Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə35/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   31   32   33   34   35   36   37   38   ...   135

Qəzəl zövqini Azər kimi məşhur olmayan bilməz.

* * *


  

Dərdi-eşqə çarə yoxdur, etmə dərman, istəməz,

Ey müalic, aşiq hərgiz rahəti-can istəməz.

Keçməsə canından aşiq aşiqi-sadiq degül,

Kim ki, candan keçməsə, əlbəttə, canan istəməz.

Daneyi-xalun görüb təsbihi verdim badəyə,

Olsa kim bu badə məsti, dinü iman istəməz.

Görsə şirin gülməgün, ey qan qoyan bu bağrıma,

Qönçəsin bilmərrə bülbül şadü xəndan istəməz.

Xidmət eylər qamətün sərvini görsə bağban,

Bağ içində naz ilə sərvin xuraman istəməz.

Bir nigah ilə dağıddun könlümün mə`murəsin,

Padşahim, şahi-adil mülki-viran istəməz.

Görsə hüsnün əksini ayineyi-mehrabdə,

Dutmaz üz mehrabə zahid, huri-qılman istəməz.

Atəşi-rüxsarüvə pərvanə canın yandırar,

Şəm`ə yandırmaz özin, şəm`i-şəbistan istəməz.

Saqiba, ol mahvəş əğyarə vermiş meylini,

Eyləmə hicründə neytək ahü əfğan, istəməz.

* * *


 

Xoş ol məsti-xərabə, dəhrdə bir zərrə qəm çəkməz,

Dutub meyxanə küncin, qəm əyağindən qədəm çəkməz.

Eşitməz, fikr verməz, qisseyi-Məcnunü Leylayə,

Nə eşqün aləmin bilməz, nə ahi-dəmbədəm çəkməz.

Desön, ey bixəbər, gər bu cəhanun inqilabindən,

Xəbər dutdun, deyər, yox, hiç qəm bu möhtərəm çəkməz.

Dağılsun külli-aləm, fikr verməz heç nə olmuşdur,

160



Yüz oğlun öldürər, hərgiz gözi bir qətrə nəm çəkməz.

Heyf, biarlıq düşməz ələ, bir yaxşı dövlətdür,

Məni ağuşinə ol bimürüvvət, bircə dəm çəkməz.

Əyağ altında qaldım paymali-möhnətü dərdəm,

Bu ağır bari məntək kişvəri-Cəmşidi-Cəm çəkməz.

Əlimdə sağəri-mey, içməmiş mey döndi qan oldı,

Belə bədbəxtlik təsvirini heç bir qələm çəkməz.

Əcəb həngamədür, bir mahvəş eşqində rüsvayəm,

Məni kuyinə bir dəm, neyləyüm, ol qönçə xəm çəkməz.

Cəhənnəm qorxısın yad eyləmə, dur, mey iç, Saqib,

Məzacı tiryaki aləmdə heç bir fikrü qəm çəkməz.

* * *


 

Bəlayi-dil çəkər nahəqq yerə bülbül, qəfəslənməz,

Verür Məcnunə Leyli müjdəsin naqə, cərəslənməz.

Təmənna etmiş əhli-mürüvvətdən verür canın,

Nə bir can, varü yoxdan əl çəkər, zərrə pəslənməz.

Gətürməz boynına minnət yükin mərd, qeyrət çəkər,

Yeyər xuni-cigər, eylər qənaət, mültəmislənməz.

Baş əgmə nanəcibə, göz yum ondan, çıxsa gər canun,

Dil açma nakəsə, dövlətdə Qarun olsa, kəslənməz.

Özün pərvanə kimi vır oda, kəsbi-məaş eylə,

Dəninün süfrəsinə tikmə göz, ənqa məgəslənməz.

Kişi gül iynəməz, şəmşirdə düşmən qanın iynər,

Vətən əldən gedəndə, seyri-gülzarə həvəslənməz.

Başunda asimanun, çəkmə heç qəm, sayəsi bəsdür,

Təməllüq eyləmə namərd əlilə mərd bəslənməz.

İtirməz qiymətin nadan əlində dürri-nasüftə,

Düşər sərraf əlinə buriyatək xarü xəslənməz.

Zəmanə Saqibə baran yerinə daşı yağdırsa,

161



Öpər sağər ləbindən, məst olur, ney kimi səslənməz.

* * *


Dünya yer ilə bir nəfəsün yarinə dəgməz,

Beş gün qalacaqsan, qəmün azarinə dəgməz.

Dünya dolısı lə`lün ola, ver meyi-nabə,

Dürdi-meyün üftadəsinin varinə dəgməz.

Dünyadən utanma, sana heç nə edə bilməz,

Dünya dəlilər məqdəminün xarinə dəgməz.

Çox verməgilən meylüvi bu dari-fənayə,

Ahi-səhərün ahi-şərarbarinə dəgməz.

Girəm ki, qul oldı sana bu cümlə xəlayiq,

Müzdi kəfənin ignəsinün tarinə dəgməz.

Tökmə bu qədr qanları bir loğma yeməkçün,

Bu keşməkeşün bir itün ətvarinə dəgməz.

Şah olmağuva fəxr eləmə, bircə nəfəsdür,

Qəbrün evinün mur ilə həm marinə dəgməz.

Bir yerdə ki, mey qandu, onun nuşi də qandur,

Bu qan çanaği əhli-dilün karinə dəgməz.

Məscidə nə var həq ora getsün, yüzi yoxdur,

Bütxanələrün rişteyi-zünnarinə dəgməz.

Asəf qoya heyrətdə əgər Asəfi-dəhri,

Bu Saqibün hərgiz çürük əş`arinə dəgməz.

* * *

Kim ahü fəğanım görüb ondan həzər etməz,



Bir gün dutar ahim onı axır, xəbər etməz.

Ahım odı yandırdı daşı, ey daşürəkli,

Gögçəksən, onunçün sana ahim əsər etməz.

Aləmlər alur kam sənün lə`li-ləbündən,

162



Yansun oda, neyçün mana bəxtim güzər etməz.

Məcnuni məlamət eləmə çöllərə düşmiş,

Dildardən ayrı, kimi qəm dərbədər etməz?

Səndən gilə etməm nə qədr cövr gər etsön,

Canım sana qurban edərəm mən, zərər etməz.

Ey vadiyi-eymən şəbanı, yaruvi tanı,

Bu sirridən agəh səni nari-şəcər etməz.

Dildar gəzir, aç gözüvi göz qabağında,

“Ərni” dedigündən utan, ol məh nəzər etməz.

“Lən” kəlməsini dağ eşitdi, dağ ərürdi,

Tə`sir sana zərrəcə aya məgər etməz?

Zahid, eləmə Saqibi təkfir mey içmiş,

Qəlbini onun bu sözün hərgiz kədər etməz.

* * *


  

Əbəs divanə könlüm naleyi-biixtiyar etməz,

Necə divanədür ol, görsə yari ahü zar etməz.

Sağalmaz daği-hicran sinədən, heyhat, müşkildür,

Həzər ahim odundan, ah ol birəhm yar etməz.

Demə hicran qəmin birəhmlər yanında, ey Məcnun,

Mürüvvətsizlərə heç ah odı bir zərrə kar etməz.

Utan, zahid, mənim meyxanələrdə e`tibarım var,

Sana səccadəni məscidə heç kim e`tibar etməz.

Məhəbbət rəsmini, aşiqligi pərvanədən ögrən,

Qəfəs küncində nalə etmə, bülbül, yarə kar etməz.

Dila, pərvanətək nari-fəraq ixtiyar eylə,

Məhəbbət əhli heç bir an rahət ixtiyar etməz.

Məni namərdə möhtac etməyincə çəkməz əl məndən,

Əzizi xar edübdür zəmanə, xarı xar etməz.

* * *


163


 

Qəzayi-ruh hərgiz səbheyi-səddanədən gəlməz,

Bütün buyi-riya zahiddədür, meyxanədən gəlməz.

Edərsən gülsitandə naləvü fəryad, ey bülbül,

Fəğan yandıqca şəm`ə zərrəcə pərvanədən gəlməz.

Cünun zəncirini vermiş mana giysulərün fikri,

Belə fəryadrəslik, sərvnazım, şanədən gəlməz.

Mana yetməkdədür hər ləhzədə səndən əziyyətlər,

Bu lütfü mərhəmət əksilməsün, biganədən gəlməz.

Məni sövdayi-zülfün eyləmiş zülfün giriftari,

Vəli gər abü danə olmasa quş lanədən gəlməz.

Çağırma zahidi meyxanəyə məsciddən, ey saqi,

Qədəh təklifini etmə, bayqulər viranədən gəlməz.

Fəqihün qövlünə, Saqib, inanma, e`tibar etmə,

Həqiqət əhli ol, həqqün sözi əfsanədən gəlməz.

* * *


Olmasa şirin, ey dil, söləmə təkrar söz,

Eyləsön təkrar, olur biqədrü bimiqdar söz.

Açma söz, ləbbəstə əgləş gər süxənsənc olmasa,

Etmə nadanun yanında, heyfdür, izhar söz.

Kimdə vardur qabiliyyət, fikr verməz hər sözə,

Dut qulağun, söləsə gər birsi nahəmvar söz.

Sözlə sözdə fərq vardur, hansıdur bilmək gərək,

Etməgə izhar xəlqə birbəbir axtar söz.

Var söz İsa(ə) kimi əmvatə hərdəm can verür,

Kasə-kasə içdirür, var bir də zəhrimar söz.

Sözlə izhar eylədi e`caz Xətmi-ənbiya(s),

Xəlqə cüz bildirməyibdür Əhmədi-Muxtar(s) söz.

Saqiba, meyl etməz idim şe`rə, yoxdur əhli-hal

164



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə