Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə50/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   46   47   48   49   50   51   52   53   ...   135

Tiri-müjön qəsdi-dilü can edər,

Nərgisi-məstündə bəla bir cəhan.

Sərvi-qədün etsə qiyamət əgər,

Səcdə edər qəddüvə sərvi-rəvan.

Ey könül arami, könül taqəti,

Aşiqə olma belə namehriban.

Xətm olundu bu gözəllik sana,

Ayü günə tə`nə edər hər zəman.

Bir məni etmüb sənün eşqün əsir,

Mail olubdur sana pirü cəvan.

Eylə nəzər bir gözümün yaşinə,

Vermə dil əğyarə əmandur, əman.

Saqibi rüsvayi-cəhan eylədün,

Kam verürsən ona sən bəs haçan?

* * *

Doymaq olarmı, zahida, badeyi-lə`lfamdən,



İçdikicə xoşım gəlür cam ilə bu həramdən. 

Tərk elə məscidün yolın, rahi-şərabxanə dut,

Səbhəni ver girov meyə, düşmisən ehtiramdən.

Eylə pozubdur halımi ayrılığun, pərivəşim,

Fərqini bilmərəm nədür, zərrəcə sübhü şamdən.

Kim sana mail olmasun, səndə qəribə hüsn var,

Ay deyəsən tülu edüb pəncəreyi-xiyamdən.

Bu qəddü qamət ilə sən məhvi-qiyamət eylədün,

Sərvi də bir də qıl xəcil naz ilə bu xuramdən.

Navəki-tirü qəmzövə tən necə tab eyləsün,

Vay halıma çıxsa əgər tiğ qaşun niyamdən.

Ver bu zəkati-hüsnüvi mən ki, gədayi-kuyüvəm,

Çəkmişəm, ey pərivəşim, əl zərü simü xamdən.

230



Oldum haçan əsir mən zülfüvə hiç bilmədim,

Ey dil, üzün qəra ola, kim qutarar bu damdən.

Fitnə dutub zəmanəni, söləmə bir də, Saqiba,

Var yeri yansa gər cəhan, xəlq çıxub nizamdən.

* * *

 

 



Dolanum başuva, sal boynuma bir tar zülfündən,

Ləbün sirrün bilüm bu leylətül-əsrar zülfündən.

Ləbün dövrində daim böylə neyçün həlqələnmişdür,

Yetər hər ləhzə ol canpərvərə azar zülfündən.

Düçar et bu dili-sədparəmi qəmzön xədəngində,

Bıraxma öz başinə istəsə, zinhar, zülfündən.

Nə hacət zinətə, məşşatəyə, ey şux, dil açma,

Tapub asayişi bu arizi-gülnar zülfündən.

Xəyali-zülfün ilə daməni-təsbihə bənd oldum,

Bilüb bu rütbəni təsbih ilə zünnar zülfündən.

Könül fəryad eylər ney kimi, ey sərvi-azadım,

Təəccüb eyləmə, görcək qaçar şəhmar zülfündən.

Fəribi-daneyi-xalun idim, çıxmaz xəyalimdən,

Qaşun tiğinə qurban et, məni qurtar zülfündən.

Könüllər naləsindən vəhm qılmaz, ehtiraz etməz,

Degül mümkin qutarsun kafər dindar zülfündən.

Şəbi-hicran qəmin Saqib sana izhar eylərdi,

Əgər olseydi onda, bari, bir miqdar zülfündən.

* * *

Dili-divanəmi, gör, qorxmayur zəncir zülfündən,



Nə görmüş bilmirəm bu əf`i şəbgir zülfündən.

Yetişməz axirə, kutah olmaz qisseyi-zülfün,

Yaz belə həşrədək hər rəngdə təfsir zülfündən.

231



Xəta ahusinün nafında olmaz müşkün asarı,

Olar qan ləxtə-ləxtə tapmasa təğyir zülfündən.

Giriftar olmasun kafər sənün bu dami-zülfündə,

Xilas olmaz, əsiri olsa gər min şir zülfündən.

Gözəllər, ey pərivəş, vəsfi-rüxsarunda heyrandur,

Necə azad olar pabənd olan təsxir, zülfündən.

Təriqi-küfri dutdum, türreyi-zünnarə dil verdim,

Edər zahid məlamət, eylədim tə`bir zülfündən.

Necə sehr etmisən olmuş əsirün, ey kəmanəbru,

Dili-divanələr, ögrənməsin tədbir zülfündən.

Kəm olmaz damənindən zahidün təsbih, var vəchi,

Eşitdi arizündə kəlmeyi-təkfir zülfündən.

Verür can qaşlarun tiğinə pirü natəvan Saqib,

Öpər rüxsaruvi hərdəm görüb təqsir zülfündən.

* * *

  

Dil açılmaz, ey müğənni, nəğmeyi-Mahurdən,



Şurə gəl, könlüm açılsun, qıl təğənni Şurdən.

Ehtiyat et, nəş`eyi-mey var, başımdan uçmasun,

Rastxanlıq et, ayırma Dilkeşi Mənsurdən.

Dəhri-dunun e`tibarın görmüşəm, bel bağlama,

Çox kəlimi eyləmiş avarə kuhi-Turdən.

Ey deyən var tacü təxtim, həft kişvər şahiyəm,

Yox əlamət zərrəcə İskəndərü Fəğfurdən.

Aləmi beş gündən ötri tökmə qan dəryasinə,

Bu sözi dərk eyləyərsən naleyi-tənburdən.

Salma muri, ehtiraz eylə, bu şirlər mülkinə,

Şir qorxar, bixəbərsən, ittifaqi-murdən.

Nəfsüvə ram eylə xəlqi, xəlqlən ülfət xoş et,

Eyləmə hərgiz məniyyət, vırma dəm çox zurdən.

232



Sanc xəlqi, eybi yoxdur, bir də vermə zəhri-qəm,

Xəlqi sancar, bal yedirdər, ibrət et zənburdən.

Aləmi-İslamə, Saqib, əl gətür, bel bağlama,

Zərrəyicə, nuri-çeşmim, umma çeşmi-kurdən.

* * *

Bu sərvqədün əgər dəm ura qiyamətdən,



Qiyamətni qiyamət görər bu qamətdən.

Gözəl deyüblə sənün tək gözəl degül Yusif,

Yox idi heç xəbəri Yusifün qiyamətdən.

Müqabil hüsnüvə, ey şux, ayü gün durmaz,

Təvaf kuyivi eylər, qaçar cəmaətdən.

Dağıtma səfheyi-rüxsarə zülfi-pürçini,

Günəş dutulsa, xəlayiq qaçar vilayətdən.

Dağıtdı xar əyağinə çəməndə badi-səba,

Üzari-alun ilə lalə dəm vıra lətafətdən.

Eşitmişəm tökəcək qanımı qaşun tiği,

Könül açıldı fəraqundə bu bəşarətdən.

Cəhani fitnə dutub bixəbərsən, ey zahid,

Qiyamət oldı, ayıl, guşeyi-ibadətdən.

Hicab ayəsinin

 vəqti keçdi, bəhs etmə,



Gözəllər açdı yüzin pərdeyi-cəhalətdən.

Şərabi-biğəşi tövbə edübsən, ey Saqib,

Eşitmişəm, gətür əl bir də bu zərafətdən.

* * *


Yaraşur laf vırsa sərvqəddün gər qiyamətdən,

Nə fitnə istəsön zahir olar, ey məh, bu qamətdən.

Sən eylə bir gözəlsən, hüsnüvün heyranı aləmdür,

Necə hüsnün yanında dəm vırar Yusif məlahətdən?

 Qurani-kərimin “Nur” surəsinin 31-ci ayəsi nəzərdə tutulur.



233


Gələndə hər zəman göftarə bu lə`li-gühərpaşun,

Məsiha əl çəkər, ey şux, e`cazü kəramətdən.

Əcəb sehr eyləmiş cadu gözün bu daneyi-xalun,

Olub qarətgəri-din, fitnələr çıxmaz vilayətdən.

Sana bu tərləmək sanma, nigarım, istilikdəndür,

Həmişə tərləyər gülzar içində gül lətafətdən.

Qaşun mehrabıni qəsb eyləmiş bu çeşmi-bədməstün,

Təəccübdür ki, kafər dəm vırar rükni-imamətdən.

Düzübsən qətlimə səf-səf genə bu müjganlarun tirin,

Könüllər nalə eylər ney kimi, qorxar siyasətdən.

Xəlayiq, xaliq inkar edərsən künci-məsciddə,

Oxursan xəlqə, zahid, hər nəfəs əmri-risalətdən.

Cəhan mülkində, Saqib, inqilab hər ləhzə olmuşdur,

Qoy olsun, baş qarışsun, çəkmə damən sən cəhalətdən.

* * *

  

Hüsnün işıqlıdur, gözəlim, aftabdən,



Var həqqi, gör, nə xəlq olunubdur türabdən.

Qəmzön oxilə dil neçə min yerdən oxlanub,

Əl çəkməyür genə məni-xanəxərabdən.

Oldum əsir dami-girəhgiri-zülfüvə,

Azad eləsün məni kim bu tənabdən.

Salmış cəhanə fitneyi-aşub gözlərün,

Bais odur ki, xali degül inqilabdən.

Zahid, məlamət etmə edəm səndən ictinab,

Sən ictinab neçün edirsən şərabdən?

Saqi, əyağun alta ölüm, məst qıl məni,

Doldur piyalə badeyi-gülgunniqabdən.

Saqib, cəhanə fəxr elə ustadi-şe`rsən,

Tə`lim aldun Azəri-alicənabdən.

234



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə