Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə40/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   36   37   38   39   40   41   42   43   ...   135

Bisütun dağında çox Fərhadı heyran etdi eşq.

Bilmək olmaz sirri-eşqi, bir kəlafə saddırur,

Yusifi bir göz yumub-açınca sultan etdi eşq.

Doldur gülzarə xarı, incisün qoy bağban,

Əndəlib ilə əzəldən böylə peyman etdi eşq.

Hiç kəsdən çəkməz əl, rüsvayi-aləm etməsə,

Çox Süleymani-zəmani murə dərban etdi eşq.

Yanə-yanə güldürür gəh şəm`i, gahi ağladur,

Eşqdən qaç, gör kimi giryan, xəndan etdi eşq.

Hər nəfəs hər an Xəta müşkinə eyb etsəm, nola,

Türreyi-pürpiçü tabun ənbərəfşan etdi eşq.

Ehtiraz et, ey dili-divanə, əl çək eşqidən,

Saqibi bir an içində xanəviran etdi eşq.

* * *


Zühur eylədi Məcnundə həqiqəti-eşq,

Onun vücudilə tapdı rəsmi-şöhrəti-eşq.

Nədən müxəmmər olub eşq, sorma Leyladən,

Bilürmi hüsninə məğrur, etmə söhbəti-eşq.

Bu rəmzi-eşqdən agahdür özi Məcnun,

Olub müxəmmər Məcnun ilə təbiəti-eşq.

Əbəs başındə tiküb aşiyan məgər quşlar,

Dəvam eyləmək olmaz, bu təriqəti-eşq.

Od oldı qəlbi-Züleyxadə bilmədi Yusif,

Çəkəndə eşq anı eyləyərdi nifrəti-eşq.

Bəla ilə doludur eşq, kim dəvam eylər,

Kim olsa eşqün əsiri çəkər əziyyəti-eşq.

Şad olmağa səni bir ləhzə bir nəfəs qoymaz,

Əzzəl güni yaranıbdur bu növ` tinəti-eşq.

Vırardı tişəni gəh başinə, gəhi dağə,

184



Qan etdi kuhkənün bağrıni gəh zərbəti-eşq.

Birini eylədi divanə hicri-Leyladə,

Yüz üstə çəkdi birin payi-darə qisməti-eşq.

Yaraşmaz aşiqə təsbihü rəngi-səccadə,

Fəqihi-mədrəsə eylər odu məzəmməti-eşq.

Təəccüb eyləmə Sən`anə yandırub Qur`an,

O bəxti qarə nə etsün edəndə şiddəti-eşq.

* * *


Qaşun tərhin çəküb nəqqaş tiği-xunfəşanlar tək,

Qəmindən qamətim, gör, bir necə xəmdür kəmanlar tək.

Cünun zəncirinə bənd oldı dili-zülfün xəyalilən,

Gəlür fəryadə ney tək, olur əf`i ilanlar tək. 

Güli-rüxsarüvün yadilə qıldım gülistan tərkin,

Gözüm yaşilə verrəm laləyə su bağbanlər tək.

Nola xunab töksəm seyl tək, el damənün dutsun,

Gözümdə məskən etmiş navəki-qəmzön tikanlar tək.

Sənün eşqün yolında tərk qıldım dinü dil, getdi,

Əyağ altında qaldım, bilmədün, bərgi-xəzanlar tək.

Əmandur, qoyma baxsun, dildə tabü taqətim yoxdur,

Mana hərdəm baxanda gözlərün karvanqıranlar tək.

Qəzəl inşası içün, Saqiba, ustadə xidmət qıl,

Əl atma çör-çöpə şe`ri yazanda xurdədanlar tək.

* * *

 

Gözə gər çəkməsəm mən xaki-kuyin tutiyalər tək,



Ağarsun gözlərim, düşsün yerə bu xaki-palər tək.

Dolaşub boynuva, dil tab qılmaz, zülfi-pürçinün,

Vırub lə`li-ləbün küncində həlqə əjdəhalər tək.

Zəkati-hüsnüvi ver, müstəhəqqəm, ey kəmanəbru,

185



Gələndə kuyüvə ahəstə-ahəstə gədalər tək.

Rəqibün fitnəsindən vadiyi-heyrətdə giryanəm,

Səri-kuyin dutam, qoymaz məni badi-səbalər tək.

Qəmim izhar edim, gəl, gör nədür hicründə əhvalım,

Səni göz pərdəsində saxlaram ağü qəralər tək.

Cəhan mülkin dolanma aşinaçün bağrıqan könlüm,

Deyür, aşina nayab olubdur kimiyalər tək.

Qocaldun, Saqiba, əl çəkgilə bu sərvqədlərdən,

Cəhan mülkində yoxdur mürüvvət məhliqalər tək.

* * *


 

Güzarım kuyüvə düşseydi gər badi-səbalər tək,

Çəkərdüm çeşminə xaki-rəhündən tutiyalər tək.

Oyatma, kakilündə fitnələr yatmış sənün, ey məh,

Qiyamət fitnəsi, ey fitnəcu, seyli-bəlalər tək.

Dili-divanələr pabəndidür zənciri-zülfündə,

Çəkibdür kaminə, azad qılmaz əjdəhalər tək.

Fəqihi-mədrəsə nəhy eyləsün qoy badənün vəsfin,

Gözümdə saxlaram mey dürdini cantək, ziyalər tək.

Dila, düşməndən umma, eyləsə düşmənlik izharın,

Təməllüqlə sana düşmənlik etməz aşinalər tək.

Kəlamullah əlində od salub şər`i-şərif içrə,

Bu şəhrün vaizi pamal qılmış xaki-palər tək.

Fəda qıl canuvı kim, mərdümi-baqeyrətə, ey dil,

Vücudi çox çətin düşsün ələ, yox, kimiyalər tək.

Genə çox nanəcib dövlətlilər başındə tacəm ki,

Nolub dövran məni salmış əyağə buriyalər tək.

Cəhanda, Saqiba, çox nakəsi zər sərbülənd etmiş,

Xəm etmə onlara qamət, görüb, alimnümalər tək.

* * *


186


Tökər su gözlərim bu sərvi-qəddün hər zəman görcək,

Verər su bağban, əlbəttə kim, sərvin rəvan görcək.

Görüb xəm qəddimi, əl çəkməyür naseh nəsihətdən,

Necə xəm olmasun bir sən kimi əbrukəman görcək.

Bu könlüm məskən etmiş türreyi-pürpiçü tabundə,

Dutar, ey şux, məskən dərbədər quş aşiyan görcək.

Qəfəs küncində giryan əndəlib min ahü zar eylər,

Haçan badi-xəzandan arizi-güldə nişan görcək.

Təəccüb eylərəm hərdəm bu pirü natəvan könlüm,

Nəhayətsiz olur xürrəm gözəl, növrəs cəvan görcək.

Məlamət etməsün heç kim məni yüz dutsam aləmdən,

Cəfa daşın vırar hər yerdə zalim natəvan görcək.

Çağırma, zahid, əl çək, məscidə meyxanə küncindən,

Verər imanını Saqib şərabi-ərğəvan görcək.

* * *

  

Əgərçi şər`idə badə həramdür içmək,



Ki, sənsiz oldı həram, ey əziz, rəşki-mələk.

Rəqib kuyüvə yol tapdı, mən ki, tapmamışam,

Nədür bu qıyqacı baxmaq, nədür bu qan tökmək?

Boy atmağa, gözəlim, sərvi-nazıni qoymaz,

Sənün bu qamətüvi görsə idi baği-Fədək.

Təəccüb eyləyürəm xəlqi-aləmün sözinə,



Cünun zəncirinə ad qoyubdurlər: birçək.

Zəman-zəman özimi eşqə mübtəla görürəm,

Olursan aləmə rüsva, gəl, ey könül, əl çək. 

Qiyas eylə Züleyxadən, hüsni-Yusifdən,

Peyəmbər olsa da, zalimdü səngdil gögçək.

Vəfa yolın nə bilürlər bu sərvqamətlər,

Məhəmməd Peyğəmbərin (s) qızı Həzrət Fatiməyə bağışladığı Mədinə yaxınlığındakı bağın adı. 



187


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə