Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə28/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   24   25   26   27   28   29   30   31   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
Qeyd ed
ək ki, semantik üsul kök morfemlərin rekons-
truksiyası zamanı çox gərəklidir. Məsələn, yalın və yalçın 
sözl
ərinin mənşəyində  *yal  morfeminin  dayanmasını  bu 
sözl
ərin  yaxın  mənalar ifadə  etməsi sübut edir. İlkin söz 
kökl
ərində tarixən baş verən morfoloji “bərkimə”, kök+ şə-
kilçi fuzi
allığı bir çox köklərin ilkin formalarının itməsi ilə 
n
əticələnmişdir. Müasir dövrdə  eyniköklü sözləri müəy-
y
ənləşdirərkən onların kökü və semantikası nəzərə alındığı 
kimi, q
ədim sözlərin də eyniköklülüyünün (yəni homogen-
liyinin) t
əsbit edilməsində  semantik meyara üstünlük ver-
m
ək lazımdır. 
Şəkilçiləşmədən əvvəlki dövrdə kök sözlərdə müxtəlif 
s
əciyyəvi morfonoloji proseslər müasir dövrlə müqayisədə 
daha  aktiv  olmuşdur.  Türk  dillərinin iltisaqi quruluşu  ilə 
uyğun gəlməyən fleksiya, ablaut əlamətləri qədim kök dilin 
əlamətləri sayılmalıdır. Yəni həm amorf, həm iltisaqi, həm 
d
ə  flektiv  quruluşlu  dillərin mənşəyi eynidir.  Aparılan 
araşdırmalar türk dillərinin iltisaqiliyəqədərki erkən döv-
ründ
ə bu dil tipinin özəllikləri ilə bir araya sığmayan kök-
d
ən dəyişmə  ilə  reallaşan  söz  yaradıcılığı  növünün möv-
cudluğu  haqqında  ehtimalların  real  zəmindən məhrum ol-
ma
dığını düşünməyə əsas verir (29, 59). 
Ablaut termini dilçilikd
ə  morfonoloji səciyyə  daşıyan 
s
əs əvəzlənməsi mənasında işlədilir. Müasir dünya dilçiliyin-
d
ə  bu termin flektiv dillərə  aid hadisə  kimi dəyərləndirilir. 
Lakin q
ədim dövrdə türk dillərində də həmin hadisə mövcud 
olmuş və söz yaradıcılığına xidmət etmişdir. Məhz qədim söz 
yaradıcılığındakı morfonoloji yollardan biri ablaut olmuşdur. 
F.C
əlilov haqlı olaraq qeyd edir ki, bu hadisənin izi qıç // qaç-

əl // al-dış //  daş, gəl- // qal-bil- // bul-alt // üst kimi 
 
90 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
onlarla sözd
ə rudiment kimi qalmışdır ki, bu sahədə aparılan 
t
ədqiqat işi maraqlı nəticələr verə bilər (19, 101 ). 
Hind-Avropa dill
ərində, xüsusilə  german dillərində 
ablaut hadis
əsi geniş yayılmışdır. Fleksiya hadisəsi morfo-
semantik, morfonoloji mahiyy
ət daşıyan fonetik hadisədir, 
türk dill
əri üçün daha çox diaxronik səciyyə daşıyır. Ancaq 
çağdaş türk dillərində həmin hadisənin izləri bəzi homogen 
kökl
ərdə  qorunmuşdur. Aparılan  tədqiqatlar sübut edir ki, 
vaxtil
ə  türk dillərində  də  qədim  söz  yaradıcılığının  əsas 
morfonoloji üsul
larından biri məhz fleksiya hadisəsi olmuş-
dur.  Ablaut hadis
əsi  daxili fleksiyanın  bir  növüdür.  Flek-
siya hadis
əsi flektiv dillər üçün səciyyəvi  olsa da, iltisaqi 
dill
ərdə  də  müşahidə  edilir.  Buna görə  də  müasir dillərin 
tipoloji bölgüsü nisbi mahiyy
ətlidir. F.de Sössürün təbirin-
c
ə desək, hər hansı bir dil həmişəlik müəyyən bir dil tipinə 
aid olmur. Bütün dill
əri tipologiyasından  asılı  olmayaraq, 
universal morfoloji qanunauy
ğunluqlar birləşdirir.  Mono-
genez ideya
sına  əsaslansaq, dünya dilləri ortaq kökə  bağ-
lıdır. Buna görə də türk dillərinin kök morfemlərində mü-
şahidə  edilən  fleksiya hadisəsinin mövcudluğuna  təbii və 
normal dil prosesi kimi yana
şılmalıdır. 
Tipoloji c
əhətdən fərqli dillərdə müşahidə olunan ana-
loji morfonoloji prosesl
ərin heç də  fərdi  xarakter  daşıma-
dığını  söyləmək olar. Müxtəlifsistemli dillərdə  analoji ti-
poloji hadis
ələr flektivliyi dillərin inkişafında iltisaqilikdən 
sonrakı  mərhələyə  aid edənlərin  yanlış  mövqe  tutduğunu 
sübut edir.  Altay dill
əri içərisində  türk dillərinə  nisbətən, 
monqol v
ə tunqus-mancur dillərində fleksiya hadisəsi daha 
çox mühafiz
ə edilmişdir. Türk dillərində tarixən iltisaqi qu-
 
91 


BABA MƏHƏRRƏMLİ 
 
 
ru
luşun  daha  çox  sabitləşməsi söz köklərində  fleksiyanın 
rolunu z
əiflətmişdir.  
Y.Kuriloviç ablaut hadis
əsinin  fonem alternasiyaları 
il
ə sıx bağlı olduğunu göstərir (187, 408). A.A.Reformatski 
hind-Avropa dill
ərində ablaut tipli əvəzlənmələri eyni mor-
femin vari
antları adlandırır, çünki bu əvəzlənmələr bir mor-
femin daxilind
ə baş verir (75, 10). Altayşünaslıqda ilk dəfə 
daxili flek
siyadan monqolşünas V.Y.Vladimirtsov bəhs et-
mişdir (246, 432). 
İstər  monqolşünaslıqda,  istərsə  də  türkologiyada çox 
zaman kök morfeml
ərdə baş verən semantik diferensiallaş-
malar sinharmonik paralell
ərlə  bağlanmışdır.  Altayşünas-
lıqda  geniş  yayılmış  bu  nəzəriyyəyə  görə, ahəng qanunu-
nun t
əsiri ilə ilkin söz köklərində fonetik variantlar yaran-
mış, sonradan bu variantlar özlərinə yeni semantik çalar qa-
zan
dırmışdır.  Sinharmonik variantlar Altay dillərinin aq-
lütinativliy
əqədərki dövründə daxili fleksiyanın izlərini ya-
şadır  (285, 55). A.M.Şerbak türk dillərində  şəxs və  sual 
əvəzliklərindəki fərqlənmələrin (kim-kem,  ben-bana) flek-
siya hadis
əsinə nümunə olduğunu qeyd edir (293, 39). 
Dilçilikd
əki ənənəvi fikrə görə, dünya dilləri kök dil-
d
ən (yəni amorfluq mərhələsindən) iltisaqiliyə, iltisaqilik-
d
ən sonra isə flektivliyə doğru inkişaf etmişdir. Yəni flek-
tivlik dill
ərin morfoloji inkişafında son nöqtə hesab edilir. 
Ancaq türk dill
ərindəki söz köklərində flektivlik əlamətləri 
q
ədim dil  faktı  kimi  izah  olunursa,  deməli, yuxarıda  da 
qeyd etdiyimiz kimi, flektivlik heç d
ə  son mərhələ  deyil. 
Türk dill
ərinin  yazılı  qaynaqlarında  da  fleksiya  hadisəsini 
müşahidə etmək mümkündür. Məsələn, XIV əsrə aid Əbu 
H
əyyanın  lüğətində  tən  “bədən”,  tın  “ruh” anlamlarında 
 
92 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə