Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə15/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   11   12   13   14   15   16   17   18   ...   135

Dutanda ahuni səyyad eyləməz azad.

* * *


Məqami-əmn degül dəhri-duni-bədbünyad,

Sitəmlərindən anun kimdür etməsün fəryad. 

Biri mənəm, edərəm ney kimi fəğan hərdəm,

Haçan mən olmuşam aləmdə bir nəfəs dilşad.

Çəmən-çəmən gəzər azadə xar gülşəndə,

Olub əsiri-qəfəs, əndəlib, evi bərbad.

Necə vırarsan oxı nazənin ahuyə,

Məgər ki, zərrəcə yox rəhm səndə, ey səyyad!

Sorar rəqib ləbi-lə`li-nabi-Şirini,

Başinə tişə vırar Bisütundə Fərhad.

Əyağun altınə diqqət gözilə eylə nəzər,

Dönüb qubarə, üzari-ərusdür damad.

Əlaci-möhnətü qəm badədür, ver, ey saqi,

Qədəh-qədəh, məni məst eylə, hərçi badabad.

Nə etdi xəlqə əziyyətdən özgə aləmdə,

Gedəydi dürdi-meyə, kaş, təxtü taci-Qubad.

Ayılma, var-yoxuvi ver şərabü mə`şuqə,

Kimün əlində qalub, noldı sərvəti-Şəddad?

Səd heyf, guşeyi-mehrabə oxşadub qaşuvı,

Çəkeydi əgri qılınc, bari, səhv edüb ustad.

Dutarmı daməni-təsbihi bağrıqan Saqib,

Bu küfri-zülfün anı eyləyən degül azad.

* * *

 

Fəryad ki, fəryadrəsim yox, elə fəryad,



Neytək şəbi-hicranidə yan, ey dili-naşad.

Ey qanə dönən, dutma dedim daməni-eşqi,

61



Tab eyləməsən

 möhnətə, eylər səni bərbad.



Dutma bu rəhi-eşqi, sərəncamı yəmandur,

Sərdəftəri-üşşaqdə Məcnun idi ustad.

Tab eyləmədi möhnəti-eşqə, həzər eylə,

Səhralərə düşdi, ona eşq etmədi imdad.

Hicran güni başində yuva eylədi quşlar,

Hərgiz xəbəri olmadı, qəm etmədi imdad.

Şirin həvəsi kuhkəni dağlara çəkdi,

Çaldı başına tişəni şirin pərizad. 

Şirin ləbini sormağa dil verdi rəqibə,

Əğyar deyürdi ona: Şirin, evin abad.

Bənd eyləmisən könlümi zülfün girəhində,

Ey qaşı kəman, kiprigi ox, gözləri cəllad.

Qarətgəri-küfrü dinidür xali-siyahun,

Heyrani olub qamətüvün sərv ilə şümşad.

Dil qanə dönər ləblərüvi yad eləyəndə,

Sormağdadur əğyar onı, eyləmərəm yad.

Saqib, hələ sən yetməmisən sərhədi-şe`rə,

Məqsudə yetərsən, eləsön xidməti-ustad.

* * *

Kim cünun zəncirinə zülfi-pərişan qoymış ad,



Eyləmiş sədparə könlüm, tirə müjgan qoymış ad.

Bir qəmi ki, Nuh əyyamindən olsun sərnigun,

Gah əbru, gəh kəman, gəh tiği-bürran qoymış ad.

Qaməti-bir mahvəşdür bağ içində bağban,

Baş çəküb toprağdən, sərvi-xuraman qoymış ad.

Könlümi qəm fövci viran eyləmiş hicran güni,

Gəh Süleyman(ə) mülki, gahi kafəristan qoymış ad.

Hər təbibə yüz dutub sordum əlaci-dərdi-dil,

 Eləyə bilməzsən



62


Əl gətürdi çarəsindən, dərdi-hicran qoymış ad.

Hər şəbi-hicran görüb pərvanə kim, eylər təvaf,

Ahi-aləmsuzimə şəm`i-şəbistan qoymış ad.

Seyli-əşki-dideyi-Məcnuni-sərgərdandür,

Firqəti-Leyladə dəryalər kimi qan qoymış ad.

Eylədim hicrində nalə ahi-aləmsuz ilən,

Yar dil vermiş rəqibə, əhdi-peyman qoymış ad.

Aləmi əhli-qərəz atdı qan dəryasinə,

Kasə-kasə içdigi al qanə vicdan qoymış ad.

Qılmadun səccadə rəngin badeyi-gülfam ilən,

Kim sana, ey zahidi-kəcbin, müsəlman qoymış ad.

                             

* * *

Bimürüvvət Leyliyə Məcnun həmdəm qoymış ad,



Dami-zənciri-cünunə, zülfi-pərçəm qoymış ad. 

Bağban bülbül gözindən seyltək göz yaşinə,

Lalənün rüxsari-əlvanındə şəbnəm qoymış ad.

Qədrsiz hərdəm əyağ altında qalmış toprağə,

Bixəbər insafdən, xunrizi-adəm qoymış ad.

Çeşmi-mərdümküşlərindən Yusifün meyxanədə,

Kuzəgər bir pulə vermiş, sağəri-Cəm qoymış ad.

Ləblərün fikrilə bağrım qan olub, ey mahvəş,

Kim anı zəxmi-dili-üşşaqə mərhəm qoymış ad.

Ey deyən bu dəhr yeksər behiştün bağidür,

Səhvsən, bayqulər anə möhnətü qəm qoymış ad.

Zahidə həmsöhbət olma, olsa əldə cami-mey,

Mey ona ruhə əziyyətdür, cəhənnəm qoymış ad.

 

Çərxi-bədmehrün əlindən mən necə ah etməyüm,



Çarəsiz bir dərdidür insanlığa, kim qoymış ad.

Guşeyi-meyxanədən əl çəkmə, Saqib, badə iç,

63



Həmdəm ilə mürşidi-meyxanə xoşdəm qoymış ad.

* * *


Dərdi-dil izhar edərdim olsa idi dərdmənd,

Atəşi-hicranə düşdüm, ah neylüm, çün səpənd.

Çoxları saldun əyağə buriya tək mən kimi,

Eylədün, ey dəhri-dun, çox nanəcibi sərbülənd.

Daneyi-ənguri saldun kim, əyağlar altına,

Daneyi-təsbihə bax, olmış necə zahidpəsənd.

Əndəlibi-gülşənə verdün qəfəs küncin vətən,

Qoymadun yensün vəli gülşəndə bir xar gəzənd.

Sinəmi çak etdi ol məh navəki-müjgan ilə,

Salmamış əl çəkmədi kim, boynuma zülfin kəmənd.

Mən` edər zahid məni, guya xərabi-badəyəm,

Əhli-hal əhli-riyadən heç qəbul eylərmi pənd?

Saqiba, baxma həqarətlə kim olsa, dut əziz,

Muri-ləngə sərfiru qıl, eyləmə hiç rişxənd.

* * *

 

Birsi şəxsün şəhpəsənd olmış, biri əbləhpəsənd,



Xuni-dil dana yeyür, nadan əzası şəhdü qənd.

Mərdümi-baqeyrətün nə qədri var nə qiyməti,

Neyləmək sərdəftəri-aləm olubdur hər ləvənd.

Payimali-xar olub tər qönçələr gülzardə,

Əndəlibi-binəva dami-qəfəsdə paybənd.

Dil bilən kim olsa da, get, canuvı qurban elə,

Qanmaza tə`sir qılmaz cəhd ilə kim versə pənd.

Buriya tək dərdü möhnət payimalı oldı kim,

Qan oleydun, ey könül, gör kimlər oldı sərbülənd?

Sən də, ey dil, laübali olgilən bu xəlq tək,

64



Fikr vermə heç kimə, bəsdür bu qədri çunü çənd.

* * *


 

Yansun ahim odına, ey könül, əflaki-kəbud,

Qoydı qan bağrıma, hər an elədi qəmalud.

Gərdişi-nəhsinə qanlu fələkün heyrandur,

Kafərü ərməni, bu gəbrü müsəlmanü yəhud.

Çərxdən-çərxə dolandurdı məni iplik tək,

Qəmi-hicrün sənün, hiç qalmadı asari-vücud.

Məni rüsvayi-cəhan eylədi eşqün, getdi,

Dinü dil tərk elədim, olmadı hasil məqsud.

Yetdi əğyar sənün vəslüvə, ey şirinləb,

Nə qədr söləyüm hicründə sənün, ya mə`bud.

Bir səri-muyüvi versəm sənün, ey şirinləb,

Versələr təxt ilən kişvəri-sultan Məhmud.

Qaşlarun tağinə meyl etməsə zahid, nə əcəb,

Hərgiz həmrəng ola bilməz Xəlilə Nəmrud.

Lə`li-nabun mana meyxanə yolun göstərdi,

Tulladum məscidi, səccadəni, oldım mərdud.

Mənilə içməsə idi gər bu üzüm suyindən,

Adəmə eylər idi sidq ilə iblis sücud.

Saqiba, verdün əlündən səri-kuyin yarun,

Sana bu naleyi-hicran dəxi, get, verməz sud.

* * *


Əcəb degül yüzüvə gül, bənövşə etsə sücud,

Yüzündə şö`lələnür sanki atəşi-Nəmrud.

Qədəh-qədəh meyi-gülfami dur gətür, saqi,

Çəməndə bülbül oxur məst nəğmeyi-Davud.

Əziz ömri tələf etmə ahü nalə ilən,

65



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə