Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə26/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   22   23   24   25   26   27   28   29   ...   135

Şad olma verəndə, demə bu əhli-kərəmdür.

Qıl səcdə mana, yə`ni çi hər vəqt desəm mən,

Azadlıq olmaz belə, bu eyni-sitəmdür.

Ahuləri səyyad salur bəndi-kəməndə,

Nəfsün eləsün şad, görün kim-kimə yəmdür.

Tökmiş biri rüxsarinə xunabeyi-həsrət,

Nail biri öz məqsədinə, böylə rəqəmdür.

Var çoxları bir zərrə vücudindən iş açmaz,

Əldən-ələ düşməz, deyəsən şahi-əcəmdür.

Var çoxları canpərvərdür, ruhi-rəvandur,

Çəkməz nəfəsin, xəstə giriftari-vərəmdür.

Birsi belə bilmir qədəri-dövləti mali,

Netsün biri, min ah ilə möhtaci-dirəmdür.

Fəryad eləmək ney kimi ancaq bizə qaldı,

Ey dil, buna da eylə təşəkkür, bu də dəmdür.

Saqib, ələ al cami-meyi, badeyi-nab iç,

Dərmani-qəmü möhnəti-ənduhü ələmdür.

Mən xadimi-xəlqəm, bu sözi çoxları söylər,

Salmış özini rəngə, vəli əbdi-şikəmdür.

* * *


Arizün, mahvəşim, rəşki-güli-şəbbudür,

Qamətün sərv, ləbün qönçə, tənün pərqudür.

Həvəsi-lə`li-ləbün badəpərəst etdi məni,

Kim içər yoxsa bu qan olmuşı kim, ağudür.

Göstərən hüsnüvin əksini sənün hər ləhzə,

Şəhrdən-şəhrə min avazə ilə güzgudür.

Gözləründən necə mən vahimə etmüm, ey məh,

Biri sərmayeyi-fitnə, birisi cadudür.

Sorsalar həşrdə kim bağruvı qan etdi sənün,

115



Yanə-yanə deyərəm mən, bu kəmanəbrudür.

Qaşlarun tərhinə mehrab deyürlər gərçi,

Bu qələtdür desə kim, xabgəhi-ahudür.

Ey könül behcəti, divanə nə eylər zəncir,

Dami-zənciri-cünun səndə qəra giysudür.

Xətmdür səndə gözəllik, nə gözəldür Yusif,

Satdılar qul yerinə bəs necə ol məhrudür.

Vaizün qövlinə bel bağlama, Saqib, hərgiz,

Gündə min din evi viranə qılub, bayqudür.

* * *


İki ayinə bilmə arizün nəzzarələnmişdür,

Mühəmməd(s) barmağilə bir qəmərdür, parələnmişdür.

Dönübdür xaneyi-zənburə könlüm tiri-qəmzöndən,

Əmandır, vırma, incitmə, a zalim, parələnmişdür.

Bu çıxmış göz qabağında durarsan, dutgilən fasil,

Budur qorxum ki, dutsun damənün, fəvvarələnmişdür.

Xəbər aldım cərəsdən, naqə neyçün çox fəğan eylər,

Dedi, Məcnundən birəhm Leyla arələnmişdür.

Dedim, ey səngdil, könlüm yerində durmayur neyçün,

Dedi, rüxsarimə giysuyi-pürçin darələnmişdür.

Dedim, eşqün yolında qalmışam avarə sərgəştə,

Dedi, sən kimi çoxlar, əl gətür, avarələnmişdür.

Dedi ol qönçələb, neyçün qaralmış zülfi-pürçinim,

Dedim, bəxti-siyahimdən pərişan qarələnmişdür.

Keçəndə vırma daşı zahidə meyxanə küncindən,

Əlində daməni-səccadə var, biçarələnmişdür.

Libasi-fəqr ilə aləmlərə fəxr eylə, ey Saqib,

Nəhayət çəkmə həsrət, nanəciblər xarələnmişdür.

* * *

116



  

Qan qoyan bağrıma, ey dil, bu kəmanəbrudür,

Qaməti sərv, ləbi lə`l, gözi cadudür,

Necə qan eyləməsün bağrımi ol qaşı kəman,

Deyəsən arizi-gülnarı güli-şəbbudür.

Gör necə naz ilə yatmış qaşuvun tağındə,

Etmə bidar onı, səyyad qovub, ahudür.

Sorma əhvalımi bağrun belə kim qan etmiş,

Deyərəm qan eləyən bağrımi bu bədxudür.

Kim deyür xaldur ol lə`li-ləbün küncində,

Dinü dil məndən alubdur bəççeyi-hindudür.

Vəsfi-rüxsaruvi, ey şux, demişdim mən haçan,

Məndən heç incimə, vəsfin eləyən güzgudür.

Kim sora nalə ilən, hanı cünun zənciri?

Deyərəm səndəki aşüftə qəra giysudür.

Zülfüvə şanə dəgəndə düşərəm təşvişə,

Tarinə bu dili-divanəsifət bağludür.

Kimə izhar elədim, lə`li-ləbündən sordum,

Qoymayursan dəxi zalim deyəni, bu, udür.

Etməsə ahü fəğanım sənə tə`sir əgər,

Nə məlamət eləyürsən, səbəbi bədgudür.

Zahidün qövlünə bel bağlamə, Saqib, hərgiz,

Gündə min din evi bərbad eləmiş, bayqudür.

* * *


Sözün həqiqəti xəlq içrə ixtilafdədür,

Bu ixtilafə səbəb tiğlər qilafdədür.

Biri əlində dutub Yusifin bəhasinə can,

Birisinün hələ ümidi bir kəlafdədür.

Təvafi-Kə`bə sənün, məndən əl çək, ey zahid,

117



Ki, şəm`i-arizi-canandə dil təvafdədür.

Neçün qaralmısan, ol zülfi-tardən sordım,

Dedi, zibəski yerim atəş içrə rafdədür.

Dağıtma səfheyi-rüxsarə zülfi-pürçini,

Deyərlə, gün dutulub xəlq, inkisafdədür.

Degül xilaf mey içmək, həramdür əmma,

Olanda saqi bu məh, içməmək xilafdədür.

Fəsadlıq ola bilməz təbiətində meyün,

Fəsad içəndədü, badə hicabi-safdədür.

Vücudi-dusti-həqiqi cəhanda yox, ey dil!

İnanma kim desə vardur, kəzafü lafdədür.

Zəmanədən eyləmə şikvə, bəxt yar degül,

Bu iltifat sana, Saqiba, kifafdədür.

* * *



Vətən gedübdür əlündən, həram ləzzətdür,

Nicat verə Vətənə, intiqam ləzzətdür.

Vıranda düşmənə tiği tərəhhüm etməgilən,

Boyanə qırmızı qanə niyam, ləzzətdür.

Vətən əlündə ola, qəmdən olmısan azad,

Kifayətündür, əzizim, müdam ləzzətdür.

Bu taci-səltənətün ləzzəti yox, ey sultan,

Qulamə eyləginən ehtiram, ləzzətdür.

Qazar əyağuvun altını, teyydür ömrün,

Demə bu gərdiş hər sübhü şam ləzzətdür.

Səyavuşun qanıdur, şişəyə dutub dövran,

Deyürlə xəlq, meyi-lə`lfam ləzzətdür.

Yəmanlıq eyləmə, yoxdur yəmanlığun səməri,

Kişiyçün aləmara nik nam ləzzətdür.

Fəda bu canım ola əhli-zövq söhbətinə,

 Bu qəzəl “İqbal” qəzetinin 191-ci nömrəsində çap olunmuşdur.



118


Onun ki, qiyməti yoxdur, təmam ləzzətdür.

Cəhanda xoş güni gər istəyürsən, ey Saqib,

Ki, tərki-ləzzət qıl, vəssəlam, ləzzətdür.

* * *


Nədür bu mahliqa, sərvqamətün yeridür,

Qədi qiyamə gələndə, qiyamətün yeridür.

Əgərçi xəlq deyür qaşuva, kəmandur bu,

Gözün fədası, bu mehrabi-taətün yeridür.

Gözün edər məni gəh bağrıqan, gəhi lə`lün,

Bu hüsn padşəhindən siyasətin yeridür.

Düşüb yerində üzarunda daneyi-xalun,

Gözəldə xali-siyəhdü, məlahətün yeridür.

Sədayi-neydən əgər qanə dönsə dil, nə əcəb,

Nigardən düşüb ayrı, şikayətün yeridür.

Cərəs fəğanun eşid, yatma, bağrıqan Məcnun,

Yetişdi naqeyi-Leyli, bəşarətün yeridür.

Nə qədr istəyisən,

 vır mana bu qəmzə oxın,



Bu xəstə könlümə, ey şux, rahətün yeridür.

Deyəndə, incimə, ver kam lə`li-nabundan

Rəqibdən mana gizlin, zərafətün yeridür?

Eşitmişəm eyləyüb tövbə badədən Saqib,

Dutub behişt yolın, bidəyanətün yeridür.

* * *


 

Eylə sərməsti-mey ol, bilmə bu aləm kimdür,

Vermə yol möhnətə, ənduhü qəmə, qəm kimdür.

Mən sənün daneyi-xalunda əsirəm, ey məh,

Dami-zənciri-cünun, türreyi-pürxəm kimdür.

Qaşuvun taği arasında yatub məst gözün,

 İstəyirsən



119


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə