Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə27/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   23   24   25   26   27   28   29   30   ...   135

Xütən ahusi kimi bilməyür heç rəm kimdür.

Səri-kuyində mana eyləmə cənnət və`zin,

Vermərəm kuyivi Adəm kimi, adəm kimdür.

Tiği-qəmzön eləmiş könlimi yüz min yerə çak,

Onı cəm` etmək içün rişteyi-Məryəm kimdür.

Demə qəm saldı əyağdan məni, ey dil, həzər et,

Eyləməz əşk rəvan kim yüzə, xürrəm kimdür.

Fələkün dönməyəcəkdür yüzi, fəryad etmə,

Etgilən istədigün, ahi-dəmadəm kimdür.

Fikrüvi verməgilən heç kimə, iç badeyi-nab,

Mey kimi əhli-dilə məhrəmü həmdəm kimdür.

Yetişüb Saqibə meydani-qəzəl, ey Asəf,

Qoymuş heyrətdə təmam aləmi, Rüstəm kimdür.

* * *


 

Eylədün aləmi bərbad, həvəsdür, bəsdür,

Tikə bilməz dəxi ustad, həvəsdür, bəsdür.



Atdun əl pərdeyi-namusinə hər tayifənün,

Oldı rüsva, evün abad, həvəsdür, bəsdür.

Tökmə qanı bu qədr sahibi vardur, zalim,

Lə`nət eylər sana cəllad, həvəsdür, bəsdür.

Olmayanda məgər Allah, tökərlər qani?

Rəhmə gəl, naxələf övlad, həvəsdür, bəsdür.

Saldun avarə vətəndən, vətənün övladın,

Eləyürsən kimi dilşad, həvəsdür, bəsdür.

Xabi-qəflətdən ayıl, millətüvün halıni gör,

Yox əlində dəxi heç zad, həvəsdür, bəsdür.

Ayılarsan o zəman, bir yerə bənd olmaz əlün,

Çəkilər xəncəri-fulad, həvəsdür, bəsdür.

Eylə düşmənçilik et, sülh yolını göstərsün,

 Əbdülxalıq Cənnətinin (1855-1931) “Yetər, ey mürdeyi-cünbində həvəsdür, bəsdür” rədifli qəzəlinə nəzirədir.



120


Yox sana dust bir əfrad, həvəsdür, bəsdür.

Nə işün din ilə, Allah ilə vardur, əl çək,

Gör nələr xəlq edir icad, həvəsdür, bəsdür.

Bir kəsi dust dutursan ki, sana düşməndür,

Səni heç eyləməyür yad, həvəsdür, bəsdür.

Nəyüvə fəxr eləyürsən, nə olur göstərəsən,

Gülür aləm sana, arvad, həvəsdür, bəsdür.

Ac tovuq darı görər, var bu məsəl aləmdə,

Yuxıda eyləmə fəryad, həvəsdür, bəsdür.

Saqibün pəndi sana zərrəcə tə`sir etməz,

Boş yerə eyləyür irşad, həvəsdür, bəsdür.

* * *


Gizlətdi yar hüsnini məndən, bəhanədür,

Zülf içrə bu bəhanəyə bilməm, bəha nədür?

Tərk eylə dinü dil dedi eşqimdə, eylədim,

Can nəqdi əldə alsun əgər, qəsdi canədür.

Sən eylə şuxsən, necə mən qeyrə dil verüm,

Başdan-əyağə hər bir işün aşiqanədür.

Mehrabə oxşadubla qaşun tiğini, vəli,

Qan dutmış anı, meyli onun cansitanədür.

Avarə dami-zülfün içində bu mürği-dil,

Dami-cünun bunca ona aşiyanədür.

Yox halımi bilən şəbi-hicründə, səngdil,

Vaqif bu sirrə naleyi-ruzü şəbanədür.

Ey dil, təvaf eyləmə xalın bu gülrüxün,

Biçarə Adəmi edən heyran, bu danədür.

Düşdüm əyağə mey kimi sultani-əsrkən,

Yox çarə əldə, xahişi-dövrü zəmanədür.

Saqib nəsihət etsə sana, ey dil, incimə,

121



Keçmə vətəndən, hər sözi bir taziyanədür.

* * *


Hər kim bu dami-zülfün əlində əsirdür,

Azadəlikdə xosrovi-taci-sərirdür.

Qaşun qılıncı gərçi tökər xuni-aşiqi,

Əmma bu şux gözlərün ondan şərirdür.

Can qəsdin etməgə düzülübdür kəmanuvə,

Müjgan deməzlər, hər biri bir növki-tiridür.

Yusif əgərçi fəth eylədi hüsn kişvərin,

Hüsnün cəhanə fitnə salub, binəzirdür.

Yox dərdi-eşqə çarə, gətür məndən əl, təbib,

Bir dərdə eylə çarə ki, dərmanpəzirdür.

Zahid, məlamət eyləmə sərməsti-badəyəm,

Pirün əsası gülrüxi-rövşənzəmirdür.

Saqib özini mail edübdür cəvanlara,

Ey sərvnaz, baxmagilən, xəstə pirdür.

* * *

 

Qəmzön oxıyla bu dili-viran yəralidür,



Bitişməz bu yarə mərhəmlə, çox yəralidür.

Tərk eyləyən degül şəbi-hicründə naləni,

Ney kimi hər nəfəs deyəsən kərbəlalidür.

Kimdür əsiri türreyi-pürpiçi-tabuvun,

Ey səngdil, dedim, dedi bəxti qəralidür.

Can nəqdin al dedim, qoy, öpüm lə`li-nabuvi,

Vermək olarmı canə, dedi, get, bəhalidür.

Xalü xətündən, ey dili-divanə, qıl həzər,

Vermiş fərib adəmə, əl çək, xətalidür.

Zəncirə oxşadur özini, gah əf`iyə,

122



Gahi kəməndə türrələrün, laübalidür.

Məcnun öpəndə it əyağın xəlqə sölədi,

Gəzmiş bu kuyi-Leylidə, məndən vəfalidür.

Şəm`i-rüxündə, qoy, yanə pərvanələr kimi,

Könlüm bəlasını çəkirəm, çox həvalidür.

Bir şuxə vermişəm dili-divanə, Saqiba,

Qədi-sərvnazi bilmərəm əmma həralidür.

* * *


Hərdəm şəbi-hicründə mana möhnəti-qəmdür,

Ey qaşı kəman, səndə bu nə cövrü sitəmdür.

Bari-qəmü eşqə necə tab eyləmək olsun,

Qafun qədi əbruyi-kəmanun kimi xəmdür.

Yandırdı oda laləni bu arizi-alun,

Başdan-əyağə rəşki-güli-baği-İrəmdür.

Bu daneyi-xali-siyəhün künci-ləbündə,

Qarətgəri-dini-ərəbü türkü əcəmdür.

Şirinligi almış əsəl xami-ləbündən,

Dutma ləbüvün yanına bir dəm anı, səmdür.

Ey şux, dedim bağrımi kim min yerə böldi,

Ahəstə danış, dinmə dedi, növki-müjəmdür.

Əğyarə nəsib oldı, alur kam ləbündən,

Saqib yanub həsrət oduna, ruzisi kəmdür.

* * *

   


Bu xalü xəti-zahiriyyətə baxma danədür,

Oxşar əgərçi danəyə, əmma bəhanədür.

Yəğmayə verdi dinini biçarə Adəmün,

Tərk etdim anı, meyli həmişə ziyanədür.

Kimdür bu fitnənün səbəbi, ey qan olan könül,

123



Bərbad oleydi, afəti-can karxanədür.

Şahı gəda, gədayə verən taci-səltənət,

Dövri-zəmanədür, genə dövri-zəmanədür.

Zənbur evinə bənzəsə eyb etmə könlümə,

Çeşmün fədası, tiri-müjöndən nişanədür.

Qılsam fəda bu canımi qaşun qılıncına,

Ey səngdil, de bircə görüm, xunbəha nədür.

Əfşan edən bu türreyi-pürpiçü tabuvi,

Ahim yelindən olma pərişan bu şanədür.

Hər aşiqün ki, sən kimi bir sərvqəddi var,

Qəm çəkməsün ki, sahibi-gəncü xəzanədür.

Gülbərgi-tər ləbündən əgər pir Saqibə,

Bir busə lütf edəndə, deyər aşiqanədür.

* * *


Zəncirə ram edən məni zülfün tənabidür,

Divanənün əzabi tənabun əzabidür.

Meyxanələrdə meyl eləməz camü badəyə,

Hər kim cəhandə nərgisi-məstün xərabidür.

Hər gözləründə məskən edüb bir cəhan bəla,

Şahid gər istəsön, bu cəhan inqilabidür.

Sərgəştə ay dalunca düşüb seyr edər müdam,

Heyran edən onı rüxüvün afitabidür.

Rüsvayi-aləm Adəmi xalundur eyləyən,

Əlbəttə eyləyər, Həbəşistan şəbabidür.

Divanə könlümün qəfəsi parə-parədür,

Bais ona, bu türrələrün piçü tabidür.

Ey şux, hər kim eləyüb izhari-əmri-həq,

Əldə dəlili vardur, hüsnün kitabidür.

Ey söləyən bu bağruvı qan etdi kim sənün,

124



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə