Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə43/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   39   40   41   42   43   44   45   46   ...   135

Zahidi-bixud qaşun tağinə etməz səcdəni,

Guşeyi-mehrabə eylər səcdə, əhli-din degül.

Eyləyür naseh mana kuyində vəsfi-cənnəti,

Mülki-cənnət əhliyəm, naseh özi həqbin degül.

Dinü dil tərk eylədim eşqində ol məhparənün,

Saqiba, tə`n eyləmə, səndən ki, bu gizlin degül.

* * *

 

Kim ki, qədrin bilməsə, heç qabili-insan degül,



Qabil insan odur kim, qədrinə rugərdan degül.

Qeyr ilə hərdəm nədür, cana, həmağuş olmağun,

Bimürüvvət, bu mənimlə etdigün peyman degül.

Ey qılan rüsva məni, eşqində Məcnun eyləyən,

Mən kimi Məcnun belə heyranü sərgərdan degül.

Ey fəqihi-mədrəsə, Məcnunə söylə Leylidən,

Payibəndi-baği-cənnət, huriyi-qılman degül.

Məscidə təklif qılma dürdi-mey üftadəsin,

Saqiyi-sağərdən əl çəkmək ona asan degül.

Bənd-bəndimdən çıxar neytək fəğanım hicrdə,

Neyləyüm agəh bu halımdan mənim canan degül.

Tiği-əbruyi-nigarə çox dedim, al canımı,

Almadı, çeşmi-xumarından dedi, fərman degül.

Məzhəri-həqqün zühurin göstərür hüsnün, vəli,

Kim desə sən məzhəri-həqsən, bəli, böhtan degül.

Müşkil işdür Saqibi təsbihə kim, ram eyləmək,

Daneyi-əngurdən keçməz mələk şeytan degül.

* * *


Ayinəyə, bəsdür, bu qədr durma müqabil,

Rəşk öldürər axir məni, ey mahşəmail.

198



Əksi-rüxüvi oğrasa avazeyi-hüsnün,

İldən-ilə düşməz dəxi qoyma ola hayil.

Təsxir eləsün hüsnüvi tezdür xəti-mişkin,

Bir busə ilə kam, könül, qoy, ola hasil.

Övcə nə qədr çıxsa günəş, batmağı vardur,

Hüsnündə belə, mahvəşim, etmə təğafil.

Çox fəxr eləmə hüsnüvə, ey qaşı kəmanım,

Heç kimsənə olmub, onı bil, məqsədə nail.

Meyxanə yolın dutmagilən, zahidi-kəcbin,

Məscid yolı dut, olmamısan sən hələ qail.

Gər saliki-həq məst ola, içsə meyi-nabi,

Eyb eyləmə əmri-Həqə, ey naşiyi-cahil.

Yoldan o gəlibdür, ona yol göstərəcəksən,

Vır əqlüvə, Qur`an ki, sana olmadı nazil.

Qəflət yuxısın tərk elə, gör, bir nə xəbər var,

Səddanə ilən eyləmisən əqlüvi zail.

Əmrün ilədür əmri edirsən, nə deyürsən,

Həqqün rəvişinə həzər et, qılma mədaxil. 

* * *

Ta əbəd mədhuş olur gər sorsa lə`lün Cəbrəil,



Xızrdur xalun kim, ol meyxanəyə düşmiş dəxil.

Dərdkeşlər söhbətindən mən` edər zahid məni,

Ey dil, ol bihudə göftarından olmazmı xəcil.

Badə dut, mey nəş`əsindəndür, dila, təfrihi-ruh,

Saqiya, ver cami-mey, qoy, zahid içsün Səlsəbil.

Görməsə zahid nola dildar əksin camdə,

Çeşmeyi-xurşidara xəffaşə kim olsun dəlil?

Mənzəri-çeşmim dutub çox olma hayil, ey sirişk,

Ey gözüm, ol sərvi-novrəs məqdəminə qıl səbil.

199



Mərdsən, dil dut, dənilər süfrəsinə dikmə göz,

Abiru bir loğmaya tökmək nədəndür, ey bəxil?!

Tiği-hürriyyətdədü sərçeşmeyi-abi-həyat,

Müstəbidlər tiği-istibdad ilə olsun qətil!

* * *

      


Qaşlarun tiğilə, ey zalim, məni, gəl, qıl qətil,

Əddəxil, ey sərvnazım, rəhm eylə, əddəxil.

Bir qiyam eylə bu qamətlə qiyamət olmasun,

Verməsün su sərvnazə bağban, olsun xəcil.

Mən təm`karəm, ləbün şirindür şəkkər kimi,

İstərəm bir dəm soram, qoymaz məni aləm bəxil.

Atəşi-hicranı canımdan mənim yox söndürən,

Atəşi-Nəmrudi neyçün gördi bəs gülşən Xəlil.

Hüsnüvün gülzari solmış, çox mana naz eyləmə,

Sən dedün məğlub olmaz mur əlində məst dil.

Ləblərün yadilə içdim badeyi-ənguri mən,

Zahid etsün mən` məndən, qoy, şərabi-Səlsəbil.

Yol uzaq, yetmək degül mümkin, əyağlar ləngdür,

Əl qısa, dərmək çətin, şirin xurma bir nəxil.

Hər yetən etməkdədür həqqiyyətün izharıni,

Xəlqi narahət edüb, yoxdur əlində bir dəlil.

Kim deyər bu rəngdə şirin-şəkərlər tək qəzəl,

Vəsfi-hüsnündür sənün, Saqib deyüb ya Cəbrəil.

* * *

 

Ey pərivəş, olmaz oldı səndə bu hüsni-cəmil,



Sən nə zibasən, anun vəsfində aciz Cəbrəil.

Hüsn bazarinə girmə, hüsn səndə xətmdür,

Necə xətm oldı Mühəmmədə(s) nübüvvət hər qəbil.

200



Atəşi-rüxsarüvün vəsfindədür bu ayə kim,

Müshəfi-Qur`andə oddan alur zövqin Xəlil.

Tiri-qəmzön eyləmiş bu sinəmi min yerdə çak,

Bu sözin isbatinə bu tiği-əbruyün dəlil.

Mən əzəldən məst çeşmün valehü heyraniyəm,

Öpməgə xaki-dərün qoymaz, olub aləm bəxil.

Kakilün bir tari kim yüz min cünun zənciridür,

Daneyi-xalun fərib, bülbəşər, ey məh, xəcil.

Ey məni təkfir edən, əl çək, mey içmə, eybdür,

Xızrlar dutmış dəri-meyxanəyə heyran dəxil.

Daməni-səccadə çəkmə guşeyi-meyxanəyə,

Pak qılmaz abi-Kövsərlə şərabi-Səlsəbil.

Şahkən düşdüm əyağə buriya tək, Saqiba,

Neyləyüm bu bağrıdaş dövran məni etmiş zəlil.

* * *

                      



Dili-divanə edər hər nəfəs əndişeyi-xam,

Verəcək kam ləbindən mana ol siməndam.

Çəkmərəm əl, o pəriçöhrə uyub əğyarə,

Olmaz hər ləhzə ki, səyyad görən ahu ram.

Yetdi əğyar sənün vəslüvə, ey şirinləb,

Qoygilən, bari, əyağun öpə bu pir qulam.

Dövri-rüxsaruvi təsxir eləmiş xalü xətün,

Deyəsən Rumi əhatə eləmiş ləşkəri-Şam.

Rütbəsin Kə`bə bu qayətdə taparmıydı məgər,

Kə`beyi-kuyüvə mən bağlamaseydim ehram.

Ləbüvə qarşu durub bamidə bu badeyi-nab,

İmdi mə`lum olub badə neçün oldı həram.

Düşdi meyxanə o gün məst ləbün meyl etdi,

Meyi-gülfamə öpər lə`li-ləbün cam müdam.

201



Kişvəri-küfrü din, ey şux, gedər yəğmayə,

Bir də sən naz ilə gər eyləyəsən qəmzə təmam.

Saldı sövdayi-cünunə məni bu şanə ilən,

Etdün əfşan yüzə zülfi-siyəhənbər xam.

Şah bir zərrəyicə düşkini-nəfs olsa əgər,

Dağılar kişvəri, qalmaz dəxi asari-nizam.

Eşqüvün tərkini Saqib edə bilməz hərgiz,

Gündə min dəf`ə qiyamət ona gər etsə qiyam.

* * *

Həvəsi-sağərü meydür mana hər ləhzə müdam,



Degüləm meykədə küncində ayıq sübh nə şam.

Naşilər içdi meyi, eylədi bədməstligi,

İçməsün bir də dəxi, naşiyə mey oldı həram.

Saqi, təklif eləmə badəni zərfi tünükə,

İçsə bir qətrə meyi, bir nəfəs olmaz aram.

Vaizün qövlinə bel bağlama, ver badeyi-nab,

Məstlik eyləmərəm, eyləsə gər həşr qiyam.

Baş-əyağın tanımaz, fərqini bilməz hərgiz,

Özini xəlqidə bica yerə eylər bədnam.

Hər yetən qədri-şərabi ki, çətindür bilməz,

Qədri-ətrə özini eyləmiş əttar qulam.

Ey pəriçöhrə, sənün qiymətüvi mən bilürəm,

Vermərəm qeyrə könül, verməyəsən də mana kam.

Dutdı aram könül türreyi-mişkinündə,

Çeşmi-məstün ona hökm etdi, olubdur ona ram.

Eyləməzdi hərəmi-Kə`bəni hüccac təvaf,

Kə`beyi-kuyüvə mən bağlameseydim ehram.

Dolanum başuva, zülfündə əsir eylə məni,

Qətlimə tiri-müjön dutmaya ta bir də nizam.

202



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə