Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə33/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   29   30   31   32   33   34   35   36   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
lilovun (33, 6-7, 60
) araşdırmalarında bu problemin şərhinə 
yer veril
mişdir.  
Sinkretik kök morfeml
ərin mahiyyəti hələ də tam izah 
olun
mamışdır. Sinkretiklik nəzəriyyəsinin həm tərəfdarları, 
h
əm də əleyhdarları var. Məsələn, İ.V.Kormuşin bu nəzə-
riyy
əni müdafiə  edir  (182, 23-25). B.A.Serebrennikov isə 
h
əmin  nəzəriyyənin  tərəfdarlarını  kəskin tənqid edir (168, 
85-93). B
əzi hallarda isə tədqiqatçılar isim və ya feil köklə-
rind
ə sinkretikliyin sonradan omonimləşmə nəticəsində ya-
ran
dığını güman edirlər.  
Dilçilikd
ə  leksik sinkretizmlə  qrammatik sinkretiklik 
f
ərqləndirilir. Qrammatik sinkretiklik  şəkilçi morfemlərin 
ad-
feil  yaratmaq  funksiyasına  əsaslanır.  Yəni  eyni  şəkilçi 
morfem eyni zamanda feil v
ə isim yaratmaqda aktiv rol oy-
na
yır.  Korrelyativ söz kökləri  əski kök morfemlərin çox-
funksiyalı  olduğunu  bir  daha  təsdiq edir. Türk dillərində 
müşahidə  edilən sinkretik köklər iki formada özünü gös-
t
ərir.  Bunlardan birincisi təkhecalı  köklərdə  mövcud olan 
ad-feil omonimliyidir. Bu cür kökl
ər daha qədimdir. İkinci 
tip sinkretik kökl
ər iki və  ya çoxhecalı  ad-feil omonimli-
yin
ə malik köklərdir ki, onlar sonradan yaranmadır. Nəzərə 
alaq ki, türk dill
ərində təkhecalı sinkretik köklərin bir çoxu 
etimoloji  baxımdan düzəltmədir. Məsələn,  İ.V.Kormuşin 
qat  “lay” v
ə  qat-  “qatmaq” sözlərinin etimoloji  əsasında 
*qa  kök morfeminin ol
duğunu zəngin faktlarla əsaslandır-
mışdır (180, 20). Türk dillərində qat- “qatmaq” və qar- // 
kar- “qat
maq, qarışdırmaq” tipli analoji semantikaya malik 
sözl
ərin mövcudluğu həmin sözlərin *qa- kökündən yaran-
dığını bir daha təsdiq edir.  
 
105 


BABA MƏHƏRRƏMLİ 
 
 
Ad-feil omonimliyi olan sözl
ər daha çox təkhecalı qu-
ru
luşdadır. Həmin fakt da göstərir ki, məhz sinkretik köklər 
protodilin ilkin m
ərhələsində təşəkkül tapmışdır, çünki mo-
nosillabizm söz kökl
ərinin  başlanğıc  mərhələsində  yaran-
mışdır. Sinkretiklik hadisəsi qədim türk söz kökünün amorf 
quru
luşlu olmasını təsdiq edən amillərdən biridir. S.Əlizadə 
bu kökl
ərlə  bağlı  yazır:  “Bir  çox  ilkin  köklər qrammatik 
funksionallığına  görə  ikişaxəli (ad-feil) olmuşdur;  başqa 
sözl
ə, müasir türk dillərində  belə  “ikişaxəlilik” hər  hansı 
sözün ilkin kökl
ərdən olduğuna dəlalət edir” (24, 50). Son-
radan bu kök sözl
ərin bir çoxunda parçalanma, diferensial-
laşma getmişdir. Yəni bir qrup kök söz ad, digər bir qrup 
kök söz is
ə feil mənasını itirmişdir, ancaq çağdaş türk dil-
l
ərində bu tipli təkhecalı kök sözlərin bir qismi sinkretikliyi 
mühafiz
ə etmiş, bu günümüzə qədər qoruyub saxlamışdır. 
Qeyd etdiyimiz kimi, türkologiyada b
əzi hallarda ad-
feil omonimliyi m
əsələsində  bu nitq hissələrindən birinin 
ilkinliyi ide
yası irəli sürülmüşdür. Məsələn, V.Banq bu cür 
kökl
ərin formalaşmasında feil köklərinin daha öncə təşək-
kül  tapdığını  iddia  edir  (246,  425). Türkologiyada uzun 
müdd
ət ad-feil cütlüyündə  hansı  etimoloji  əsasın  birinci 
olması haqqında fərqli mülahizələr söylənilmişdir. Bu fərq-
li mülahiz
ələr indi də davam etməkdədir. B.M.Yunusəliyev  
d
ə sinkretik sözlər içərisində feil köklərinin birinci təşəkkül 
tap
dığını  ehtimal  edir  (295,  79). Ancaq türkologiyada hər 
iki söz qrupunun omonim şəklində ilkinliyini qəbul edənlər 
d
ə var (182, 23-25).  
Sinkretik v
ə ya korrelyativ kök morfemlərin təşəkkü-
lü, ilk növb
ədə, fonomorfoloji proseslərlə bağlıdır. Türko-
logiyada b
əzi tədqiqatçılar  ad-feil omonimliyi ilə  sinkre-
 
106 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
tizm terminl
ərini fərqləndirirlər. Məsələn, A.T.Kaydarov 
bu terminl
ərin paralel işlədilməsinin əleyhinə çıxaraq yazır 
ki, sinkretizm
ə daha çox sinxronik hadisə mövqeyindən ya-
naşılmalıdır. Müəllif köş- “köçmək” sözü ilə köş “köç” tipli 
cütlükl
ərin omonim mahiyyətli olmasına görə ad-feil omo-
nimliyi te
rmininin işlədilməsini məqsədəuyğun hesab edir, 
toy-  “doymaq” kökünü is
ə  sinkretik kök adlandırır,  ancaq 
h
əmin kökün tok “tox, doymuş” sözü ilə sinkretiklik təşkil 
etdiyini t
əkzib edir. Yəni türkoloq  tok  ilə  toy  sözlərinin 
ayrı-ayrı  köklər olduğunu göstərir,  toy-  “doymaq” ilə  toy- 
“ziyaf
ət, yeyib içmək” köklərinin fərqli olduğunu  güman 
edir. O, bu cür hadis
ənin gizli sinkretizm termini ilə ifadə 
edilm
əsini təklif edir (171, 159). Əslində, türkoloq burada 
yan
lışlığa  yol  verir,  ona  görə  ki, həmin sözlərin eyni kök 
morfemd
ən qaynaqlanmasını qədim dil faktları sübut edir. 
H
əmin proses qədim söz köklərinin asemantikləşməsi ilə 
bağlıdır.  Yəni asemantik köklə  şəkilçi  daşlaşması  nəticə-
sind
ə ad-feil omonimliyi təşəkkül tapmışdır. 
 Gizli sinkretiklik hadis
əsi daha çox  rekonstruksiya 
za
manı üzə çıxır. Sinkretik köklərin bir qismi fuzial köklə-
rin t
ərkibində  “gizlənmişdir”.  Məsələn, qədim türk dillə-
rind
ə tın// tan “nəfəs, ruh” - tın- “nəfəs almaq, dincəlmək, 
istirah
ət etmək” sözləri  işlənmişdir  (QTAS,  105).  Ancaq 
h
əmin kökdən yalnız  asemantik variantda dövrümüzə  bir 
neç
ə  söz gəlib çatmışdır.  Türk dilindəki  dinlen-  “istirahət 
etm
ək”  sözü  onun  izini  daşıyır.  Müqayisə  edək: Azərb.: 
dinc  “sakit”,  dinc
əl-  “istirahət etmək”. Türkoloqlar “gizli 
sinkretizm”  dey
əndə məhz bu cür kökləri nəzərdə tuturlar.  
Türkologiyada b
əzən bu prosesin yaranması aqlütina-
tiv  quruluşun  formalaşmasına  qədər olan mərhələyə  aid 
 
107 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə