Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə44/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   40   41   42   43   44   45   46   47   ...   135

Dolanur kuyüvə can nəqdi əlində Saqib,

Tapa yol vəslüvə, əmma qılub əndişeyi-xam.  

* * *

Şər`i-şərif edübdü əgər badəni həram,



Xəlvətdə xüm əyağun öpər pəs neçün imam?

Dinü dil eylədüm mən əgər sərf badəyə,

Əhkami-şər`i vaiz edüb xar, vəssəlam.

Nə cənnət arzusın edərdüm, nə Kövsərün,

Mey dürdi bəsdü, doldura saqi, gətürə cam.

Səddanə ilə ram eləmək olmaz hər kəsi,

Mə`lumdür bu, vaizi-kəcbin qurubdu dam.

Ey dil, bu sərvnazdən umma ümmidi-vəsl,

Əğyar didə kim ola hərgiz olurmı xam.

Baqeyrətün yolında nə varundu sərf qıl,

Fəxr eylə aləmə, səni gər istəsə qulam.

Saqib, cəhanda yaxşıya canun fəda elə,

Hərgiz inanma kim desə bədnamı niknam.

* * *


Qan ağlayur neçün dili-viranə sübhü şam,

Əlbəttə ağlayar, nə qədr almub intiqam.

Afaqə od düşüb, onı bir söndürən gərək,

Məşğuldür xəlayiq hələ eyşə, vəssəlam.

Zülmün nəhayəti ola bilməz, yəqindür,

Övladi-naxələf əlilə itdi intizam.

Bərbad etdi aləmi kim, nəfs düşkini,

Yoxdur bu dərdə çarə dəxi, müxtəsər kəlam.

At ölsə, itlərə verəcək müjdə tülkilər,

Hər kimsə olsa nuş eləyər, yağlıdur təam.

203



Neyçün ki, gərək dutmaya aşub aləmi,

Bir nəfs varmıdur, eyləsün pirə ehtiram.

Xunxarlər, əlbəttə, keçübdür məqami-əmn,

Göz qorxudan yumarmı məgər şah, ya qulam.

Gəl, ey əcəl, əman günidür, vermə bir nəfəs,

Saqib nə qədr dərdü qəmə eyləsün dəvam.

* * *

Eşqün yolunda var-yoxı verdüm, soyulmuşam,



Hicründə tab qalmadı məndə, yorulmuşam.

Kimdür hərif halımi bilsün nədür mənim,

Bu təngnayi-aləmi-qəmdə boğulmuşam.

Kuyündə dutdı yer yetən, ey sərvqamətim,

Uydun rəqibə, neyləmişəm mən qovulmuşam.

Çeşmün fədası, heç demə halun nədür sənün,

Əğyar tə`nəsin eşidəndə pozulmuşam.

Saqi, əyağ dutma mana, məndə tab yox,

Möhnət əyağilə rəməqim yox, uçulmuşam.

Ram olmaram bu türreyi-mişkinfamüvə,

Zənciri-eşqə bəndü əsirəm, qoşulmuşam.

Saqib, gər eyləsön məni azad bir zəman,

Bu mahparənün zülfi əlilən dutulmuşam.

* * *


Hər zəman qamətün, ey şux, sənün etsə qiyam,

Gözləməz xəlq qiyamət dəxi nə sübh, nə şam.

Bu gözəllik ki, sənün vardur, ey şirinləb,

Ola bilməz sana Yusif bu gözəllikdə qulam.

Meyi-əngurün həram olmağı isbat degül,

Badeyi-qəflət olubdur bizə məşhud həram.

204



Nim qəmzə elədün, tərki-dilü din etdim,

Aləmi fitnə dutar qəmzəni, gəl, etmə təmam.

Çox təəccüb edürəm mən mey içən məst olur,

İçməmiş mey nə içün məstsən hər ləhzə müdam.

Ey könül, əl gətür ol sərvqədün eşqindən,

Könül əğyarə verübdür, sana heç olmaz ram.

Ey mənim bağrımi əğyarə uyub qan eləyən,

Acı bir busə verincə bu necə həqqi-səlam.

Yox deyən vaizə aləm ki, yatub məsciddə,

Nə nəsihət eləyürsən, dəxi tul etmə kəlam.

Vəsfi-cənnət bu qədr eyləmə çox, xəlq bilür,

Nə deyürsən onı hər kimsə qanur, yoxdur xam.

Qanımi tökməgə ustad qılınc çəkmişdür,

Qaşlarun tərhini aləm desə gər mahi-siyam.

Düşdi əldən-ələ, ey dil, o pəriçöhrə dəxi,

Getməgə kuyinə bica yerə etmə iqdam.

* * *

Qoydı Məcnun nə içün daireyi-eşqə qədəm,



Kuhi-Qafun qədini eşq yüki eylədi xəm.

Sən də, ey dil, məni eşqün odına yandırdun,

Uydun ol mahvəşə, oldı mana qəm həmdəm.

Dinü dil tərk elə, təsbihə, mey iç, əl urma,

İmdi ki, eşq binasın elədün müstəhkəm.

Tapmasun kuyüvə yol, vermə könül əğyarə,

Ey qoyan bağrıma qan, xali fəribi-Adəm.

Basıram bağrıma mən navəki-müjganun oxın,

Səndə bu xalü xətü türreyi-giysuyə qəsəm.

Zülfi-pürçini-pərişan yüzə tökdün, bəsdür,

Dutdı aləmləri başdan-əyağə möhnətü qəm.

205



Sana dil verməmək olseydi, könül verməz idim,

Xosrovi-hüsnün urub kişvəri-hüsn içrə ələm.

Ləblərün yadı ilə aldım ələ sağəri-mey,

Künci-meyxanədə sərməsti-şərabəm hərdəm.

Saqiba, dil necə verdün bu pərirüxsarə?

Eləyür səngdil hər ləhzə sana cövrü sitəm.

* * *

Səndən ötri bütün aləmləri bərbad edərəm,



Göz yaşilə o qədr naləvü fəryad edərəm.

Seyd qılsam əgər ahuni gözüm yaşiylə,

Bir doyunca öpərəm ləblərin, azad edərəm.

Qəddüvə oxşadığıyçün sənün, ey şirinləb,

Öpərəm sərv əyağın, xidməti-şümşad edərəm.

Eyləsün daneyi-təsbih ilə söhbət zahid,

Daneyi-xalun ilə sübhəcə övrad edərəm.

Əşk xunabəsinin sorson hübabın məndən,

Özümə beytül-həzən guşəsi bünyad edərəm.

Soracaqsan dedilər halımi hicründə nədür,

Bu xəyal ilə həmişə özümi şad edərəm.

Demə, naseh, mana, gəl məscidə, vəqtim yoxdur,

Xəlqi meyxanəyə mey dürdinə irşad edərəm.

Baxaram mən necə ol piri-muğanun yüzinə,

Gündə min dəf`ə bu mey tövbəsini yad edərəm.

Növbətün keçdi sənün imdi mənimdür, Saqib,

Əqli heyrətdə qoyan şe`rlər icad edərəm.

* * *


        

Gög yüzində, demə mən, qürsi-qəmərdür görürəm,

Dolanur başimizə fitneyi-şərdür görürəm.

206



Gör bu həngaməni, nadan eləməz meyl, şükr,

Əhli-halun yedigi xuni-cigərdür görürəm.

Oldı möhtac zərə, xanənişin oldı Əli,

Abirusi kişinün sim ilə zərdür görürəm.

Biləcək çox da varundur hanı, yox simü zərün,

Çəkmə bu zəhməti-bicani, hədərdür görürəm.

Həqqi isbat Peyəmbər elədi zər gücinə,

Zər ilə məqsədinə yetdi Peyəmbər, görürəm.

Dirhəmün olsa olur dust sana düşmən can,

Olmasa düşmən olur yaxşı bəradər görürəm.

Rüstəmün Rəxşi qalub köhnə palanə həsrət,

Tövqi-zərrinə təfaxür eləyür xər, görürəm.

Müzdi-süd verməyəsən, süd yerinə zəhr verər,

Qanuvı su tək içər, sevgili madər görürəm.

Ata baxmaz yüzüvə zərreyicə olson əgər,

Kül tökər başuva, Qur`an həqi, xahər görürəm.

Az qalubdur fələgün fitnəsünün sönsün odı,

Müxtəsər, rahəti-can, aləmi-digər görürəm.

Saqiba, çoxdan ayıqsan, yemə qəm, badeyi-nab

İçəcəksən, səni sərməsti-qələndər görürəm.

* * *

 

Rəhi-eşqün dutub Məcnunsifət, ey şux, məhşurəm,



Məlamət etməsün heç kim libasi-əqldən urəm.

Xəyali-vəslün ilə könlümi şad eylədüm hərdəm,

Nə cənnət arizusin eylərəm, nə talibi-hurəm.

Əsir etdim dili-divanəmi zənciri-zülfündə,

Neçün sultani-eşqün hökminə mən böylə mə`murəm.

“Ənəlhəqq” kəlməsin hər bir nəfəsdə eylərəm izhar,

Vırubdur başimə sevdayi-eşqün, əsrə Mənsurəm.

207



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə