Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə48/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   44   45   46   47   48   49   50   51   ...   135

Qaməti yarun qiyamətdür, görüb qamət demə,

Qıl həzər, vardur qiyamət, eylə iqrar, ey həkim.

Mən necə ah eyləmüm, əğyarə dil verməkdədür,

Kim deyübdür bu gözəllərdə vəfa var, ey həkim.

Kafəristan oldı, get, Saqibdən etmə ehtiraz,

Kişvəri-İslam içində bağla zünnar, ey həkim.

* * *

Görüb zənciri-zülfün bu dili-divanə abadım,



Ucaldı naleyi-naqus tək əflakə fəryadım.

Şəbi-hicranara seylabi-əşkim damənim dutmış,

Bu qədr xunfəşanlıq etmə, ey göz, yıxdı bünyadım.

Fəğanım bəndi-bəndindən çıxar hicran güni ney tək,

Məlamət etmək olmaz aşiqi, ey sərvi-azadım.

Dila, sərmənzili-məqsudə yetmək xeyli müşkildür,

Bu həm bir dərd bilməz halımi heç ol pərizadım.

Nə istər bu dili-divanədən zənciri-giysulər,

Tiri-peykanlarun zəxmi kim, ey birəhm səyyadım.

Məni sərgərm görsön badədən mən` etmə, ey zahid,

Tapub mey nəş`əsindən tərbiyət abavü əcdadım.

Zəmanə bağrımi qan etmiyincə çəkməz əl məndən,

Xoşam bu halilə dəhri-müxalif eyləmiş yadım.

Əcəbdür cami-mey, Saqib, əlimdə sərnigun olmış,

Ölünca çəkməz əl məndən, bənd olmış xudadadım.

* * *


Ey rahəti-can, ruhi-rəvan, sevgili yarım,

Sənsiz gedüb əldən, dəxi yox səbrü qərarım.

Əğyar ilə sən şamü səhər seyrü səfadə,

Fəryadü fəğan ilə keçir leylü nəharım. 

221



Hicranun odı şö`lələnür şəm`tək hərdəm,

Yox söndürəni, bu oda yandı dili-zarım.

Bəsdür bu qədr qan elədün bağrımi, zalim,

Düşməz dəxi ol kuyüvə ölsəm də, güzarım.

Eşqün məni avarə salub dəşti-cünunə, 

Heç bir xəbərim olmadı, tərk eylədi varım.

Dünyanı mana təng eləyüb tə`neyi-əğyar,

Vır qəmzə oxın, canımı al, laləüzarım.

Pabənd elə bu Saqibi zülfün girehində,

Başımdan onı rədd elə, ey şux nigarım.

* * *

 

Degülsən guşeyi-meyxanədə cam ilə yoldaşım,



Gətür əl məndən, ey zahid, degülsən heç sirdaşım.

Çağırma məscidə mey məstini meyxanə küncindən,

Dutub sağər əlində, gəlmək olmaz bu kəman qaşım.

Gərək mey dürdinə mən eyləyəydim dinü dil tərkin,

Çəküb təsvirimi ruzi-əzəldən böylə nəqqaşım.

Əsir etdün dili-divanəmi zülfün kəməndində,

Degül mümkin olam azad, ey lə`li-gühərpaşım.

Könül əğyarə versön də genə əl çəkmərəm səndən,

Məlamət tiği ilə şəm` kimi getsə gər başım.

Həzər ahimdən eylə, sormısan halım fəraqunda,

Dutar damanuvi, qorxum budur, gözdən axan yaşım.

Eşit bu pəndimi, fəhm eylə, bir dəm pir Saqibdən,

Qəzəl ustadinə, get, xidmət eylə can ilə Haşim.

* * *


 

Tökəndə əşki-xunin, eyb qılma çeşmi-giryanım,

Şəbi-hicrün əlindən qan tökər boynumdadur qanım.

222



Yetər fəryadimə, ey Leylirüx, əğyar tə`nindən,

Eşitsə vadiyi-heyrətdə Məcnun ahü əfğanım.

Gətür əl, ey müalic, dərdi-eşqə çarə heç yoxdur,

Ləbi-dildardür dərman, tapulmaz səndə dərmanım.

Məlamət etməsün heç kim məni ahü fəğan etsəm,

Verüb əğyarə dil, asan degül, birəhm cananım.

Pərişan zülfün atmış arizə, dil piçü tab eylər,

Necə cəm` eyləyüm bir yerdə mən hali-pərişanım.

Yaneydun oda, ey dil, Saqibi odlarə yandurdun,

Dedim, əl çək bu zalimdən, çəkər ah ilə dövranım.

* * *

Bölindi min yerə dil, çarə yoxdur, tiri-müjgandan,



Əlacın, ey müalic, eyləmə bihudə dərmandan.

Əlac etmək olur bu dərdimə, əmma degül mümkin,

Necə öpmək olur lə`li-ləbi-gülbərgi-canandan.

Apardı məhmili-Leylani naqə kuyi-əğyarə,

Biyabanlar yoruldı, əl gətür, Məcnun, biyabandan.

Gedibdür dinü dil yəğmayə bu xalun xəyalilə,

Nə istər bimürüvvət tiri-qəmzön kafəristandan.

Xəbərdar olmadım, oldum necə eşqün giriftari,

Bəla eşqün yolunda başimə cəm` oldı hər yandan.

Həlal etdim sana bu qanımi, əğyarə dil vermə,

Qaşun tiğilə tökdün ləxtə-ləxtə, kim keçir candan.

Əsüb badi-xəzan, bülbül, solub, gülzarə meyl etmə,

Alursan buyi-gül künci-qəfəsdə ahü əfğandan.

Deyür zahid mana mey tövbəsin et künci-məsciddə,

Əcəb divanədür, təqva umur rüsvayi-dövrandan.

Gərək tə`lim ala əş`arı Vahid

 pir Saqibdən,



Qəzəl sərriştəsin kəsb etməsün tifli-dəbistandan.

 Ustad şair Əlağa Vahidə (1895-1965) işarədir



223


* * *

 

Əl gətür sahibi-nazü zərü sim olmaqdan,



Çəkinürsən görürəm əhli-səlim olmaqdan.

Nəfsə malik ola bilməz o ki, cəm`i-zər edər,

Aləmə feyz yetər təb`i-kərim olmaqdan.

Eylədün Şimrə müsəllət onı kim, sanisi yox,

Xəlqə nə faidə var böylə rəhim olmaqdan.

Eylədün tərki-şəbanlıq nə içün, ey Musa(ə),

Noldı məqsəd sana aləmdə kəlim olmaqdan.

Qərqi-dərya elədün növ`üvi yüz minlər ilə,

Yox sana nəf`i biri əhli-cəhim olmaqdan.

Adəm övladı gərək vəhşiligi kəsb etsün,

Həzz alur cümlə cəhan əhli bəhim olmaqdan.

Biri Fir`oni deyür rəbb, biri sən deyəni,

Özi bilsün, sana nə, keçmə fəhim olmaqdan.

* * *


 

Yetər bir gün, düşər qəddün sənün sərvi-rəvanlıqdan,

Mənim tək pir olarsan, zərrəcə qalmaz cəvanlıqdan.

Hanı ol sərv kimi qamətün, gün kimi rüxsarun,

Əyağun dutmayur imdi bir bax natəvanlıqdan.

Düzülmüş qaşlarun tağı əlif tək, bax bu güzguyə,

Nə hasil eylədi qaşun qılıncı cansitanlıqdan.

Ağarmış türreyi-pürpiçü tabun, bir xəcalət çək,

Dəxi dəm vırmayur, min şanə vır ənbərfəşanlıqdan.

Səni bədnam edər, göstərmə üz heç xahişi-nəfsə,

Cəhan mülkində kamə yetməyüb heç kim yəmanlıqdan.

Haçan ağü qəranun fərqini sən bildün, ey zahid,

Vırarsan dəm təəccüb eylədim mən nüktədanlıqdan.

224



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə