Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə51/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   47   48   49   50   51   52   53   54   ...   135

* * *

 

Cəhanı fitnə dutmuş təxti-sultan istəyənlərdən,



Nə hasil oldı bu dünyanı viran istəyənlərdən.

Məlamət künci dut, Məcnunsifət rədd ol xəlayiqdən,

Məsiha kimi qaç əflakə nadan istəyənlərdən.

Zəmanə inqilabın göstərür bir göz yuman saət,

Pozulmuş nəfsçün nahəq yerə qan istəyənlərdən.

Əziyyət eyləmə həmnöv`üvə, bir nəfsi incidmə,

Mürüvvət ismini dut, olma şeytan istəyənlərdən.

Yəhud ilə müsəlmanun, de, hansı kəlmədür fərqi,

Eşit bu nüktəni, ey naşı, vicdan istəyənlərdən.

Cəhan bir, Rəbb bir, mərbub birdür, sən nə sölərsən,

Nə Qur`an istəyənsən sən, nə bürhan istəyənlərdən.

Aradən ixtilafun kəlməsin bilmərrə məhv eylər,

Eşid həqqün sözüni əsl Qur`an istəyənlərdən.

Cəmali-Leylini sən sevməyəndə çəkməz əl Məcnun,

İnanma çəkməz əl, olson da canan istəyənlərdən.

Vırarsan Leylidən dəm, səndə yox Məcnunlıq asari,

Uzaqdur kuyi-Leyli sən kimi can istəyənlərdən.

Özüvi etmisən əhli-qərəz rənginə aludə,

Əgər olson cəhan mülkində insan istəyənlərdən.

Yügürmə məscidə, ol ənkəbutun lanəsin tərk et,

Tapulmaz orda heç bir zərrə iman istəyənlərdən.

Qaçurma canuvı həqqün yolunda yağsa min peykan,

Dəmadəm canuvı ver, canı qurban istəyənlərdən.

Get, insan ol, yapuşma daməni-mövhumə, ey Saqib,

Ədəb kəsbini eylə, elmü irfan istəyənlərdən.

* * *


  

Gər söləyəsən sən mana düşnam ləbündən,

235



Aldım deyərəm, mahvəşim, kam ləbündən.

Sorsa nə əcəb ləblərüvi kim, məgəsi-ruh,

Şirinligi almış bu bəşər xam ləbündən.

Qan etməgilən bağrımi, ey qaşı kəmanım,

Bir busə verincə mana ən`am ləbündən.

Sağərdə meyim həsrəti-xunabə qarışdı,

Meyxanədə hər ləhzə öpər cam ləbündən.

Əbrulərüvün tiğinə min can ola, verrəm,

Müjganun oxilə yetə peyğam ləbündən.

Can verdi Məsiha ləbi-əmvatə əgərçi,

Ey şux, yetübdür ona ilham ləbündən.

Aləm mey ilə məst düşər xüm əyağinə,

Saqib həməvəqt məst düşüb tam ləbündən.

* * *


 

Getdi girova şəhri-Səmərqənd ləbündən,

Alsa nə əcəb şəhdi-Səmərqənd ləbündən.

Əmvatə həyatı verə bilməzdi Məsiha,

Ta olmasa idi ona peyvənd ləbündən.

Tuti nə bilür etsün ədayi-kələmati,

Şəkkər kimi olmış bu şəkərxənd ləbündən.

Bu daneyi-xalun eləmiş Adəmi rüsva,

Etməzdi təmə` versə idün pənd ləbündən.

Kam almağa qoymaz məni ol navəki-qəmzön,

Bir busə nədür istədim hərçənd ləbündən.

Zülfün qəmi vermiş mana zənciri-cünuni,

Ey şux, vıruldı mana bu bənd ləbündən.

Mey məst eləmüb Saqibi meyxanə yolında,

Bu nəş`ə yetübdür ona xursənd ləbündən.

236



* * *

İçseydim əgər bir dolı peymanə ləbündən,

Qan olmaz idi bu dili-divanə, ləbündən.

Lə`lün həvəsilə mey içdüm, demə qanmış,

Düşdüm genə bica yerə mən qanə ləbündən.

Tökmə mana bir busə içün qaşü qabağun,

Hər ləhzə alur kamını biganə ləbündən.

Nə nəş`ə var, ey şux, sənün lə`li-ləbündə,

Sərməst düşübdür meyü meyxanə ləbündən.

Hicran qəmini yad eləməzdim dəxi bir də,

Alseydim əgər busəni bir danə ləbündən.

Min mö`cizə göstərsə Məsiha, nə əcəbdür,

Yetmiş ona bir zərrədür, əfsanə ləbündən.

Mərdanə gəl iç, Saqib ilə badeyi-nabi,

Məst olson, alar busəni mərdanə ləbündən.

* * *


Əgər mən olsa idim tərki-canan eyləyənlərdən,

Mana zahid deməzdi tərki-iman eyləyənlərdən.

Təbibim, dərdi-eşqə çarə yox, əl çək əlacimdən,

Ləbi-dildarı gördüm dərdə dərman eyləyənlərdən.

Deyürlər qaşuvı oxşar sənün mehrab tağinə,

Qələtdür, görməyürsən tiğdür, qan eyləyənlərdən.

Nə fərman eyləyürsən etgilən bu tiği-əbruyə,

Mənəm ol qədəmdə canı qurban eyləyənlərdən.

Qiyamət göstərür bu qamətün gülzar seyrində,

Deyürlər qoyma gəldi sərvi heyran eyləyənlərdən.

Xəbərdar olmayursan gülistandə açma rüxsarun,

Olar gül rəşkdən çaki-giriban eyləyənlərdən.

237



Əyağə badə düşdi öpməgə bu lə`li-nabundan,

Nələr gör baş verər aləmdə tüğyan eyləyənlərdən.

Yetən sölər mana, neyçün sənün halun pərişandur?

Əcəb qafildülər giysu pərişan eyləyənlərdən.

Şərabi içməyür, zahid deyür tərk eyləmiş Saqib,

Necə mən nifrət etmüm xəlqə böhtan eyləyənlərdən.

* * *

  

Ey sevgili can, ülfəti kəs tən qəfəsindən,



Nə faidə vardur nəfəsün pişü pəsindən.

Şirin həmağuşdür, ey kuhkən, əl çək,

Əğyar ilə, bidar eləmə tişə səsindən.

Leyladə vəfa yox elə tərk eşqini, Məcnun,

Get, sor bu sözi naqeyi-Leyla cərəsindən.

Dəhrün nə sevərsən gözəlin, mahliqasın,

Mehr ummagilən zərreyicə hiç kəsindən.

Bari-qəmdür qəddimi döndərdi kəmanə,

Qan ilə dolub kaseyi-dil dadrəsindən.

Saqi, məni hər ləhzə şirin mey ilə öldür,

Yox vahiməmiz fani vücudin nəfəsindən.

Saqib, eləmə heç kimə aləmdə təməllüq,

Başun gedə, lal eylə dilün söz həvəsindən.

* * *


  

Vəqt oldı olaq məst meyi-cami-əcəldən,

Yox əldə, hanı, zərreyicə xeyrüləməldən.

Var hansı əməl səndə təqərrüb də umursan,

Səs gəlməz, əzizim, bu məsəl var bir əldən.

Arayişü zinət sana məşşatə nə versün,

Eylərlər tələb arizi-dibani gözəldən.

238



Giysu, gözələ mişki-fəşan olmasa, boşdur,

Nəqqaş çəküb tərhi belə ruzi-əzəldən.

Göz əgri, ağız əgri, ləbün bərgi-bənəfşə,

Qamət xəm olub gözləmək olsun nə əfəldən.

Yox tiri-müjə fərqdə asari-saçun yox,

Məşşatə qaçar şanə ilən kurü keçəldən.

Bazarə gedən cib dolusi simü zər istər,

Kim müftə verür, çıxsa canun, qillət əsəldən.

Ta key bizə nəql eyləyəcəksən gecə-gündüz,

Minbər ətəgində oturub hərbi-Cəməldən.

Gör, vəqt nə istər, onı nəql et bizə, zahid,

Səccadəni bir dəm yerə qoy ziri-bəğəldən.

Səcdə eləyürsən kimə, yox səcdəgəh əldə,

Verdün hərifə, müftə alar kim bu bədəldən.

Saqib, qəzəlün zövqini bilmək degül asan,

Hər naşi yazar, dəm vırar əş`arü qəzəldən.

* * *

Hərdəm eləyəndə bu könül yad gözündən,



Amadə olur hökm ola cəllad gözündən.

Müjganlarun tirinə vırsun mana şəbxun,

Olsun mana hardan dəxi imdad gözündən.

Giysulərivün daminə təslim olardım,

Olseydim əgər bir nəfəs azad gözündən.

Əbrulərüvün tağinə gər qaçmasa ahu,

Pabəstə olar mən kimi səyyad gözündən.

Aşubi salub aləmə, bu fitnə yatarmı,

Göstərməgilən sürməni, ey dad, gözündən.

Bərbad elədün könlümi bir nim nigəhlə,

Zahir olar hər fitnə bu ustad gözündən.

239



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə