Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə18/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   14   15   16   17   18   19   20   21   ...   135

Azadə eyləyüm necə, yox məndə ixtiyar.

Bazari-hüsni bağladun, ey şux, Yusifə,

Görməz sənün kimi gözəli bir də ruzigar.

Zahid, fərib gözlərüvün mübtəlasiyəm,

Ahu, təəccübəm, necə şir eyləmiş şikar.

Oxşatmaseydi qaşuva mehrab özin əgər,

Baş əgməz idi zahid ona leyl vən-nəhar.

Yəğmayə verdi xalü xətün dinü dil genə,

Eşqün yolunda tərk elədim, getdi hər nə var.

Kəc baxmaseydi xəlq gər ustadə, Saqiba,

Od dutmaz idi atəşi-zülm ilə hər diyar.

Ey mahparə, mən necə dil verməyüm sana,

Əbrularun kəman, qədün sərv, gözün xumar.

Bir dəm bu sərvqamət ilə bağə qıl xuram,

Qıl bağbani-dəhri xəcil, sərvi şərmsar.

* * *


Məst etdi xümdə badəni, çeşmi-xumari-yar,

Od urdı lalə arizinə, gülüzari-yar.

Tərk eylə eşqini bu məhün, ey deyən mana,

Etmiş əsiri-zülfi-xəmi-tabdari-yar.

Eyb etmə gözlərim tökə xunabi-həsrəti,

Leylün-nəhar çəkməmisən intizari-yar.

Qan etməz idi bağrımi əğyar tə`nəsi,

Bir zərrə olseydi əgər e`tibari-yar.

Var vəchi ney kimi eləsəm ahü zar mən,

Tökmüş üzarə zülfüni, etməz kənar yar.

Meyxanələrdə naleyi-“va həsrəta”yə bax,

Əzmi-şərab etdi ləbi-abdari-yar.

Saqib, xəlayiq eyb eləyür hər nəfəs sana,

76



Bu pir vəqtdə niyə oldun düçari-yar?

* * *


Qoydı qan bağrıma kim, lə`li-ləbi-cananlar,

Nə xətadidə imiş zülfi əbirəfşanlar.

Xublər eşqini tərk eyləmək asan bilmə,

Yandırubdur oda Qur`anı neçün Sən`anlar?

Eşq qanunini ey bilməyən, heç dəm urma

Eşqdən, eyləmün tərki-dilü imanlar.

Yetməsən məqsədə, köynək geyəsən Qur`andan,

Nəqdi-can əldə dutub verməyəsən qurbanlar.

Dutmaz idi bu cəhan mülkini aşub belə,

Nəfsə az eyləsə idi sitəmin sultanlar.

Başı dəgsə əgər ərşə genə heç zad olmaz,

Verməsün boş yerə zəhmət özinə nadanlar.

Bağlıdur çarə yolı, qanmaza təklif etmə

Sözün həqqin, nə qədr sərf edəsən dərmanlar.

Eylə azad özüvi, kim dedi təhsil etmə,

Elmlən, bax, dolıdur hər vərəqi-Qur`anlar.

Saqiba, eyləmə şikvə sitəmindən yarun,

Görmədün netdi Züleyxayə məhi-Kən`anlar.

* * *

Nə bilsün qədrini, təklif qılma, saqi, nadanlar,



Nədür mey nəş`əsi, sevməz, bəli, abadi viranlar.

Soruşma lə`li-nabun qiymətini bixəbərlərdən,

O kəs sərrafdür, qədrin bilür, həm qiymətin anlar.

Zəmanə dövləti heyvanlarə təqsim qılmaqdan,

Dutub Məcnun kimi məskən biyaban seyrin insanlar.

Qəfəs küncində nalə etmə, bülbül, gül fəsli,

77



Əyağdən düşdi növrəs sərvlər, soldı gülistanlar.

Cərəs fəryad edər, dur, yatma, gəldi məhmili-Leyli,

Dolub Leyla sədasiylə, səda eylər biyabanlar.

Yüz aç, ey sərvnazım, hüsnüvi zülf içrə gizlətmə,

Cəmalun pərtövindən nur alur şəm`i-şəbistanlar.

Qaşuvun tiğilə, cana, canımi al, qoyma can üstə,

Kəsəllər xəlqi-aləm eyd olanda çünki qurbanlar.

Nola, halım pərişan olsa, həm zəncirə yüz dutsam,

Çəkəndə şanəni zülfinə bu zülfi pərişanlar.

Cəhan mülkində, Saqib, xoş keçər meyxanə küncində,

Mey iç, sağərpərəst ol, etsə gər təkfir nadanlar.

* * *


Qaşun fikri büküb, ey sərvqəd, qəddim kəman eylər,

Ləbün qan qönçə bağrın atəşi-hüsnün xəzan eylər.

Edər xalun təmənnasıni Adəm ehtiraz etməz,

Deməz kim gənci-hüsnə, xalın ol pasiban eylər.

Dutub mehrab küncin zahid heç məsciddən əl çəkməz,

Səri-kuyin verüb, ey şux, ol meyli-cinan eylər.

Soram lə`li-ləbündən, dil təmənnasında qan olmış,

Ləbün fitva verür ancaq xədəngün qəsdi-can eylər.

Girüb deyri-hüccət içrə zahid vırma naqusi, 

Dili-Məcnun anı kim, məhmili-Leyli güman eylər.

Xədəngün canıma, rüxsari-alun xəlqə göstərmə,

Pərirüxsarlər bazari-hüsn içrə ziyan eylər.

Məsiha bircə ol sirri-ləbündən olsa kim agəh,

Yüz e`cazi-Məsihi hər nəfəs, hər dəm bəyan eylər.

Dili-Məcnuni azad eyləyən yox zülfi-Leyladən,

Cərəstək naleyi-Məcnun dili-Fərhadi qan eylər.

Nədamət guşəsində, Saqiba, künci-məlamət dut,

78



Sənün tək kim belə xuni-cigər gözdən rəvan eylər.

* * *


Rüxsarıni ol məhvəş hər dəm ki, nihan eylər,

Zülf içrə necə bilməm, dil tabü təvan eylər.

Ey şux, səri-kuyin verməm, verə kim cənnət,

Cənnət səri-kuyindü, kim meyli-cinan eylər.

Dəm urma, könül, hərgiz e`cazi-Məsihadən,

Bu mahliqa yüz min e`caz əyan eylər.

Zənciri-cünun urmış aləmlərə giysusi,

Məsti-siyəhi-Çini aşubi-cəhan eylər.

Yegdür olasan sərməst izhari-nübüvvətdən,

Ey dil, bu təmənna kim, Musani şəban eylər.

Qal əhlinə qandurmaq hal əhlinə müşkildür,

Söz söylə həqiqətdən, qanmaz nə bəyan eylər?

Məst olmasa hər kimsə bu cami-məhəbbətdən,

Ol kəs özini bilməm, aya nə güman eylər?

Səccadəni, təsbihi ver badeyi-gülrəngə,

Kim etsə bu sevdani, fikr etmə ziyan eylər.

Beş gündü bu dünyanun sultanlığı, peymani,

Aldanma bu təzvirə, əhd etsə, yəlan eylər.

Bu dairədən keçsəm, mən` eyləmə, ey zahid,

Bir aləmi-digərçün könlüm təyəran eylər.

* * *

Nə görmüş badədən zahid, mey içməz ictinab eylər,



Süleyman(ə) mülki tək bəs din evin neyçün xərab eylər?

Şərabaludə görsə bir səni meyxanə küncində,

Deyər əstəğfürüllah, əhli-duzəxdən hesab eylər.

Oxur ümmülxəbais badəni, ümmülxəbaiskən,

79



Təəccübdür, özin əsrün imamindən hesab eylər.

Dolanım başuva, ey saqiyi-gülçöhrə, ver sağər,

Bu pirü natəvanun kim əlin dutsa, səvab eylər.

Könül əğyarə vermiş, yüz dutar ol bivəfa məndən,

Məni hicran odunda yandırur zalim, kəbab eylər.

Tökər xunabi-həsrət seyl tək bu çeşmi-giryanım,

Qoyar qan bağrıma ol məh, rəqibi kamyab eylər.

Çağırma məscidə meyxanədən bu Saqibi, naseh,

Ləbi sağər ləbində, dəmbədəm meyli-şərab eylər.

* * *


  

Ləbündən ayrı camü badə hər kim arizu eylər,

Anı meyxanədə piri-muğan biabiru eylər.

Olub məhvi-cəmalun, əgri çəkmiş qaşlarun tərhin,

Sanur mehrabdür zahid, görəndə sərfiru eylər.

Məlamət eyləmə, ram olmayur dil dami-zülfündə,

Necə ram olmayum, zəncirdən divanə xu eylər.

Dedim, ey sərvnazım, dərdi-eşqə çarə vardurmi?

Dutub gül bərgi-tər lə`li-ləbün göstərdi bu eylər.

Dutar həmsöhbət ol təsbih ilə məsciddə, ey zahid,

Mənilə guşeyi-meyxanədə söhbət səbu eylər.

Demə aləmdə mən qəm çəkmərəm, rüsvayi-eşq olmam,

Xəbərdar olmasan, dövran əsiri-mahiru eylər.

Eylə ziba gözəlsən, Saqib olmuş məhvü heyranun,

Səni gəh deyridə, gəh xangəhdə cüstücu eylər.

* * *


Şərabi-nabı qılma zahidə təklif, xu eylər,

Gözün qurbanı, saqi, cami-Kövsər arizu eylər.

Şərabi-lə`li-nabun nəş`əsin çün hər yetən bilməz,

80



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə