Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə28/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   24   25   26   27   28   29   30   31   ...   135

Bir sərvnaz şivəsidür, lə`li-tabidür.

Saqib, cəhanə fitnə salan cami-mey degül,

Təsbih əldə, zahidi-bixud cənabidür.

* * *


Giysulərüvün türrəsi zənciri-şikəndür,

Hüsnün güli, ey qaşı kəman, rəşki-çəməndür.

Dutmam adını bir də dəxi nərgisi-məstün,

Neylüm, gözəlim, tiri-müjöndən qədəğəndür.

Baş-başə çatub dövri-ləbündə məgəsi-ruh,

Bal çeşməsinə ləblərüvün şəhdi ləyəndür.

Mabeyni-iki qaşun arasındaki xalun,

Səyyadun əlindən qaçub, ahuyi-Xütəndür.

Sərraf bilür qiymətini, sorma yetəndən,

Bu ləblərüvün qədrini, yaquti-Yəməndür.

Divanəsifət kuyüvə yüz üstə sürünnəm,

Əl çəkmək olar, aşiqə can kimi vətəndür.

Bülbül, bu qədr etmə fəğan künci-qəfəsdə,

Bərgi-gül içün aqibəti qanlu kəfəndür.

Dövran sitəmindən bu qədr eyləmə nalə,

Azadələrə bu dirilik beytül-həzəndür.

Çəkmə yüzüvə əllərüvi, qanə dönər dil,

Ayinə degül, rəngi solar, bərgi-səməndür.

Saqi, demə qəm mey gətürür, iç meyi-nabi,

Sağərdən utan, arizi-siminbədəndür.

Xətmi qəzəlün Yusifə, Saqib, yetişibdür,

İnkar eləmə bu sözüvi, şirinsüxəndür.

* * *

Ver bir nigarə könlüvi, hüsni həmişədür,



125


Əl vırma, tez sınar bu pəriçöhrə, şişədür.

Ey dil, bu hüsnə uymagilən tiri-qəmzəsi,

Meyli ilan kimi onun hər ləhzə nişədür.

Fərhad kimi uyma bu Şirindəhənlərə,

Həmrazı Bisütundə avazi-tişədür.

Boşdur əlün, qabağdə xətərnak var səfər,

Nəxlün həyatinün səbəbi tari-tişədür.

Hər gündə bir libasə girürsən, eyb degül,

Sor e`tiqaduvi, de görüm, hansı kişədür?

Yetmək həqiqətə nə iləndür, xəbər get al,

Meylün əgərçi şamü səhər keyfü eyşədür.

Meyxanə küncidür bizə, Saqib, məqami-əmn,

Aramgahi-şiri-jəyan künci-bişədür.

Fəxr etməsünlər hüsnə firəngün gözəlləri,

Cümlə gözəllərün şəhəri şəhri-Şişədür.

* * *


 

Saqi nədür, mey nədür, cam nədür, Cəm nədür,

Gah verür min fərəh, gah verür qəm nədür.

Fitnə salub aləmə nərgisi-məstün sənün,

Tə`nə vırar sünbülə, türreyi-pərçəm nədür.

Etmə pərişan yüzə, fitnə dutar aləmi,

Hər dügünündə anun nalə dəmadəm nədür.

Daneyi-xali-siyəh künci-ləbündə sənün,

Tökməgə qan tiğdür, mahi-mühərrəm nədür.

Sirr dəhanunda var, var-yoxuvun nüktəsi,

Yoxdan edər varlıq, İsəvü Məryəm nədür.

Cilvə edər gündə bir rəngdə ol sərvqəd,

Xəlqi salub heyrətə, xəlqdə bu rəm nədür.

Gah deyür Adəməm, cənnəti tərk etmişəm,

126



Aldadur aləmləri, həzrəti-Adəm nədür.

Nuh deyür ki, özin aləmi qərq eylədi,

Qaçdı özi kəştiyə, bilmədi aləm nədür.

Hüsninə mail olub çıxdı təmaşasinə,

Yusifü Şirin nədür, Leyliyi-xoşfəm nədür.

Gah cünun rəxtinə daldalanub ah ilən,

Qəmzədə Məcnun kimi didəsi pürnəm nədür.

Könlümə bir od vırub, sellə dolub gözlərim,

Bad ilə xakə baxun, onda fərahəm nədür.

Kim dedi müjgandur tiri-cigərçakuvə,

Çarəni kim eyləsün, zəxminə mərhəm nədür.

Bağə əgər bir qədəm gər qoyasan naz ilə,

Lalə əyağun yuvar, lalədə şəbnəm nədür.

Qüdrətinə sane`ün fəhm elə məsnu`idən,

Eyləmə inkarıni, səndə bu çəm-xəm nədür.

Dutma təbiət yolın, azmagilən əqldən,

Yaxşı-yəman fərqini bilməyür, ə`ləm nədür.

Saqi, gətür badəni xüm dolusı Saqibə,

Sağərə meyl eyləməz, ver bura, kəm-kəm nədür.    

* * *


  

Cümlə cəhan əhlini kim dedi huşyardür,

Hər işə iqdam əgər etsə, səzavardür.

Ey mədəniyyət sevən, bil mədəniyyət nədür,

Var adı yoxdur özi, harda məgər vardür?

Bu mədəniyyətmidür, qərq eləyüb cəhani

Qanə, nədür bəhasi, hansı günəhkardür.

Rahət yaşamaq səndə yox, çox mədəniyyət demə,

Ağzuvi pak etgilən bəhrdə, murdardür.

Heç kimün imdadinə zərreyicə yox yetən,

127



Çarəsi yox, möhnətü dərdə giriftardür.

Bir gögə bax, od dutub, baisi kimdür onun?

Rəhbəri bu millətün qan içənə yardür.

Qan içənə ad qoyub xəlq, kəmal əhlidür,

Aləm olub xərabə, gör, necə biardür.

Səhvüvə iqrar elə, ey mədəniyyət sevən,

Düş başə bu milləti, səndə nə azardür.

Gər mədəniyyət ola xəlqdə rahət yaşar,

Xəlq düşüb dərbədər hər tərəfə xardür.

* * *


Pərişandur könül zülfün pərişan etdigündəndür,

Üzari-aluvə aşubi-dövran etdigündəndür.

Kəməndi-zülfüvə dustaq ola dil, arizu eylər,

Anı bu şanə ilən ənbərəfşan etdigündəndür.

Qiyamət göstərürsən qamətünlə sərvə hər saət,

Səbadən naz ilə bağə xuraman etdigündəndür.

Pərişanxatir olma naləvü fəryadi-bülbüldən,

Ləbün fikriylə qönçə bağrıni qan etdigündəndür.

Məlamət tərkin et, görsön əgər, ey şux, giryanəm,

Rəqibi və`deyi-vəsl ilə xəndan etdigündəndür.

Başunda quş yuva dutmazdı, Məcnun, Leyli hicrində,

Dəmadəm ah ilən seyri-biyaban etdigündəndür.

Məlamət etmə, zahid, badəyə künci-səbu dutmuş,

Oxursan nəhy vəsfin böylə böhtan etdigündəndür.

Dəxi cənnət qapusın bir də, Adəm, görməsən

 hərgiz,



Kəm etdün rütbəvi sən tərki-canan etdigündəndür.

Təəccüb eyləmə Azəristandur şe`rün, ey Saqib,

Əlündə nəqdi-can, qurbani-irfan etdigündəndür.

* * *


 Görməzsən

128



 

Dil eylər naləni ney tək bağrımi qan etdigündəndür,

Rəqibi güldürüb hər ləhzə xəndan etdigündəndür.

Əsir etdün dili-divanəmi zülfün kəməndində,

Dəmadəm şanə ilən ənbərəfşan etdigündəndür.

Könüllər naləsindən bixəbərsən, sərvi-azadım,

Olubsan hüsnüvə məğrur, tüğyan etdigündəndür.

Pərişan görsön əhvalım, nə hacət sorma heç məndən,

Üzari-aluvə zülfün pərişan etdigündəndür.

Qəbuli-mərhəm etməz, səngdil, sədparədür könlüm,

Anı müjgan oxilə tiri-baran etdigündəndür.

Təmənna eyləsəm də, vermə sən bu lə`li-nabundan

Öpəm, qeyr ilə doğrı əhdi-peyman etdigündəndür.

Təəccüb etmə, ey dil, nalə çıxmaz bəndi-bəndindən

Neyün, hicrində yarun ahü əfğan etdigündəndür.

Məlamət etmə, zahid, xəlq səndən etsə gər nifrət,

Durub mehrabdə Qur`anə böhtan etdigündəndür.

Fəsahət kişvərini şe`r ilə fəth eylədün, Saqib,

Edüb ustadə xidmət kəsbi-irfan etdigündəndür.

* * *


 

Ey şux, hüsnün ayinədür, mey sitarədür,

Olmaz işıq sitarə ilə, mahparədür.

Bimari-eşqə çarəni sorma təbibdən,

Eşqün mərizi gər ləbüvi əmsə, çarədür.

Qəmzön oxıyla könlümə, gəl, vırma yarəni,

Əbrulərün qılıncı ilə parə-parədür.

Sən hüsn açanda vahimədən çıxmaz ayü gün,

Bazari-hüsnə Yusifi çəkməz, nəkarədür.

Zənciri-zülfüvə özini mübtəla edən,

129



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə