Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə38/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   34   35   36   37   38   39   40   41   ...   135

Bir kəsük dırnağı dut, mərdümi-bicadən xoş.

Saqiba, kargər oldı sana dövran sitəmi,

Künci-meyxanəni dut, yox meyi-minadən xoş.

* * *


Edərəm lə`li-ləbün yadı ilə badəni nuş,

Bu xəyalilə səbu, mey özi olmış mədhuş.

Gəlsə göftarə əgər lə`li-gühərpaş ləbün,

Olur əlbət ki, şirinsüxən tuti xəmuş.

Etdi eşqün məni rüsvayi-cəhan, şirinləb,

Almısanmı xəbər oldum nə içün xanəbəduş. 

Qədəğən badəni kim eylədi, zahid, əl çək,

Qədəğən olsa idi, bilərdi onı bu badəfüruş.

Qəmi-hicranə dəvam eyləgilən, ey könlüm,

Vermiş əğyarə dil ol mahliqa, etmə xüruş.

Desələr yar rəqibə dəxi dil verməyəcək,

Sana bir fayidə verməz, eləmə hər sözə guş.

E`tibar eyləmə, Saqib, bu pərirüxsarə,

Gördüm əğyar ilə sərməsti-meyü həmağuş.

* * *

 

Ləbün fikri məni meyxanəyə, ey gözəl, çəkmiş,



Vəli bu saqiyi-gülçöhrəni məndən əzəl çəkmiş.

Üzarun əksi salmış heyrətə surətgəri-Çini,

Bu tərhün məhviyəm, ey sərvi-dilcu, necə əl çəkmiş.

Əcəbdür sinəmi çak eyləmiş ol tiği-əbruyun,

Anı üşşaq içün kilki-əzəl tiri-əcəl çəkmiş.

Degül xali, ey pəri, künci-ləbündə xalə bənzətmə,

Bəli, zənburdür lə`lünara nəqşi-əsəl çəkmiş.

Kəsad etdün cəmali-Yusifi bazari-hüsn içrə,

175



Züleyxa Yusifin tərk eyləmiş, bilmərrə əl çəkmiş.

Dəhanun sirri ilə urdı İsa(ə) lafi-həmrəngi,

Kəməndi-zülfin anı darara ziri-bəğəl çəkmiş.

Cəhanda incimə heç, Saqiba, yarun cəfasından,

Səni bədbəxtlik lövhində aşiqlər məsəl çəkmiş.

* * *


  

Əzəl nəqqaşidür əbrulərün tərhini xəm çəkmiş,

Bu tərhi çəkməgə ol tiri-müjganun qələm çəkmiş.

Necə eşqün yolındə etməyüm mən dinü dil tərkin,

Məlahət kişvərində xosrovi-hüsnün ələm çəkmiş.

Əlim dut, ey gözün qurbanı saqi, bir əyağ ilə,

Dəri-meyxanədən biganələr çoxdan qədəm çəkmiş.

Üzari-aluvun, ey sərvqəd, kim olmaz heyrani,

Müsəvvir məst olub, əbrulərün tərhin xəm çəkmiş.

 

Şərabun qədrini sən bilmisən, ey zahidi-xudbin,



Dutub can nəqdi əldə həsrətin Cəmşidü Cəm çəkmiş.

Bu viranxanədə hiç kim nəfəs asudə çəkmübdür,

Peşimandur gələnlər, nalə neytək dəmbədəm çəkmiş.

 

Məlamət eyləmə bu könlümi ney tək fəğan etsə,



Fərağundə rəqibün tə`nəsindən çox sitəm çəkmiş.

Təməllüq badəsin nuş etmədim meyxanə küncində,

Dənilər süfrəsindən gözlərin əhli-kərəm çəkmiş.

 

Xəbər Saqibdən aldım aləmi dutmış neçün fitnə,



Dedi, giysulərinə şanəni bu qönçeyi-fəm çəkmiş.

* * *


Qızıl gül arizi-alun görüb gülşəndə bulənmiş,

Alıbdur ləbləründən nəş`əni, badə səbulənmiş.

Mana təklif qılma seyri-gülşən, bağban, əl çək,

176



Məgər bu sərvqəddi görməyürsən lalərulənmiş?

Təəccüb etmə könlüm qanə dönmüş, ey kəmanəbru,

Ləbündən sormağa, qoy, qanə dönsün, arizulənmiş.

Həram olmış neçün mey, bilməz bu zahidi-kəcbin,

Hədisi-ləblərün meyxanələrdə göftügulənmiş.

Şərabi-safıni təklif qılma zahidə, saqi,

Dutub məscid yolın, təsbihi var əldə vüzulənmiş.

Qəmi-hicranuva tab eyləmək, ey şux, müşkildür,

Həzər qıl göz yaşımdan, seyltək hicründə culənmiş.

Dili-divanəmi giysulərində yarun, ey Saqib,

Vıranda şanəni məşşatə, tel-tel cüstüculənmiş.

* * *


 

Etmə yüzüvə zülfi pərişan, gözi çıxmış,

Bəsdür, elədün könlimi viran, gözi çıxmış.

Məğrur bu gögçəklik edübdür səni, zalim,

Qalmaz sana çox da belə dövran, gözi çıxmış.

Bu qaşlaruvun tağinə asdım dili-suzan,

Göstərmə mana navəki-müjgan, gözi çıxmış.

Rüsvayi-cəhan eylədi eşqün məni getdi,

Rüsva olasan, gözləri ceyran, gözi çıxmış.

Xalun həvəsi saldı məni dami-bəlayə,

Aləmlər olubdur sana heyran, gözi çıxmış.

Bir busə verincə mana, qan bağrıma qoydun,

Canım sana olsun genə qurban, gözi çıxmış.

Zalim, könül əğyarə verincə məni öldür,

Rəhm eyləmə, ver qətlimə fərman, gözi çıxmış.

Heç bilməyəcəksən nə qədr qan eləyürsən,

Bəsdür, bu qədr eyləmə tüğyan, gözi çıxmış.

Kim alsa xəbər bağruvı kim qan eləyübdür,

177



Saqib, degilən, bir gözəl oğlan, gözi çıxmış.

* * *


Yetirməseydim əgər sidq ilə sana ixlas,

Qaşun qılıncı mana böylə etməz idi qisas.

Əsirdür dilü divanə dami-zülfündə,

Bu damdən belə divanə heç olurmi xilas?

Məni məlamət edir xəlq oldum heyranun,

Bu hüsn sən də ki var, görməyübdür bir əşxas.

Əlün yetişməyəcək bərdi-gövhəri-eşqə,

Bu bəhrə girməgilən, qərq olursan, ey qəvvas.

Məlamət etməsün heç kim məni, meyaludəm,

Yetirür məqsədə namərdi çərxi-kəcrəqqas.

Gözüm düşür o kəsə, gündə dal dutub vətənə,

Bateydi gözlərimə, kaş, nizeyi-Vəqqas.

Əzizi-xəlq olursan, inangilən, Saqib,

Cəhanda etməgilən heç kim ilə əhdi-təqas.

* * *

Vəsfi-Şirin söləmə, Məcnunə Leyladür qərəz,



Dürdi-mey üftadəsinə cami-səhbadür qərəz.

Məryəmün rüsvayi-aləm oldığından baki yox,

“Nəfxi-min ruhi”

 deməklikdən Məsihadür qərəz.



Səd həzaran tifli-sərbüridə olmaq səhldür,

Sərbəsər bunlar bəhanə, əsl Musadür qərəz.

“Rəbbi ərini” söləmək Musayə yüz min eybdür,

Rütbəsin güm eyləmiş, bica təmənnadür qərəz.

“Lən tərani” kəlməsi eyb oldığın isbat edir,

Hüsni-yari göstərür hər zərrə binadür qərəz.

Yusifün pirahənin çak etməgün min vəchi var,

 “...ruhumdan üfürdüyüm...” (Qurani-kərim, Hicr, 29)



178


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə