Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə36/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   32   33   34   35   36   37   38   39   ...   135

Bu işə, əl çəkmədi məndən, edüb vadar söz.

* * *


Divanəsifət dami-səri-zülfüvə tuşuz,

Xali-xətüvə qul kimi həm həlqə bəguşuz.

Eşqündə sənün tərk elədim varü yoxı, ey məh,

Gör, vadiyi-heyrətdə necə xanəbəduşuz.

Zahid, mana eyb eyləmə, məsti-meyi-nabəm,

Olsam nə qədər məst, genə sahibi-huşuz.

Girəm ki, olub nəhy bizə şər`idə əmma,

Qurban meyi-müğbəçeyi-badəfüruşuz.

Açma məni-üftadəyə çox çeşmi-həqarət,

Ərbabi-həqəm, vaqifi-əsrari-süruşuz.

Dövran bizə nə eyləsə təqsim, qoy etsün,

Nuş eyləyərəm zəhr ola, ləbbəstə xəmuşuz.

Tək bir sana bu dəhridə mən təlxməzacəm,

Min əhli-dilə can kimi, şəkkər kimi nuşuz.

Bir cami-səbuhilə məni yad elə, saqi,

Peymanəkeşi-rənci-xumari-şəbi-duşuz.

Saqib, yüzüm heç gülməyəcək qəbrə gedincə,

Başdan-əyağə möhnətü ənduhə nüquşuz.

* * *

Divanəsifət məsti-meyi-“qalu bəla”yüz,



Həmməşrəbüz  hər rindü xərabatə fədayüz.

Saf olmasa, saqi, mey əgər künci-səbudə,

Bir qətrə də olsa, ver içim, dərdə rizayüz.

Ey sürməli göz, dut məni zülfündə, əsir et,

Quldan-qula satdur məni, kuyündə gədayüz.

Dərdim kimə izhar eləyüm zülfün əlindən,

165



Etsəm, eşidən yox, elə kim, bəxti qərayüz.

Leyla dedi Məcnunə, dur, al kam ləbimdən,

Məcnun dedi, dur get, rəhi-eşq içrə fənayüz.

Zahid, mana göstərməgilən məscidi, əl çək,

Bu dairə təyy oldı bizə, qiblənümayüz.

Rəm etmə bizi məstü meyaludə görəndə,

Ey bixəbər, aludeyi-xuni-şühədayüz.

Möhnət nə qədr bağrımızi qan edir etsün,

Etməm gilə, fərmanbəri-təqdiri-qəzayüz.

Saqib, mana təklif eləmə əmri-cədidə,

Biz böylə pəyamavər içün rahnümayüz.

* * *


Zahid, meyü mə`şuqəyə dildadələrüz biz,

Məsti-dəri-meyxanədə üftadələrüz biz.

Həqqün sözini aç, demə sərbəstə, əzizim,

Sən kimi müdəqqiq degülüz, sadələrüz biz.

Yatmışlarun açdun gözini, dutdı cəhani,

Açma gözüvi, sölə ki, rö`yadələrüz biz.

Nə tiri-bəla gəlsə qəzadən deyərəm, gəl,

Yox bakimiz əsla, elə amadələrüz biz.

Xaki-qədəmi-saliki-ərbabi-vəfayuz,

Nə talibi-mehrab ilə səccadələrüz biz.

Zülfi-siyəhi-türreyi-canan mana göstər,

Təsbihə məni bağlama, azadələrüz biz.

Simü zərün avarəsi düşmüş dəxi dildən,

Sərgəşteyi-rüsvayi-qızıl badələrüz biz.

Meyxanədə sordım qədəhə, sən kimə quldun,

Sənsən dedi qulzadə ki, şəhzadələrüz biz.

Saqib, demə bir də görərüz gördigimizdən,

166



Heyhat, çətindür, qurı xülyadələrüz biz.

* * *


 

Kəman degül qaşun, ey şux, tiğdür xunriz,

O qədr qan töküb, etməz təəccübəm, pəhriz.

Nizam ilə düzülüb tiği-navəki-qəmzön,

Hücumə hazır olub çinanki ləşkəri-Çingiz.

Gəzər dalunca təmaşayi-hüsnün eylər gün,

Qulamdür sana Yusiflə Xosrovi-Pərviz.

Gözündə tə`biyədür fitnə bir cəhanaşub,

Kəməndi-zülfün əsiri şəhü qulamü kəniz.

Bir Adəm eyləməyüb xalun təmənnasın,

Bütün xəlayiqə təng eyləyüb ki, rahgiriz.

Ədəb mülahizə et, sağəri alanda ələ,

Qulami-həlqəbəguşin degül, olub naçiz.

Gözlərün ləbi-yaquti, sərvi-qamətidür,

İçərsən onda dəmadəm gözəl şərabi-təmiz.

Təlatüm eyləmə, bir sağər ilə mey içsön,

Hərifi-meykədə rindi deyər sana, bərxiz.

Tökülməsün yerə ərvah qanidür, saqi,



Vıranda badə yerə, cami eyləmə ləbriz.

Fəqihə hur ilə Kövsər şərabi qismətdür,

Məni-fələkzədəyə lə`lvəş şərabi-möviz.

Kəmali-həmnişin etmiş bu Saqibə tə`sir,

Nəfəs çəkincə yazar gündə şe`ri-şurəngiz.

* * *


    

Ey şux, ləbüvün sirrini kimdür bilə sənsiz,

Bilsəm, genə pünhani gətürməm dilə sənsiz.

Gər olmasa qəddün fərəhi, sərv boy atmaz,

 Qalx, dur 



167


Atmaz sədəf heç bir dürini sahilə sənsiz.

Göz mərdümi, ey məh, dili-zarimdən içər qan,

Töksəm yüzimə göz yaşını, bir gilə sənsiz.

Sorma nə içün aləmi aşub dutubdur,

Məşşatə vırub şanəni bu kakilə sənsiz.

Hicründə sənün düşdi biyabanlara Məcnun,

Ləng oldı, gəl, ey Leylivəşim, qafilə sənsiz.

Əbrulərivün tiği verüb qətlimə fərman,

Lə`lündən haçan istəmişəm mən, silə sənsiz.

Bir bərqi-cəhansuzə dönər atəşi-ahim,

Çəksəm mən əgər bir nəfəs ildən-ilə sənsiz.

Saqi mana təklif elədi badeyi-nabi,

Qanə dönə mey, sağəri alsam ələ sənsiz.

Saqib şəbi-hicründə gəlüb naləyə ney tək,

Səndən, gözəlim, bir kəsə etməz gilə sənsiz.

* * *


 

Hicründə qalmadı dəxi səbrü qərarımız,

Keçsün nə qədr ah ilə leylü nəharımız.

Hicrin bu isə yetmərəm əsla muradimə,

Qəm yüz verəndə, qəm güni yox qəmküsarımız.

Zəncirə ram ola dili-divanəmiz nola,

Zülfin əlinə çünki keçüb ixtiyarımız.

Verdüm göz üstə yer səri-kuyin gədasinə

Eşqündə, səngdil, bu bizim e`tibarımız.

Verdün fərib könlümə ümmidi-vəsl ilə,

Əğyar yetdi vəslüvə, ey nazlı yarımız.

Kim verdi nəş`ə badəyə sordım, o məh dedi:

Ey bağrıqan, bu lə`li-ləbi-abidarımız.

Zalim, dedim, de, min yerə kim böldi sinəmi?

168



Göstərdi qaşların: bu iki zülfiqarımız.

Saqib, məhəbbət aləmi asan degül, bəli,

Bundan bətər keçür bilürəm ruzigarımız.

* * *


Rəhi-eşqündə sənün getdisə dünyalığımız,

Dəgər aləmlərə, ey şux, bu sövdalığımız.

Verdim adəmligimi mən səri-kuyində heçə,

Olur ə`mayə haçan kəşf bu binalığımız.

Hərə bir yarə verüb dil, sənə verdüm dilü din,

Həm bu dünyalığımız var, həm o dünyalığımız.

İsməti-pirəhəni-Yusifə əl atma, könül,

Olu rüsvayi-cəhan kim, bu təmənnalığımız.

Etmə öz rütbəvi mə`nadə Züleyxa kimi kəm,

Nə rəvadur düşə dildən-dilə rüsvalığımız.

Məni meyxanədə zahid görə təkfir eylər,

Zahidə kəşf degül surəti-mə`nalığımız.

Saqiya, badə gətür, gərçi həram etdi fəqih,

Meyi-minadədü, eşq əhliyüz, ehyalığımız.

* * *

 

Bidar, bəsdür, eyləmə Məcnuni, ey cərəs,



Leyla gedüb rəqib evinə ahü nalə bəs.

Qılmış yuva başunda sənün quşlar, əl gətür,

Məcnun, rəqibə yarun uyubdur, əlaqə kəs.

Mümkin degül vəfa görəsən əhli-hüsndən,

Uyma həvayi-nəfsə, nədür səndə bu həvəs.

Xunabi-həsrət etdi səni qərq hicrdə,

Fəryad etmə səs, səsüvə verməz hiç kəs.

Xasiyyətün təbiəti möhtac edər səni

169



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə