Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə53/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   49   50   51   52   53   54   55   56   ...   135

Eylə həzər, ey mahvəş, ahi-səhərimdən.

Hicründə sənün hər gecə, ey sevgili yarım,

Sirab olur səhni-çəmən əşki-tərimdən.

Dildə oturub içməgə qan navəki-qəmzön,

Zalim deyəsən doymadı xuni-cigərimdən.

Ney tək necə, ey dil, eləmüm ahü fəğani,

Əğyar alur kamıni ol simi-bərimdən.

Məcnun yolunı dutma, soruşma nədür halım,

Ahim səni yandırdı, çəkil rəhgüzərimdən.

Əhvalımi heç sorma, nihali-qəmü dərdəm,

Divanə olur nuş edə hər kim səmərimdən.

Saqib, məni dövran əyağa saldı, nə gördüm

Bir faidə cəm` eylədigim simü zərimdən.

* * *


Mey aldı nəş`əni bu ləbi-lə`lfamdən,

Sən meyl edəndə badəni səs gəldi camdən.

Divanə eylədi məni sövdayi-kakilün,

Fərq etmərəm, odur səbəbi, sübhi şamdən.

Qəmzön xədəngi oxladı sədparə könlümi,

Dutmub məkan gözümdə, çıxub nizamdən.

Dutmun bərabər hiç ərəqi cami-badəyə,

Gər başı ərşə dəgə, şəh olmaz qulamdən.

Dəm vırma eşqdən, hanı, yox səndə bir əsər,

Boş lafdur bu, keçməmisən ehtiramdən.

Məcnun kimi, hanı, necə rüsvayi-dəhrsən,

Fəxr eyləyürsən hər kəs içün nik namdən.

Əş`ar zövqini eylədim kəsb, Saqiba,

Yetdim muradə Yusifi-şirinkəlamdən.

245



* * *

Təmənna etmə, ey dil, aşinayi-bivəfalərdən,

Dəyanət gözləmək olmaz gəda oğlı gədalərdən.

Vücudi-aşinaçün gəzmə, əl çək bu təmənnadən,

İnanma kim desə vardur, bəhadur kimiyalərdən.

Məlamət daşı yağdı başimə, hər yanə yüz dutdım,

Əlacım dəf`in umdım, görmədim bir aşinalərdən.

Xəbərdar olmadım əzbəski ömrim keçdi möhnətlə,

Şərabun nəş`əsindən, sağəri-gitinümalərdən.

Sən eylə sərvqəd, qaşı, gözi, zülfi qərasən kim,

Sorağ etməm dəxi qaşı, gözi, zülfi qəralərdən.

Kəmanun yağdırur peyvəstə ox, canımdan əl çəkməz,

Xəta bu atdığun ox etməz, əl çək binəvalərdən.

Xəta ahusinin nafında döndi müşk tər qanə,

Eşitdi buyi-zülfün hər səhər badi-səbalərdən.

Günahun boynuma, bir dəf`ə gəl, meyxanə dut, zahid,

Gətür məsciddən əl, bəsdür yapuşdun bu riyalərdən.

Cəhan mülkində, Saqib, etgilən fəqrü fəna fəxrin,

Cəhanə düşdi od yandırdı zalim əğniyalərdən.

* * *


 

Nə qədr yetsə, ey arami-can, cövrü sitəm səndən,

Əgər min canım alson, çəkmərəm hərgiz qədəm səndən.

Əlimdə nəqdi-canım gəlmişəm, öldür, xilas eylə,

Gözün qurbaniyəm, şəmşirtək əbruyi-xəm səndən.

Təmənna eyləsəm lə`lündən öpmək, dutma yüz məndən,

Vəfa rəsmin unutma, istəmək məndən, kərəm səndən.

Dili-divanə məndəndü, qaçardı e`tibar etmə,

Əsir etməkligə zənciri-zülf, ey qönçə, xəm səndən.

246



Girov verməzdüm meyə, al din məndən, badə ver, saqi,

Dolanum başuva, sındırma qəlbim, camü cəm səndən.

Çıxar ney tək fəğanım, ey müğənni, bənd-bəndimdən,

Təəccüb etmə çıxsa, nəğmeyi-cansuzi-bəm səndən.

Könül xəndan olur tər qönçə tək, ey sərvi-azadım,

Yetəndə tiri-qəmzön ləhzə-ləhzə, dəmbədəm səndən.

Mühəmmədə(s) nübüvvət xətm olubdur, səndə gögçəklik,

Sana qul Yusif olmaz, necə olson möhtərəm, səndən.

Müğənni, tarı çək ağuşə, bir dəm əzmi-Mahur et,

Təhəyyür məndən olsun, nəğmeyi-cansuzi-bəm səndən.

Dedim dildarə, Saqib, pay qıl, şirin qəzəl məndən,

Könül lövhində anı yazmağa zərrin qələm səndən.

* * *

  

Məlamət mülkinün sultaniyəm, miskin məzacimdən,



Degül artuq Skəndər tacı bu pəşminə tacimdən.

Qənaətlə müyəssər eylədüm fəqrü fəna küncin,

Odur bir zərrə keçməz gənci-Qarun ehtiyacimdən.

Baş əgməm yeddi şahə, süfreyi-namərdə meyl etməm,

Dila, çək minnətin, şükr eylə kim, bir parə sacimdən.

Təbiba, heç demə bu dərdi-eşqə çarə müşkildür,

Fəna rəxtilə məhşurəm, təəllüq kəs əlacimdən.

Cəhanda sim içün namərdə, Saqib, sərfiru qılma,

Yedim xuni-cigər, baş əgmədüm namərdə acimdən.

* * *


Eylə həzər, ey qaşı kəman, ahi-səhərdən,

Mən aşiqi-xali-xətüvəm, salma nəzərdən.

Musanı məlamət eləmə, sölədi “ərini”,

Hüsnün odı görsəndi ona bərgi-şəcərdən.

247



Ahım odına yandıraram dursa müqabil,

Rüxsarüvə hər ayinə düşmübdür əsərdən.

Eşqün yolıni tərk elə, ey dil, həzər eylə,

Xali degül ol vadiyi-qəm xovfü xətərdən.

Asan degül ol sərhədi-məqsudə yetişmək,

Məcnun kimi ta içmiyəsən xuni-cigərdən.

Rahətlik ilə düşməz ələ istədigün heç,

Ta dutmayasan qəbzeyi-şəmşir kəsərdən.

İnsanlıq ilə kəsb elə sən şanü şərafət,

Yox dəxli sana, dəm vırasan ümmü pədərdən.

* * *

  

Gözəldür arizün ayineyi-gitinümalərdən,



Vırar dəm türreyi-giysulərün dami-bəlalərdən.

Giriftarəm, necə fəryad qılmum dami-zülfündə,

Məni azad edən yoxdur bu kami-əjdəhalərdən.

Məni bu cəzbeyi-eşqün çəkibdür kafəristanə,

Alub cəzbiyyəti-tə`lim məgər ahənrübalərdən?

Edüb qan ləxtə-ləxtə bağrımi kim, ləblərün fikri,

Gözün qurbanı, bari, qoy sorum bu xunbəhalərdən.

Səni məğrur hüsnün eyləyübdür, sormısan

 halım,


Həmişə səndə qalmaz, əl gətür cövrü cəfalərdən.

Sənün eşqün yolunda tərk qılmış dinü dil, getdi,

Səri-kuyün dutan, bir dəm xəcalət çək gədalərdən.

Dedim, ey dil, sana sövdayi-eşqə düşmə, rüsvasən,

Vəfa heç kimsə görmüb bu gözi-qaşi qəralərdən.

Cəhan mülkin dolanma aşinaçün, boş təmənnadür,

Vücudi-aşina yoxdur, bəhadür kimiyalərdən.

Xəbərdar olseydi xanəbərduşün fəğanından,

Cəhan olmazdı viran bimürüvvət əğniyalərdən. 

 Soruşmursan



248


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə