma zahidün təsbihinə mehrab küncində,

Çalar əqrəb kimi, zahiddə min kəşfü kəramət var.

Əsiri-rəng olmaq, Saqiba, divanəlikdəndür,

Əsiri-rəngdən qaç, od kimi onda şərarət var.

* * *

  

Lə`lündə məgər, mahvəşim, şəhdü şəkər var,



Ya arizi-alunda sənün laleyi-tər var.

Gizlətməgilən hüsnüvi bu zülfün içində,

Qoy xəlqi təmaşa edə, nöqsani məgər var?

Hər yanda mana qəmzön oxı eylər hücumi,

Sinə açaram, gör, nə qədr məndə hünər var.

Bu hüsn elə fəth eləmiş kişvəri-hüsni,

73



Əlbəttə, dutar aləmi hər kimdə ki, zər var.

Lə`li-ləbüvin məstiyəm, ey sevgili yarım,

Meyxanəni tərk eyləmişəm, meydə kədər var.

Tərki-dilü din eyləsəm eşqündə, əcəbdür,

Yə`qubdə sən tək necə bir şux pəsər var.

Rahətligi heç gözləmək olmaz bu cəhandə,

Daim tökülər qan, nə qədr nəsli-bəşər var.

Bir qətrə də su verməgilən, qət` elə getsün,

Bir nəxl kim, onda əsəri-təlxi-səmər var.

Saqib, oxıyar şe`rüvi məhparə gözəllər,

Oynar qəzəlündə sənün əzbəs ki, əsər var.

* * *


Görmüş xətani çeşmi-siyahun xətası var,

Min fitnə guşəsində yatub, min bəlası var.

Şanə vıranda zülfüvə ahəstə vırgilən,

Hər riştəsində mən kimi min mübtəlası var.

Ver busə, bari, navəki-qəmzön şəhidinə,

Lə`li-ləbündən hüsnə kimi xunbəhası var.

Ey dil, inanma, mahliqalərdən əl gətür,

Əğyarə dil verüb, deməz heç kim vəfası var.

Ey söləyən mana, eyləmə nalə ney kimi,

Al bir xəbər nəyün nə içün ahü vası var.

Ey dil, verəndə yüz sana qəm uyma zahidə,

Saqi əlində mey kimi ruhun qəzası var.

Sövdayi-zülfün eylədi divanə Saqibi,

Bu bəxti qarənün belə bəxti-qərası var.

* * *

  

Başunda gərçi taci-zəri-Keyqubad var,



74


Əmma onı başundan alan kəsdə dad var.

Solmazdı arizün güli, dəgməzdi göz sana,

Zatunda xakü atəş ilə, abü bad var.

Mə`lum olar yəmanlıq ilə qədri-yaxşılıq,

Çünki Hüseyn(ə) müqabili ibni-Ziyad var.

Cuyi-zəmanə zərreyicə saf olan degül,

Daim onı bulanlıq edən bədnihad var.

Gəh padşah gəda, gəda gah şah olur,

Əlbəttə, bu müamilədə bir murad var.

Əl atma böylə sirrə xəbər almamış,

İnkar edir, çoxında yəman e`tiqad var.

Daim həmişə gözləmək olmaz tərəqqini,

Hər bir tərəqqinün qabağında kəsad var.

Rüsvayi-aləm eyləmə, zahid, bu badəni,

Təqsir içəndədür, demə meydə fəsad var.

Sındırma şişə könlümi səngi-cəfa ilə,

Ey qan qoyan bu bağrıma, ruzi-miad var.

İncitmə nəfsini o kəsün, səndə yox işi,

Yovmül-hesabə səndə əgər e`tiqad var.

Az bilmək ilə kargəri tə`nə etmə, al,

Fikrin də etmə, səndə məgər fəhm zad var?

Bu durduğun məkan sana gər bədsə, Saqiba,

Qaç, durma, dilnişin sana çox-çox bilad var.

 

* * *



Mehr asimanda cilvə edər, yer yüzində yar,

Yerdən gögə bu mehrün o mehr ilə fərqi var.

Zəncir damənini dutar dil, fəğan ilən,

Hərdəm görəndə şanəni giysuyi-tabdar.

Etdim əsir könlümi zülfün kəməndinə,

75



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə