Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə41/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   37   38   39   40   41   42   43   44   ...   135

Bütün cəhani dolan, gəz, tapulmaz heç bir tək.

Bu deyri-dunidə əhli-kəmalə qiymət yox,

Budur həmişə, bəli, arizuyi-rəsmi-fələk.

Vətəndən ötri əgər canı qılmason qurban,

Başuva bağlagilən fəs yerinə köhnə ləçək. 

* * *


Oleydi mümkin əgər lə`li-nabuvı öpmək,

Deməm bu cümlə cəhan padşahinə ləbbeyk.

Tapardı çeşmeyi-abi-cəhani İskəndər,

Məhaldür bu ləbi-lə`li-nabuvi əmmək.

Təvaf kuyivi etməklik istədi Musa(ə),

Deyildi hey ona Musa(ə) ki, “fəxlə` nə`leyk”.



Bu eşq aləmi bir oddur, özgə aləmdür,



Çətindü, rahi-xətərnakdür, könül, getmək.

Fəzayi-Leyliyə Məcnun olmason getmə,

Başunda tikməsə quş aşiyanə gər, əl çək.

Təriqi-eşq degül Bisütun dağın yıxmaq,

Həvayi-kuhkənə qaldı tişə künd etmək.

İlan kimi dili-divanə piçü tab eylər,

Tökəndə şanə ilən mahi-hüsnə sən birçək.

Əbəs degül sana, ey sərvnaz, dil verdüm,

Gözəllərün şəhisən, tacdarisən, gögçək.

Gələndə kuyüvə eylər hücum qəmzə oxun,

Dəvam eyləmək olmaz ki, dəgməsə tək-tək.

Xəyanət eyləmə başun də getsə gər təndən,

Bir belə meyl eləsön zərrə qədri nanü nəmək.

Şikayət eyləmə bəd ruzigardən, Saqib,

Haçan xoş ülfət edübdür birilə çərxi-fələk.



 “...nəleynini çıxart...” (Qurani-kərim, Taha, 12)

188




* * *

 

Şərtdür olmağa, ey şux, gözəllikdə nəmək,



Cəm`dür səndə gözəllik, düzi, ey rəşki-mələk.

Sən elə mahliqasən, könül heyranundur,

Sən kimi sərvqədə harda salub sayə fələk.

Vadiyi-eşqə bu təsbih ilə getmə, zahid,

Vadiyi-eşqdə yoxdur nə səlamü nə əleyk.

Bu həman vadidür, istədi Musa(ə) keçsün,

Verdi hey hatifi-qeybi ki, “fəxlə` nə`leyk”.

Bu həman vadidür verdi cünun zəncirin,

Dili-Məcnun nə dedi Leyliyə, Məcnun ləbbeyk.

Gözümün yaşı dutub damənimi hicründə,

Qan olub dil, ləbüvi olmadı mümkin əmmək.

Saqiba, şe`r  əyari zəri-xalis kimidür,

Can fəda, Azərinün toprağıdu səngi-məhək.

* * *


Dil tənurində verüb lə`li-ləbün atəşə rəng,

Qaşlarun tərhini görmüş xəm olub qaməti-çəng.

Zülfün əndişəsi məh çöhrəsini etdi zəif,

Dəhənün şövqi edüb gülşəni tər qönçeyi-təng.

İçərəm badeyi-gülrəng ləbüvün fikriylə,

Lə`li-nabun kimi yaqut ola bilməz həmrəng.

Dil təmənnayi-vüsalunla yanar şəm` kimi,

Rəvişi-şivəni dutma dəxi, ey şux, qəşəng.

Sinəmi qəmzön oxı eylədi rovzən-rovzən,

Eyləməz bu qələti navəki-dilduzi-xədəng.

Bisəbəb saqiyə təklifi-mey etməm hərgiz,

Ol zəman kim, oluram, yar, ləbünlə diltəng.

189



Məhvəşa, ahim odundan həzər eylə, necə kim,

Ahi-Məcnun elədi qafileyi-Leylini təng.

Sərfiru eyləmə, Saqib, dənilər süfrəsinə,

Çünki it loğmasına meyl eləməz şirü pələng.

* * *

Nədür şərabdə nəş`ə, xümardən xəbər al,



Müğənni naləsini çəngü tardən xəbər al.

Əsir harda gərək kim Müxalifi etmək,

Qətar hökm eləyər, get, Həsardən xəbər al.

Şəbi-fəraq qəmin Leylidən xəbər alma,

Bu sirri-məxfini Məcnuni-zardən xəbər al.

Qəfəsdə ətri-güli əndəliblər bilməz,

Nə ətr var gülü gülşəndə, xardən xəbər al.

Əsir bu dili-divanəmi sən etməmisən,

Kəməndi-türreyi-pürmüşki-bardən xəbər al.

Nə hal var bu dili-parə-parədə, ey məh,

Bu tiri-qəmzə nə bilsün şikardən xəbər al.

Cəhanı nəylə qılıncsız müsəxxər etmək olur,

Bu mö`cizi qələmi-müşkbardən xəbər al.

Qəzəldə zövq nədür, sən də bilmisən, Saqib,

Münirini

 edən heyran bəhardən xəbər al.



* * *

 

Saqiya, etməgilən sağəri çox malamal,



Nə içüm badeyi-gülfami pərişanəhval.

Və`də vermiş o pərivəş, tökərəm qanuvı mən

Tiği-əbrulər ilə, məndə hanı ol iqbal.

Gedirəm kuyinə can nəqdi ilə xaki-rəhin

Öpməgə, dutdum əcəb yerdə genə əmri-məhal.

 Şair Ağadadaş Müniri (1863-1940) “Məcməüşşüəra” ədəbi məclisinin üzvü, Haşım bəy Saqibin yaxın dostu 



olmuşdur.  

190



Tiri-müjganuvı, ey məh, görə hər kim qafil,

Vəhm edər şir bu rüxsarüvə vırmış çəngal.

Ey deyən vermə dil ol məhvəşə, əğyarə uyub,

Əl gətür, bir qəmi-hicranə yanursan məhü sal.

İxtiyar olsa idi məndə könül verməz idim,

Bu bəlayə məni dil saldı, oleydi pamal.

Eşq sövdası məni eylədi rüsvayi-cəhan,

Hasilim olmadı, yox çarəsi cüz dərdü məlal.

Mümkin olmaz yetişəm vəslüvə, ey şirinləb,

Nə qədr səndə var, ey şux, bu zülfi-xətü xal.

Hünəri-şe`rdə Yusif kimi sabitqədəm ol,

Saqiba, kişvəri-şe`ri eləyərsən işğal.

* * *

 

Yar edəndə xəm giysulərün, ey Leylimisal,



Dutaram daməni-Məcnuni pərişanəhval.

Tiri-müjganun hücum eylədi dil kişvərinə,

Ləşkəri-küfr genə Kə`bəni etdi işğal.

Çəkmə damən, səni görcək tökərəm göz yaşın,

Şəh gələn vəqtdə edər xəlq onı istiqbal.

Qanə döndi dili-divanə ləbün fikriylə,

Canı çıxsun, eləmiş arizuyi-əmri-məhal.

Qaşlarun tərhini kim görsə təəccüb eylər,

Kim görübdür ki, bir ayda görünə iki hilal.

Düşsə dildən-dilə avazeyi-hüsnün nə əcəb,

Bax bu ayinəyə, var səndə necə hüsnü cəmal.

Necə rüsvayi-cəhan olmayum eşqündə sənün,

Mən könül qeyrə verüm, qoydı məgər bu xətü xal?

Tiği-əbru ilə bildün nə qədər qan etdün,

Aşiqün qanıni, zalim, sana kim etdi həlal.

191



Eylə bildim yetərəm vəslüvə can verməklə,

Verdün əğyarə dil, etdim nə içün xam xəyal.

Seyli-qəm axdı başımdan, məni meyxanəyə çək,

Saqiya, sağərü peymanəni qıl malamal.

Zahidün daneyi-təsbihinə uydun, Saqib,

Bu degül şiveyi-arayişi-ərbabi-kəmal.

* * *

 

Şirin ləbün kimi ola bilməz əsəl-məsəl,



Ey mahparə, yox sana hərgiz bədəl-mədəl.

Kim mail olmaz hüsnüvə, ey sərvqamətim,

Yoxdur zəmanəmizdə sənün tək gözəl-mözəl.

Göz görcəgin səni, könül oldı mailün,

Yox xatirimdə, mail idim mən əzəl-məzəl.

Kuyün təvafıni edər idim bu can ilə,

Bir dəm əman verəydi mənə gər əcəl-məcəl.

Pabənd qıl gözəlləri zənciri-zülfüvə,

Əfşan yüzinə etmiyə zülfün keçəl-meçəl.

Ol minbər üstə kim, oxunardı kəlami-Həq,

Mütriblər imdi orda oxurlar qəzəl-məzəl.

Yetməz muradə əhli-həqiqət, əcəb degül,

Yandırdı, sönməz atəşi-fitnə, dəğəl-məğəl.

Həmsöhbət olma tazə cəvanlarla, Saqiba,

Get, həmpiyalə tap özüvə bir əfəl-məfəl.

* * *


 

Bu dami-zülfüvə hərdəm vıranda şanə, gözəl,

Cərəs kimi dili-zarım gəlür fəğanə, gözəl.

Alışdıran oda şəm`i bu hüsnüvün odıdur,

Əcəb degül qala pərvanə yanə-yanə, gözəl.

192



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə