Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə32/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   28   29   30   31   32   33   34   35   ...   135

Əgərçi xəlq təmaşayə bu cəmalə gəlür.

Bəsirətün gözin aç, diqqət ilə eylə nəzər,

Zəval, ey könül arami, aydan-ayə gəlür.

Gəl, imtəhan eylə, bir ləhzə əzmi-bazar et,

Solub satılmağa bir pulə qönçə, lalə gəlür.

Minnət eyləmə, sərkeşlik etmə şəm` kimi,

Durub kəməndə cəllad guşmalə gəlür.

Məlamət eyləmə, zahid, dəxi əman günidür,

Şərabi-biğəşi Saqib içəndə halə gəlür.

* * *


 

Heyf bu bəzmə ki, dildar gedüb, badə gəlür,

Yarsız badeyi-gülfam necə yadə gəlür?

Təngdil olma təhidəstligündən, ey dil,

Sərvə bax, bağə necə naz ilə avarə gəlür.

Kimdür ol bir nəfəs aram degül hər dəmdə,

Bənd-bəndində neyün naləvü fəryadə gəlür.

Firqəti-Leylinün avarəsi Məcnundur ol,

Qəmi-hicranı desön xidməti-Fərhadə gəlür.

Hər yerə qaçsa gər ahu, genə yoxdur çarə,

Dami-səyyadə özin salmağa üftadə gəlür.

Kim bu dünyayə gəlür bilməsün eymən özini,

Dərdü qəm çəkməgə hər ləhzə bu bərbadə gəlür.

Özüvi düşkini-nəfs eyləmə, pəhriz eylə,

Ey nüfuzın itirən, kim sana imdadə gəlür?

Vırulur zülfi-girəhgirüvə məşşatə əli,

Şanə, göz yaşı ilə su verə şümşadə gəlür.

Saqibin dürdi-şərab ilə əlin dut, saqi,

Əhli-hal ilə kim içsə, ağız dadə gəlür.

* * *


145


Bazarə kim ki, əldə dutubdur dirəm gəlür,

Nadan də olsa, xəlq deyər, möhtərəm gəlür.

Pozmaz təbiətini, sataşma təbiətə,

Nə istəsə edər, nə ziyadü nə kəm gəlür.

Əmri-məhalun eyləmə heç arizusini,

Düşsön bu fikrə, aqibətindən vərəm gəlür.

İqbal həmişəlik sən ilə olmaz, əl gətür,

Saqi əlində zəhr dolar, cami-cəm gəlür.

Sail bəkəfligi özüvə adət eyləmə,

Get, işlə, dişlə, heç demə əhli-kərəm gəlür.

Səhrayi-eşqi çox də dolan, intəhası yox,

Getsön nə qədr bu yolı, sərhəd ədəm gəlür.

Girəm ki, vəslə nail olursan bir anidə,

Seylab kimi tez yerinə dərdü qəm gəlür.

Məğrur etməsün səni, ey məh, gözəlligün,

Badi-müxalif əssə, qədü sərü xəm gəlür.

Bel bağlama təlatümi-cuyi-zəmanəyə,

Ki, şərbət onda cuşə gəlür, gah səm gəlür.

Ey ruzigarı xəlqə edən təng, bir ayıl,

Bir gün olar yeründə sənün xoş qədəm gəlür.

Əş`ar cəm`in etmək içün qorxma, Saqiba,

Təşvişə düşmə zərrəcə, mişkin qələm gəlür.

* * *

Neylədim zülfüvə, ey şux, məni etdi əsir,



Demədim zənciri-divanə, dedim mişki-əbir.

Dedim, ey dil, bu pərivəşlərə bel bağlama çox,

Leyliyə naleyi-Məcnun haçan etdi tə`sir.

Tökəsən qanıni bu navəki-müjgan oxilə,

146



Əl gətürməz genə səndən, degül heç pəndpəzir.

Qaş degül səndə belə xameyi-təqdir çəküb,

Taği-mehrabdə oxşar, vəli çəkmiş şəmşir.

Dil məni çəkdi səri-kuyüvə, ey şirinləb,

Dutma məndən yüzüvi, məndə yox hərgiz təqsir.

Demə, zalim, məni tərk eylə, könül ver qeyrə,

Eşqi tərk eyləmək olmaz, yox ona bir tədbir.

Hüsn məğrur eləyübdür səni, qalmaz səndə,

Mən düşən halə düşərsən, olasan aləmgir.

Hüsnüvə xəlq təmaşa eləyür, qoy etsün,

Tazə ayə eləyər xəlq təmaşa bir-bir.

Saqibə etmə məlamət mey içür, ey zahid,

Onı bir mən bilürəm, bir də bilür əhli-bəsir.

* * *


Təvaf eylər üzarun şəm`ini pərvanələr bir-bir,

Mənimtək atəşi-rüxsarüvə, qoy, yanələr bir-bir.

Xəbər heç dutmayursan, sərvqəd, divanə könlümdən,

Dəgəndə türreyi-pürpiçə hərdəm şanələr bir-bir.

Dəmadəm mey içəndə cam öpər bu lə`li-nabundən,

Oleydi kaş viran, sərbəsər meyxanələr bir-bir.

Girov yadi-ləbünlə getdi hər meyxanə küncində,

Əlindən zahidün səccadəvü səddanələr bir-bir.

Rəhi-eşqün dutanlar müttəsil Məcnunə tə`n eylər,

Olub rüsvayi-aləm aqilü divanələr bir-bir.

Gedəndə seyrgahə naz ilə, ey sərvi-azadım,

Mənilə aşinaləndi bütün biganələr bir-bir.

Açanda hüsnüvi bazar içində düşmə təşvişə.

Yağanda hər tərəf şabaş çün dürdanələr bir-bir.

Olur azad qəmdən mey içəndə xüm əyağində,

147



Dəgəndə bir-birinə sağərü peymanələr bir-bir.

Həqiqət aləmi, Saqib, yetişdi, yatma, bidar ol,

Əcəb mətruk olub əfsürdəvü əfsanələr bir-bir.

* * *


Füzuliyə nəzirə

Necə canan yolında canı qurban eyləmək olmaz,

Olur can tərkin etmək, tərki-canan eyləmək olmaz.

Pərişan eyləmə giysu, könüllər düşdi təşvişə,

Ki, zənciri-cünuni pərişan eyləmək olmaz.

Xəcalət sərvə verdün bağdə bu sərvi-qamətlə,

Necə sehr etmisən, sərvi xuraman eyləmək olmaz.

Görüb göz, sevdi dil, mən neyləyüm itsə rüxsarun,

Bu parə-parəni incidmə, viran eyləmək olmaz.

Ləbün fikrilə içdim badəni mən, qanə qan etdim,

Əzizim, yoxsa heç nahəq yerə qan eyləmək olmaz.

Demün Məcnunə, əl çək Leylidən, rüsvayi-aləmsən,

Edər rüsva səni, anı peşiman eyləmək olmaz.

Çağırma məscidə, zahid, məni meyxanə küncindən,

Bu tədbir ilə heç kafər müsəlman eyləmək olmaz.

Əziyyətdür əbəs naəhlə, əl çək, tərbiyət vermə,

Həqiqət böylədür, nadanı insan eyləmək olmaz.

Deyür zahid mana, qıl tövbə meydən sən müsəlman,

Dedim sənsən müsəlman, xəlqə böhtan eyləmək olmaz.

Təəllüq cəhandan et, ignə kimi tarə bu bənd olma, 

Yükün ağır olanda kəsbi-irfan eyləmək olmaz.

Həzər qıl, Saqiba, dil vermə, əl çək mahvəşlərdən,

Vəfası yoxlar ilə əhdi-peyman eyləmək olmaz.

* * *


 

Təbibim, dərdi-eşqə hiç dərman eyləmək olmaz,

148



Əgər dərman da olsa, tərki-canan eyləmək olmaz.

Təqazayi-məhəbbət eylədi Məcnuni sərgərdan,

Ayırmaq Leylidən olmaz anı, qan eyləmək olmaz.

Nədür bu neydə nalə, ey mana tə`n eyləyən, əl çək,

Necə hicrində yarun ahü əfğan eyləmək olmaz.

Gedirdim bir gül içün gülşənə, vay, dərdilər getdi,

Dəxi bundan sora seyri-gülistan eyləmək olmaz.

Çıxeydi gözlərim rüxsarun əksin görən yerdə,

Dil oldı mailün, neylim, peşiman eyləmək olmaz.

Nəfəs çəkməkligə qoymaz məni, ey şux, hicranun,

Deyəydün uyma eşqə, tabi-hicran eyləmək olmaz.

Yarubdur bağrımi yüz min yerə əbrulərün tiği,

Dəxi qəmzön oxıyla anı tir-baran eyləmək olmaz.

Dağıtma könlümün cəm`iyyətin bu dami-zülfündə,

Əsirün xatirin artıq pərişan eyləmək olmaz.

Gözün köz eylədi, al busə ol məhvəş dodağından,

Öpüm, qoy, hiç xilafi-hökmi-sultan eyləmək olmaz.

Gedürsən məscidə, zahid, buyur meyxanə qoy qalsun,

Mənimçün getmə sən, heyvani insan eyləmək olmaz.

Qəzəl tərkibini, Nadir, gəl, ögrən pir Saqibdən, 

Məniyyətlə, əzizim, kəsbi-irfan eyləmək olmaz.

* * *


Necə hicrində yarun ahü əfğan eyləmək olmaz,

Rəqibün tə`nəsinə tab bir an eyləmək olmaz.

Ayırma Leylini Məcnundən, Məcnuni Leyladən,

Tərazu yox bu ağır barı mizan eyləmək olmaz.

Sənün eşqün yolında eylədim mən dinü dil tərkin,

Könül mülkinə səndən qeyri sultan eyləmək olmaz.

Gedir zülmatə içsün abi-heyvan Xızri-biçarə,

149



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə