Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə37/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   33   34   35   36   37   38   39   40   ...   135

Kəmrütbəyə, başunda ola tac, ya ki, fəs.

Çox da gözəllər içrə gözəl sərvnazsən,

Məhparə, arizün olacaq tö`meyi-məgəs.

Canun də çıxsa, heç kimə baş əgmə, Saqiba,

Biabiru həmişə olar əhli-mültəməs.

* * *


Nalə tərkin et, könül, yoxdur sana fəryadrəs,

Dut məlamət küncini, məskən sana ol gənc bəs.

Verdi zənciri-cünun avazeyi-hüsnün mana,

Yetməsün, ya Rəbb, görüm, Məcnun qulağinə bu səs.

Bənd-bəndimdən çıxar ney tək fəğanım hicrdə,

Çəkmədün əl bivəfalərdən, dedim peyvənd kəs.

Ey deyən tərk et fəğani, bəsdü fəryad eylədün,

Yox mənə həmdərd, həmavaz cüz bangi-cərəs.

Atəşi-hicranilə yandum əbəs hicran güni,

Bilmiş idim kim, olur bu mahvəşlər hüsni pəs.

Hüsnüvi xət paymal etdi sənün, ey səngdil,

Al ələ ayinəni, gör, noldı bəs ol basü kəs.

Saqiba, əhli-xərabat ilə, get, həmrəng ol,



Fəxrdür əhli-xərabat ilə olmaq həmnəfəs.

* * *


 

Vadiyi-heyrətdə verməzdi cərəs Məcnunə səs,

Daşürəkli Leyli olseydi əgər fəryadrəs.

Hiç kim bilməz nədür eşq aləmin Məcnun kimi,

Eşqdən dəm vırmasun Məcnundən özgə hiç kəs.

Öpdi Məcnun it əyağın, Leyli kuyindən keçüb,

Aləmi-eşqə gərək kim böylə etməklik həvəs.

Eşqdən dəm vırmasun hər bir yetən, asan degül,

 Basıb-kəsmək



170


Quş yuvası vardı Məcnun başında xarü xəs.

Gözlərini bağlamışdı, sölədi əğyardur,

Görməsün yarun yüzün, eşq əhlinə bu rütbə bəs.

Dağlara rüxsari-Şirini çəkibdür kuhkən

Xəlq görsün, pak edər bu eybi dərya, ya Ərəs?

Od dutarsan, şəm` kimi eyləmə sərkeşligi,

Taci-Kavusi alub dövran, başə kəc qoyma fəs.

Etmə minnət nakəsə hərgiz, ürək qanın, get iç,

Çıxsa canı, loğma içün meyl eyləməz ənqa məgəs.

Varü yox tərk et qumari-eşqə, heç eyb eyləməz,

Həft kişvər cəm`ini etməklik içün olma pəs.

Rəncsiz, Saqib, müyəssər gənc hərgiz olmıyub,

İmtəhan olmış, olar kəmrütbə əhli-mültəməs. 

* * *


  

Ey dil, zəmanədən əlüvi çək, əlaqə kəs,

Meyxanə künci, saqiyi-gülçöhrə, cam bəs.

Uyma həvayi-nəfsüvə, rüsva edər səni,

Yetmüb muradə istədigi qədr hiç kəs.

Giysuləründə olmaz idi mübtəla könül,

Cadu gözlərün əgər olsa idi dadrəs.

Meyxanələrdə mən ləbivün meypərəstiyəm,

Şəkkər olanda yığışur, rəsmdür, məgəs.

Pərvanə vırmaz idi özin şəm`ə sübhədək,

Nərdi-məhəbbətə uduzub olmaseydi pəs.

Hicran odını söndürə bilməz min il əgər,

Dildən təlatümə gələ kim, çeşmeyi-Ərəs.

Köçmək zəmanidür, dəxi çox yatma, Saqiba,

Ləng etmə qafilə, yola düş, söləyür cərəs.

* * *


171


Sərbəsər bicadur, eşqə, ey könül, etmək həvəs,

Ehtiraz et, bülbüli-miskinə verdi kim qəfəs?

Yar səndən yüz dutub əğyarə getdi, verdi dil,

Tə`neyi-əğyar eşitmə, can nədür peyvənd kəs.

Vadiyi-heyrətdə sərgərdandür Məcnun hənuz,

Paymali-möhnəti-qəm, yox ona fəryadrəs.

Verdi əğyarun əlinə naqə Leyli məhmilin,

Yetməsün Məcnun qulağinə bu səs, lal ol cərəs.

Xəlq cəm` oldı təmaşa etməgə rüxsaruvə,

İncimə, şəkkər görən vəqtdə hücum eylər məgəs.

Tab yox məndə təmam etsün mana gər qəmzəni,

Dinü dil gər istəsön almağa, nim qəmzə bəs.

Badə müzd içün verürsən, Saqiba, bir gün gəlür,

Heç təfavüt eyləməz ya tac ola, ya olsa fəs.

* * *

 

O gün ki, eylədün, ey şux, təxti-hüsnə cülus,



Çalındı kişvəri-Rumü Firəngdə naqus.

Kəməndi-türreyi-pürpiçüvə əsir oldum,

Səd heyf, pir zəmanımda eylərəm əfsus.

Cəvanlıq aləmi heç bilmədim haçan getdi,

Yerində qaldı dəmadəm fəğani-“ya Qüddus”.

Necə mən eyləməyüm nalə bəndi-bəndimdən,

Yox ixtiyar, kəmü bişdən olmışam mə`yus.

Əlacın etmək olur, düşmənün kim olsa əgər,

Əlacı pirligün yox ki, gəlsə Calinus.

Ki, qədbəqəd bükülüb qəd ki, sərvi-novrəsdi,

Çiraği-şəm` ki söndi, gərək degül fanus.

Kifayət eyləyər, ey mahparə, bir bu sözüm,

172



Qocaldı şəxs kim, ondan bütün gedər namus.

Bu halə düşməgimə çox təəccüb etməgilən,

Bu halı sən də görərsən, sana çalarlar kus.

Sana nə nəf` verür, əl gətür məniyyətdən,

Əyağlar altda olub paymal şövkəti-Tus.

Çü zülf düş əyağə, gəl, olma sərkeşdür,

Məniyyət eylədi, məhv oldı qövmi-ləşkəri-Rus.

Həqiqətün sözini, Saqib, etmərəm inkar,

Başımi min yerə gər bölsə tiği-Dəqyanus.

* * *


 

Olmaseydi, gözəlim, səndə bu əgri iki qaş,

Verməz idim sana dil, incisə də gər nəqqaş.

Zahid örtər gözini arizüvi görməkdən,

Gün çıxan vəqtə qaçar, tab edə bilməz xəffaş.

Badə qan oldı səbudə bu ləbün fikrindən,

Qaldı heyrətdə görüb lə`li-ləbün lə`ltəraş.

Gördi göz sevdi səni, dil, məni çox incidmə,

Görməyeydim bu güni, qanə döneydi dil, kaş.

Nə müqərrər sana əzzəldən olubdur, o yetər,

Azı çox eyləyərəm heç demə, etsön də təlaş.

Sevdigün getsə əlündən, demə neyçün getdi,

Gedəcəksən ki, gedüb tökmə dəxi gözdən yaş.

Degül asan yetəsən məqsədüvə, ey Saqib,

Yetməsən sevdigüvə ta ki, Xuda almaya baş. 

* * *


 

Qan bəhasinə verür badə bizə badəfüruş,

Qan bəhasinə necə badə içə xanəbəduş?

Qan bəhasinə verilməzdi bizə badeyi-nab,

173



Piri-meyxanəyə olseydük əgər həlqəbəguş.

Bu sözi açma, nihan dut, həzər et, vəqt degül,

Ey dil, azad degülsən hələ, gəl, ol xamuş.

Bu sənün yaxşı günündür, buna da şükr eylə,

Badəsiz məstü xərabati olarsan, mədhuş.

Hiç nəfəs çəkmə, qəmü möhnətə ol aludə,

Sana bir faidə verməz, eləmə cuşü xüruş.

Göstərür vəqt gədayə eləsün şəhzadə,

Gündə min dəf`ə baş əgsün, eləsün həm kürnuş.

Yarsız Saqibə təklifi-mey etmə, saqi,

Tök yerə abi-həyat olsa əgər, olmaz nuş.

* * *


Çeşmi-məstün nigəhi nərgisi-şəhladən xoş,

Tiği-əbruyi-kəcün taği-kəlisadən xoş.

Lə`li-nabun sora kim, mürdəni ehya eylər,

Ey könül behcəti, e`cazi-Məsihadən xoş.

Vəsfi-hüsnündə sənün nazil olub ayeyi-“Nur”,

Görünən həzrəti-Musayə təcəlladən xoş.



Gərçi çoxlar səri-zülfündə əsiründü, vəli,

Dözməyüb kimsə bu damə məni-rüsvadən xoş.

Yatma, Məcnun, dəxi dur, məhmili-Leyla keçdi,

Dil bu məhparəyə ver, şivəsi Leyladən xoş.

Musiya, tərk elə, çox qoymagilən Turə qədəm,

Bu məhün kuyinə gəl, vadiyi-Sinadən xoş.

Müstəfa barmağı “şəqqül-qəmər” etmiş nə əcəb,

Ey səvadi-xətü xali şəbi-yəldadən xoş.

Həqqi qal əhlinə qandursa kim, e`caz odur,

Kim açub bu dügini ol şəhi-Bəthadən xoş.

Vay qal əhli ilə durma, oturma, ey dil,

 Qurani-kərimin “Nur” surəsinin 35-ci ayəsinə işarədir



174


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə