Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə39/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   35   36   37   38   39   40   41   42   ...   135

Olsun hər dillərdə rüsva ol Züleyxadür qərəz.

Tərk qıl zahirpərəst olmaqlığı, zahirpərəst,

Tapgilən mə`na yolın, həqbinə mə`nadür qərəz.

Düşmə rəngə, qıl həzər, ey dil, gedüb birəng ol,

Baxma xəlqə, hər yetəndə nisyə sövdadür qərəz.

Daşə, zahid, başuvi çox urma, çıx mehrabdən,

Huri-cənnət arizusi, fikri-bicadür qərəz.

Sidqi təhsil etmək ilə sən yetərsən məqsədə,

Salmasun gər sidq ilə, bihudə xülyadür qərəz.

Xilqəti-insan neçündür, hiç kimsə bilməyür,

Bir-birinə boş yerə bica təmaşadür qərəz.

Əslə heç kim verməyür dil, fər`lə məşğuldür,

Payimali-nəfsi-dun olmış, həyuladür qərəz.

Növ` qanın tökməgə həmnöv`lər dilşaddür,

Bivəfa hər fərdə bu murdar dünyadür qərəz.

Sağərin, Saqib, yenə boşdur, rəhi-meyxanə dut,

Bilmiş idim səndə, zalim, səbr dəryadür qərəz.

* * *


Eşqüvi tərk etmərəm əflakü xakə tiksə naf,

Gərçi bari-eşqdən dönmiş kəmanə qəddi-Qaf.

İnqilabından cəhanun şikvə, ey dil, eyləmə,

Baxma çox bu hərci-mərcə, tez yatar bu ixtilaf.

Yanə-yanə eşq rəsmin kəsb qıl pərvanədən,

Yanmasa gər oda, etməz şəm`i-rüxsarın təvaf.

Çəkmə qəm düşdin əyağə naşilər tapdağilən,

Qiymətin tərk eyləməz sərraf əlində lə`li-saf.

İncimə bu dəhri-dun dövrindən hərgiz zərrəcə,

Yusifə qiymət verüb gəh Misri, gahi bir kəlaf.

Etməsön gər tərki-can canan yolında şövq ilən,

179



Yetməsən cananə, get, aşiqligündən vırma laf.

Kor gözə, eyb eyləyərlər, çəkmə sürmə, heyfdür,

Dur müqabil düşmənə tiğ ilən, neylər boş qılaf.

Qərqdür dəryayi-elmə xəlq, zahid, əl gətür,

Bir nəticə hasil olmaz, qurma dami-e`tikaf.

Dutmaz idi bu cəhan mülkini fitnə, Saqiba,

Eyləyən olseydi kim təqsiri-cəhlin e`tiraf.

* * *


Cəzbeyi-eşq çəkər aşiqi dildarə tərəf,

Zövqi-güldür aparan bülbüli gülzarə tərəf.

Dutdı dil daməni-zənciri-cünun məşşatə,

Şanələr çəkdigiçün türreyi-tərrarə tərəf.

Ey deyən eşqidə tə`sir hanı, pərvanələri

Yanə-yanə aparur şəm`idəki narə tərəf.

Vəsfi-Leylanı de Məcnunə demə Yusifdən,

Çəkməz əl Leylidən, aləm gedə odlarə tərəf.

Bisütun düşsə idi başinə Fərhadun əgər,

Gedəcəkdür genə Şirini-şəkərbarə tərəf.

Bixəbərdür bu pəriçöhrə vəfa rəsmindən,

Canı versün demə getməz dəxi əğyarə tərəf.

Saqiba, etmə məlamət bu qədr Mənsuri,

Olmasa eşq çəkərdi onı kim darə tərəf.

* * *

Mey tək əyağə saldı məni bəxti-naxələf,



Rüsvalığımdan ötri çalur cümlə xəlq dəf.

Hüsnilə Yusif aləmi salmışdı heyrətə,

Əmma zəmanə qiymət ona verdi bir kələf.

Dərya yüzündə seyr eləyür xarü xəs müdam,

180



Gövhər sürüldi qə`ri-yəmə, tapdı kəf şərəf.

Xuni-dil ilən ömrümi verdüm fənayə mən,

Dəhrün cəfası etdi məni möhnətə hədəf.

Min can içində bəslədüm, ey şux, eşqüvi,

Dürri-yətimi hifz eləyür necə kim sədəf.

Divanə könlümi xəm zülfün əsir edüb,

Qətlimdən ötri navəki-qəmzöndə urdı səf.

Zahid, şərabi-Kövsərə salladma qaş-qabaq,

Gəl əqlə, zalım oğlı, sana heyfdür ələf.

Hiç bimədim günüm necə keçdi, gecəm necə,

Ömri-əzizi boş yerə mən eylədim tələf.

Saqib, əcəb degül mey içüb məstsən müdam,

Gör kimlərün əlində qalub türbəti-Nəcəf.

* * *


Vıranda kişvəri-hüsnə bu zülf ilə beydəq,

Mühəmməd(s) eylədi əngüşt ilə qəmər münşəq.

Görəndə gülşənara rəngi-arizi-alun,

Öpər əyağun, edər tə`nə laləyə zənbəq.

Yüz üstə kuyüvə, ey şux, olsa da, gəlləm,

Qəmi-fəraqüvə qalmayub könüldə rəməq.

Məlamət eyləmə, fəryad ney kimi etsəm,

Bu tiri-qəmzön öpər hər qoyub baxanda nəsəq.

Çox ixtiyarı verübsən bu tiği-əbruyə,

Cəhanı qərq eləyüb qanə, tökmə qan nahəq.

Həramidür meyi-gülfam şər`idə, söz yox,

Var onda sirri-nihan, yə`ni içməsün əhməq.

Əcəb degül içənə əmri-həq qəsas etsə,

Edər fəsad, qarışdı meyə zibəski ərəq.

Rəqib yetdi sənün vəslüvə, kəmanəbru,

181



Bizim nəsibimiz hicründə nalədür əncəq.

Zəmanə içrə yox ərbabi-hal, ey Saqib,

Cəhan kitabinə baxson əgər vərəqbəvərəq.

Deyürlər Leyli də Məcnunə aşiq olmuşdı,

Gözəllərün nə vəfası, yalandur mütləq.

* * *


Salmubdur hələ sayəsin əflak müntəbəq,

Sən kimi gözəl sərvqədü məhvəşə mütləq.

Sürmə gözüvə çəkmə, dutar fitnə cəhani,

Onsız də dutub fitnə, nə hacət dəxi rövnəq.

Rüxsaruvi açson sən əgər bağə girəndə,

Oynar qabağunda, sevünər laləvü zənbəq.

Mənsur görüb hüsnüvi ayineyi-dildə,

Hökm etdi ona, sölə, “ənəlhəq, ənəlhəq”.

Dil səndən üzüb qeyriyə vermək degül asan,

Hüsn aləminə kim vıracaq sən kimi beydəq.

Səndən yetən, ey məh, yetür kamə dəmadəm,

Hicründə yetən ahü fəğandur mana əncəq.

Kimdür deyən ayi iki parçə edən olmaz,

Bəs kim eləmiş mahi-üzarun belə münşəq.

“Şəqqülqəmər”ün ayəsi

 neydəndür ibarət,



Xətmi-rəsul e`cazinədür əmri-müsəddəq.

Yusif eləyür boş yerə də`viyyi-gözəllik,

Olmaz sana qul eyləsə də`viyi-nahəq.

Açılmıyacaqsan bilürəm qüssədən, ey dil,

Məskən sana cənnət ola ya baği-müşəvvəq.

Gül fəsli yetüb, Saqibə ver rovhi-rəvani,

Saqi, xüm ilə, yə`ni meyi-lə`li-mürəvvəq.

* * *


 Qurani-kərimin Qəmər surəsinin 1-ci ayəsinə işarədir.

182



Ey didə, bəsdür, etmə belə əşkbarlıq,

Mey nəş`əsini yıxdı bu rənci-xumarlıq.

Ey qan olan könül, dəxi tərki-məhəbbət et,

Tə`sir eyləməz ol məhə bu ahü zarlıq. 

Çox istədüm kəsəm, könül, ol məhdən ülfəti,

Kuyinə çəkdi çün məni bu ixtiyarlıq.

Təşvişə düşdi görüb hüsnündə zülfüvi,

Ey zülfi-qarə, yoxmı sənünçün qərarlıq.

Qaşun işarə eylədi bir busə vermədün,

Əbruləründə imiş nə bilüm kəcmədarlıq.

Rəşk, öldür məni görəm ol mahvəş yüzin,

Məşşatə, bəsdü, eləmə ayinədarlıq.

Lə`lün həvasi çəkdi məni qəm əyağinə,

Ey təxti-hüsnün üstə edən şəhriyarlıq.

Meyxanə künci darüləman, saqi həmdəmim,

Yox dərdimdən özgə mənə qəmküsarlıq.

Bəxtündən inci, bəxt müxalifdü, Saqiba,

Bitməz bu yarə eyləməsə bəxt yarlıq.

* * *

Eşqdən dəm urma, ey dil, bağrımi qan etdi eşq,



Hər nəfəs Məcnun ahıni bərqi-suzan etdi eşq.

Söhbətin heç etmə eşqün, əl verür divanəlik,

Eylə bir yükdür ki, qəddi-Qafi çövkan etdi eşq.

Eşqdən dəm vırmaq istərsən əgər, Məcnunə bax,

Düşdi dildən-dillərə, rüsvayi-dövran etdi eşq.

Yandırub Qur`anı Sən`an, heç məlamət eyləmə,

Çoxlarun həqqində yüz min böylə tüğyan etdi eşq.

Yetmisən məqsudivə, dil vermə şirin ləblərə,

183



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə