Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə54/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   50   51   52   53   54   55   56   57   ...   135

Vətən getməzdi əldən, Saqiba, Allahə and olsun,

Oleydi safdil əlsiz-əyağsız canfədalərdən.

* * *

 

Qəbrim olseydi əgər meykədə məxrubindən,



Dəxi asılmaz idim duzəxi-qəm çubindən.

Arayur xəlqün üyubatıni bica yerə dil,

Xəbəri yoxdu yəqin zərrəcə üslubindən.

İxtilaf olmasa xəlq içrə sözin həqqi itər,

Ayırur Yusifi-gümgəştəni Yə`qubindən.

Girəm, etdi birisi imdi nübüvvət izhar,

Necə hali edəcək qanmaza mətlubindən.

Əndəlib, eyləmə fəryad qəfəs küncində,

Qönçələr oldı xəzan xar ləgədkubindən.

Ey vıran dəm boş həqiqətdən bihudə yerə,

Vaqif heç olmamısan zişti ilə xubindən.

Zahida, bəsdü məni məscidə təklif etdün,

Xəbərün yoxdu sənün aləmün aşubindən.

Rəxti-təqva ilə dutdum genə meyxanə yolın,

Saqiya, ver meyi-nabun mənə mərğubindən.

Ey deyən cami-meyi tərk elə, içmə meyi-nab,

Aşiqi-zar çətindür keçə məhbubindən.

Saqiba, hər kəsün öz məsləki xoşdur özinə,

Dəm vırur birsi köpəkdən, o biri tubindən.

* * *


Genə bu zülfüvi rüxsarə niqab eyləmisən,

Dili-divanəmi bilmərrə xərab eyləmisən.

Necə əbrulərüvün tiğinə qurban olmum,

Görürəm mən onı qan ilə xizab eyləmisən.

249



Rəşkdən guşeyi-meyxanədə xüm oldı şikəst,

Öpdi sağər ləbüvi, əzmi-şərab eyləmisən.

Xəbər alma dili-sədparəmi, düşmiş dildən,

Tiri-müjgan ilə əzbəski əzab eyləmisən.

Bisütun tab eləməz bari-qəmi-hicranə,

Necə, ey dil, bu qəmi-möhnətə tab eyləmisən.

Şurə gəl, nəğmeyi-Şur ilə gətür şurə məni,

Ey müğənni, nə içün meyli-Rəhab eyləmisən.

Xəlq hər məqsədinə nail olubdur, Saqib,

Sən də qəflət meyilə naz ilə xab eyləmisən.

* * *

  

Qədimi əgri qaşun kimi kəman eyləmisən,



Ləblərün fikri ilə bağrımi qan eyləmisən.

Xəlq səndən, dili-divanə, gəlibdür təngə,

O qədr hicr güni ahü fəğan eyləmisən.

Eylədün varü yoxı tərk bu məhparə içün,

Sevinür xəlq bu sevdadə ziyan eyləmisən.

Müşk bazarı kəsad oldı Xəta mülkində,

Dami-giysulər ilə müşk fəşan eyləmisən.

Bilməmiş həqqi verüllər sizə huri-cənnət,

Zahida, boş sözi sən virdi-zəban eyləmisən.

İçsə kim badeyi-gülfami, yanar duzəxdə,

Başun içün bu sözi yaxşı güman eyləmisən.

Demə, Saqib, bu qədər həqq dutar yüz məndən,

Sidq ilə həqqə sən iqrar haçan eyləmisən?!

* * *


 

Qədimi əgri qaşun kimi kəman eyləmisən,

Şəbi-hicründə gözüm yaşıni qan eyləmisən.



 Misra təkrardır

250



Olasan pir mənim tək, gözüvün qurbani,

Hüsnüvə məhv dili-pirü cəvan eyləmisən.

Mən sənün eşqüvə düşdüm neçün, ey şirinləb,

Varə-varə məni rüsvayi-cəhan eyləmisən.

Dögünür dil duta zənciri-cünun damənini,

Yüzə əfşan bu qəra zülfi haçan eyləmisən?

Düşmə sevdayi-səri-zülfinə yarun, ey dil,

Səni divanə edər, harda məkan eyləmisən.

Verməsən sən mana, zahid, bilürəm tövbeyi-mey,

Etmərəm tövbeyi-mey, yaxşı güman eyləmisən.

Dutdı el damənüvi hicr güni, ey Saqib,

Gözüvün yaşıni əzbəski rəvan eyləmisən.

* * *

 

Saqiya, dur, eylə ləbriz, gətür sağəri sən,



Meyi-gülfamun elə ruhi-rəvan cövhərisən.

Arizu hər nə tələb eyləsə səndən, ver ona,

Verməsön də alacaq, tabe`vü fərmanbərisən.

Qüvvə yox səndə gedüb tərki-itaət edəsən,

Əl-qolı bağlı əsiri, qulısan, çakərisən.

Arizuyə əsər etməz, onı sən eylə yəqin,

Rüstəmi-əsrün əlinə verəsən xəncəri sən.

Arizu qəl`əsini fəth eləmək müşkildür,

Hazir etsön də bu dünya dolısı ləşkəri sən.

Ölümə hökm eləsə, ölməgə ol amadə,

Bir kömək eyləyə bilməz, çağır İskəndəri sən.

Arizudur salan afaqə odın şö`ləsini,

Sən də bu odda yanursan, dura bildün geri sən?

Var kimün cür`əti etsün özini azadə 

Arizudən, onı sən bəlkə qulami-dərisən.

Arizudur səni şair eləyən, ey Saqib,

251



Doldurubsan qəzəl ilə vərəqü dəftəri sən.

Arizu ilə alur xəlq bütün istədigin,

Arizu ilə salubsan ələ bəhrü bəri sən.

Arizu fəth elədi məmləkəti-Azərini,

İmtina eyləməyürsən şəhi, nə Qeysəri sən.

Ey Vətən şö`ləsi, yandur məni pərvanə kimi,

Yanə-yanə genə sən bu dilimün əzbərisən.

Müxtəsər, qaçmağa yer yox sana ver var-yoxuvı,

Gərçi aləmlərün arayişi, taci-sərisən.

Dindən çıxmağa əmr eyləsə, əlbəttə ki, çıx,

Yad qılma dəxi heç mə`rəkeyi-məhşəri sən.

* * *


 

Gözəlsən, neyləyüm mən, bivəfasən,

Rəqibə, bimürüvvət, aşinasən.

Məlahət kişvərin təsxir qıldun,

Bu hüsn ilə zibəski məhliqasən.

Məni azad qıl, ey zülfi-mişkin,

Atıl başımdan, ol dami-bəlasən.

Ləbin yad etmə yarun, ey dil, ey dil,

Dönərsən qanə, əl çək, binəvasən.

Sorub əğyar, qalmub ləzzət onda,

Əgərçi dərd əlində mübtəlasən.

Dedim kuyinə getmə yanə-yanə,

Sana görsənməz ol sultan, gədasən.

Gülün ətrin çəküb əttar, bülbül,

Qəfəsdə etmə çox ahü nəva sən.

Vırub həlqə yarun lə`li-ləbində,

Məgər gənc üstə yatmış əjdəhasən.

İtirdüm dinü dil eşqün yolında,

252



Gedüb əğyarə oldun aşina sən.

Əyağ ilə əlim dut, saqi, mey ver,

Məni meyxanəyə çək, rəhnümasən.

Səni kuyinə yol verməz bu məhvəş,

Mənim tək, Saqiba, bəxti qərasən.

* * *


Giysulərüvi tökmə bu qədr üzarə sən,

Qoy xəlqi baxmağa, çək anı bir kənarə sən.

Bazari-hüsni Yusifə hüsnün kəsad edüb,

Min fitnə salmış görürəm hər diyarə sən.

Çox fəxr qılma hüsnüvə, ey sərvqamətim,

Qalmaz əlündə, görməyəcəksən dübarə sən.

Xət qarət eylər hüsnüvi, çox naz eyləmə,

Bu dərdə çarə yox, edəsən yüz də çarə sən.

Bildirdün axırda aləmə, ol şuxə mailəm,

Ey dil, görüm ki, tez olasan parə-parə sən.

Sən gördigün o mahliqa qeyrə yar olub,

Pərvanə kimi, kaş, yaneydun şərarə sən.

Gül fəsli yetdi, saqi, gətür camü badəni,

Bəsdür, bu qədr etməgilən istixarə sən.

Bir dəm, müğənni, keçmə bu ahəngi-Şurdən,

Mizrabi urma Dilkeş içün bu dütarə sən.

Topraq olur qızıl nəzərün düşsə, Saqiba,

Bədbəxtsən, zəmanə ara bəxti qarə sən.

* * *

 

Əfsus, könül, bəndəsən, azadə degülsən,



Azad özüvi etməgə amadə degülsən.

Sərkeşligə güc vermə, düşərsən tez əyağə,

253



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə