Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə45/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   41   42   43   44   45   46   47   48   ...   135

Şərabi-Kövsəri təklif qıldun bəsdür, ey zahid,

Qulami-meykədə, həm bağbani-taki-əngurəm.

Müğənni, tari çək ağuşuvə, al dinü dil məndən,

Bu xoş avaz ilə hər sübhdəm heyrani-Mahurəm.

Kəmançə nəğməsindən, ey məni mən` eyləyən naseh,

Qoy, alsun ixtiyarım, söhbəti-naəhldən durəm.

Necə kuyün təvafın etməyüm, ey sərvi-azadım,

Əsiri-türreyi-zülfün, xərabi-çeşmi-məxmurəm.

Fəqihün qövlini inkar eyləsəm, eyb etmə, ey Saqib,

Müsəlmanəm qoyubdur ad özinə, mən də mə`zurəm.

* * *

Nəxli-dərdü möhnətəm, kim der səmərdən düşmüşəm,



Bərqi-aləmsuzdür ahim, şərərdən düşmüşəm.

Keçmərəm həqqün sözindən getsə başım tiğ ilən,

Xəlq elə fikr edür ki, yeksər hünərdən düşmüşəm.

Yoxdur əl açsun məni, çürmüş qılafə bağluyam,

Bir qılıncam çox iti, sanmun kəsərdən düşmüşəm.

Ey Məsiha, fəxr qılma oğluyam mən Məryəmün,

Mən gərək fəxr eyləyüm sülbi-pədərdən düşmüşəm.

Ehtiraz et bərqi-ahimdən, rəqibə vermə dil,

Bir odam, Musayə görsənmiş şəcərdən düşmüşəm.

Şah idim, kim bilməyür hökmüm rəvandı aləmə,

Mən sənün eşqündə təxtü taci-zərdən düşmüşəm.

Lə`li-nabun fikri ilə guşeyi-meyxanədə,

Məstü sərxoş xüm əyağinə səhərdən düşmüşəm.

Kuzəgər zalım ki, cam etmiş məni, qoy eyləsün,

Al xəbər sərrafdən dürrü gühərdən düşmüşəm.

Qədrdan yox, Saqiba, xəlq e`tina etməz mana,

Mərdümazarun söziylə mən nəzərdən düşmüşəm.

208



* * *

Məndən əl çəkməyəcəksən, genə məhbusi-qəməm,

Gör, əsir eyləmisən sən kimi, Cəmşidi-Cəməm.

Gərçi xali-siyəhün qarəti-küfrü din edüb,

Çəkmərəm əl, vəli dilbəsteyi-bu zülfi-xəməm. 

Kam alur lə`li-ləbündən sənün əğyar müdam,

Ruzidən ruzi-əzəldən məni-bədbəxt kəməm.

Məni rüsvayi-cəhan eylədi eşqün, getdi,

Rəhi-eşqün dutanı, gör, necə mən xoşqədəməm.

Can nədür olmaya qurban, gözün qurbani,

Səri-kuyin itinə hökm eylə, əhli-kərəməm.

Tab yox görməgə rüxsaruvi, göstərmə mana,

Gözlərün fikri məni heyrətə salmış ədəməm.

Qanım, aləm ola bərbad dəgişməz hərgiz,

Saqiba, türkdür əslim, nəinki əcəməm.

* * *


Zahid, şərabxanədə rindi-səbukeşəm,

Məsti-xərabi-badeyi-gülfami-biğəşəm.

Təklifi-tövbə eyləmə, tərki-mey etmərəm,

Yandırmaz od məni, mən özüm əhli-atəşəm.

Tə`rif eyləmə mana çox huri-cənnəti,

Dilbəsteyi-əsiri-bu zülfi-müşəvvəşəm.

Bimar nərgisi mana göstərmə, bağban,

Zahidfərib valehi-çeşmi-bu məhvəşəm.

Eşqün yolunda şeş cəhətim ahü nalədür,

Azad eyləyən məni yox, bəndi-bu şeşəm.

Mən öylə dinü dil sana, ey şux, vermişəm,

Qaşun qılınci töksə əgər qanımi, xoşəm.

209



Məğlub ilə Müxalifi etdim Həsarə bənd,

Əl çək, müğənni, talibi-Mənsuri-Dilkeşəm.

Saqib, yüzüm gülər məgər aləmdə bir nəfəs,

Nəqqaşi-möhnətün qələmilə münəqqəşəm.

* * *

    


Xətü xalun xəyalımda dolanur zülfi-pərçəm həm,

Hücum eylər mana bu tiri-müjganun dəmadəm həm.

Qaşun ki, əgrilik kəsbini aldı taği-mehrabun,

Bu sövdayə düşüb, ey sərvqəd, mahi-mühərrəm həm.

Məni rüsvayi-aləm eyləyən xali-siyahundur,

Özini mən kimi rüsvayi-aləm etdi Adəm həm.

Verür su bağban qəddün görübdür sərvi-şümşadə,

Tökər seylab tək, ey gözlərün qurbanı, didəm həm.

Əcəb səyyadsən bir tiri-qəmzön seyd edüb könlüm,

Kəmandar olmayubdur sən kimi tarixdə Rüstəm həm.

Qəmi-hicrün mana eylər kifayət, ey kəmanəbru,

Rəqibün tə`nəsi bu zəxmədür guya ki, məhrəm həm.

Məni bu dəhri-dun, qoy, qəmdən azad etməsün bir dəm,

Gəlür bir qan olur aludeyi-qəm, şadü xürrəm həm.

Kəməndə çəkməyübdür bir məni bu zülfi-pürçinün,

Giriftari olub Mənsur tək İsa ibni Məryəm(ə) həm.

Məlamət eyləmə mey düşkinin meyxanə küncində,

Şərabun düşkinidür, Saqiba, Cəmşid ilə Cəm həm.

* * *

Durdı müjganlarun tiri kəmanəbru ilən bahəm,



Alurlar qətlimə fərman səni-bədxu ilən bahəm.

Giriftar eyləmə bu könlümi zülfün kəməndində,

İlanı salgilən damə qəra giysu ilən bahəm.

210



Giribani-rəşkdən çak eylərəm bir dəf`ə gər görsəm

Cəmalun əksini, ey səngdil, güzgu ilən bahəm.

Gözün qurbanı olmaq istəyür dil qan olan yerdə,

Dutar kim ülfəti, divanədür, cadu ilən bahəm.

Salubdur heyrətə əttarı kim, rüxsaruvun ətri,

Məgər seyr eyləyübdür gülşəni şəbbu ilən bahəm.

Qübari-məqdəmün göz yaşımi eldən-elə paylar,

Uşaqlar oynayar yağmur olanda su ilən bahəm.

Su qatma, qanə dönsün, badeyi-gülfamə, ey saqi,

Baş ağrar içsə hər kim, badə olmaz su ilən bahəm.

Əlündə cami-mey var, Saqiba, təsbihə əl vırma,

Olub mehrabdə zahid kimi bayqu ilən bahəm.

* * *

Məlahət var yüzündə türreyi-tərrar ilə bahəm,



Təəccübdür, dutub ülfət mələk şəhmar ilə bahəm.

Kəsad etdün cəmali-Yusifi bazari-hüsn içrə,

Olanda daneyi-xalun bu məhrüxsar ilə bahəm.

Məlamət etmək olmaz əndəlibə nalə gər etsə,

Qəfəs küncində necə qönçə olsun xar ilə bahəm.

Əzabi-məhşəri hərdəm mana vəsf etmə, ey zahid,

Budur məhşər əzabi, yar olub əğyar ilə bahəm.

Var özgə aləmi, get, iç meyi meyxanə küncində,

Müvafiq əhli-hal ilə, sədayi-tar ilə bahəm.

Necə meydür verürsən, saqiya, bu cami-sağərdə,

Təəccüb etməyürsən mey su olmaz nar ilə bahəm.

Şikayət etmə, Saqib, eybdür, meyxanə pirindən,

Sana mey verməyür, görmüş səni dindar ilə bahəm.

* * *


Qoymadı zahid əlimdə dolı bir cam dutum,

211



Məst olum guşeyi-meyxanədə aram dutum.

Qoyma qan bağrıma, əğyarə könül verməgilən,

Kə`beyi-kuyüvə qoymaz məni ehram dutum.

Qoy,sorum lə`li-ləbündən sənün, ey şirinləb,

Mən də səndən nolur əğyar kimi kam dutum.

Bu pəriçöhrəni ram eyləmək olmaz, ey dil,

Gündə min dil görüb, əl çək ki, degül xam dutum.

Bu qədr ahü fəğan eyləmə hicran gecəsi,

Neyləyüm mən bu gözəl olsa əgər ram, dutum.

Tökdün, ey göz, bu qədr qanlı sirişki, bəsdür,

Sakit ol bir, səri-kuyi-bu dilaram dutum.

Saqiba, küfr dutubdur necə gör İslami,

Mən necə bir də dəxi şiveyi-İslam dutum.

* * *


    

Əğyar yetüb vəslüvə hicranla, inandum,

Hicranuva bu naleyi-əfğanla, inandum.

Mehrabə vırar tə`nə ol əbruyi-hilalun,

Hökm eylədi bu navəki-müjganla, inandum.

Viranəligin bilməz idim könlümün, ey məh,

Tökdün yüzə giysuyi-pərişanla inandum.

Heç bilməz idim eşq belə afəti-candur,

Sərgəşteyi-Məcnuni-biyabanla, inandum.

Bir danəyə bildim ki, behişti satub Adəm,

Bu xali-siyəhfamü zənəxdanla, inandum.

Yəğmayə gedər, sərvqədim, kişvəri-hüsnün,

Yoxdur, adı var Yusifi-Kən`anla, inandum.

Rahət yaşayan sərhədi-məqsudə yetişməz,

Ta verməsə cananinə can, canla inandum.

212



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə