Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə42/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   38   39   40   41   42   43   44   45   ...   135

Kəsərdim ülfəti səndən gözəllərin gözəli,

Əlimdə olmaseydi gər mənim bəhanə, gözəl.

Yatub bu guşeyi-çeşmündə bir cəhan fitnə,

Demə ki, fitnə düşübdür neçün cəhanə, gözəl.

Xəmidə qaşlaruvun fikridür bu qamətimi,

Təəccüb etməgilən, döndərüb kəmanə, gözəl.

Dedim dodağun öpüm, yox dedün, əyağımi öp,

Gətürmə, gəl, mana sən gündə bir bəhanə, gözəl.

Sirişki-həsrətə qərq oldı bağrıqan Saqib,

Ləbündən alsa nolur busə aşiqanə, gözəl.

* * *

 

Bilməz çoxı cəhanda nə şeydür qəzəl-məzəl,



Şair qoyubdur ad özinə hər keçəl-meçəl.

Dana sözinə zərrəcə qiymət qoyan hanı,

Xəlqün içində rütbə tapubdur dəğəl-məğəl.

Qismət olundı söz qanana xuni-dil müdam,

Qanmaz başından açdı töküldi əsəl-məsəl.

Yox ehtiramı saliki-həqqün qarışqacə,

Təkfir eyləyür onı hər dəm bədəl-mədəl.

Biar də olsa tazə cəvanlar gərək bizə,

İş verməyür, zəmanı keçübdür, əfəl-məfəl.

Keçmiş zəmanun imdiki vəqtə nə dəxli var,

Millət satan yox idi, nə hasil əzəl-məzəl.

Saqib, şəhididür içə hər kimsə bu zəman,

Cəllad əlilə zəhrli cami-əcəl-məcəl.

* * *


Baxma yetənün fikrinə, get, əhli-yəqin ol,

Başun gedə təndən də əgər, qorxma, həmin ol.

193



Xəlqün sözinə aldanub heç fikrüvi vermə,

Təkfir edə zahid səni, qoy, yarə qərin ol.

Yağsa başuva səngi-nədamət, həzər etmə,

Təqrir özüvə verməgilən, qaçma, mətin ol.

İstərsən əgər sərhədi-məqsudə yetişmək,

Canü dil elə tabe`i-Qur`ani-mübin ol.

Təqva tələb et, meykədənün cami-cəmindən,

Sərməsti-meyi-lə`li-ləbi-mahi-cəbin ol.

Din olmasa səndə, onı bil namusun olmaz,

Nə hökm sana eyləsə, fərmanbəri-din ol.

Hər nakəsü bihudə sözin alma qulağə,

Yaxşı-yəmanun fərqini bil, ruhüləmin ol.

Nahəqqlə həqqi tanı, dut daməni-məqsəd,

Bu rütbə ilə qatili-şeytani-lə`in ol.

Heç bir kəs içün açmagilən çeşmi-həqarət,

Gördün yıxılubdur biri, dut, yarü mü`in ol.

Şəxsün şərəfi əsli-nəsəbdür, demə hərgiz,

Yaxşı əməlündür şərəfün, yə`ni çənin ol.

Saqib, ədəbi kəsb elə meyxanə yolından,

Dönmə rəhi-məscid, dəxi meyxanənişin ol.

* * *

Ərzi-rüxsar etdün, ey məh, oldı bimiqdar gül,



Bağə girmə, olmasun bülbül gözinə xar gül.

Çıxma, yarım, pərdədən, gəl pərdə çək rüxsarüvə,

Xəlqə eylər hüsnüvün vəsfini hər nə var gül.

Girmə bazari-lətafət içrə, ey sürxun belə,

Bir kəlafə satulur gül qədri Yusifvar gül.

Zülf açub badi-səbayə vermə buyi-zülfüvi,

Qoymaz ol badi-səba gülşəndə bir asari-gül.

194



Lövhi-dildə tərhi-rüxsarun çəküb min şövq ilə,

Gül görüb, gül iynəməz, ey gül, dəxi əttar gül.

Bağə girdi fəsli-gül ol sərvi-siməndam kim,

Bir çəmən gül sərnisarın eylədi əşcar gül.

Əndəlibə zahiri-seyrani-baği-arizün,

Etməsün künci-qəfəsdə naleyi-didari-gül.

Xuni-dildən, Saqiba, su ver vətən gülzarinə,

Xuni-ərbabi-vətən güldür, həmi səttar gül.

* * *

 

Dutma əziz canuvı, canun sənün degül,



Sahibqiranlığı bu cəhanun, sənün degül.

Beş gün qonaqsən, başə ver ömri nikü bəd,

Çəkmə qəmini yaxşı-yəmanun, sənün degül.

Heç şey verilməyüb, onı bil, ixtiyaruva,

Hərdəm nəfəs çəkəndə, bir anun sənün degül.

Muri-zəifə baxma əgərçi zəifdür,

Etməz dəvam onda təvanun sənün degül.

Dünya güc ilə keçsə də gər ixtiyaruva,

Qalmaz əlündə muyi-filanun sənün degül.

Ey xunbəha dil tələb eyləyən, kəc xəyaldür,

Qoy, sahibi tələb edə qanun, sənün degül.

Ey əndəlib, çəkmə qəmin bərgi-lalənün,

Tərk etgilən bu ahü fəğanun, sənün degül.

Əttar ətrini çəkəcək, yanə-yanə qal,

Künci-qəfəsdə qoy çıxa canun, sənün degül.

Dil vermə sərvqədlərə, çox bivəfadular,

Cəlladidür ki, pirü cəvanun sənün degül.

Meyxanə künci dut, meyi-nab ilə məst ol,

Ta həşr ayılma, xeyrü ziyanun sənün degül.

195



Meyxanələrdə iç meyi ərbabi-hal ilən,

Fitvasıdur ki, piri-muğanun, sənün degül.

Təb`i-rəvanuva eyləmə fəxr, Saqiba,

Ruhülqüds deyüb, bu bəyanun sənün degül.

* * *

 

Min nəqdi-canə busə ləbündən bəha degül,



Sən eylə şuxsən, sana kim can fəda degül.

Oldum əsir türreyi-zülfün kəməndinə,

Azad eyləməz, necə damü bəla degül.

Qəmzön oxıyla eyləmə sədparə könlümi,

İncidmə, səndən özgəyə ol mübtəla degül.

Vəslün xəyalilə fəraqunda tab edər

Tə`ni-rəqibə, sən kimi dil bivəfa degül.

Məcnunə vermə müjdeyi-Şirini, kuhkən,

Məcnun onilə səhv eləmə, aşina degül.

Dünya dağılsa tərk eləməz eşqi-Leylini,

Sən kimi dağları yıxan aşiqnüma degül.

Daşə çəkəndə surəti-Şirini xəlq içün,

Fəryad qıldı tişə sana, bu rəva degül.

Əğyardür yonarsan özünçün bu surəti,

Bu keşməkeşdən incidi Şirin, riza degül.

Yox, aşina vücudini axtarma, Saqiba,

Kimdür deyən vücudi onun kimiya degül.

* * *


Aşiqə canan tərkin eyləmək asan degül,

Necə canan tərkin aşiq eyləsün kim, can degül.

Bilmisən sən, ey müalic, dərdimün dərmanıni,

Dərdi-eşqə çarə yoxdur, əl gətür, dərman degül.

196



Dərdi-eşqün çarəsi ancaq ləbi-canandür,

Böylə dərman qiymətindən vaqif ol, Loğman degül.

Yar kuyindən qədəm çək, yetmək olmaz vəslinə,

Kuy mənə cənnət özi, nə huriyi-qılman degül.

Rütbeyi-Məcnuni bilsön, dəm vırarsan eşqdən?

Bilməz ol kim, vadiyi-heyrətdə sərgərdan degül.

Canıni pərvanə şəm`ə yandurdı, yox onda tab,

İstəsə rahətlik aşiq, talibi-canan degül.

Eşq rəsmini gedüb tə`lim qıl Məcnundən,

Hər bəlayi-eşqə vardur tabi, rugərdan degül.

Vırma dəm, ey bağban, tər sünbülündən dəmbədəm,

Türreyi-can kimi, əl çək, əbirəfşan degül.

Ahü nalə etmə çox künci-qəfəsdə, əndəlib,

Dərd səndə zəxmi-tirü navəki-müjgan degül.

Qaşlarun tiğinə qanım tökməgə hökm eyləmə,

Tiri-qəmzön anə töksün, necə fərman degül.

Badeyi-gülfamı təklif etmə, saqi, zahidə,

Əldə var təsbihi, içməz badəni, heyvan degül.

Kim desə meyxanənün ovbaşı Saqibdür, inan,

Başun içün, incimə məndən, bu söz böhtan degül.

* * *

Füzuliyə nəzirə

Hiç qönçə qönçeyi-lə`lün kimi rəngin degül,

Acılıq var qönçədə, kimdür soran, şirin degül.

Qeytəni sındırarsan, şanəni ahəstə ur,

Nafeyi-ahuyi-Çin zülfün kimi mişkin degül.

Bağbanlar verməsün su göz yaşilə sünbülə,

Kakilün tək sünbülün giysuləri çin-çin degül.

Bağibani-arizi-alun bilər gül qədrini,

Baği-cənnət bağibani mən kimi gülçin degül.

197



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə