Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə46/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   42   43   44   45   46   47   48   49   ...   135

Pərvanə özün şəm`ə vırar istədigiyçün,

Canan tələbinə belə fərmanla inandum.

Lə`li-ləbüvün fikri ilə badəpərəstəm,

Meyxanə yolında dolı peymanla, inandum.

Get, Kə`bə evində mey iç, eyləmə azar,

Saqib ki, ola mən ona vicdanla inandum.

* * *

 

Səba dəgdigdə zülfün yüzdə əfşan oldığın gördüm,



Sərasər xatiri-xəlqi pərişan oldığın gördüm.

Töküb rüxsarə bu növ` ilə zülfün, gizlədüb qaşın,

Hilali-yekşəbə əbr içrə pünhan oldığın gördüm.

Qəmi-hicran ilə kim, zə`f qılmış bu təni-zarım,

Hilalasa rəqibə yarü mehman oldığın gördüm.

Cəmalun tərhini aqildü hər kim mahə oxşatmış,

Olub heyrani hüsnün mahi-Kən`an oldığın gördüm.

Səri-kuyün sənün vermiş əgər Adəm alub cənnət,

Bu sövdadən anı axir peşiman oldığın gördüm.

Keçən gördüm keçən gün zahidi meyxanə səmtindən,

Bihəmdillah gedüb kafər müsəlman oldığın gördüm.

Müxalif dəhri-dun salmış əyağə buriyalər tək,

Mən çox nanəcibi dəhrə sultan oldığın gördüm.

Əzizim, sorsa kim səndən, hanı ol Saqibi-miskin,

Əlində nəqdi-can, de, yarə qurban oldığın gördüm.

* * *


 

Əgər mümkin oleydi aləmi bərbad eylərdüm,

Bir özgə aləm içün tazədən bünyad eylərdüm.

 

Cəhani bilməseydim bivəfa peymanşikənlərdən,



Dili-qəmginimi aləmdə bir gün şad eylərdüm.

213



Neçün bu bir-iki günçün gəlim cəm` eyləyüm xatir,

Keçən ömrimdən ötri dadü fəryad eylərdüm.

Təfavüt etməz hərgiz aqil ol, yainki divanə

Xəlayiqçün və gər nə xidməti-ustad eylərdüm.

Əgər mən bilseydim bu cəvanlıq bir iş verməz,

Anunçün mən özümi rəhmsiz cəllad eylərdüm.

Necə mən bilmərəm, zahid, nəmazə heç nə verməzlər,

Əgər bir şey verilsə, xəlqi mən irşad eylərdüm.

Gedər əldən bilürdüm varü yox bilmərrə, tərk etdim,

Əgər mümkin oleydi, müflisəm, bir zad eylərdüm.

Atadən ötri qəlbi bir nəfəs yanseydi övladun,

Ölüncə, həşrəcən fikrü qəmi-övlad eylərdüm.

Atam bir buğdayə satdı behişti, huriyü qılmani,

Mən olseydim satardum arpayə, bir ad eylərdüm.

Məni möhtac qıldı çərxi-dun meyxanə küncində,

Dənilər caminə mən bu güni heç yad eylərdüm.

Bu nəsli-Adəmi it surətində xəlq eylərdüm,

İti şəkli-mələkdə, munisi-əkbad eylərdüm.

Vəfa bir zərrə səndə olmasun, ey Adəm övladı,

Ürək daş, qan içən, heç mən səni icad eylərdüm?!

* * *

Bir sərvqəd eşqində təmənnalərə düşdüm,



Çəkdi bu təmənna məni səhralərə düşdüm.

Diqqət gözilə bax mana, salma məni gözdən,

Beş gün olur, xaki-rəhi-palərə düşdüm.

Ey sevgili canan, eşidim vəsfi-cəmalun,

Gəh məscidə, gəh deyrü kəlisalərə düşdüm.

Ahim odı hicründə olub şəm`i-şəbəfruz,

Yandırdı məni, vadiyi-Sinalərə düşdüm.

214



Gəh bərgi-şəcərdə od olub cilvələr etdim,

Gəh döndüm əsayə, yədi-Musalərə düşdüm.

Gəh istəyürəm lə`lün öpüm, gəh rüxi-alun,

Düşməz ələ, bica belə sövdalərə düşdüm.

Mən eylə bilürdüm alaram kam ləbündən,

Əğyar alub, boş belə xülyalərə düşdüm.

Xalun həvəsi verdi mana rütbeyi-Adəm,

Cəm` oldı bəla başimə, qovğalərə düşdüm.

Hali degüləm, urma əyağ dürri-yətimdən,

Biqədr sədəf tək ləbi-dəryalərə düşdüm. 

* * *

 

Ərindi eşqün odundan hədid olan könlüm,



Əsər görəndə səni, bərgi-bid olan könlüm.

Əsirdür genə bu dami-küfr zülfündə,

Ki, tiğ qaşlarun ilə şəhid olan könlüm.

Məlamət eyləmə, kuyüvün təvafını etsəm,

Çəküb fəğan ilə dərdi şədid olan könlüm.

Müqəyyəd etdi, üzin dutdı kafəri-eşqün

Fəqihə, hər nəfəs hər an mürid olan könlüm.

Vır imdi qəmzə oxın, gözdə qoy məkan dutsun,

İtüb bu zülfün içində pədid olan könlüm.

Məni mürid şərabə ləbün xəyali edüb,

Kim ilə həmdəm ola bu vəhid olan könlüm.

Əyağə düşdi əcəb köhnə buriyalər tək,

Sənün müfariqətündə cədid olan könlüm.

Görür ki, sən necə əğyarə olmusan mail,

Genə sana inanur naümid olan könlüm.

 

Bu Saqibi genə salmaqlıq istəyür qanə,



Deyər ki, öp ləbi-yari, pəlid olan könlüm.

215



* * *

Ləbün fikriylə könlüm, səngdil, qan oldı, mən neylüm,

Şəhidi-navəki-bu tiri-müjgan oldı, mən neylüm.

Vıranda şanə zülfüvə, vırgilən ahəstə-ahəstə,

Pərişandur könül bir də pərişan oldı, mən neylüm.

Təqazayi-məhəbbət eylədi Məcnuni avarə,

Biyabanlardə kim rüsvayi-dövran oldı, mən neylüm.

Könül əğyarə verdün, kam alur bu lə`li-nabundan,

Fəraqundan dili-divanə viran oldı, mən neylüm.

Əsiri-daneyi-xalun sənün rüsvayi-aləmdür,

Cəhanə fitnə salmış, xəlq heyran oldı, mən neylüm.

Şəbi-hicranuva tab eyləmək, ey şux, müşkildür,

Görüb əhvalimi Məcnun giryan oldı, mən neylüm.

Züleyxa rütbəsin kəm eylədi Yusif xəyalilən,

Cırub pirahənin, çaki-giriban oldı, mən neylüm.

Səri-kuyin behiştə verdi Adəm, ey kəmanəbru,

Bu sövdadən olub rüsva peşiman oldı, mən neylüm.

Yüzün göstərmədün bu Saqibə, ey sərvi-azadım,

Rəqibün bəzminə şəm`i-şəbistan oldı, mən neylüm.

* * *


Könül, bu mahvəş əğyar ilə yar oldı, mən neylüm,

Mana hicrində həmdəm tə`ni-əğyar oldı, mən neylüm.

Qəfəs küncində, bəsdür ahü nalə eylədün, bülbül,

Əsüb badi-xəzan tər qönçələr xar oldı, mən neylüm.

Satıldı bir kəlafə qul yerinə Yusif, ey Yə`qub,

Züleyxa firqətində didəxunbar oldı, mən neylüm.

Çıxeydi gözlərim, etdim neçün xalun təmənnasın,

Kəməndi-zülfüvə könlüm giriftar oldı, mən neylüm.

216



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə