Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə49/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   45   46   47   48   49   50   51   52   ...   135

Uzaq ol, Saqiba, əhli-həsəddən ehtiraz eylə,

Həmişə dəm vırar, bədbəxtdür, daim ziyanlıqdan.

* * *

Günəş dutuşdı oda hüsnüvün çırağından,



Şərarəsi görünür lalənün yuvağından.

Təəccüb etməgilən, xaki-kuyüvi öpsəm,

Əsiri-Leyli neçün öpdi it əyağından.

Qədün qiyamə gələndə, gərək qiyamət ola,

Su vermişəm bu səhi sərvə göz bulağından.

Əyağ urdı məni, xüm əyağinə düşdüm,

Əlim üzüldi genə dürdi-mey əyağından.

O qədr qəmzə oxın atdı könlümə şəbxun,

Ölüncə ağrısı getməz dəxi dimağından.

Boyandı qanə həsəddən səbudə badeyi-nab,

O gün ki, sağər öpüb bu məhün dodağından.

Dedim rəqibə könül vermə, dutdı yüz məndən,

Bu səngdil mana göstərdi qaş-qabağından.

Çətin degül, dağıddı Bisütun dağın Fərhad,

Hünər var onda, dağıtsun fəraq dağından.

İlan vıran kimi, Saqib, necə fəğan etmüm,

Əsib xəzan yeli, gül soldı ömr bağından.

* * *


  

Kəsmə qəmzön oxıni bu dili-naşadımdan,

Bimürüvvət, həzər et, naləvü fəryadımdan.

Qoyma əğyarı dedim kuyüvə, ey şirinləb,

Verdün əğyarə könül, çıxmayacaq yadımdan.

Lövhi-sinəmdə əlif qəddüvün aldım dərsin,

Səhv edübdür, degüləm razi mən ustadımdan.

225



Göstərür gündə qiyamət, bu necə qamətdür,

Saçılur həşr odınun şö`ləsi bünyadımdan.

Qoydı heyrətdə kəman xanə qaşun mehrabi,

Çəkəcəkdür deyəsən əl mənim irşadımdan.

Mübtəla oldı kimün eşqinə divanəsifət,

Səngdil, yox xəbərün bu dili-bərbadımdan.

Bağban verməz idi sərvinə göz yaşilə su,

Xəbəri olsa idi qaməti-şümşadımdan.

Rəbb mərbubə əbəs fəxr eləyür hər saət,

Məgər hasil nə olubdur mənim icadımdan?

Oxuma tövbeyi-mey Saqibə, əl çək, zahid,

Sağəri mən necə almum bu pərizadımdan.

* * *

 

Xəbərdar olmadun, ey səngdil, ahü fəğanımdan,



Şəbi-hicran nə istər dəxi, əl çək, bu canımdan.

Dutuşdı atəşi-rüxsaruvə tər lalə gülşəndə,

Məni yandırdı, zalim, qıl həzər, çox keçmə yanımdan.

Günahım yoxdur qanım tökər əbrulərün tiği,

Deyürsən boynuma gəlməz, keçübdür kim bu qanımdan.

Dedim, ey qönçələb, nə müşkdür bu ahu nafında,

Dedi, kəsb eyləmiş bu türreyi-ənbərfəşanımdan.

Dedim, bu guşeyi-mehrab neyçün böylə xəm olmış,

Dedi, Qafun da qədi xəm olub əbru kəmanımdan.

Məsiha can verür, ey məh, dedim biruhə hər saət,

Dedi bir dəf`ə səndən gizlin öpmüş bu dəhanımdan.

Əlimdən alma, zahid, sağəri-mey, vırma, sındırma,

Ayırma sən məni, bax tariyə, ruhi-rəvanımdan.

Gedürsən “lailahə” kəlməsilə məscidə, dur, get,

Eşitmə küfri-zülfi-yari bu virdi-zəbanımdan.

226



Məlamət eyləmə, Saqib, məni rüsvayi-eşq oldum,

Yox əldə ixtiyarım, keçmişəm sudü ziyanımdan.

* * *

 

Ey xali-siyahariz, bu əbrukəmandan,



Əl çəkgilə bir, ey üzi qarə, bu məkandan.

Rüsva elədün Adəmi, dildən-dilə düşdi,

Şərm eyləmədün ol pədəri-pirü cəvandan.

Bir gün həbəşi qullar tək damə düşərsən,

Zülfi-xəmi-canan ilə keçməzdi gümandan.

Fitva sana kim verdi bu rəhzənligi etdün,

Nə sehr ilə üzdün əlini huri-cinandan.

Azad kim eylər səni bu damun əlindən,

Müjgan oxı durmış başın üstündə haçandan.

Hicrün qəmi bu bağrımi qan eylədi, getdi,

Bir yanda açum göz necə aşubi-cəhandan.

Ümmidi-vüsal ilə rəhi-eşqüvi dutdum,

Əğyar yetüb vəslüvə, oldum dilü candan.

Eşqün nə imiş tə`siri cüz naleyi-cansuz,

Heç kimsəyə mə`lum degül nəf`i ziyandan.

Bilseydim əgər eşq belə afəti-candur,

Salmazdım özimi əbəs heç tabü təvandan.

İstərsən əgər düşməyəsən dami-bəlayə,

Heç kimsəyə izhar eləmə sirri-nihandan.

Saqib nə təəccüb sana gər gəlsə mürəbbi,

Şəhzadə olan yerdə gələ nəsli-şəbandan.

Qəhbə fələkün gərdişi öz bildigin eylər,

Qüssə özüvə vermə, umursan nə piyandan.

 

* * *



Dutuşdı lalə oda, yandı hüsni-alundan,

227



Hilalə düşdi qəmər laləvəş hilalundan.

Əgərçi rəsm budur, gündən ay alur işığın,

Alur günəş işığ əmma, bu məh cəmalundan.

İlan kimi dolaşub boynuma mənim zülfün,

Nə bir qələtdü mən etdim öpəndə xalundan.

Nə yaxşı sən bu məhə vermədün könül, zahid,

Qoyardı bağruva qan, keçmə bu kəmalundan.

Bu qədr ahü fəğan, bəsdür eylədün, ey dil,

Şəbi-fəraq dutan yox xəbər bu halundan.

Demə yetər mənim ol daməni-vüsalə əlim,

Yetən degül öləsən, keçməsün xəyalundan.

Qəmi-fəraqə mənim tək dəvam et, Saqib,

Xəlayiq incidi, bəsdür, bu qeylü qalundan.

* * *


Qıl ehtiyat mənim çeşmi-xunfəşanımdan,

Dutar bu damənüvi, keçmə bir də yanımdan.

Qaşun qılıncıyla qanımi tök, eyb etməz,

Tökəndə qəmzə oxun keçmərəm bu qanımdan.

Şəbi-fəraqüvə tab eyləmək degül asan,

Ki, xəlq təngə gəlüb naləvü fəğanımdan.

Hücum edər mana hər ləhzə tiri-müjganun,

Çəkərsən əl sən haçan bu yaralu canımdan.

Müsəvvir əgri çəküb gərçi qaşlarun tərhin,

Tapub bu əgriligi qaməti-kəmanımdan.

Öpəndə ləblərüvi camü badeyi-gülfam,

Həsəd odında yanar, od çıxar nihanımdan.

Vəfa uman degüləm, Saqiba, gözəllərdən,

Keçərmi heç məgər zərrəcə gümanımdan.

228



* * *

Nə əcəbdür lə`lvəş bağrım mənim gər olsa qan,

Ələman hicran əlindən, ahü fəryad, ələman.

Necə tə`n eylər mana əğyar hərdəm, ey könül,

Zərrəcə gər aşiqinə yar olsa mehriban.

Ey deyən Leyla içün həmraz idi Məcnun ilən,

Bəs neçün Məcnun başında tikdi quşlar aşiyan.

Çox qəfəs küncində, bülbül, ahü fəryad eyləmə,

Bağə girməz eyləyüb çaki-giriban bağban.

Yanə-yanə od içində çəkdilər ətrin gülün,

Lalədən, güldən, güli-şəbbudən hərgiz yox nişan.

Gör, necə aludeyi-qəm oldı hər bir yasəmən,

Bağban gülşəndən əl çəkdi, xəzandur ərğəvan.

Bisütun dağinə tişə vırma çox, ey kuhkən,

Verdi dil əğyarə Şirin ahi-həsrət çəkmə yan.

Ey soran məndən, neçün qəddün bükülmüşdür sənün,

Bari-möhnət Qaf qəddin döndərüb etmiş kəman.

Vadiyi-heyrətdə Saqib ruzü şəb avarədür,

Yardən kim ayrı düşsə, eyləməzmi tərki-can?

* * *


 

Fikri-ləbün bağrımi qan etdi qan,

Qəddimi qaşun xəmi qılmış kəman.

Cənnətə getməz rüxi-alun görən,

Öpsə əyağun əgər huri-cinan.

Daneyi-xalun həvəsin etsə kim,

Navəki-qəmzön ona verməz əman.

Türreyi-pürpiçüvə dil mübtəla,

Şanə görəndə olar ənbərfəşan.

229



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə