Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə32/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   28   29   30   31   32   33   34   35   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
m
ənasında)  feillərinin  yaranması  bu  üsulla  baş  vermişdir. 
Qay
naqlardakı faktlar təsdiq edir ki, türk tayfa dillərində bu 
tipli  fonetik v
ə  leksik-semantik səviyyədə  diferensiallaş-
malar orta türk dövründ
ə artıq mövcud idi. M.Kaşğari gös-
t
ərir ki, yet-  oğuz  və  qıpçaqlarda,  çet-  isə  digər türk dil-
l
ərində işlənir (DLTT, IV, 777).  
Faktlara n
əzər salaq: toy “evlənmək mərasimi” - tüy
“bağlamaq”,  *yır-  “yırtmaq”  -  yar-  “yarmaq”,  sox-  “sox-
maq”  - 
sıx- “sıxmaq”, el- “xalq, ölkə” - il “yad adam”, ər 
“kişi, ər” - ir // er “döyüşçü”, ir- “girmək, izləmək” - er
“çatmaq”, keç- “keçm
ək” - köç- “köçmək”Müasir türk dil-
l
ərində bu cür nümunələr az olsa da, qədim türk yazılı abi-
d
ələrində belə faktlar çoxdur. Bu isə o deməkdir ki, vaxtilə 
ablaut yolu il
ə söz yaradıcılığı türk dillərində aktiv proses-
l
ərdən biri olmuşdur. 
Türk dill
ərində ilkin söz yaradıcılığı üsullarından biri 
d
ə  sinkretik köklərin  yaranmasıdır.  Sinkretik və  ya kor-
relyativ kökl
ər dilçilikdə  ad-feil omoformaları,  bəzən də 
ad-feil omonimliyi ad
landırılır. Bir çox türkoloq ilkin türk 
söz kökl
ərinin məhz ad-feil quruluşunda olduğunu ehtimal 
edir. Aliml
ər hesab edirlər ki, türk söz  kökünün ikili baş-
lanğıcı həmin dövrü əks etdirir ki, o zaman türk dillərində 
h
ələ ad və feillərdə qrammatik səviyyədə ciddi diferensial-
laşma  baş  verməmişdi  (113, 106). Müqayisə  üçün qeyd 
ed
ək ki, dünyanın ən qədim dillərindən olan şumer dilində 
d
ə  monosillabik  quruluşlu  köklərin  əksəriyyəti  ad və  feil 
kimi işlənmişdir (297, 287). Sinkretik köklər türk dillərinin 
q
ədim xüsusiyyətlərini özündə əks etdirən dil faktlarından 
biridir. Sinkretik kökl
ərin müasir türk dillərində sayı azal-
 
102 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
mışdır,  ancaq qədim türk dövründə  bu tipli köklərin  sayı 
çox olmuşdur. 
Türkologiyada, ad
ətən, ilkin köklər kimi ad-feil omo-
nimliyin
ə, yəni sinkretik köklərin  başlanğıc  olması  ideya-
sına üstünlük verilir. Ad-feil omonimliyinin mənşəyi haq-
qında iki əsas fikir, ehtimal mövcuddur. Bunlardan birinin 

əllifi E.V.Sevortyandır.  O,  qədim omonimliyin  başlan-
ğıcını  törəmə  morfemlərin omonimliyi ilə  əlaqələndirir. 
E.V.Sevortya
nın fikrincə, ilkin köklər adlardan və  ya feil-
l
ərdən yaranan  şəkilçilərlə  birləşmişdir.  Həmin  başlanğıc 
kök-
əsaslar da ad-feil sinkretizmini, yəni ikinci bir ad-feil 
omofor
masını  yarada bilmişdir  (246,  53).  İkinci  ideya  isə 
A.N.Kononova m
əxsusdur.  Onun  ehtimalına  görə, ad-feil 
omonimliyi (sinkretikliyi) müxt
əlif mənşəli  əsaslardan fo-
nomorfoloji d
əyişmələr nəticəsində  yaranmışdır (226, 54). 
A.T.Kaydarovun fikrinc
ə, bu cür köklərin yaranması,  ilk 
növb
ədə, türk söz köklərinin aqlütinativ quruluşa doğru in-
kişaf etməsi ilə bağlıdır. Məsələn, müəllif sa- kökünün əv-
v
əllər yalnız feil anlamlı olmasını, sonradan isə san- kökü-
nün yaran
ması  ilə  sinkretik kökün formalaşmasına  səbəb 
oldu
ğunu göstərir (171, 85, 91). 
Türk dill
ərinin ilkin dövrü üçün sinkretik və ya omo-
nimlik t
əşkil edən söz kökləri (yəni korrelyativ köklər) xa-
rakterikdir. Bu fakt hind-Avropa dill
ərinin də ilkin dövrü 
üçün s
əciyyəvi hesab olunur. Həmçinin qədim hind-ari 
dill
ərində də ilkin dövrdə səs tonlarının semantik fərq ya-
ratma
sı  qeyd  edilir.  Prahind-Avropa dillərinin etimoloji 

ğətində  omonim köklərin çoxluğu  müşahidə  olunur  və 
kök sözl
ərin  əsas qismi 2-3, bəzən isə  daha çox məna 
ifad
ə edir (99, 14). Vaxtilə V.fon Humbolt yazırdı: “Mən 
 
103 


BABA MƏHƏRRƏMLİ 
 
 
burada müxt
əlif nitq hissələrinin əmələ gəlməsi haqqında 
söyl
ənənləri xatırlatmaq istəyirəm ki, gah isimlər, gah da 
feill
ər daha qədim olub, guya əvəzliklər çox gec yaranıb. 
Bununla  bağlı  deməliyəm ki, ilk dövrlərdə  isim və  feil 
qrammatik  baxımdan fərqlənməyib və  feil  əvəzliklə  əla-
q
ədə  olandan sonra ikinci dərəcəli  söz  kimi  yaranıb  (31, 
37).  V.Vundt da qeyd edirdi ki, sinkretik kökl
ər dilin 
inkişafının o mərhələsində mövcud idi ki, həmin vaxtda ad 
v
ə feil bir-birindən fərqlənmirdi, eyni söz kökü ad və feil 
funksiya
sında çıxış edirdi (291, 20). 
Dilin ilkin m
ərhələsində omonimliyin, homogen kök-
l
ərin olması labüd proseslərdən biri idi, çünki o zaman dil-
d
ə  hələ  morfoloji-sintaktik zənginlik, sözyaratma üsulları-
nın  təşəkkülü çox zəif  idi,  dilin  lüğət fondu “yoxsul” idi. 
Ehtimal ki, bu q
ədim hadisə  ilk dilin  sözyaratma ehtiya-
cından yaranmışdır.  
Türk söz kökl
ərində ulu dilin reliktini göstərən bir çox 
əlamətlər  var.  Həmin  əlamətlərdən biri məhz  kök sözlər-
d
əki sinkretizmlik xüsusiyyətidir.  G.J.Ramstedt, V.L.Kot-
viç, N.K.Dmitriyev, A.N.Kononov, E.V.Sevortyan, B.M. 
Yunus
əliyev, K.M.Musayev, İ.V.Kormuşin,  E.Z.Kajibəyo-
vun t
ədqiqatlarında bu problem haqqında kifayət qədər 
m
əlumat verilmişdir.  Bu mövzu ən çox E.Z.Kajibəyov 
(164, 353-360; 165, 3-243) v
ə  A.T.Kaydarovun (168, 85-
93
) araşdırmalarında tədqiq olunmuşdur. E.Z.Kajibəyovun 
monoq
rafiyası  türkologiyada bu mövzuya həsr  edilmiş  ən 
fundamental t
ədqiqatlardan biridir. O, türk dillərində  342 
ad-feil omonimliyi (sinkretikliyi) olan söz  kökü mü
əyyən-
l
əşdirmişdir  (165,  246-257). Azərbaycan dilçiliyində 
A.M
əmmədov (206,  10-17),  F.Cəlilov (19, 87) və  B.Xə-
 
104 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə