Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə34/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   30   31   32   33   34   35   36   37   ...   135

Şəbi-hicran qəmindən aşiq hərgiz kamyab olmaz. 

Açıldı, qönçeyi-xəndan oldı, bülbül, sübhədək yatdun,

Demə mən aşiqəm, aşiq gözündə nazi-xab olmaz.

İçər övqaf qanın kasə-kasə künci-məsciddə,

Fəqihi-mədrəsə neyçün gedüb məsti-şərab olmaz.

Ədalət ismidür xəlqün dilində sölənür hərdəm,

Özi yox olseydi, xəlqə zalim intixab olmaz.

Təəccüb eyləmə dutmış cəhani fitnə, ey Saqib,

Mürüvvət xəlq içində olsa, hərgiz inqilab olmaz.

* * *


Giriftari-kəməndi-zülfüvə xoş gün nəsib olmaz,

Qəfəs küncində hərgiz şadü xürrəm əndəlib olmaz.

Nə çarə dərdi-eşqə, ey dil, çarə müşkildür,

Ki, dərdi-eşqi çarə eyləsün, heç bir təbib olmaz.

Məlahət şərtdür olsun gərəkdür kim, gözəllərdə,

Olur aşubi-aləm, zərrəcə möhtaci-zib olmaz.

Girov ver badəyə səccadəvü təsbihi, ey zahid,

Mey iç, sağərpərəst ol, meypərəstlərdə fərib olmaz.

Könül ol yarə ver, dutmuş cəhanı iki mim ilə,

Hərimi-kuyinə biganədür məhrəm rəqib olmaz.

İtaət eyləməklik fərzdür sultanə can ilə,

Vəli, dair bu əmrə müşkil işdür, nanəcib olmaz.

Şəh olmaq təxtü tac ilə degül, ey dil, xəyal etmə,

Gər olseydi, Vətən mülkində bu Saqib qərib olmaz.

* * *

    


Ey kuhkən, eşqün rəvişi tişədə qalmaz,

Mey, meykədə ovbaşı içər, şişədə qalmaz.

Şirin sana dil verməsə, get, qeyrə könül ver,

155



Divanə kimin şəxs bir əndişədə qalmaz.

Azadəligün vəqti yetişmüb, yetişəndə,

Batmaz əyağə xarü tikan, nişi də qalmaz.

Şəh dərsə rəiyyət bağınun meyvələrindən,

Nəxlin də qulami çıxarar, rişə də qalmaz.

Ey sevgili yarım, demə mən mahliqayəm,

Bu hüsn gedər, şahə də dərvişə də qalmaz.

Laçin gözün bir qeyidüb qıyqacı baxsa,

Taqət eləməz şir, qaçar bişə də qalmaz.

Təng olsa cəhan mülki sana, səbr elə, Saqib,

Dut fəqrü fənani, kişi təşvişdə qalmaz.

* * *


Kam alardım lə`li-nabundan sənün, ey sərvnaz,

Vəqt yoxdur, ah, səd əfsus, neylim, ömr az.

Firqətündə həmdəmim bu naleyi-cansuzdür,

Oldı giryan halimə, ey bixəbər, neyü çəngü saz.

Dutmaz idi quş yuva Məcnun başında ah ilən,

Olsa idi səngdil Leyla əgər bir dilnəvaz.

Canıni tərk eyləyəndə qalmadı can qəsdinə,

Sölədi Məhmud, hanı, gəlmədi neyçün Əyaz?

Olma eymən dəhri-dunun dövrinə bel bağlama,

Rəngdür başdan-əyağə, rəngdür həm hiyləsaz.

Almaram mən kam səndən, gərçi sən də almasan,

Tez solar hüsnün güli, fəxr eyləmə, çox etmə naz.

Ey qoyan qan bağrıma hərdəm qəmi-hicran ilə,

Vermə dil əğyarə, ahimdür mənim aləmgüdaz.

Fəsli-güldür, ey müğənni, Saqibün sor halıni,

Sevdigi nəğmə cəhanda Şurdür bir Şahnaz.

* * *

156



 

Natəvan könlüm əcəb divanədür, ey sərvnaz,

Arizuyi-tiri-qəmzön eylər, etməz ehtiraz.

Qalmadı könlümdə taqət, bir dəm ərzi-ariz et,

Çək kənarə türreyi-pürpiçüvi, çox etmə naz.

Dərdi-eşqə çarə yox, əl çək əlacimdən mənim,

Bir də sən dərd artırursan, ey təbibi-çarəsaz.

Kuhkən Şirin sevər, Məcnun Leyla, mən səni,

Şəm` odın pərvanələr, bülbül güli, Məhmud Əyaz.

Vahimə etmüm necə qıyqaci gər baxson mana,

Məsti-nazım, gözlərün eylər şikari-şahbaz.

Verməz idi qeyrə dil ol sərvqədlər məhvəşi,

Od duteydi, dil yaneydi, etməseydi kəşfi-raz.

Səngdil, asan degül tab eyləmək hicranuva,

Naləmə heyran qalub fəryadi-çəngü tarü saz.

Nail ola məqsədə başım da getsə şəm`tək,

Tiği-xunəfşan ilən, əfsus, ey dil, ömr az.

Saqiba, bənd olma tari-zülfinə ol məhvəşün,

Başuvı salma uzun sövdayə, eylər ömri az.

* * *


Dərdimə tiğindən özgə bilsə idim çarəsaz,

Səndən etməzdim təmənnasın dəxi, ey sərvnaz.

Tiğ səndə, navəki-dilduz səndə, məndə can,

Canım al, aşiqlər içrə qıl məni bir sərfəraz.

Danə səndə dami-giysu içrə, ey adəmfərib,

Dinü dil al məndən, hərgiz etmərəm ifşayi-raz.

Qəmzə səndə, naz ilə başdan-əyağə qəmzəsən,

Almısan canım, degülsən, neyləyüm, aşiqnəvaz.

Qaşlarun mehrabinə meyl eyləməz zahid, nola,

157



Qibleyi-İslamə kafər yüz dutar, qılmaz nəmaz.

Düşsə hər kim neyləsün sövdayi-zülfün daminə,

Bu mühəqqəqdür cünun zənciri eylər ömri az.

Sərfiru qıl, Saqiba, sərgərmi-camü badəyə,

Tapmasan meyxanədə zahid kimi əhli-məcaz.

* * *


  

Cəfadən özgə bu məhvəş vəfa nədür bliməz,

Könül rəqibə verüb, aşina nədür bilməz.

 

Əl atma, ey dili-divanə, tari-giysuyə,



Edər əsir səni, mübtəla nədür bilməz.

Dolanma kuyinə ol mahparənün, əl çək,

Gədanun oğlı gədadur, gəda nədür bilməz.

Desön bu səngdilə, qəlbi-aşiqi yıxma,

Rəqibə vermə könül, e`tina nədür bilməz.

Desön əyağun öpüm, qətlüvə verür fərman,

Qanun aradən itər, xunbəha nədür bilməz.

Təbib eyləməsün, dərdi-eşqə yox çarə,

Əlacı yar ləbində, dəva nədür bilməz.

Vətən yox əldə, genə arizuyi-hur eylər

Fəqihi-mədrəsə, ey dil, həya nədür bilməz.

Oxur həram mana vəsfi-badəni, saqi,

Gətür piyaləni, ruhə səfa nədür bilməz.

Həqarətün gözilə baxma Saqibə, zahid,

Sənün kimi degül, əl çək, riya nədür bilməz.

* * *


 

Dili-Məcnuni Leyli hicrdə qan oldığın bilməz,

Biyabanlarda heyran, zarü giryan oldığın bilməz.

Deyür bir qaşü gözdür məndə var, ol sərvi-azadım,

158



Bu qafil heç birin aşubi-dövran oldığın bilməz.

Töküb giysulərin rüxsarə, könlümdən xəbər dutmaz,

Yerün viranə yer, sənün ənbərəfşan oldığın bilməz.

Pərişandır görüb əhvalımi bu səngdil, əmma,

Üzarə telbətel zülfün pərişan oldığın bilməz.

Yaralu könlümə əbruləri tiğ ilə qəsd eylər,

Düşüb dildən, şəhidi-tiri-müjgan oldığın bilməz.

Mana meyxanədə məscid yolıni göstərür zahid,

Meyi-gülfam yox məsciddə, heyvan oldığın bilməz.

Qəzəl məxsusdür bu Saqibə, övladi-Azərdə,

Özin təxti-qəzəl üstündə sultan oldığın bilməz.

* * *


Şərabun nəş`əsin sərməstü məxmur olmayan bilməz,

Süleymandə nə rütbə vardur, mur olmayan bilməz.

Nə qədri gözdə var nur, hərgiz bilməsən qədrin,

Nədür nur aləmi, Yə`qub tək kur olmayan bilməz.

Nədür tə`sir həqqün kəlməsində hər yetən bilməz,

Gərək əvvəl çəkilsün darə, Mənsur olmayan bilməz.

Mühəmməd(s) eylədi “şəqqül-qəmər”,

 sən eylə inkarın,



Libasi-cəhldən bu nüktəni ur olmayan bilməz.

Onı bilmək gərək, kim eylədi izhari-həqiqət,

Nübüvvət barinə can ilə muzdur olmayan bilməz.

Nə ləzzət var vüsali-yaridə, ey dil, xəbər alma,

Şəbi-hicran qəmindən zarü rəncur olmayan bilməz.

Əbəs baş ağrı vermə boş yerə kim, mən də sultanəm,

Süleyman(ə) tək bu əmrə rindü mə`mur olmayan bilməz.

Necə mən əhli-haləm mey içəndə bilmisən, zahid,

Mənilə guşeyi-meyxanədə cur olmayan bilməz.

Qəzəl zövqini bilmək, Saqiba, asan degül hərgiz,

 Məhəmməd Peyğəmbər (s) tərəfindən ayın iki yerə bölünmə hadisəsi  



159


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə