Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə47/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   43   44   45   46   47   48   49   50   ...   135

Müsəvvir qaş çəkirdi, oldı bu lə`li-ləbün məsti,

Dəmadəm tökməgə qan tiği-xunxar oldı, mən neylüm.

Ləbündən kam alurdum qoymadı bu navəki-qəmzön,

Başımdan bu açulmaz mərdümi-azar oldı, mən neylüm.

Səni, ey müddəi, rəşk öldürür bu bağrıqan Saqib,

Qəzəl zövqin bilür, ustadi-əş`ar oldı, mən neylüm.

* * *

Şəbi-hicründə sənün naləvü əfğan etdim,



Naləmə ney kimi aləmləri giryan etdim.

Varü yox tərk elədüm mən rəhi-eşqündə sənün,

Sən ilə ruzi-əzəldən belə peyman etdim.

Yandırur bu məni, uydun nə içün əğyarə,

Səndən özgə kimi dil mülkinə sultan etdim?

Etmədi tab qəmü firqətə miskin Məcnun,

Düşdi səhralərə, tabi-qəmi-hicran etdim.

Dərdimə olmadı dərman kimə yüz döndərdim,

Çoxlarun dərdinə mən canilə dərman etdim.

Dedim, ey şux, düşüb dil nə içün təşvişə,

Dedi, rüxsarimə giysuləri əfşan etdim.

Etmədün dərdimə çarə bu ləbi-lə`lünlə,

Düşmüşəm eşqüvə, yox çarə, məgər qan etdim.

Mana bir eyb budur badəyə verdim dilü din,

Bir qələt eyləmişəm mən, demirəm qan etdim.

Bəndeyi-piri-muğanım belə fitva verdi,

Mey ilə daməni-səccadəni əlvan etdim.

* * *


 

Düşdi dildən-dilə lə`li-ləbün yad etdim,

Qamətün xatiriçün xidməti-şümşad etdim.

217



Seydi-ahuyi-Xəta eylədim, ey şirinləb,

Gözlərün düşdi mənim yadimə, azad etdim.

Əndəlibi elədim lal qəfəs küncində,

Firqətündə o qədər naləvü fəryad etdim.

Nuh tufanı cəhan mülkini gər etdi xərab,

Gözlərim yaşı ilə mən genə abad etdim.

Kuhkən dəhrdə ad qoydı öziçün, Fərhad,

Sənün heyranun olub mən də belə ad etdim.

Dedim əhvalımi səndən nə cəfalər çəkdim,

Ah ilən ahimə aləmləri naşad etdim.

Saqiba, etmə təəccüb qəzəlim şirindür,

Xuni-dil sərf elədim, xidməti-ustad etdim.

* * *

Qaşun tərhini görcək tiği-atəşbarə bənzətdim,



Kəmanmış, səhv qıldım, tiğə, ey məhparə, bənzətdim.

Xütən ahusi tək yatmış qaşun tağında naz ilə,

Gözün səyyad cövrindən qaçub xunxarə bənzətdim.

Vırubdur tar zülfün həlqə bu rüxsari-alunda,

Cünun zəncirini, ey qönçələb, şəhmarə bənzətdim.

Kəməndi-kakilindür gərdəni-minadə bənd olmış,

Degüldür cəm` fikrim, rişteyi-zünnarə bənzətdim.

Qiyamət bir də olmaz, göstərür qəddün qiyamətlər,

Qiyamət göstərürmi, sərvi-xoşrəftarə bənzətdim.

Çəküb səf, qətlimə fərman alub müjganlarun tiri,

Hücumə hazır olmış ləşkəri-küffarə bənzətdim.

Olub zülfün əsiri mürği-dil xalun xəyalilən,

Biyabanlarda Məcnun tək qalub avarə bənzətdim.

Təbiba, əl gətür, bu dərdi-eşqə çarə qılmazlar,

Sənün dərmanuvi lə`li-ləbi-dildarə bənzətdim.

218



* * *

   


Vəfasız bilmədim, ey məh, səni heç dad etməzdim,

Şəbi-hicründə ney tək naləvü fəryad etməzdim.

Əgər bilseydi lə`lün oxşayur gül bərginə, könlüm,

Məgər mən anı göz yaşım ilə bərbad etməzdim?

Kəmanəbru, bileydim xalun zülfin əsir eylər,

Onun vəsfin dəmadəm hər zəman övrad etməzdim.

Bileydim qətlimə fərman verür əbrulərün tiği,

Dilim yansun, anı mehrabə mən ustad etməzdim.

Bileydim gözlərün bu gözlərivə oxşadur ahu,

Dutub azad qılson, minnəti-səyyad etməzdim.

Məgər bildim ki, şanə diş salar bu zülfi-mişkinə,

Yıxardum ah odilə, xidməti-şümşad etməzdim.

Bəlayə başımi Adəm salub, ey sərvi-azadım,

Mən Allah olseydim, Adəmi iycad etməzdim.

Bileydim, Saqiba, meyxanələrdə e`tibarım yox,

Şərabun dürdinə, hərgiz meyə mö`tad etməzdim.

* * *

 

Eşq dərdindən gər olseydun xəbərdar, ey həkim,



Dutmaz idün nəbzimi, bari, ol huşyar, ey həkim.

Mən desəm də sən inanma, məndə yoxdur dərdi-eşq,

Bildirür çün eşq dərdin rəngi-rüxsar, ey həkim.

Eşq dərdinün əlacı zəxmi-tiri-qəmzədür,

İstəyür kim böylə dərmani bu bimar, ey həkim.

İncimə ney naləsindən bənd-bəndindən çıxır,

Ayrıla kim yardən, əlbəttə ağlar, ey həkim.

Eşq bilməz zərrəcə peyğəmbərün nə oldığın,

Bir kəlafə Yusifə olmuş xəridar, ey həkim.

219



Odda Qur`an yandırub Sən`an, məlamət eyləmə,

Bu günahə etmiş ani eşq vadar, ey həkim.

Sölə Leyli vəsfini Məcnunə, Şirindən demə,

Söləsön, yüz döndərür səndən, deyər var, ey həkim.

Eşq rəsmin istəyürsən fəhm qıl pərvanədən,

Çəkməz əl şəm`ün odından canı ta var, ey həkim.

Eşq ilən başdan-əyağə olmışam təxmir mən,

İmtəhan et, istəyürsən bağrımi yar, ey həkim.

Paybənd olsam cünun zəncirinə, eyb etmə kim,

Vəsfi-tari-zülfi-yari eyləyür tar, ey həkim.

Olmaseydi Saqib aləmdə əgər rüsvayi-eşq,

Söləməzdi hər nəfəsdə şirin əş`ar, ey həkim.

* * *

 

Dərdi-eşqə olmuşam, əl çək, giriftar, ey həkim,



Nəbzimə əl vırma, yoxdur çarəsi, var, ey həkim.

Çarə qılson dərd olur, tədbiri-bica eyləmə,

Bilməyürsən dərdimi vardur nə miqdar, ey həkim.

Vadiyi-heyrətdə heyran olma, əhvalım görüb,

Eşq eylər aşiqin, əlbəttə bimar, ey həkim.

Saxla pünhan, eylə kim bildün nədür dərdim mənim,

Tab qılmaz, xəlqə izhar etmə, zinhar, ey həkim.

Zəxmi-tiri-qəmzeyi-dilduzi-yarə çarə yox,

Qoy məni öz halimə, çox vermə azar, ey həkim.

Çarəsi vardur demün, fikr ilə dönmüş qanə dil,

Çarə olmaz sormasam lə`li-şəkkərbar, ey həkim.

Sorma əhvalım mənim, əğyar tə`nindən saqın,

Bildirür əhvalımi bu rəngi-rüxsar, ey həkim.

  

Hansı dərdün sən əlacın eyləyərsən, bir degül,



Naleyi-hicran qəmin, ya tə`ni-əğyar, ey həkim.

220



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə