Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə179/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   175   176   177   178   179   180   181   182   ...   205

lazımi  qədər  su  ilə  doya  bilmir.  Düzənliyi  Arazboyu  sahə­

dən  eni  lkm  olan  sulu zolaq  ayırır.  Burada qruntun  qida­

lanması Araz  çayı  hesabınadır (1,  s.322).

Şahtaxtından  şərqə  doğru  ümumi  codluğu  norma 

həddində  olan  yeraltı  sular  qədim  allüvial  çaqıllı  daşlar 

üzərində  toplanmışdır.  Bu  ərazidə olan  kəhrizlərdə  su  sərfi 

13  1/s  çatır.  Suyun  temperaturu  14°C  olur.  Arazboyu  qur­

şaqda  yeraltı  suların  güzgü  səthinin  səviyyəsi  sürətlə  səthə 

yaxınlaşır.  Səbəbi  qruntun  həddən  artıq  sulu  olması  və 

ərazinin  topoqrafik  quruluşu  ilə  əlaqədardır.  Buna  görə də 

Şahtaxtı ətrafında belə sular asanlıqla  bulağa çevrilə  bilirlər.

Suların  minerallaşması  0,6  q/1,  kimyəvi  tərkibi  sul- 

fatlı-  hicrokarbonatlı,  natrium  -  maqneziumludur.  Şahtaxtı

• •


kəndi  ərazisində  Ust Miosen  çöküntü-lərində  qumdaşların- 

dan  ibarət olan  iki  təzyiqli  lay aşkara  çıxarılmışdır.  Suların 

səviyyəsi  yer 

səthindən 

1,6-17,Om  hündürlükdə 

durur. 


Quyunun  xüsusi  sərfi  0,1-0,13  1/san  olub,  suyun  mineral- 

laşması  üst  layda  0.5,  aşağı  layda  3,1  q/1  -dir.  Aşağı  layın 

suyu  kükürdlü,  xloridli -natrium- kalsiıımlu tərkibə  malikdir 

(1, s.327).

Böyükdüz  düzənliyindən  şimalda  Xıncab-  Təzəkənd 

yarımrayonu  yerləşir. Yarımrayonun  ərazisini  Sust-Xıncab 

maili düzənliyi  təşkil edir.Düzənlik ondan sarmat  mənşəli gil 

təbəqələri  ilə 

ayrılır.  Düzənlik  qərbdən  Kəngərli,  şərqdən 

Duzdağ  yaylası  ilə  sərhədləniı*.  Çalxanqala  kəndi  yaxınlı­

ğında  Dərələyəz  dağlarının cənub  ətəkləri  ilə  kəsişir.  Səthin 

meylliyi  şimaldan  cənuba  doğru  azalır  və  şimal  dağətəyi 

hissədə  qobu  və  yarğanlı  mikrorelyeflə  mürək-kəbləş- 

mişdir.  Cənub  hissədə  relyef  hamarlaşır (2, s.44-46).

Geomorfoloji  cəhətcə  düzənliyin  şimalı,  həmçinin 

orta  hissəsi  erroziyaya  uğramışdır.  Hazırda,  alckumulyasiya 

və  denudasiya  proseslərinə  məruz  qalmışdır.  Sellərin  gə­

tirdiyi  akkumulyativ  çöküntülər  dağətəyi  hissədə  daha 

geniş  yayılmışdır.

Çalxanqala  kəndinin  yaxınlığında  qrunt  sularının 

yatım  dərinliyi  təxminən  6m,  sulu çöküntülərin  qalınlığı isə



20-25  metrdir.  Çalxanqaladan  cənubda,  Təzəkorıdin  şərq 

qurtaracağında  qrunt  sularının  səviyyəsi  orta  hesabla  12,3 

metrdir.  Yeraltı  su  axımının  qalınlığı  16  metrdən  artıqdır. 

Təzəkənddən  3,5km  cənubda,  Sust  kəndində  qrunt  suları­

nın  səviyyəsi  9-1 Om  arasındadır.  Sulu  çöküntülərin  qalın­

lığı  20  metrdən  çoxdur.  Ərazidə  bulaqlar  olmadığından 

əhali  kəhriz  sistemindən  istifadə  etmiş  və  burada  mürək­

kəb  kəhriz  sistemi  yaranmışdır.  Bu  kəhrizlərin  bəzilərinin 

su  sərfi  35-70  1/san-yə  çatır.  Qrunt  sularının  minerallaşma 

dərəcəsi  şimaldan  cənuba  doğru  artır.  Göstərici  Çalxan- 

qala və Xıııcab  kəndləri  arasında  0,3-0,5  q/1  olub  hidrokar- 

bonatlı,  kalsiumlu,  maqneziumlu  tərkibə  malikdir.  Bir  qə­

dər  cənubda,  Təzəkəııd  ətrafında  suların  minerallaşma 

dərəcəsi  l-i,2q/l  olub  sulfatlı,  hidrokarbonatlı  natrium  və 

kalsiumlu, 

maqneziumlu 

tərkibə 

malikdir. 

Sust  kəndi 

yaxınlığında  minerallaşma  bir  az  da  artır,  1,5  q/1  yə  çatır. 

Qrunt  sularının  codluğu  4,5-9,2 mq/ek.v -dək  dəyişir.  Suyun 

temperaturu  13-15  C  dərəcədir.  Qrunt  suları  əsasən  atmosfer 

çöküntüləri  və  dağətəyi  zonanı  təşkil  edən  trias  yaşlı 

süxurların  çat  suları  ilə  qidalanır  (3, s. 54-55).

Dağlıq  hissə  Dərələyəz  dağ  silsilələrinin  cənub  yama­

cının  orta  və  yüksək  hissəsini  əhatə  edir.  Süxurlar  müxtəlif 

mənşəlidir.  Yura  yaşlı  süxurlar  Çalxan-qala  yaxınlığında  çox 

az  yerlərdə  səthə çıxır. Az suludur.

Trias  yaşlı  süxurlar  daha  geniş  yayılmışdır.  Bu  süxur­

lardan  çıxan  bulaqlar  çox  sululuqları  ilə  fərqlənirlər.  Qara- 

bağlar  kəndində  Asm bulağının  debiti  220-130  1/san  arasında 

dəyişir.  Çalxanqalada  sular  böyük  su  sərfi  ilə  seçilir.  Suların 

minerallaşması 

0,3-0,6  q/1 

olub, 

adətən 


hidrokarbonatlı, 

kalsiumludur (2, s.48).

Beləliklə,  inzibati  rayonunun  hidrogeoloji  şəraiti  səciy­

yələndirilmiş,  yeraltı  suların  minerallaşma,  səviyyə,  termik,  qi­

dalanma  və  yatım şəraiti  nəzərə alınmaqla Böyükdüz,  Kəngərli 

maili düzənliyi,  Şahtaxtı.  Xıncab-Təzəkənd  və  Dağlıq Qarauş 

olmaqla  beş  yarımrayona  bölünmüşdür.

547



Əsasən  arid  iqlim  şəraitində  yerləşən  Kəngərli  rayo­

nunun yeraltı  su  ehtiyatı  elini  əsaslarla ətraflı  tədqiq  edilməli 

və  təsərrüfatın 

müxtəlif 

sahələrində 

istifadə 

üçün  qiy­

mətləndirilməlidir.

Ə d ə b i y y a t :

1.  Süleymanov S.M.,  Səmədov  B.M.  «Naxçıvan  MSSR-in  hidrogco- 

loji  səciyyəsi».  Naxçıvan  MSSR,  Bakı, «Elm»-1975,  səh. 314-333

2.  Babayev N.S. 

«Araz  çay  sisteminin  yuxan  hissəsinin  ekoloji 

şəraiti».  Dissertasiya  işi.  Bakı  -2001, səh. 45-62

3.  Heydərova A.A.  «Naxçıvan  MR  ərazisində yeraltı  suların  coğrafi 

yayılma  qanunauyğunluqları»  .  Magistr  dissertasiya  işi.  NDU -  

2003

4.  Азизбеков  Ш.А.  «Геология  Нахичеванской  АССР»  ,  «Госгсол- 



мехиздат» , Москва, 1961,  502 с.

N A Z I M  B A B A B Ə Y U  

А  М А  К  A   E k o lo g iy a   in s titu tu

ORTA ARAZ TƏBİİ  VİLAYƏTİ  DÜZƏNLİK 

LANDŞAFT KOMPLEKSİNDƏ 

SƏHRALAŞMA PROBLEMİ

Dünyanın  qlobal  problemlərindən  birinə  çevrilən  xü­

susilə arid və semiarid  iqlim şəraitində intensiv  inkişaf etmək­

də  olan  səhralaşma  prosesi son  dövrdə müxtəlif  araşdırma­

ların  və  beynəlxalq  təşkilatların  aktual'mövzusuna  çevrilmiş­

dir.  Azərbaycanda  son  10-15  ii  ərzində  bu  sahəyə  diqqət  ar­

tırılmış,  səhralaşma  problemi  ilə əlaqədar  konfranslar  keçiril­

miş, məqalələr, monoqrafiyalar yazılmışdır.  Lakin  Orta  Araz 

təbii  vilayətini  əhatə  edən  Naxçıvan  Muxtar  Respublikası 

ərazisində bu problem indiyə kimi lazımınca öyrənilməmişdir.

Landşaftın  səhralaşması  ərazisinin  relyef,  iqlim,  hid- 

rogeoloji  şəraitinin  dəyişməsidən,  əhalinin  məskunlaşma­

sından,  təsərrüfat  sahələrinin  istiqamətindən,  antropogen 

amillərin intensivliyindən və s.  asılıdır.

548



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə