Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə33/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   29   30   31   32   33   34   35   36   ...   135

Ləbün yanında meyli-abi-heyvan eyləmək olmaz.

Demə hüsn əhliyəm, keyfim nə istər eylərəm, ey məh,

Əzizim, sərviqəddim çox də tüğyan eyləmək olmaz.

Nə qafilsən, gözün qurbanı, dəhrün inqilabindən,

Vəfası yox, onilə əhdi-peyman eyləmək olmaz.

Alar bir göz yumub-açınca səndən hüsn sultanın,

Satar qul oğlına, rə`yin peşiman eyləmək olmaz.

Kəmalın artırur mey xüm içində köhnə olduqca,

Odur bais, anı həm bəzmi-nadan eyləmək olmaz.

Çağır məscidə bu Saqibi, ey vaizi-xudbin,

Qəssalə söhbətindən ruhi-reyhan eyləmək olmaz.

* * *


Meyxanədə, sağərdə şərab olmasa, olmaz,

Saqi mey içüb məsti-şərab olmasa, olmaz.

Bədməstligi eyləmə hərgiz mey içəndə,

Səndə mey içməgligə tab olmasa, olmaz.

İçmə meyi-nabi, nə də meyxanəyə getmə,

Meydə nə olur nəş`ə, kəbab olmasa, olmaz.

Ey şux, pərişan eylə rüxsarüvə zülfün,

Göz dəgməsün, hüsnündə niqab olmasa olmaz.

Bənd et məni bu türreyi-mişkin kəmənddə,

Divanəyə zəncirü tənab olmasa, olmaz.

Keçmə Əraqü Kabilə, biçarə müğənni,

Dəf alma ələ, tərki-Rəhab olmasa, olmaz.

Vermə yelə namusuvi, təqliddən əl çək,

Həmxabuvi hifzi-hicab olmasa, olmaz.

Zahid, mana eyb eyləmə çox badəpərəstəm

Duzəxdə əgər əhli-əzab olmasa, olmaz.

Mizan dağılar, hiç yerində dura bilməz,

150



Saqib, rəvişi-əhli-kitab olmasa, olmaz.

* * *


Qəddün qəmi-hicran ilə xəm olmasa, olmaz,

Eşq əhli gər aludeyi-qəm olmasa, olmaz.

Çox çıxmagilən nəğmə ilə şiddə, müğənni,

Hər nəğmeyi-cansuz ilə bəm olmasa, olmaz.

Asayişi olmaz bu cəhan mülkinün hərgiz,

Avarə qalar, əhli-qələm olmasa, olmaz.

Məqsudə yetərsən o zəman, ey dili-zarım,

Hərdəm sana min cövrü sitəm olmasa, olmaz.

Min il edəsən səcdəni bir faidə verməz,

Dut fəqrün əlin, səndə kərəm olmasa, olmaz.

Çox da ərəbün elmi-xəyalati genişdür,

Şe`ri-qərihi-ruhi-əcəm olmasa, olmaz.

Cami-mey alma ələ, içmə meyi-nabi,

Meyxanədə, Saqib, bu sənəm olmasa, olmaz.

* * *

Yarun səri-kuyinə güzar eyləmək olmaz,



Bir ləhzə təmaşa rüxi-yar eyləmək olmaz.

Əğyarun əlindən hara mən yüz dutum, ey dil,

Ey qanə dönən, tərki-diyar eyləmək olmaz.

Dutdırdı mənim  bağrımi el tə`nəsi qanə,

Hicran gecəsi naləvü zar eyləmək olmaz.

Meyl etmə dedim mən sana bu qaşı kəmanə,

Vermiş könül əğyarə, şikar eyləmək olmaz.

Bir dil ki, əsir oldı xəmi-zülfüvə, ey məh,

Müjgan oxına bir də düçar eyləmək olmaz.

Şəbxun vırar hər ləhzə mana navəki-qəmzön,

151



Dildən anı mərhəmlə kənar eyləmək olmaz.

Bənd atmısan rəmzi-Müxalifdən Həsarə,

Ey tarzən, ahəngi-Qətar eyləmək olmaz.

Gər tiri-qəza etsə tələb canuvi səndən,

Nə verməmək olmaz, nə fərar eyləmək olmaz.

Şükr eyləgilən hər nəfəsə rahəti-candur,

Qət` olsa nəfəs, leyli nəhar eyləmək olmaz.

Zahid, mən ölüm, gəl, məni-divanədən əl çək,

Mey tövbəsini fəsli-bəhar eyləmək olmaz.

Xümlə meyi ver Saqibə, ey saqiyi-gülrüx,

Bir sağər ilə dəf`i-xumar eyləmək olmaz.

* * *


Can afətidür eşq, dəvam eyləmək olmaz,

Ey dil, gətür əl, sərkeşi ram eyləmək olmaz.

Bənd eyləmisən könlümi zülfün girehində,

Azad anı, ey Yusifi-nam, eyləmək olmaz.

Şəbxizlərün naleyi-ahindən həzər qıl,

Məhvindən usan, sübhüni şam eyləmək olmaz.

Səndən nə tələb etsə təqazayi-zəmanə,

Verməm demə, bərəks qiyam eyləmək olmaz.

Hər naşiyə tapşurmagilən var-yoxı, fəhm et,

Hər bir yetəni xəlqə imam eyləmək olmaz.

Zahid, mana təklif eləmə məscidə, dur gəl,

Meyxanədəyəm, püxtəni xam eyləmək olmaz.

Nəhy etdi meyi əhməqə qanuni-şəriət,

Hal əhlinə bir zərrə həram eyləmək olmaz.

Zalim, nolu,

 bir az verəsən nəfsüvə təğyir,



Qəflətdən ayıl, zülmi müdam eyləmək olmaz.

Dövran nə qədr Saqibi gər salsa əyağə,

 Nə olar


152


Hər nanəcibə anı qulam eyləmək olmaz.

* * *


Əngur şürbin içə kim, onda qəm olmaz,

Min il yaşasa, heç ürəgində vərəm olmaz.

Dildar oturub, tarü müğənni, xüm əyaği,

Saqi, qədəhün ver, mey içim, böylə dəm olmaz.

Gül yaprağına tə`nə vırar arizi-alun,

Bu rəngdə hərgiz güli-baği-İrəm olmaz.

Azadəligün var adı, ancaq özi yoxdur,

Azadəligün aləmi olsa, sitəm olmaz.

Hər ləhzə ki, azadəlik oldı bu cəhanda,

Kamında ilanun dəxi bir zərrə səm olmaz.

Afaqı dutub fitnə dəvamı genə, ey dil,

Beş günlükdür rahət olur, möhtərəm olmaz.

Qarunsifətün süfrəsinə keçmə, təm` etmə,

Başından aşa dövləti, sahibkərəm olmaz.

Fəqr əhlini görsön, ona, dur, eylə təvazö`,

Gər şah olasan eyb eləməz, rütbə kəm olmaz.

Zahid çağırur Saqibi, meyxanəyə getmə,

Məscid yolına, bilmür ərəbdən əcəm olmaz.

* * *

Rəhi-meyxanə dut, meyxanələrdə çunü çənd olmaz,



Şərabi-nab tək qəmxar yox, nə dərdmənd olmaz.

Gözün qurbanı, saqi, cam ver, al dinü dil məndən,

Məhəbbət əhlinün imanı olmaz, dinə bənd olmaz.

Küdurət artırur keyfiyyəti-dünyavü mafiha,

Xəyalın etsə kim aqil deməzlər, bəhrəmənd olmaz.

Təvazö`lə, bəli, aləmdə hər kəs artırur qədrin,

153



Kişi sərkeşlik etməz, eyləsə hiç sərbülənd olmaz.

Giriftari-xəyali-zülfün hər kim olsa aləmdə,

Dəxi, ey sərvi-novrəs, bəndi-zəncirü kəmənd olmaz.

Ayırmaq mümkin olmaz Leylini Məcnuni-şeydadən,

Qəbul etməz nəsihət kargər, üşşaqə pənd olmaz.

Sana çün guşeyi-mehrabdür məqsud, ey zahid,

Hərimi-bargahi-yarə məhrəm hər gəvənd olmaz.

Xəyali-cənnət ilə səcdə qılma, heç nə verməzlər,

Edər batil təmənna səcdəni irfanpəsənd olmaz.

Təvazö` eyləsön bihudə hərgiz şə`nün əksilməz,

Əgər gün düşməsə toprağə, böylə sərbülənd olmaz.

Qəbul etmək olurmı hər Mühəmməd namdən həqqi,

Rəyasət eyləmək istərsə hər kim, ərcümənd olmaz.

İtaət etmək olmaz hər şəhə, bir əmri-müşkildür,

Ədalət olmasa, ünsiyyətü üns pərənd olmaz.

Rəiyyət başdən zülm görsə, dəf`i vacibdür,

Ədalət göstərən olsa, nişi-əqrəbdə gəzənd olmaz.

Təriqi-şe`ri, əhsən, Saqiba, Yusifdən ögrəndün,

Ki, lə`li-Yusifə şe`rün kimi şirin qənd olmaz.

* * *


Sənün lə`li-ləbün tək rahəti-can lə`li-nab olmaz,

Bu meydən içsə hər kim, süst olur, əmma xərab olmaz.

Dağıtma səfheyi-rüxsarüvə bu zülfi-pürçinün,

Təmaşa eyləsün aləm, gözlərdə hicab olmaz.

Dutulsa gün yüzi, övza`i-aləm iztirab eylər,

Yaraşmaz, mahvəş, xurşidi-hüsndə niqab olmaz.

Demə, gəl kuyimə, mümkin degül, ey sərvi-azadım,

Giriftar olsa hər kim eşqüvə, cismində tab olmaz.

Bu qədr eyləmə fəryad ney tək natəvan könlüm,

154



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə