Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə52/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   48   49   50   51   52   53   54   55   ...   135

Saqib bu təmənnayə düşüb, bir gözün öpsün,

Ey qaşı kəman, ver ona bir zad gözündən.

* * *

Gözləmə mehrü vəfa zülfi çəlipalərdən,



Könül əğyarə verüb, keç bu təmənnalərdən.

Eşq sərmayəsi rüsvayi-cəhan olmaqdur,

Alma bu fitnəni Məcnun kimi rüsvalərdən.

Qəmi-hicranə necə tab edəcəksən, ey dil,

Getməyüb naleyi-Məcnun hələ səhralərdən.

Kim Kəlimə deyə bir kuyinə get dildarun,

Hasilün oldı nə ol vadiyi-Sinalərdən.

Asiman seyrini elmün hünəri seyr eylər,

Fəxr çox eyləmə, əl çək, yədi-beyzalərdən.

Zahida, Saqibə və`z eyləmə, tə`sir etməz,

Sözlərün gər ola şirin mürəbbalərdən.

* * *


   

Dil çəkməz əl, bu türreyi-pürpiçü tabdən,

Bilməm nə istəyür məni-xanəxərabdən.

Dami-cünunə, gör, necə divanə ram olub,

Aləm əsirdür bu qəranlıq tənabdən.

Vəslə yetərsən, ey dili-divanə, ol zəman,

Xəffaş nurin oğrasa gər aftabdən.

Min inqilab fitnəsi çeşmündədür sənün,

Xali degül zəmanə odur inqilabdən.

Aldanma mehrinə fələkün, e`tibarı yox,

Sordum bu sirri naleyi-çəngü rübabdən.

Saqib, gələndə saliki-həqq nabələd degül,

Hər əmrdən vüzu edə dürdi-şərabdən.

240



* * *

 

Dili-divanə məndən, türreyi-ənbərəfşan səndən,



Əsir dut, qoyma qaçsun, navəki-tirü sinan səndən.

Dolannam başuva göz yaşı ilə bağbanlar tək,

Ki, sirab etməgə bu qaməti-sərvi-rəvan səndən.

Girəndə gülsitanə nərgisi dindirmə, bimar et,

Xəcalət bülbülə ver, çeşmi-məsti-dilsitan səndən.

Məni divanə görsön, əl gətür tə`nü məlamətdən,

Dəgər min tiri-qəmzə, ey büti-namehriban, səndən.

Fəğan etdüm şəbi-hicründə, lütf et, uyma əğyarə,

Gözün qurbanı, zalim, gözlərəm bir dəm əman səndən.

Təvaf etmək səri-kuyində məndən şəm`i-rüxsarun,

Dəmadəm yanə-yanə hüsnüvi etmək nihan səndən.

Qaşun tiğinə qurban nəqdi-can məndən, kəmanəbru,

Tərəhhüm eyləmə, al canımi, et imtəhan səndən.

O qədri qan töküb əbrulərün tiği batub qanə,

Rəhm hiç yoxmı səndə, incüb pirü cəvan səndən.

Qəmü hicrünlə yox tabü təvan biçarə Saqibdə,

Əlacın etməgə lə`li-ləbi-ruhü rəvan səndən.

* * *


 

Ey dil, elə peyvəstə həzər əhli-qərəzdən,

Zəhr iç, yemə gər versə şəkər, əhli-qərəzdən.

Od vırdı cəhan mülkinə ol nəfsün əsiri,

Hasil bizə oldı bu səmər əhli-qərəzdən.

Tərk et, eləmə düşkini-nəfs ilə əlaqə,

Şər gözləgilən, xeyr itər əhli-qərəzdən.

Peyğəmbəri olsa bu cəhanun, genə əl çək,

Bir fayidə umma ki, yetər əhli-qərəzdən.

241



Ölsön də sana zərreyicə nəf` yetirməz,

Sən gözlə zərər şamü səhər əhli-qərəzdən.

Rahətlik olar gürg ilə ahu edər ülfət,

Gər olmasa aləmdə əsər əhli-qərəzdən.

Gər dutsa əlün, kəs əlüvi, qoyma ki, dutsun,

Yum göz təmə`inə, nə düşər əhli-qərəzdən.

Dutmış bu cəhan mülkini neyçün belə aşub,

Yetmüb belə sərfitnə məgər əhli-qərəzdən.

Eylər səni aludə özinə, həzər eylə,

Yoxdur bu yaranmışda yetər əhli-qərəzdən.

Saqib, bu sözi virdi-zəban eylə dəmadəm,

Olmaz səməri bitsə şəcər əhli-qərəzdən.

* * *

 

Rüxsarüvə bu zülfüvi əfşan eləməkdən,



Əl çək, dili-divanəmi viran eləməkdən.

Pas dutmayub əbrulərüvün tiğini, zalim,

Qanə boyanubdur, həzər et, qan eləməkdən.

Sorson mənim halımi pərişan nə içündür,

Bu türreyi-mişkini pərişan eləməkdən.

Gər layiq ola, canımi qurbanun edərdim,

Ver müjdə mana qətlimə fərman eləməkdən.

Bülbül qəfəsün küncini məskən neçün etmiş,

Min nəğmeyi-cansuz ilə əfğan eləməkdən.

Naqə aparub Leylini əğyarun evinə,

Məcnun sevünür seyri-biyaban eləməkdən.

Qarətgəri-dindür sənün ol daneyi-xalun,

Yox vahiməsi aləmi talan eləməkdən.

Meydən elədim tövbə, deyür zahidi-bixud

Xəlqə, heç utanmır belə böhtan eləməkdən.

242



Hicrində bu məhparənün, ey Saqibi-miskin,

Bir fayidə yox çaki-giriban eləməkdən.

* * *

Çəkmisən əl nə içün bağrımi qan etməkdən,



Qəddimi əgri qaşun kimi kəman etməkdən.

Təngə gəldi şəbi-hicründə sənün, şirinləb,

Xəlqi-aləm dili-divanə fəğan etməkdən.

Ey verən qətlimə fərman qaşun tiğilə,

Etmisən vahimə qəsdi-dili-can etməkdən.

Dutulub gün, deyəsən xəlq düşüb təşvişə,

Arizi-aluvi zülf içrə nihan etməkdən.

İnciməzsən məgər heç navəki-müjgan oxilə,

Hökmi-qətli-bu qədr pirü cəvan etməkdən.

Qorx o gündən duta bu damənüvi qanlu başım,

Mana hər ləhzə, utan, cövrü filan etməkdən.

Saqiba, etmə məlamət məni, qəmxarımdur

Yüz verəndə mana qəm, şe`ri bəyan etməkdən.

* * *


Cəmalun ehtiyacı yoxdur, ey məh, zibü zinətdən,

Verürsən zinəti pərqu ilə, əl çək, əziyyətdən.

Məlamət etmə, ey zahid, məni bu sərvi-azadə

Giriftar olmışam, əl çəkmərəm, keçmiş nəsihətdən.

Əgər bir ixtiyar olseydi məndə, tərkin eylərdim,

Nə çarə eyləyüm mən kim, qaçub əmri-məhəbbətdən.

Nə hacətdür mana cənnətdən ötri çox də yalvarmaq,

Atamız mülkidür, ey naxələf, qalmış şəriətdən.

Gətür baş guşeyi-mehrabdən, ey zahidi-kəcbin,

Məgər heç doymısan

 daş ilə bu bibəhrə söhbətdən?



 Doymursan

243



Nə var aləmdə, bari, diqqət eylə, gör, nə aləmdür,

Bir az keç, tari həqqi, arizuyi-huri-cənnətdən.

Əziyyət eyləmə nahəqq yerə bir nəfsə, müşkildür,

Bu rəngi alma hərgiz, qıl həzər, zalim təbiətdən.

Yanaşma sayəsinə nakəsün canun əgər çıxsa,

Hüseyndən ibrət al, dut daməni-namusü qeyrətdən.

Qaçam gər, qəhbəyəm, həqqün yolunda getsə gər başim,

Vırar namərdlər dəm qorxudan hərdəm həzimətdən.

Könül bir cür`ə al, iç badəni, meyxanə pirindən,

Meyün ya safi olsun, ya ki dürdi, qaçma qismətdən.

Əlündən varü yox bilmərrə getdi, Saqib, huşyar ol,

Ayılmazsan məgər ta həşr olunca eyşü işrətdən.

* * *

 

Əzəldən olmışam təxmir bu möhnət siriştindən,



Xəbərdar olmadum bir dəm cəhanun xubü ziştindən.

Yetən eylər məlamət, məskənim künci-nədamətdür,

Məluləm, bivəfa həmdəmlərün peymanşikəstindən.

Qədəm öz xahişimlə qoymadum bu deyri-viranə,

Qəzanun qaçmaq olmaz bir qədəm bu sərniviştindən.

Varımdur öz qəmim, öz dərdimə aludəyəm, ey dil,

Xəbər dut kim, deyərlər zahidün hurü behiştindən.

Mey olsa, bəqədri meyl eylərəm, gər saqi yar olsa,

Piyalə olsa idi xoş düşər meyxanə xiştindən.

Zühuri-həqqi bilmək, ey könül, bir əmri-müşkildür,

İnanmaq heç olur zahir ola bütlər kiniştindən.

Gözətsən, Saqiba, həq gəlür olur peyda,

Ayıl, qafil, təməllüq kəsgilə, viranə dəştindən.

* * *


 

Əğyarə könül vermə, düşərsən nəzərimdən,

244



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə